Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-370/2025 04.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxılmağı barədə xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yenidən qəbul edilməyi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxılmağı barədə xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx N998-ci il tarixdə anadan olmuş, N005-N0N6-ci illərdə Beyləqan rayonu İmamverdilər kəndində A.Quliyev adına tam orta məktəbində orta təhsil almış, N0N9-cu ilin yanvar ayının 07-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə yollanmış, N0NN-ci ilin iyul ayının 06-da hərbi xidmətini başa vuraraq ordu sıralarından ehtiyata buraxılmış, N5 fevral N0NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən çağrılaraq Müdafiə Nazirliyinin Təlim və Tədris mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursuna qəbul olunaraq, N8 mart N0NN-ci il tarixdə kursu bitirmişdir. N9 mart N0NN-ci il tarixdə Müdafiə Nazirliyinin Şuşa rayonunda yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyündə kəşfiyyatçı sanitar vəzifəsinə təyin edilmiş, sonradan hərbi hissənin kəşfiyyat bölüyü ləğv edilərək kəşfiyyatçı ixtisasında olan hərbi qulluqçuları N nömrəli hərbi hissənin tərkibinə verildiyindən N3 noyabr N0NN-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətimi davam etdirmiş, xidməti yerini bir neçə dəfə tərk etdiyi üçün 0N aprel N0NN-ci il tarixdə xidmətə uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olduğu müddətdə bütün təminat növləri ilə təmin olunmuş və hərbi xidmət keçməklə bağlı hər hansı çətinliyi olmamışdır. Uşaqlıqdan sağlam böyümüş, hər hansı ağır xəstəlik keçirməmiş, ruhi-əsəb dispanserində və ya narkoloji dispanserdə qeydiyyatda olmamışdır. N0NN-ci ilin dekabr ayından başlayaraq anası xəstə olduğu üçün xidmət yerini bir neçə dəfə öz başına tərk edərək vaxtında qayıtmamışdır. N0NN-ci ilin mart ayında anasının vəziyyəti daha da ağırlaşdığından 07 mart N0NN-ci il tarixdə yenidən komandirlərinə ona ailə vəziyəti ilə əlaqədar və yaxud da növbəti məzuniyyət verilməsi ilə bağlı müraciət etsə də, məzuniyyət verilməkdən imtina edildiyi üçün həmin tarixdə axşam buraxılışından sonra Beyləqan rayonu İmamverdilər kəndində yerləşən evinə getmiş, 08 mart N0NN-ci il tarixdə xidməti yerinə qayıtmayaraq anasını Beyləqan Rayon Mərkəzi xəstəxanasına aparmışdır. Anası orada müayinə olduqdan sonra müalicəsinin Bakı şəhərində davam etdirilməsinin vacib olduğunu bildirilmişdirlər. Bundan sonra anasını qardaşı Elvin Kərimxanlı və bacısı Şamama Kərimxanlı ilə birlikdə Bakı şəhərində yerləşən xəstəxanaya aparmışlar, orada bir neçə həkim tərəfindən müayinə olduqdan sonra anasını oradan da Tibb Universitetinin nəzdində yerləşən Onkologiya şöbəsinə gətirmişlər. Orada da bir neçə gün ərzində analizlər verdikdən sonra müayinələri başa çataraq anasını N4 mart N0NN-ci il tarixdə Beyləqan rayonuna hazırda yaşadıqları evə gətirmişdirlər. N5 mart N0NN-ci il tarixdə xidməti yerinə geri qayıdaraq xidmətini davam etdirmişdir. Ehtiyyata buraxıldıqdan sonra dəfələrlə hərbi xidmətə qaytarılmağı barədə Müdafiə Nazirliyinə müraciət etsədə ərizələrinə cavab verilməmişdir. Sonuncu dəfə N5 aprel N0N3-cü il tarixdə ərizə ilə müraciət etmiş və ərizəsini Müdafiə Nazirliyi poçt vasitəsi ilə N8 aprel N0N3-cü il tarixdə qəbul etsədə hal-hazıra kimi ona rəsmi cavab verməmişlər. Göründüyü kimi cavabdeh tərəf artıq 35 gündən çoxdur ki, onun ərizəsinə rəsmi cavab vermir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 6N.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0NN-ci il tarixli, 9N nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 mart N0NN-ci il tarixli N əç nömrəli əmri ilə hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci manqasının kəşfiyvatçı-snayper vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün NNN nömrəli hərbi hissədən (Hadrut qəsəbəsi) gəlmiş hesab edilsin 30 mart N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlasın. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0NN-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, N nömrəli hərbi hissə komandirinin sərəncamında, NNN nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 075əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin (Beyləqan rayonu) N-ci əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının kəşfiyyatçısı-sanitar vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, NN noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər TAĞİYEV Səxavət Vidadi oğlu, Azərbaycan Respublikasının Müdafiə nazirinin N9 oktyabr N0N7-ci il tarixli NN nömrəli əmrinə əsasən N0NN-d ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N0NN-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, əlavə məzuniyyət pulu ilə təmin olunub. