Məhkəmə qərarları › İş №2-1(120)-3712/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3712/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3712/2024 09.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X3, Cavabdehin vəkili və nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayonu Arbatan Bələdiyyəsinə qarşı “bələdiyyənin 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X5rşı iddia ərizəsi ilə müraciət edərək, “qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və X19 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin Salyan rayonu X12 X6 Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli sərəncamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı; Salyan rayonu Arbatan bələdiyyəsinin “17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarı; Salyan rayonu X12 “70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı və Salyan rayonu X12 “6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Salyan rayonu X12 X6 Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli sərəncamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı; Salyan rayonu Arbatan bələdiyyəsinin “17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarı; Salyan rayonu X12 “70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı və Salyan rayonu X12 “6,0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)- 95/2023 nömrəli qərarı ilə cavabdehlər və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1725/2023 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunmuş, kassasiya icraatına xitam verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl iddiaçı “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. X23 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Salyan rayonu Arbatan Bələdiyyəsinə qarşı “bələdiyyənin 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair 2- 1(120)-1231/2024 saylı iş müstəqil işlər üzrə icraata ayrılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı ilə A.Ağabəyli adına təsərrüfat ərazisindən 70,43 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə əkinçilik və heyvandarlıqla məşğul olması üçün daimi istifadəsinə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X3 və "xxxx" kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verilmişdir. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin uzun müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X3 adına JN-0031, kod 80903028 nömrəli şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik və heyvandarlıqla məşğul olunmuşdur. Lakin, son vaxtlar ona məxsus torpaq sahəsinin bir hissəsini başqa şəxslər zəbt etmişlər. Dəfələrlə onlara torpaq sahəsinin boşaldılmasına dair müraciət edilməsinə baxmayaraq, onlar bunu inkar etmiş və qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etməkdə davam etmişlər. Torpaq sahəsini zəbt etmiş şəxslər hər dəfə zəbt etdikləri torpaq sahəsinə bələdiyyə tərəfindən rəsmi qaydada icazə verildiyini bildirmişlər. Bununla əlaqədar olaraq, bələdiyyə orqanına rəsmi qaydada müraciət edərək həmin ərazilərin digər şəxslərə istifadəyə və ya icarəyə verilməsi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuş, Arbatan bələdiyyəsinin 18 may 2020-ci il tarixli, 72 saylı məktubunda qeyd edilmişdir ki, istifadəsində olan torpaq sahəsi heç kimə icarəyə verilməmişdir. Arbatan bələdiyyəsi tərəfindən verilmiş göstərilən məktubu həmin şəxslərə təqdim etdikdə, ona Arbatan bələdiyyəsinin 17 oktyabr 2014-cü il tarixli, 10 nömrəli Protokolunu təqdim edərək 17,0 hektar torpaq sahəsinin onlara icarəyə verilməsini bildirmişlər. Həmin protokoldan görünür ki, onun daimi istifadəsində olan torpaq sahəsindən 17 ha torpaq sahəsi hərraca çıxarılaraq X27, X19 və X10 arasında müsabiqə keçirilmiş və nəticədə müsabiqənin qalibi kimi 17 ha torpaq sahəsi X9 50 illik müddətə icarəyə verilmiş və xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinə dair Salyan rayonu Arbatan bələdiyyəsi ilə X19 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına şəhadətnamə verilmişdir. Bələdiyyə orqanının məktubunda göstərilən məlumata baxmayaraq keçirilmiş hərrac protokolundan, icarə müqaviləsindən və Nizami Hüseynovun adına verilmiş şəhadətnamədən görünür ki, bələdiyyə orqanı səlahiyyət həddini aşaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq digər şəxsin istifadəsinə vermişdir. Eyni zamanda X21 tərəfindən ona məxsus torpaq sahəsinin digər şəxslərə verilməsi barədə məlumat əldə edilmişdir. Bələdiyyə orqanına rəsmi qaydada müraciət edilərək bu barədə məlumat verilməsi xahiş olunmuşdur. Dəfələrlə müraciət etdikdən sonra X12 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, "xxxx" MMC-nin daimi istifadəsində olan 70 ha torpaq sahəsi "xxxx" MMC-nin istfiadəsindədir və X21 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamışdır. Əlavə olaraq istifadələrinə ayrılmış X12 mülkiyyətinə aid olan 76 (yetmiş altı) ha torpaq sahəsinin istifadə müddəti bitdiyi üçün həmin torpaq sahəsi qanunvericiliyə əsasən hərraca çıxarılmışdır. 2014-cü ilin noyabr ayında keçirilmiş hərracda qalib gəlmiş Bakı şəhər sakini X9 həmin torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzrə keçirilmiş hərracın nəticələri barədə hər hansı sənəd əldə etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X5rşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçısının) torpaq hərrac və müsabiqəsinin nəticələri barədə xx.xx.2014-cü il tarixli 10 saylı Protokolunun, Arbatan Bələdiyyəsi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və X7 adına verilmiş şəhadətnamənin, X12 ərazisində yerləşən "xxxx" MMC-nin daimi istfıadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X7 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsininin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçısının) torpaq hərrac və müsabiqəsinin nəticələri barədə xx.xx.2014-cü il tarixli, 10 saylı Protokolunun, Arbatan Bələdiyyəsi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və X7 adına verilmiş şəhadətnamənin, X12 ərazisində yerləşən "xxxx" MMC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X7 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(106)-767/2021 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsininin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Arbatan bələdiyyəsinin 72 nömrəli, 18 may 2020-ci il tarixli məktubundan göründüyü kimi, onun istifadəsində olan torpaq sahəsinin heç kimə icarəyə verilməməsini bildirsə də, Arbatan bələdiyyəsinin 17 oktyabr 2014-cü il tarixli, 10 nömrəli protokolundan görünür ki, onun daimi istifadəsində olan torpaq sahəsindən 17 ha torpaq sahəsi hərraca çıxarılaraq X27, X19 və X10 arasında müsabiqə keçirilmiş və nəticədə müsabiqənin qalibi kimi 17 ha torpaq sahəsi X9 50 illik müddətə icarəyə verilmiş və xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinə dair Salyan rayonu Arbatan bələdiyyəsi ilə X19 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına şəhadətnamə verilmişdir. X12 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ona məxsus 76 ha torpaq sahəsinin istifadə müddəti bitdiyindən həmin ərazi X9 icarəyə verilmişdir. Göründüyü kimi, cavabdeh Arbatan Bələdiyyəsi göstərilən torpaq sahəsinə dair qanuni əsaslarla hüquqlara malik şəxs kimi ona məlumat vermədən, digər cavabdeh X21 isə 76 ha torpaq sahəsinin istifadə müddətinin bitməsinə əsaslanmaqla qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinə dair hərrac keçirmiş və ona məxsus torpaq sahəsinə dair digər cavabdeh N.Hüseynovla icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Göründüyü kimi, həm hərracı keçirmiş Azərbaycan Respublikasının DTXK-nin rayon torpaq hərrac və müsabiqə komissiyası və qeydiyyatı aparmış orqan hazırda eyni orqan olmaqla göstərilən hərəkətlər eyni orqan tərəfindən həyata keçirilir. Göründüyü kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MMnin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göstərilənlərə əsasən, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamələr verildiyindən göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən qanunla qorunan hüquqlara malikdir. Odur ki, cavabdehin onun torpaq sahəsi üzərində istifadə müddətinin başa çatmasına dair dəlilləri əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Şərh olunduğu kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı ilə A.Ağabəyli adına təsərrüfat ərazisindən 70,43 hektar torpaq sahəsinin əkinçilik və heyvandarlıqla məşğul olması üçün daimi istifadəyə verilməsi qərara alınmışdır. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin uzun müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göründüyü kimi, ayrılmış 70,43 hektar torpaq sahəsi daimi istifadədədir. 103,0 hektar torpaq sahəsinin ayrılması tarixi olan 05 mart 1998-ci il tarixdən qanunla göstərilən müddət keçməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə "xxxx" kiçik müəssisəsinin (hazırkı "xxxx" MMC) iddiası təmin edilərək, Salyan rayonu X13 xx.xx.2005-ci il tarixli, 02 saylı və xx.xx.2005-ci il tarixli, 03 saylı qərarlarının qəbul edildiyi andan etibarsız hesab olunması; Salyan rayonu X25 ilə Salyan rayonu Noxudlu kənd sakinləri X20 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 02 saylı və X11 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 03 saylı icarə müqavilələrinin ləğv edilməsi; X8 və X2 Salyan rayonu X17 xx.xx.2005-ci il tarixli, 02 saylı və xx.xx.2005-ci il tarixli, 03 saylı qərarları ilə onlara verilmiş "xxxx" kiçik müəssisəsinin qanuni istifadə hüququna malik olduğu müvafiq olaraq 20 hektar və 50 hektar torpaq sahələrindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996cı il tarixli, 361 saylı sərəncamı "xxxx" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 70 hektar torpaq sahəsi ayrılmış və həmin sahəyə dair 08 oktyabr 1998-ci il tarixli JN-262, kod 80903028 olan dövlət aktı verilmişdir. Həmin dövlət aktı 08 oktyabr 1998-cı il tarixdə 162 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə tərəfindən "xxxx" kiçik müəssisəsinin 70 hektar torpaq sahəsindən daimi istifadə hüququnun qanunverciliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsi öz təsdiqini tapmışdır. Həmçinin həmin torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsində qanuni əsaslarla olduğu bələdiyyə tərəfindən nəzərə alınmadan həmin torpaq sahəsi barəsində sərəncam hüququnun həyata keçirilməsi (icarə müqaviləsinin bağlanması) qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Azərbacan Respublikası İqtisad Məhkəməsinin 30 noyabr 2006-cı il tarixli qətnaməsi ilə 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Arbatan Bələdiyyəsinin cavabdeh "xxxx" kiçik müəssisəsinə (MMC) qarşı «torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası, daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinin 1-ci bəndinə əsasən, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, torpaq sahəsi mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın alına) bilər. Göründüyü kimi, fiziki və hüquqi şəxslərin qanuni istifadələrində olan torpaq sahələri yalnız dövlət ehtiyacları üçün geri alına bilər. Digər hallarda isə yalnız torpaq istifadəçilərinin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı əsasında geri alına bilər. Mübahisəli torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin (MMC) daimi istifadəsində olduğundan o qanunvericiliyin tələblərinə görə icarə haqqı deyil, torpaq vergisi ödəməlidir (əvvəlki məhkəmə qərarlarında da məhkəmələr bu qənaətə gəlmişlər). Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtsadi Kollegiyasının 03 noyabr 2011-ci il tarixli, 2-1(106)- 66/2011 saylı qətnaməsi ilə iddiaçı Arbatan Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, mübahisəli torpaq sahələrinin qanuni əsaslarla istifadədə olması, bununla da onun və "xxxx" MMC-nin göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olması, torpaq sahəsinin icarə hüququ əsasında deyil, daimi istifadə hüququ əsasında onun və "xxxx" MMC-nin istifadəsində olması və buna görə də icarə haqqı deyil (bələdiyəyə icarə haqqı deyil), torpaq vergisi (dövlət vergisi) ödənilməli olması; habelə həmin torpaq sahələrinin geri alınması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində sadalanan əsaslardan hər hansı birinin olmaması qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğundan, göstərilən xüsusatlar hazırkı işdə yenidən mübahisələndirilə bilməz və həmin faktlar yenidən sübut edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proseesində mübahisələndirilmir və yenidən sübut edilmir. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada miibahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, MPM-nin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cü maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən olunmuş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında miibahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbdə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumınyaya qarşı” 28 oktyabr 1999-cu il tarixlə qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli torpaq sahələrinin qanuni əsaslarla onun və "xxxx" MMC-nin daimi istfiadəsinə verilməsi və onun və "xxxx" MMC-nin göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olması və həmin torpaq sahəsinin geri alınması üçün Azərbaycan Respublikası Torpaq Məcələsinin 73-cü maddəsində sadalanan əsaslardan hər hansı birinin olmamasına dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Göründüyü kimi, qanunvericilik aktları normalarına əsasən torpaq sahəsinə dair hüquqa müvafiq aktın qəbul edilməsi ilə və ya məhkəmə qərarına əsasən və həm də torpaq sahəsi istifadəçisinin razılığı ilə xitam verilir. Belə bir razılıq və bunun əsasında akt isə qəbul edilməmiş və ya məhkəmə qərarı mövcud deyildir. Bununla da daimi istifadə hüququ əsasında verilmiş torpaq sahəsi qanunla müəyyən edilmiş əsaslar olmadan və qanunla müəyyən edilmiş qaydada geri alınmadan, həmin torpaq sahəsinə dair hərracın keçirilməsi və göstərilən torpaq sahəsinin N.Hüseynova icarəyə verilməsinə dair müqavilə qanunsuzdur. Odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Kravçenko Rusiya Federasiyasına» qarşı 02 aprel 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə «maddi» məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qəbul edilməlidir. Şirvan Kommersiya Məhkəməsində işə baxılması zamanı məlum olmuşdur ki, X12 10 iyun 2014-cü il tarixli qərarı ilə X3 Salyan Rayon İHB-nin 05 mart 1998-ci il tarixli qərarı ilə 15 il müddətinə verilmiş şəhadətnamənin müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsi qərara alınmışdır. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti Başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamları ilə "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilmiş və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X3 və "xxxx" kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli və JN-0031, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verilmiş torpaq sahələrinin özəlləşdirmə proseslərinə başlanmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Salyan rayonu Arbatan Bələdiyyəsnin 10 iyul 2014-cü il tarixli, 12 nömrəli qərarı ilə Salyan rayonu Arbatan Bələdiyyəsinin ərazisindən 17 ha torpaq sahəsinin özəlləşdirilməsi (qeydiyyata alınması) qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Arbatan Bələdiyyəsinin adına qeydiyyata alınmış, buna dair həmin tarixdə Arbatan bələdiyyəsinin adına Seriya RX № 04855766 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair Arbatan bələdiyyəsinin adına reyestr nömrəsi **********78 olan planölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 3.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********60 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********67 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********64 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********76 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X18 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********74 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********68 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X18 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.4 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********70 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********66 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********65 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X18 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********62 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********69 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 3.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********63 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********71 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 5.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********73 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********75 olan plan-ölçii tərtib edilmişdir. Həmçinin Salyan rayonu X12 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X12 ərazisindən 3.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X12 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X12 adına reyestr nömrəsi **********61 olan plan-ölçü tərtib edilmişdir. Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 6.0 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 70 ha torpaq sahəsinin X9 15 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli qərarı ilə 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Göstərilənlərə əsasən, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamları ilə "xxxx" kiçik müəssisəsinin istifadəsinə verildiyindən və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X3 və "xxxx" kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli və JN- 0031, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verildiyindən, bununla da göstərilən torpaq sahələri iddiaçıların hüquqları ilə yüklü olduğundan, göstərilən torpaq sahələrinin başqa şəxslərin (iddiaçıların) hüquqları ilə dövlət qeydiyyatına alınmasına dair cavabdehlərin qərarları qanunsuz və əsassızdır. Odur ki, göstərilən qərarlar ləğv edilməlidirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi və X19 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsinin və X7 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X22 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “X37” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, əvvəlki adı "xxxx" kiçik müəssisəsi və dövlət qeydiyyatı 04 olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.1991-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan sərəncamdan və Salyan Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2001-ci il tarixli, 507 nömrəli məktubunun surətlərindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 382-s saylı sərəncamı ilə X35 İslahatı Komissiyasına məxsus bələdiyyə fondundan 70 hektar torpaq sahəsinin əkinçilik və heyvandarlıqla məşğul olması üçün "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə ayrılması qərara alınmış, həmin torpaq sahəsinə X3 və "xxxx" kiçik müəssisəsinin hüquqları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 08 oktyabr 1998-ci il tarixli, JN-262, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmçinin, iş materiallarında olan digər sərəncam və şəhadətnamənin surətlərindən görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə Noxudlu təsərrüfatının bələdiyyə fondundan 103,0 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə müddətli istifadəyə verilməsi qərara alınmış, lakin həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixli, JN- 0031, kod 80903028 nömrəli şəhadətnamə ilə 15 il müddətinə X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan “açıq torpaq, hərrac, müsabiqə müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) ilə Salyan rayonu Arbatan Bələdiyyəsi (Satıcı) arasında bələdiyyə mülkiyyətinə aid 17,0 ha torpaq sahəsinin “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılması barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli 10 nömrəli iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) tərəfindən Salyan rayonu Arbatan Bələdiyyəsinin (Satıcı) mülkiyyətinə aid 17,0 ha torpaq sahəsi “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılmış, ünvan 1 ünvanında yaşayan, 07 nömrəli biletin sahibi X19 müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan “Şəhadətnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müsabiqənin qalibi hesab olunmuş X9 17,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 26 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. İş materiallarında olan “açıq torpaq, hərrac, müsabiqə müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) ilə Salyan rayonu X21 (Satıcı) arasında bələdiyyə mülkiyyətinə aid 70,0 ha torpaq sahəsinin “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılması barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) tərəfindən Salyan rayonu X12 (Satıcı) mülkiyyətinə aid 70,0 ha torpaq sahəsi “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılmış, ünvan 1 ünvanında yaşayan, 12 nömrəli biletin sahibi X19 müsabiqənin qalibi hesab olunmuşdur. İş materiallarında olan “Şəhadətnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müsabiqənin qalibi hesab olunmuş X9 70,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 24 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. İş materiallarında olan mübahisələndirilən qərardan görünür ki, Salyan rayonu Arbatan Bələdiyyəsi tərəfindən 21 oktyabr 2014-cü il tarixdə 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan mübahisələndirilən digər qərardan görünür ki, Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 70 ha torpaq sahəsi X9 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Salyan rayonu X12 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 6,0 ha torpaq sahəsi X9 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Salyan rayonu Arbatan Bələdiyyəsinin iddiaçıya ünvanladığı 18 may 2020-ci il tarixli, 72 nömrəli mərtubunda bildirilmişdir ki, Arbatan Bələdiyyəsi sizin istifadənizdə olan torpaq sahəsini heç kimə icarəyə verməmişdir. İş materiallarında olan Salyan rayonu X12 iddiaçıya ünvanladığı 03 iyun 2020-ci il tarixli, 18 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsində olan 70,0 ha torpaq sahəsi ilə bağlı X21 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamışdır, heç kimə icarəyə verməmişdir. X12 mülkiyyətində olan 76 ha torpaq sahəsinin istifadə müddəti bitdiyi üçün qanunvericiliyə uyğun hərraca çıxarılmış, 2014-cü ilin noyabr ayında keçirilmiş hərracda X19 qalib gəlmiş, həmin torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu, Arbatan bələdiyyəsinin ərazisində "xxxx" MMC-nin və təsisçisi X28-oğlunun faktiki istifadəsində olan torpaq sahəsindən uzun illərdir ki, kənd təsərrüfatı məqsədilə heyvandarlıq məqsədi üçün istifadə edir. Orada aparılmış tikililər Arbatan bələdiyyəsinin ərazisinə düşən hissədədir və həmin tikililərin tikilməsi X15 tərəfindən 2002-2003-cü illərdə tikilmiş, 2012-ci idən 2020-ci il tarixlərədək orada heyvan saxlanılıb və Arbatan ərazisində yerləşən torpaq sahələrində heyvanlar çobanları tərəfindəm otarılmışdır. Təqdim edilmiş fotoşəkillərdəki : kililərin həmin heyvandarlıq məqsədi üçün tikilmiş tikilidir və bir daha bildiririk ki, Arbatan bələdiyyəsinə məxsus ərazidə yerləşir və Aşağı Noxudlu bələdiyyə ərazisi ilə həmsərhəddir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********814900 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-1-2-47/2-19/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi ilə heç bir müqaviləsi yoxdur. İdarədə mövcud olan peyvəndləmə sənədlərində İddiaçınə məxsus heyvanların peyvənd olunması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********410100 nömrəli məktubunda qeyd edilmişdir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən, daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Xidməti), qalan torpaqlara münasibətdə isə xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) həyata keçirir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət xx.xx.2006-cı il tarixədək rayon İcra Hakimiyyətləri tərəfindən həyata keçirilmişdir. İddiaçı MMC (VÖEN **********) (əvvəlki "xxxx" kiçik müəssisəsi) tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 100,00 manat məbləğində (xx.xx.2019-cu il tarixdə) torpaq icarə haqqı ödənilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-71-8/1-37/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq müqaviləsinə əsasən bu günə qədər kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. X38 MMC (əvvəlki Samir-3 MMC) tərəfindən icarəyə veriiməmiş 20 ha torpaq sahəsi və ətrafında istifadə etdiyi torpaq sahəsində 2002-ci ildən bəri tikilmiş heyvandarlıq tövlələri, çoban evi mövcuddur, hal-hazırda istifadədə olan tövlələrdə heyvanların sayları barədə ərazi nümayəndəliyinə məlumat verilməmişdir. X38 MMC (əvvəlki Samir-3 MMC) tərəfindən mübahisələndirilən torpaq sahəsində hər hansı formada xərclərin çəkilməsi və işlərin görülməsi barədə ərazi nümayəndəliyində məlumat yoxdur. Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1996-ci tarixli 382C saylı sərəncamı ilə ayrılmış 70,43 ha torpaq sahəsi X38 MMC (əvvəlki Samir-3 MMC) tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. Bu torpaq sahəsinə dair adiarı çəkilən şəxsiər arasında mübahisə yoxdur və Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi ilə qonşuluqda yerləşir. İş materiallarında olan Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 206 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu Arbatan bələdiyyəsinin mülkiyyətində olan torpq sahəsindən X36 MMC (əvvəlki Samir-3 MMC) 53 ha torpaq sahasi istifadəsində və X7 17 ha icarəsində torpaq sahəsi vardır. Bu barədə müvafiq olaraq ekspert rəyi vardır. X36 MMC (əvvəlki Samir-3 MMC) 53 ha torpaq sahasi istifadə edir və 2019-dan bugünə qədər bələdiyyəyə vergi ödəmir. Müvafiq sənədlər 5 il müddəti keçdiyindən saxlanılmır və aktlaşdırılaraq ləğv edilmişdir. X7 17 ha icarəsindəolan torpaq sahəsinin 2023-cü ilə qədər icarə haqqını ödəmişdir. Həmin qəbzlər iddia qaldırılan zaman təqdim edilmişdir. X19 mübahisəli olan 17 ha torpaq sahəsini 2014-cü ildən bəri fasiləsiz istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-1-2-47/2-22/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (əvvəlki Samir-3 MMC -nin) Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi ilə heç bir müqaviləsi yoxdur. İdarədə mövcud olan peyvəndləmə sənədlərində İddiaçınə (əvvəlki Samir-3 MMC-yə) məxsus heyvanların peyvənd olunması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 5-71/2-550/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi müddətli istifadəyə ayrılmışdır. Sərəncama müvafiq olaraq JN 0031 KOD 80903028 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmiş və şəhadətnamə 15 il müddətinə qüvvədə olduğu müddətdə Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı qüvvədə olmuşdur. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarından sonra həmin ərazidə yaradılan Arbatan və Aşağı Noxudlu bələdiyyələrinin mülkiyyətinə keçdiyindən həmin torpaq üzərində Salyan Rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ qalmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq rayon İcra hakimiyyəti başçısı aparatında müvəqqəti mühafizə olunan sənədlərdə qeyd olunan sərəncamla əlaqədar İddiaçı MMC (əvvəlki "xxxx" MMC) tərəfindən Salyan Rayon İcra Hakimiyyətinə müraciət etməsi ilə əlaqədar məlumat aşkar edilməmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi X7 76 ha Aşağı Noxudlu və 17 ha Arbatan bələdiyyələri ilə bağlanmış müqaviləyə əsasən bu günə qədər onun tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatında müvəqqəti mühafizə olunan sənədlərdə İddiaçı MMC (əvvəlki Samir-3 MMC) tərəfindən icarəyə verilməmiş 20 ha torpaq sahəsi və ətrafında istifadə etdiyi torpaq sahəsində 2002-ci ildən bəri tikilmiş heyvandarlıq tövlələri və çoban evi mövcuddur, hazırda istifadədə olan tövlələrdə heyvanların sayları barədə, eləcə də İddiaçı MMC (əvvəlki Samir- 3 MMC) tərəfindən mübahisələndirilən torpaq sahəsinə hər hansı formada xərclərin çəkilməsi və işlərin görülməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair X3 adına 08 oktyabr 1998-ci il tarixdə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0031, kod 80903028 nömrəli şəhadətnamə tərtib edilmiş və və həmin torpaq sahəsinin 15 il müddətinə istifadəyə verildiyi qeyd edilmişdir. Sonradan torpaq sahəsinin bir hissəsi, yəni 17 ha hissəsi Salyan rayon Arbatan bələdiyyəsinin mülkiyyətinə ayrılmış və bələdiyyənin 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə 17 ha torpaq sahəsi X9 icarəsinə verilmişdir. Mübahisəli qərarın məzmundan görünür ki, həmin qərarın qəbul edilməsinə əsas torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması və heç bir şəxsin icarəsində olmaması olmuşdur. Lakin, iddiaçı həmin əsasla onun üçün əlverişsiz olan Salyan rayon Arbatan bələdiyyəsinin qərarı ilə razılaşmır. Həmin torpaq sahəsi ilə bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0031, kod 80903028 nömrəli şəhadətnamənin olduğunu və həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmalı olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ilədək qüvvədə olan mətn)

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1–4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ildən qüvvədə olan mətn)

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.

3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Malqara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.

19. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2—3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur.

20. İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 113 saylı Fərmanı Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 12- ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; Həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM) Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (bundan sonra - İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 70.1-ci maddəsinə görə İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı “X37” Məhdud Məsuliyyətli Cəmiyyəti Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarını mübahisələndirir. Əsas arqumenti isə MMC-yə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının uzunmüddətli qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi və cavadehin dəlillərinin əsassız olmasıdır. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətinin xx.xx.2023-cü il tarixli dəyişikliyədək yarandığını nəzərə alaraq, İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 217.2-ci maddəsini rəhbər tutaraq hazırkı mübahisəyə Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətni tətbiq edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə Torpaq Məcəlləsinin qüvvədə olmuş 16-cı maddəsinin tələblərindən aydın olduğu kimi örüş sahələrinin daimi və ya uzunmüddətli istifadəyə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu sahələr yalnız ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bilərdi. İddiaçı iddia ərizəsində və ərizələrində torpaq sahəsinin ona uzunmüddətli istifadəyə verildiyini bildirsə də, iş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli, 71 saylı saylı sərəncamına əsasən əkinçilik və heyvandarlıqla məşğul olmaqdan ötrü Noxudlu təsərrüfatının bələdiyyə fondundan 103,0 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müddətli istifadəsinə verildiyi müəyyən edilir. Eləcə də, Salyan rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli, 71 saylı saylı sərəncamı əsasında JN-0031, kod 80903028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə tərtib edilmişdir ki, həmin şəhadətnamədə torpaq sahəsinin 15 il müddətinə icarəyə verildiyi qeyd edilmişdir. Məhkəmə müəyyən edir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçı barəsində 2 fərqli torpaq sahəsi üzrə ayrı-ayrı sərəncamlar verilmişdir. Birincisi 70 ha torpaq sahəsidir ki, qeyd edilən torpaq sahəsi daimi istifadəyə verilmiş və bu barədə “torpaqların daimi istifadə hüququna dair” 08 oktyabr 2018-ci il tarixli, JN262, kod 80903028 nömrəli dövlət aktıdır, ikincisi isə Torpaqdan müvəqqəti istifadə hüququna dair” 08 oktyabr 1998-ci il tarixli, “JN-0031, kod 80903028 nömrəli şəhadətnamədir. Araşdırma zamanı Salyan rayon İcra Hakimiyyəti Başçısı tərəfindən daimi istifadəyə ayrılan 70 ha torpaq sahəsi ilə bağlı mübahisənin olmadığı müəyyən edilir. Tərəflər izahatlarında qeyd edilən 70 ha torpaq sahəsinin verilməsi ilə bağlı mübahisənin olmadığını qeyd etmişdirlər. Mübahisə 103 ha torpaq sahəsi ilə bağlı olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə verilən zaman bir hissəsi Salyan rayon Arbatan bələdiyyəsinin mülkiyyətinə, digər hissəsi isə Salyan rayonu X12 mülkiyyətinə verildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilən 29 mart 2023-cü il tarixli, 10/8325 saylı ekspert rəyində də qeyd edilmişdir. Belə ki ekspert rəyinə əsasən “torpaqların daimi istifadə hüququna dair” 08 oktyabr 2018-ci il tarixli, JN262, kod 80903028 nömrəli dövlət aktı və həmin aktda qeyd edilən 70 ha torpaq sahəsi ilə bağlı üst-üstə düşmə halının olmadığı müəyyən edilir. Tərəflər rəyin həmin hissəsi ilə razı olduqlarını və “torpaqların daimi istifadə hüququna dair” 08 oktyabr 2018-ci il tarixli, JN262, kod 80903028 nömrəli dövlət aktı ilə bağlı mübahisənin olmadığını qeyd etmişdirlər. Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin isə Arbatan və X12 mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı, örüş sahəsi olduğu müəyyən edilmişdir. Müəyyən olunur ki, mübahisəli 103 ha torpaq sahəsindən 17 ha hissəsi Salyan rayonu Arbatan bələdiyyəsinə ayrılmışdır ki, bələdiyyənin 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarına əsasən həmin ərazi X7 icarəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilən Salyan rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-71/2-550/2024 nömrəli məktubuna əsasən Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi müddətli istifadəyə ayrılmışdır. Sərəncama müvafiq olaraq JN 0031 KOD 80903028 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmiş və şəhadətnamə 15 il müddətinə qüvvədə olduğu müddətdə Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı qüvvədə olmuşdur. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarından sonra həmin ərazidə yaradılan Arbatan və Aşağı Noxudlu bələdiyyələrinin mülkiyyətinə keçdiyindən həmin torpaq üzərində Salyan Rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ qalmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq rayon İcra hakimiyyəti başçısı aparatında müvəqqəti mühafizə olunan sənədlərdə qeyd olunan sərəncamla əlaqədar İddiaçı MMC (əvvəlki "xxxx" MMC) tərəfindən Salyan Rayon İcra Hakimiyyətinə müraciət etməsi ilə əlaqədar məlumat aşkar edilməmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi X7 76 ha Aşağı Noxudlu və 17 ha Arbatan bələdiyyələri ilə bağlanmış müqaviləyə əsasən bu günə qədər onun tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatında müvəqqəti mühafizə olunan sənədlərdə İddiaçı MMC (əvvəlki Samir-3 MMC) tərəfindən icarəyə verilməmiş 20 ha torpaq sahəsi və ətrafında istifadə etdiyi torpaq sahəsində 2002-ci ildən bəri tikilmiş heyvandarlıq tövlələri və çoban evi mövcuddur, hazırda istifadədə olan tövlələrdə heyvanların sayları barədə, eləcə də İddiaçı MMC (əvvəlki Samir- 3 MMC) tərəfindən mübahisələndirilən torpaq sahəsinə hər hansı formada xərclərin çəkilməsi və işlərin görülməsi barədə məlumat aşkar edilməmişdir. - “açıq torpaq, hərrac, müsabiqə müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) ilə Salyan rayonu Arbatan Bələdiyyəsi (Satıcı) arasında bələdiyyə mülkiyyətinə aid 17,0 ha torpaq sahəsinin “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılması barədə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. - “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli 10 nömrəli iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) tərəfindən Salyan rayonu Arbatan Bələdiyyəsinin (Satıcı) mülkiyyətinə aid 17,0 ha torpaq sahəsi “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılmış, ünvan 1 ünvanında yaşayan, 07 nömrəli biletin sahibi X19 müsabiqənin qalibi hesab olunmuşdur. - “Şəhadətnamə”nin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müsabiqənin qalibi hesab olunmuş X9 17,0 ha torpaq sahəsi üzrə xx.xx.2014-cü il tarixdə 26 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. - Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu, Arbatan bələdiyyəsinin ərazisində "xxxx" MMC-nin və təsisçisi X28-oğlunun faktiki istifadəsində olan torpaq sahəsindən uzun illərdir ki, kənd təsərrüfatı məqsədilə heyvandarlıq məqsədi üçün istifadə edir. Orada aparılmış tikililər Arbatan bələdiyyəsinin ərazisinə düşən hissədədir və həmin tikililərin tikilməsi X15 tərəfindən 2002-2003-cü illərdə tikilmiş, 2012-ci idən 2020-ci il tarixlərədək orada heyvan saxlanılıb və Arbatan ərazisində yerləşən torpaq sahələrində heyvanlar çobanları tərəfindəm otarılmışdır. Təqdim edilmiş fotoşəkillərdəki : kililərin həmin heyvandarlıq məqsədi üçün tikilmiş tikilidir və bir daha bildiririk ki, Arbatan bələdiyyəsinə məxsus ərazidə yerləşir və Aşağı Noxudlu bələdiyyə ərazisi ilə həmsərhəddir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X29 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********814900 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-1-2-47/2- 19/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi ilə heç bir müqaviləsi yoxdur. İdarədə mövcud olan peyvəndləmə sənədlərində İddiaçınə məxsus heyvanların peyvənd olunması barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********410100 nömrəli məktubunda qeyd edilmişdir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən, daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Xidməti), qalan torpaqlara münasibətdə isə xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) həyata keçirir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət xx.xx.2006-cı il tarixədək rayon İcra Hakimiyyətləri tərəfindən həyata keçirilmişdir. İddiaçı MMC (VÖEN **********) (əvvəlki "xxxx" kiçik müəssisəsi) tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 100,00 manat məbləğində (xx.xx.2019-cu il tarixdə) torpaq icarə haqqı ödənilmişdir. - Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-71-8/1-37/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq müqaviləsinə əsasən bu günə qədər kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. X38 MMC (əvvəlki Samir-3 MMC) tərəfindən icarəyə veriiməmiş 20 ha torpaq sahəsi və ətrafında istifadə etdiyi torpaq sahəsində 2002-ci ildən bəri tikilmiş heyvandarlıq tövlələri, çoban evi mövcuddur, hal-hazırda istifadədə olan tövlələrdə heyvanların sayları barədə ərazi nümayəndəliyinə məlumat verilməmişdir. X38 MMC (əvvəlki Samir-3 MMC) tərəfindən mübahisələndirilən torpaq sahəsində hər hansı formada xərclərin çəkilməsi və işlərin görülməsi barədə ərazi nümayəndəliyində məlumat yoxdur. Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1996-ci tarixli 382C saylı sərəncamı ilə ayrılmış 70,43 ha torpaq sahəsi X38 MMC (əvvəlki Samir-3 MMC) tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. Bu torpaq sahəsinə dair adiarı çəkilən şəxsiər arasında mübahisə yoxdur və Salyan rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi ilə qonşuluqda yerləşir. - Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 206 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayonu Arbatan bələdiyyəsinin mülkiyyətində olan torpq sahəsindən X36 MMC (əvvəlki Samir-3 MMC) 53 ha torpaq sahasi istifadəsində və X7 17 ha icarəsində torpaq sahəsi vardır. Bu barədə müvafiq olaraq ekspert rəyi vardır. X36 MMC (əvvəlki Samir-3 MMC) 53 ha torpaq sahasi istifadə edir və 2019-dan bugünə qədər bələdiyyəyə vergi ödəmir. Müvafiq sənədlər 5 il müddəti keçdiyindən saxlanılmır və aktlaşdırılaraq ləğv edilmişdir. X7 17 ha icarəsindəolan torpaq sahəsinin 2023-cü ilə qədər icarə haqqını ödəmişdir. Həmin qəbzlər iddia qaldırılan zaman təqdim edilmişdir. X19 mübahisəli olan 17 ha torpaq sahəsini 2014-cü ildən bəri fasiləsiz istifadə edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-1-2-47/2- 22/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (əvvəlki Samir-3 MMC -nin) Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi ilə heç bir müqaviləsi yoxdur. İdarədə mövcud olan peyvəndləmə sənədlərində İddiaçınə (əvvəlki Samir-3 MMC-yə) məxsus heyvanların peyvənd olunması barədə heç bir məlumat yoxdur. - Salyan rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 71/2-550/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi müddətli istifadəyə ayrılmışdır. Sərəncama müvafiq olaraq JN 0031 KOD 80903028 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmiş və şəhadətnamə 15 il müddətinə qüvvədə olduğu müddətdə Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı qüvvədə olmuşdur. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi Azərbaycan Respublikasında keçirilən torpaq islahatlarından sonra həmin ərazidə yaradılan Arbatan və Aşağı Noxudlu bələdiyyələrinin mülkiyyətinə keçdiyindən həmin torpaq üzərində Salyan Rayon İcra Hakimiyyətinin sərəncam vermək hüququ qalmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq rayon İcra hakimiyyəti başçısı aparatında müvəqqəti mühafizə olunan sənədlərdə qeyd olunan sərəncamla əlaqədar İddiaçı MMC (əvvəlki "xxxx" MMC) tərəfindən Salyan Rayon İcra Hakimiyyətinə müraciət etməsi ilə əlaqədar məlumat aşkar edilməmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 71-s saylı sərəncamı ilə ayrılmış 103 ha torpaq sahəsi X7 76 ha Aşağı Noxudlu və 17 ha Arbatan bələdiyyələri ilə bağlanmış müqaviləyə əsasən bu günə qədər onun tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunur. Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatında müvəqqəti mühafizə olunan sənədlərdə İddiaçı MMC (əvvəlki Samir-3 MMC) tərəfindən icarəyə verilməmiş 20 ha torpaq sahəsi və ətrafında istifadə etdiyi torpaq sahəsində 2002-ci ildən bəri tikilmiş heyvandarlıq tövlələri və çoban evi mövcuddur, hazırda istifadədə olan tövlələrdə heyvanların sayları barədə, eləcə də İddiaçı MMC (əvvəlki Samir-3 MMC) tərəfindən mübahisələndirilən torpaq sahəsinə hər hansı formada xərclərin çəkilməsi və işlərin görülməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən qərarlarla onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusunun nədə ifadə olunduğunu əsaslandıra bilmir. İstər Salyan rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli, 71 saylı saylı sərəncamında, istərsə də, sərəncam əsasında tərtib edilmiş JN-0031, kod 80903028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə iddiamıya verilən torpaq sahəsinin uzunmüddətli verilməsi qeyd edilməmişdir. Sərəncamla müddətli verildiyi, şəhadətnamə ilə isə 15 il müddətinə verildiyi müəyyən edilir. Tətbiq edilməli olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətninə əsasən örüş sahələrinin ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bildiyi açıq şəkildə qeyd edilmişdir. İddiaçının müddətin başa çatdığı 2013-ci ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmadığı, mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq bələdiyyələrlə digər şəxs arasında bağlanılan icarə müqavilələri əsasında 2014-cü ildən X19 tərəfindən istifadə olunduğu müəyyən edilir. Qeyd edilən sənədlərə əsasən 2014-cü ildən iddiaçı tərəfindən bələdiyyəyə hər hansı vergi məbləğinində ödənilmədiyi müəyyən edilir. Belə olan halda məhkəmə, mübahisələndirilən qərarlarla iddiaçının hər hansı bir hüququnun və qanunla qorunan maraqlarının pozulmadığı, subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-3897/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-1231/2024 nömrəli real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Salyan rayonu Arbatan Bələdiyyəsinə qarşı “bələdiyyənin 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Salyan rayonu Arbatan Bələdiyyəsinə qarşı “bələdiyyənin 17 ha torpaq sahəsinin X9 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar