Məhkəmə qərarları › İş №2-1(120)-3705/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3705/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3705/2024 02.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Laçın Rayon Mərkəzi Xəstəxanası X7i inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əmək haqqından tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF SÖTMF) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Laçın Rayon Mərkəzi Xəstəxanası X6 işlədyi 2009-cu ilin avqust ayından xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əməkhaqqından tutulmuş bütün məbləğin hesablaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Ağcabədi rayonunda ailəsi ilə birlikdə müvəqqəti məskunlaşaraq yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində döyüşmüş və xəsarət almışdır, ona görə də xx.xx.2008-ci il tarixdə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. 2009-cu ilin avqust ayından “Laçın Rayon Mərkəzi Xəstəxanası” X6 mühafizəçi vəzifəsində işləməyə başlamışdır. Sonra ona məlum olmuşdur ki, ikinci dərəcəli əlil olduğu üçün ona əmək haqqında güzəştlər olunmalıdır. Bununla bağlı “Laçın Rayon Mərkəzi Xəstəxanası” X7ə müraciət etmişdir və həmin güzəşlər ona xx.xx.2023-cü il tarixən təyin edilmişdir. 2009-cu ilin avqust ayından xx.xx.2023-cü il tarixədək həmin güzəştlər ona tətbiq edilməmişdir. Qeyd olunan güzəşt onun təşəbbüsü nəticəsində deyil, “Laçın Rayon Mərkəzi Xəstəxanası” X7 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir, müraciətinə xx.xx.2024-cü il tarixli məktub ilə imtina cavabı verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-3705/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə “Laçın Rayon Mərkəzi Xəstəxanası” X7i üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-in 49-cu maddəsinə və İPMnin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehə və üçüncü şəxsə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-17-1/2-150839/2024 saylı, xx.xx.2024-cü il tarixli iddia tələbinin mümkün sayılmamasına dair ərizədə göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Fondun Balakən rayon filialına müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmış və iddiaçının ünvanına cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 17-5/2-R-21640/2024 nömrəli məktubundan məlum olur ki, müəssisə iddiaçının əməkhaqqına əlavələrin tətbiq edilməsinə xx.xx.2023-cü il tarixdə onun müraciətinə əsasən başlamışdır. Laçın rayon Mərkəzi Xəstənasının xx.xx.2024-cü il tarixli 18-1-57/2-86/2024 nömrəli məktubundan aydın olur ki, iddiaçı, onun 2-ci qrup əlilliyinin olması səbəbindən ona vergi və sair güzəştlər tətbiq edilməlidir. Müəssisə məhz həmin müraciətdən sonra bu cür güzəşti əməkhaqqına əlavələr şəklində tətbiq etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq sığortaedənin təqdim etdiyi hesabata uyğun olaraq sığortaçı müvafiq güzəştləri qeydə almışdır.İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona xx.xx.2008-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilmiş, 2009-cu ilin avqust ayından etibarən isə Laçın rayon Mərkəzi Xəstənasında işləməyə başlamışdır. iddiaçı iddia edir ki, bu cür güzəşt ona işə başladığı tarixdən tətbiq edilməli idi. Buna uyğun olaraq, iddiaçı Şirvan İnzibati Məhkəməsindən müvafiq dövrlər üzrə güzəştin tətbiq edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununun 1.1.7-ci maddəsinə əsasən sığortaedən dedikdə Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər başa düşülür. Müvafiq anlayışa əsasən məlum olur ki, bu işdə sığortaedən qismində Laçın rayon Mərkəzi Xəstənası çıxış edir.Həmin Qanunun 10-cu maddəsinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. Bu maddədən də aydın olur ki, müvafiq güzəştin tətbiq edilib-edilməməsi məsələsinə hər bir halda sığortaedəndən, yəni Laçın rayon Mərkəzi Xəstənasından asılıdır.Buradan aydın olur ki, mübahisə predmeti inzibati orqan deyil, iddiaçının işlədiyi müəssisə ilə bağlıdır. Bununla yanaşı, iddiaçı cavabdeh orqan olaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını qoysa da, müraciət etdiyi və məlumat aldığı inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X3 Xidmətinin Qarabağ regional şöbəsidir. Nəticə etibarilə, iddiaçının imtina cavabını mübahisələndirdiyi inzibati orqan hazırkı cavabdeh orqan deyildir.Azərbaycan Respublikasının İnzibati prosessual məcəlləsinin 1.0.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.Göründüyü kimi iş üzrə cavabdeh qismində Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı qeyd olunsa da, hazırkı iş üzrə cavab verməli olan orqan qismində çıxış etmir. Belə ki, qeyd etdiyimiz kimi iddiaçının iddiasına əsasən müəssisənin məcburi dövlət sosial sığorta haqlarını səhvən başqa şəxsin adına ödəməsi Fondun öhdəliyini yaratmır. Üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs Laçın Rayon Mərkəzi Xəstəxanası X7inə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddiasının mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında məhkəməyə təqdim olunmuş ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi əmək haqqından tutulmuş məbləğin geri qaytarılması ilə bağlıdır. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunana halı ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ Regional şöbəsi tərəfindən verilmiş 3-17-5/2-R-21640/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı əmək haqqına əlilliyinə görə əlavələr edilməsi barədəki ərizəsinin araşdırılması üçün X3 Xidmətinin Qarabağ regional şöbəsinə göndərilmiş və tərəflərindən baxılmışdır.Laçın rayon Mərkəzi Xəstəxanasından DƏMX-nin Qarabağ regional ərazi şöbəsinə təqdim edilmiş 04 aprel 2024-cü il tarixli 18-1-57/2-86/2024 saylı məktubda bildirilir ki, onun əmək haqqına əlilliyi ilə əlaqədar əlavələr edilməsi üçün 06 noyabr 2023-cü il tarixdə 2-ci qrup əlilliyinin olmasına görə əmək haqqına əlavələrin ödənilməsi üçün yazılı ərizə ilə müəssisəyə müraciət etmişdir və həmin tarixdən onun əmək haqqına vergi güzəştləri və əlavələr təyin edilmişdir.O, xx.xx.2023-cü il tarixdə şöbəyə gələrək yazılı izahat yazaraq bildirmişdir ki, 2023-cü ilin noyabr ayında 2-ci qrup əlilliyi olan şəxslərə vergi və sair güzəştlər tətbiq edilir. Bundan sonra müəssisənin mühasibatlığına yazılı ərizə ilə müraciət etmişdir, müraciətindən sonra əmək haqqını alarkən güzəşt tətbiq edildiyini görmüşdür. Əsas tələb olaraq, yazılı izahatında işə başladığı 2009-cu ildən 2023-cü ilin noyabr ayınadək olan dövr ərzində əmək haqqından tutulmuş bütün məbləğin ona ödənilməsini qeyd etmişdir. Ərizənizin araşdırılması zamanı əmək və sosial hüquqları ona izah olunmuşdur və nəzərinə çatdırılmışdır ki, müvafiq təsdiqedici sənədlər (yazılı ərizə, əlilliyi təsdiq edən sənəd) vətəndaş tərəfindən müəssisənin mühasibatlığına təqdim edildikdən sonra, qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştləri və sair əlavələr tətbiq edilir. Onu da nəzərinə çatdırmışdılar ki, İİ qrup əlilliyi olub işləyən şəxslər üçün nəzərdə tutulmuş güzəştlər (əmək haqqına 25%-dək əlavə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli 5.4 bəndində öz əksini tapmışdır. Məlumat üçün bildirir ki, şikayətinə dair araşdırma tərəflərdən davam etdirilir və araşdırmanın gedişində zərurət yarandığı üçün, tərəflərindən Laçın RMX-na yenidən sorğu məktubu göndərilmiş və müraciəti üzrə müvafiq sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Laçın RMX-dan müvafiq sənədlər şöbəyə təqdim edildiyi təqdirdə şikayəti araşdırılaraq nəticəsinə dair ona əlavə məlumat veriləcəkdir. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; ... Maddə. 150.1.Vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; ... 150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar: 150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə; Göründüyü kimi fiziki şəxslərin gəlir vergisi onalara ödəmələri verən hüquqi şəxslər tərəfindən hesablanaraq, dövlət büdcəsinə ödənilir. İddiaçının hazırki cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmaqla, əmək və vergi qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPMnin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə X5 hazırkı iddia tələbinizə cavab verməli orqan olmadığı, ona iddiaya cavab veməli orqanın dəqiqləşdirilməli olduğu izah edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə cavab verməli inzibati orqanın DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olduğunu qeyd etmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Laçın Rayon Mərkəzi Xəstəxanası X7i inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əmək haqqından tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar