Məhkəmə qərarları › İş №2-1(120)-3710/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3710/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3710/2025 15.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X6 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonu, Mərzili kəndində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X6 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonu Mərzili kəndində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X6 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonu Mərzili kəndində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı 01 yanvar 1977-ci ildə Ağcabədi şəhərində andan olmuş X12 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayon Mərzili kəndində qardaşları ilə birlikdə olduğu zaman həmin ərazidə minaya düşmüş və aldığı xəsarətdən həmin gün vəfat etmiş və Ağcabədi şəhər qəbristanlığında dəfn edilmişdir. X6 ölümünə dair Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 241 nömrəli ölüm akt qeydi tərtib edilmiş ölümün səbəbi "hərbi əməliyyatlar dayandıqdan sonra döyüş əməliyyatı nəticəsində alınmış zədə" kimi qeyd edilmişdir. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ********* nömrəli cinayət işi qaldırılmış, araşdırılma aparılmışdır və həyat yoldaşının minaya düşərək ölməsi müəyyən edilmişdir. Bu barədə Baş Prokurorluqdan təqdim edilmiş ekspert rəyini ərizəsinə əlavə etmişdir. Həyat yoldaşı minaya düşərək vəfat etdiyi üçün iddiaçı ona mülki şəhid statusu verilməsi ilə əlaqədar Cavabdeh Başçısı Aparatına rəsmi müraciət etmişdir. Lakin Cavabdeh Başçısı Aparatı onun müraciətinə 15 aprel 2025-ci il tarixli 5-30/1-V-3-055/2025 saylı cavab məktubu göndərərək bildirmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.1-ci və 1.2.4-cü maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş elan hesab edilən şəxsdir. Eyni zamanda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. Həmin məktubla onun müraciətinin icrasından yəni mərhum həyat yoldaşı X7 mülki şəhid statusu verilməsindən imtina edilmişdir. İddiaçı həmin imtinanı qanunsuz hesab edir. Hesab edir ki, mərhum X7 mülki şəhid statusu verilməsi qanunvericiliklə mümkündür. Belə ki, mərhum həyat yoldaşı X12 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayon Mərzili kəndinə qardaşları ilə birlikdə getmiş, həmin zaman erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları mina partlamış və nəticədə mərhum Şahin Verdiyev həyatlarını itirmiş, digər şəxslərdən də ağır yaralananlar olmuşdur. İddiaçı 2014cü ildə mərhum həyat yoldaşı X12 ilə ailə qurmuşdur. Doqquz və beş yaşlı iki azyaşlı uşağı var. Onların atalarının erməni təxribatına qurban getməsi iddiaçı və övladları üçün böyük itkidir. Şahinin düşmən təxribatının qurbanına çevrilməsinə görə də o, həqiqətən şəhid olmuş şəxs sayılır. Onun dəfn və yas mərasimi şəhid olmuş şəxslərin dəfn və yas mərasimi kimi keçirilmişdir və hər kəs hazırda statusu olmasa da onu şəhid hesab edir. Hesab edir ki, X1 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayon Mərzili kəndində minaya düşərək həyatını itirməsi ilə əlaqədar ona "Mülki Şəhid" statusu verilməsi öhdəliyi Cavabdeh Başçısı Aparatının üzərinə qoyulmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən işə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcə eyni məzmunlu ərizə ilə Cavabdehnə müraciət etmiş, 15 aprel 2025-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı 05 may 2025-ci il tarixdə poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə təqdim etmiş, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Azərbaycan Respublikası Cavabdeh Başçısı Aparatının 5-30/1-V-3-055/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı X6 xx.xx.2021-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndi ərazisində minaya düşərək həlak olduğunu bildirərək həyat yoldaşına mülki şəhid statusunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 1.1-ci və 1.2.4-cü maddələrinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Eyni zamanda Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər. X6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması müəyyən edilmədiyindən iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. Odur ki, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. AZ-İİ seriyalı, 048450 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin 07-ci ayın 02-ci günündə 202 nömrə ilə qeyd edilmişdir. AZ-İV seriyalı, 296357 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 01-ci günündə 694 nömrə ilə qeyd edilmişdir. AZE seriyalı, 12958972 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X20, anası İddiaçıdir. AZ-İİ seriyalı, 15289 nömrəli X5 surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Hərbi əməliyyatlar dayandıqdan sonra döyüş əməliyyatları nəticəsində alınmış zədə səbəbindən Ağdam rayonu, Mərzili kəndində ölmüşdür. Cavabdeh Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 1083 nömrəli, 29 aprel 2025-ci il tarixli Arayışının surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanda daimi qeydiyyatda olmaqla hal-hazırda ünvan 3nvanda daimi yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji anatomiya Birliyinin 26 aprel 2021-ci il tarixli, 06 saylı (meyitin ekspertizası) Ekspert rəyinin surətindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına və iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirlər: 1.X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - partlayış travması, sol göz almasının və baş beyin toxumasının əzilib dağılması, bədən səthinin çoxsaylı qəlpə yaraları odlu silah mərmi partlaması nəticəsində qəlpə (qəlpələr) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. 2.X1 ölümünə səbəb baş beyin toxumasının əzilib dağılması olmuşdur. 3.X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin müayinəsindən əvvələ doğru 5-7 saat olar baş vermişdir. Cavabdeh 09 iyul 2025-ci il tarixli, 5-30/2-939/2025 nömrəli məktubunun surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2025-ci il tarixli 5-30/1-V-3-055/2025 saylı müraciətində həyat yoldaşı X6 xx.xx.2021-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndi istiqamətində minaya düşərək həlak olduğunu bildirərək Şahin Verdiyevə mülki şəhid statusunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Odur ki, inzibati iş üçün zəruri olduğundan vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə ünvanlandığı ilkin müraciəti və həmin müraciət əsasında vətəndaşa ünvanlanmış cavab məktubu aidiyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Rayon Qeydiyyat şöbəsinin 30 iyun 2025-ci il tarixli, 3-16-5/8-13-743/2025 nömrəli məktubundan görünür ki, X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 ölümü haqqında akt qeydi xx.xx.2021-ci il tarixdə 241 nömrə ilə Ağdam rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikasının Prokurorluğu Ağcabədi rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-401/2-199781/2025 nömrəli məktubunun surətindən görünür ki, X6 26 aprel 2021-ci il tarixdə işğaldan azad edilmiş Ağdam rayon, Mərzili kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı ilə bağlı başlanmış ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü 28 aprel 2021-ci il tarixdə istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilmişdir. Cavabdeh 09 oktyabr 2025-ci il tarixli, 5-30/2-1398/2025 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2025-ci il tarixli 5-30/1-V-3-055/2025 saylı müraciətində həyat yoldaşı X6 xx.xx.2021-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndi istiqamətində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olduğunu bildirərək Şahin Verdiyevə "mülki şəhid" satusunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciəti ilə bağlı vətəndaş İddiaçı rayon İcra Hakimiyyətində bir daha qəbul edilmiş və dinlənilmişdir. Qəbul zamanı Ş. Verdiyevaya müvafiq qanunvericiliyin tələbləri ətraflı izah edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-030/2- 239325/2025 nömrəli məktubundan görünür ki, X6 Ağdam rayonunun Mərzili kəndi ərazisində minaya düşərək ölməsi faktı ilə əlaqədar başlanmış ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq materiallarının təsdiq edilmiş surətlərinin və istintaqın nəticəsi barədə məlumatın təqdim olunmasına dair Baş Prokurorluğun İstintaq İdarəsinə daxil olmuş 29 oktyabr 2025-ci il tarixli 2-1(120)-3710/2025 nömrəli məktub idarədə ibtidai istintaqı aparılan Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət əməllərinə dair ********* №-li cinayət işinə əlavə edilməklə baxılmışdır. Müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi 26 aprel 2021-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndi ərazisində Ağcabədi şəhər sakinləri X6 minaya düşərək ölməsi, X13 və X2 xəsarət almaları faktı ilə bağlı Ağdam rayon prokurorluğu tərəfindən həmin tarixdə Azərbaycan Respublikası CM-nin 100.2, 116.0.1, 120.2.1, 120.2.4, 120.2.12 və 29,120.2.7-ci maddələri ilə başlanaraq ibtidai istintaqı aparılmış, 07 may 2021-ci il tarixdə isə isintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilmiş və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, X3 sonra Ağdam rayonunun Mərzili kəndi işğaldan tamamilə azad edildikdən sonra, 26 aprel 2021-ci il tarixdə Ağcabədi şəhər sakinləri X12 qardaşı X13 və qonşuları X9 həmin kəndə metal qırıntıları yığmaq üçün səfər edərkən Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Mərzili kəndi yaxınlığında yerə basdırılmış fuqas tipli "PMN-E" növlü piyada əleyhinə minanın partlaması nəticəsində qəlpələrin təsirindən Şahin Verdiyev aldığı xəsarətlərdən ölmüş, Aydın Verdiyev və Firdovsif Quliyev sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışlar. Qeyd olunan cinayət faktı da daxil olmaqla digər çox saylı cinayət əməlləri törətmiş və həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb edilib ittiham elan edilimiş cinayətkar birliyin üzvlərinin barəsində ibtidai istintaqı tamamlanmış ********* nömrəli cinayət işi 25 dekabr 2024-cü il tarixdə ittiham aktı ilə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş, həmin cinayət işindən birliyin digər iştirakçıları barəsində və başqa faktlara görə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə istintaq hal-hazırda davam etdirilir. Tətbiq edilən hüquq. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər (bənd 1.2.4). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli, xx.xx.1999-cu il tarixli 35 nömrəli və xx.xx.2003-cü il tarixli 73 nömrəli Qərarlarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olmuş və Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili orqanlarda xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşən şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasını suvverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göndərilən şəxslərin həlak olması və Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırkı iş üzrə iddiaçının tələbi - onun hüquqi marağı və məqsədi “mərhum həyat yoldaşı X7 “mülki şəhid” statusu verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, X6 xx.xx.2021-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndi istiqamətində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olması ilə Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli qanunun 1-ci maddəsinin tələbləri baxımından X6 “mülki şəhid” adından məhrum edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğranda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailə üzvləri hesab edilir: ər-arvad, valideyin, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəbllərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 4.1-ci bəndinə görə hərbi qulluqçulara “şəhid” və “şəhid ailəsi” statusu qeydiyyatda olduqları hərbi komissarlıqlar tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 1.2.4-cü maddəsinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Verdiyev Şahin barəsində Ağdam rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 152891 nömrəli X5 surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Hərbi əməliyyatlar dayandıqdan sonra döyüş əməliyyatları nəticəsində alınmış zədə nəticəsində vəfat etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji anatomiya Birliyinin 26 aprel 2021-ci il tarixli, 06 saylı (meyitin ekspertizası) Ekspert rəyinin surətindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına və iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirlər: 1.X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - partlayış travması, sol göz almasının və baş beyin toxumasının əzilib dağılması, bədən səthinin çoxsaylı qəlpə yaraları odlu silah mərmi partlaması nəticəsində qəlpə (qəlpələr) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. 2.X1 ölümünə səbəb baş beyin toxumasının əzilib dağılması olmuşdur. 3.X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin müayinəsindən əvvələ doğru 5-7 saat olar baş vermişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-030/2- 239325/2025 nömrəli məktubundan müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi 26 aprel 2021-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndi ərazisində Ağcabədi şəhər sakinləri X6 minaya düşərək ölməsi, X13 və X2 xəsarət almaları faktı ilə bağlı Ağdam rayon prokurorluğu tərəfindən həmin tarixdə Azərbaycan Respublikası CM-nin 100.2, 116.0.1, 120.2.1, 120.2.4, 120.2.12 və 29,120.2.7-ci maddələri ilə başlanaraq ibtidai istintaqı aparılmış, 07 may 2021-ci il tarixdə isə isintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmiş və ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, X3 sonra Ağdam rayonunun Mərzili kəndi işğaldan tamamilə azad edildikdən sonra, 26 aprel 2021-ci il tarixdə Ağcabədi şəhər sakinləri X12 qardaşı X13 və qonşuları X9 həmin kəndə metal qırıntıları yığmaq üçün səfər edərkən Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən Mərzili kəndi yaxınlığında yerə basdırılmış fuqas tipli "PMN-E" növlü piyada əleyhinə minanın partlaması nəticəsində qəlpələrin təsirindən Şahin Verdiyev aldığı xəsarətlərdən ölmüş, Aydın Verdiyev və Firdovsif Quliyev sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışlar. Qeyd olunan cinayət faktıda daxil olmaqla digər çox saylı cinayət əməlləri törətmiş və həmin əməllərə görə cinayət məhsuliyyətinə cəlb edilib ittiham elan edilmiş cinayətkar birliyin üzvlərinin barəsində ibtidai istinataq tamalanmış ********* nömrəli cinayət işi 25 dekabr 2024cü il tarixdə ittiham aktı ilə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş, həmin cinayət işindən birliyin digər iştirakçıları barəsində və başqa faktlara görə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrı istintaq hal-hazırda davam etdirilir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətini natamam araşdırmış, X7 “mülki şəhid” statusu verilməməsi səbəbini hər hansı sübuta əsaslanmadan imtina etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı X6 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonu, Mərzili kəndində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusu verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X6 26 aprel 2021-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonu, Mərzili kəndində erməni işğalçılarının vaxtilə təxribat və tələfat törətmək məqsədilə basdırdıqları minanın partlaması nəticəsində həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusu verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar