Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-372/2021 19.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin Cavabdeh qarşı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı əsasında Xoşçobanlı kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ona dair bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı əsasında Xoşçobanlı kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ona dair bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçının nümayəndəsi və cavabdeh xx.xx.2021-ci il tarixə saat 10:30-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixə saat 14:30-a və xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək iddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin nümayəndəsi həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun poçt xəbərnaməsinə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə imza edərək qəbul edilməsinə baxmayaraq, iddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin Cavabdeh qarşı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı əsasında Xoşçobanlı kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ona dair bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası geri götürülmüş hesab edilsin. 2.İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun.
3. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Orxan İsmayılov İş № 2-1(120)-372/2021
Məhkəmə iclasının protokolu
xx xxxxx 2021-ci il Şirvan şəhəri
Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin Cavabdeh qarşı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı əsasında Xoşçobanlı kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ona dair bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxdı.
Məhkəmə iclası başlandı saat 11:00-da Sədrlik edən məhkəmə iclasını açdı və baxılacaq işi elan etdi.
Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Hakim yerində müşavirə edərək qərara aldı ki, işə tərəflərin iştirakı olmadan baxılsın.
Sədrlik edən qərar qəbul etmək üçün müşavirə otağına getdi, qayıdarkən iddiaçı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin Cavabdeh qarşı İmişli rayon Xoşçobanlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı əsasında Xoşçobanlı kənd sakini Cavabdeh ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və ona dair bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddiasının geri götürülmüş hesab edilməsi haqqında qərardadı elan etdi.
Məhkəmə iclası qurtardı saat 11:15-də. Protokol xx xxxxx 2021-ci il tarixdə tərtib edilmiş və imzalanmışdır.
Hakim Orxan İsmayılov
Məhkəmə iclas katibi Fuad Nurəlizadə AZƏRBAYCAN RESPUBLİKASİ ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ
AZ-1800, Şirvan şəhəri, H.Z.Tağıyev küç., 10 Tel: (021) 215-12-82,Faks: (021) 215-21-44 www.shirvanaecourt.gov.az Elektron ünvan
İş № 2-1(120)-372/2021 “19” aprel 2021-ci il
İmişli rayon Xoşçobanlı bələdiyyəsinə İmişli rayonu, Xoşçobanlı kəndi.
surəti: Cavabdeh İmişli rayonu, Xoşçobanlı kəndi.
Şirvan İnzibati Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli, 2-1(120)-372/2021 nömrəli qərardadının surəti Sizə göndərilir.
qoşma qərardadın surəti.
Hakim Orxan İsmayılov İş № 2-1(120)-372/2021 “19” aprel 2021-ci il
İmişli rayon Xoşçobanlı bələdiyyəsinə İmişli rayonu, Xoşçobanlı kəndi.
surəti: Cavabdeh İmişli rayonu, Xoşçobanlı kəndi.
Şirvan İnzibati Məhkəməsinin inzibati iş üzrə qəbul edilmiş xx xxxxx 2021-ci il tarixli, 2-1(120)-372/2021 nömrəli qərardadının surəti Sizə göndərilir.
qoşma qərardadın surəti.
Hakim Orxan İsmayılov