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0NN-ci il tarixli, 89 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, NNN nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli 075 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin N-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının kəşfiyyatçı- sanitar vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şuşa rayonu) gəlmiş hesab edilsin, N3 noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlasın. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0NN-ci il tarixli, 80 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, NNN nömrəli hərbi hissə komandirinin N0 mart N0NN-ci il tarixli 0NN əç nömrəli əmri ilə N-ci taborun 3-cü bölüyünün 3-cü taqımının kəşfiyyatçısı-sanitarı vəzifəsindən azad edilib- 3-cü taborun 7-ci bölüyünün N-ci taqımının kəşfiyyatçisi-sanitar vəzifəsinə təyin olunduğuna görə həmin vəzifənin qəbuluna və icrasına başlasın. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0NN-ci il tarixli, N07 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 3-cü taborun 7-ci bölüyünün N-ci taqımının kəşfiyyatçisirsanitar, NNN nömrəli hərbi hissə komandirinin :QN.04.N0NN-d il tarixli 0N6əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndində (xidmət!"üyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, xx.xx.N0NN-ci il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılsın və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinə göndərilsin. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr N0N7-ci il tarixli NN nömrəli qərarına əsasən N0NN-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib N0NN-ci ilin növbəti məzuniyyətindən 7 (yeddi) gun istifadə edib, bir aylıq vəzifə maaşı məbləğində pul təminatı ödənilsin. İş materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarından çıxarışdan görünür ki, gündəiik olan məsələ üzrə qapalı şəkildə səsvermə keçirərək N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçuların şərəf məhkəməsi Müdafiə nazirinin 30 may N0N5-ci il tarixli N4 nömrəli Qərarın İV fəslini rəhbər tutaraq N-ci taborun 3-cü bölüyün 3-cü taqımının kəşfiyyatçı sanitarı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, etdiyi intizamsızlığa və hərbi hissəni dəfələrlə öz başına tərk etdiyinə görə “ordu sıralarından təxris olunması” elan olunsun. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.N0NN-ci il tarixli, 4N7 nömrəli təyinat vərəqəsinin surətindən görünür ki, əsgər İddiaçı xx.xx.N0NN-ci il tarixdə SHXÇDX-nın Beyləqan rayon şöbəsinə hərbi uçota durmaq üçün getməyi əmr edilmiş, gedib çatma vaxtı xx.xx.N0NN-ci il tarixdir. İş materiallarında olan xx.xx.N0NN-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın surətindən görünür ki, xx xxxxxxxx N998-ci il tarixdə Beyləqan rayonu, İmamverdilər kəndində anadan olmuş, Beyləqan rayonu, İmamverdilər kəndində yaşamaqla daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının kəşfiyyatçı-sanitar vəzifəsində xidmət edərkən sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İddiaçı xx.xx.N0NN-ci il tarixdə saat 07:30-dan xx.xx.N0NN-ci il tarixədək üzrlü səbəblər olmadan xidməti yerinə vaxtında qayıtmaması faktına görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 6N3.N-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, İddiaçı Azərbaycan Respublikası İXM-nin 6N3.N-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar və toplanmış materiallar baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 3-(97)-339/N0NN nömrəli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İXM-nin 6N3.N-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 3-(97)-339/N0NN nömrəli qərardadın surətindən görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 3-(97)-339/N0NN nömrəli qərarı ilə təqsirli bilinərək, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 3(N06)- 389/N0NN nömrəli qərarının surətindən görünür ki, protest təmin edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 3-(97)-339/N0NN nömrəli qərardadı ləğv edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 3-(97)-339/N0NN nömrəli qərarının icra edilməsi üçün iş Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, 3-N(097)-339/N0NN nömrəli qərardadı ilə İddiaçı barəsində Fiüzuli hərbi məhkəməsinin xx.xx.N0NN-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının icrası müddəti keçdiyindən qərarın icrasına xitam verilmişdir. İş materiallarında olan iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə xx.xx.N0N4cü il tarixdə daxil olmuş vəsatətində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxılmağı barədə xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə buraxılmış müddəti üzürlü hesab edib bərpa edilməsini və iddia tələbini mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin: - N.N.N-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel N0N5-ci il tarixli, 5 nömrəli qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın N6.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxılmağı barədə xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.N0NN-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı N0N3-cü ilin iyun ayında (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 günə qarşı N ildən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarından çıxarışdan görünür ki, gündəiik olan məsələ üzrə qapalı şəkildə səsvermə keçirərək N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçuların şərəf məhkəməsi Müdafiə nazirinin 30 may N0N5-ci il tarixli N4 nömrəli Qərarın İV fəslini rəhbər tutaraq N-ci taborun 3-cü bölüyün 3-cü taqımının kəşfiyyatçı sanitarı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, etdiyi intizamsızlığa və hərbi hissəni dəfələrlə öz başına tərk etdiyinə görə “ordu sıralarından təxris olunması” elan olunmuşdur. Eləcə də, iş materiallarına əlavə edilən sənədlərə, həmçinin Füzuli Hərbi Məhkəməsinin NN iyun N0NN-cil il tarixli qəarına nəzər yetirilən zaman iddiaçının hal-hazırda mübahisələndirdiyi əmrdən məlumatlı olduğu müəyyən edilir. Bütün bunlara baxmayaraq iddiaçı tərəfindən N0N3cü ilin iyun ayında (N ildən çox müddət keçdikdən sonra) iddia tələbi ilə inzibati məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İPM-nin: - N4.N-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - N4.N-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - N4.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. İddiaçıya mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsi barədə ərizə ilə N0N3-cü ilin iyun ayında məhkəməyə müraciət etmişdir. İPM-in 38.N-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 6N.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 6N.N-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 6N.3-ci maddəsinə əsasən, bu Qanunun 6N.N-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmişdir. Ona görə də ona “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 6N.3-cü maddəsi şamil oluna bilməz. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N00N-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.N0NN-ci il tarixli N-N(N0N)-630/N0NN nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin N- N(N0N)-495/N0NN saylı, xx.xx.N0NN-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş N5 yanvar N0N7-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.N-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya NN iyun N0N3-cü il tarixli, N-N(NN0)-336N/N0N3 nömrəli və N3 may N0N4-cü il tarixli, N-N(NN0)-93N/N0N4 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil buraxılan prosessual müddətin iddiaçının təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçının anasının xəstə olduğu üçün İddiaçı məşğul olduğu və hüquqi savadsız olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, iddiaçının nümayəndəsi özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçı tərəfin “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxılmağı barədə xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı vəkili və nümayəndəsi Vəkil “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi (vəsatəti) təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyyata buraxılmağı barədə xx.xx.N0NN-ci il tarixli, 0N6əç əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan N0 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-370/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-370/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver