Məhkəmə qərarları › İş №2-1(120)-3701/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3701/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3701/2023 11.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması və rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması və rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(120)-3701/2023 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonun Mollakənd kəndində anadan olmuşdur və hazırda da həmin ünvanda yaşayır. Mollakənd kənd orta məktəbində müəllim işlədir. X2 bir yerdə, birgə təsərrüfatda yaşayırıq. Ailə qurub avrıiıb ayrı yaşamaq məqsədilə həyətyanı torpaq sahəsi əldə etmək qərarına gəlmişdir. Bunun üçün bır neçə il bundan əvvəl Kürdəmir rayon Mollakənd bələdiyyəsinə müraciət edərək ona 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi ilə bağlı müraciət etmişdir. Uzun müddət sonra Mollakənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 05 saylı iclas protokolu ilə ona Mollakənd kəndi ərazisindən 0.12 ha həyətyanı məqsədilə torpaq sahəsi ayrılmişdir. Mollakənd bələdi)yəsi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı ilkin sənədləşdirmə proseduruna başlanması barədə qərar qəbul edilmiş və qanunvericiliyə uyğun olaraq müvafiq rəyin alınması üçün Daşınmaz Əmlakın Dövlət və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin Daşınmaz Əmlakın Dövlət və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-944/2023 saylı məktubunda həmin həyətyanı məqsədilə ayrılması nəzərdə tuulan 0.12 ha torpaq sahəsi üzərində mübahisə olduğundan, verqurluşu planının hazırlanması mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən də cavabdeh idarə tərəfindən ona ayrılmış həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçün rəyin verilməsindən imtina edilmişdir. Hesab edir ki, onun hüquqları Daşınmaz Əmlakın Dövlət və Reyestri Publik Hüquqi şoxsin 16 saçlı Ucar Ərazi İdarəsi tərəfindən pozulmuşdur. Buna görə də həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması və rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadivvat Nazirliyi vanında X3 Xidməti Daşınmaz Əmlakın Dövlət və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə tərəfindən izah olunan hallar ona aydın olduğunu bildirir və iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Kürdəmir rayonu Mollakənd Bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, bildirilir ki, torpaq sahəsi ayrılmasına dair ərizə, Bələdiyyənin 02 fevral 2023-cü il tarixli, 05 saylı iclas protokolunda müzakirə olunaraq, 0.12 ha torpaq sahəsi ayrılması ilə bağlı ilkin sənədləşdirilmə proseduruna başlanılması barədə qərar qəbul edilmiş və qanunvericiliyə uyğun olaraq müvafiq rəyin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri HPŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, həmin qurumun xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-944/2023 saylı məktubunda həmin həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi üzərində mübahisə olduğundan, yerquruluşu planının hazırlanması mümkün olmadığı bildirilmişdir. İzah olunur ki, Torpaq Qanunvericiliyinə əsasən müvafiq rəylər əldə olunmadan bələdiyyə torpaqlarının ayrılılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cıi il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin ərazisində yerləşən, həyətyanı məqsədi ilə ayrılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması və rəyin verilməsi ilə bağlı müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsində baxılmışdır. Bildirilir ki, həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi üzərində mübahisə olduğundan yerquruluşu planının hazırlanması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin sədri Ağamir Həsənovun idarəyə təqdim etdiyi arayışda iddiaçıya Mollakənd kəndinin ərazisindən həyətyanı kimi 0,12 ha torpaq sahəsinin ayrılması üçün bələdiyyə tərəfindən xx.xx.2022-ci ci il tarixdə, 12 saylı qərarla Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinə müraciət olunduğunu, cavab olaraq 16 saylı Ucar ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, **********71 saylı məktubunda nəzərdə tutulan 0.12 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən JN-9491-2006 nömrəli Torpağın icarəyə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşdüyü üçün yerqurluşu planının hazırlanmasının mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evi tikmək üçün əldə etmək istədiyiniz torpaq sahəsinin yerquruluşu planının hazırlanması ilə bağlı Mollakənd bələdiyyəsi tərəfindən 13 nömrəli 2022-ci il 14 iyul tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsi həmin 0,12 ha torpaq sahəsi elektron bazada JN-9491- 2006 nömrəli şəhadətnamə ilə üst-üstə düşdüyü üçün yerquruluşu planının hazırlanmasının mümkün olmadığını Mollakənd bələdiyyəsinə bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 20 iyul 2023-cü il tarixli, 2-1(120)-3701/2023 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın mühahisələndirilən inzibati aktları ilə hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçıya təkrar izah edir ki, qeyd edilən torpaq sahəsi İddiaçı deyil Kürdəmir rayonu Mollakənd bələdiyyəsinin mülkiyyətində olduğundan qeyd edilən iddianı məhkəmədə Kürdəmir rayonu Mollakənd bələdiyyəsi tərəfindən qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X1 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması və rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar