Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-372/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona səhhəti ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 26 may 2022-ci il tarixli qərardadı ilə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə olduğu zaman aldığı xəsarətlərlə bağlı “döş fəqərəsinin sınığı, onurğa sütununun TH12-L1” fəqərələrinin köhnə konpiressyon qeyri-düzgün bitişmiş sınığı, L4-L5 fəqərəarası diskin yırtığı, L4-L5 fəqərələrinin transpedikulyar fıksasiyasından sonrakı hal” diaqnozu qoyulmuşdur. 2012-ci ildə ona ikinci dərəcəli əlillik verilmişdir. Qeyd etmək istəyir ki, yuxarıda qeyd etdiyi xəstəliklə yanaşı onda “radikulopatiya, bel oma osteoxandrozu”, “ürəyin hipertenziv xəstəliyi, Hipertroniya xəstəliyi İİİ məhrələ”, “İnsulindən asılı şəkərli diabet” xəstəlikləri vardır. 2021-ci ildə ona təyin edilmiş əlillik dərəcəsinin müddəti bitdiyi üçün yenidən müayinə edildi. Cavabdeh orqana ona yenidən əlillik dərəcəsinin təyin edilməsi üçün elektron müraciət edilsə də, ona əlillik təyin edilməsindən imtina edilmişdir. O, cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Çünki ona 2021-ci ildən ikinci dərəcə əlillik təyin edildikdən sonra səhhətində heç bir yaxşılaşma olmamışdır. Səhhəti getdikcə ağırlaşır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2012-ci ildə “ümumi xəstəlik” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik xx.xx.2014-cü ildə bir il müddətinə uzadılmışdır. Növbəti dəfə vətəndaş əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciət etmiş və xx.xx.2015-ci ildə “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0254003AAHGN nömrəli göndəriş əsasında İddiaçı Agentlikdə xx.xx.2021-ci il tarixdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Onurğa sütününun TH12-L1 fəqərələrinin köhnə qeyridüzgün bitişmiş sınığı. L4-L5 fəqərəarası diskin yırtığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, o, xx.xx.2012-ci il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən tibbi nəzarətə götürülmüş, Şirvan şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun əlillik vəziyyətinə baxılmış, Səbəbi:“Ümumi xəstəlik”; Əmək zəmanəti: Ağır fiziki işlərdən azaddır; X1: Vİ sinif – Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.9 – Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi; Diaqnozun mətni: Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. Bel-oma osteoxondrozu. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/v. Döş-bel fəqərələrinin...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. Bel-oma osteoxondrozu. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/v. Döş-bel fəqərələrinin...; səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinə təkrar baxılmış, Səbəbi: “Ümumi xəstəlik”; Əmək zəmanəti: Ağır fiziki işlərdən azaddır; X1: Vİ sinif – Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.9 – Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi; Diaqnozun mətni: Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. Bel-oma osteoxondrozu. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/v. Döş-bel fəqərələrinin postravmatik deformasiyası. Hər iki aşağı ətrafın poliparezi. Çanaq orqanlarının funksional pozğunluğu. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. Bel-oma osteoxondrozu. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/v. Döş-bel fəqərələrinin...; səbəbi ilə ona yenidən 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0254003AABV1 nömrəli göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinə təkrar baxılmış, Səbəbi: “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik”; Əmək zəmanəti: Ağır fiziki işlərdən azaddır; X1: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S22 – Qabırğanın (qabırğaların) döş sümüyünün və onurğanın döş şö...; Diaqnozun mətni: Döş fəqərəsinin sınığı. Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/v. Çanaq orqanlarının funksional pozğunluğu. Spatik paraplegiya. Hər iki aşağı ətrafın paraparezi. Radikulopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərəsinin sınığı. Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/h. Çanaq orqanlarının fu...; səbəbi ilə ona daha 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik”; Əmək zəmanəti: Ağır fiziki işlərdən azaddır; X1: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S22 – Qabırğanın (qabırğaların) döş sümüyünün və onurğanın döş şö...; Diaqnozun mətni: Döş fəqərəsinin sınığı. Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/d bitişik sınığı. L4-L5 f/a disk yırtığı əməliyyatdan s/h. Çanaq orqanlarının funksional pozğunluğu. Spatik paraplegiya. Hər iki aşağı ətrafın paraparezi. Radikulopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərəsinin sınığı. Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompression q/düzgün bitişik sınığı. L4-L5 f/a diskin yırtığı əməliyyatdan s/h. Çanaq orqanlarının fu...; səbəbi ilə ona 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0254003AAHGN nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinə baxılmış, X1: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S22 – Qabırğanın (qabırğaların) döş sümüyünün və onurğanın döş şö...; Diaqnozun mətni: Döş fəqərəsinin sınığı. Onurğa sütununun T12-L1 fəqərələrinin köhnə kompiression qeyri düzgün bitişik sınığı. L4-L5 fəqərə arası diskin yırtığı. L4-L5 fəqərələrinin transpedikulyar fiksasiyasından sonrakı hal. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilir” səbəbi ilə iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı eyni diaqnozla ona 2012-2021-ci illər ərzində 9 il ikinci dərəcə əlillik təyin olunmuş, heç bir dəyişiklik olmadan həmin diaqnozla xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” X3 verdikləri 05 iyul 2022-ci il tarixli, T 261/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsinin son göndərişində qeyd edilmiş diaqnoz: “döş fəqərəsinin sınığı, onurğa sütününun TH12-L1 fəqərələrinin köhnə qeyri-düzgün bitişmiş sınığı, L4-L5 fəqərəarası diskin yırtığı, L4-L5 fəqərələrinin transpedikulyar fıksasiyasından sonrakı hal” onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz şəxsin istər xx.xx.2021-ci il tarixdə TSEK-da, istərsə də xx.xx.2022-ci il tarixdə “MTE və PA” Birliyi phş-də əyani müayinələri zamanı əsas xəstəlik və ağırlaşmalar, əyani müayinədə qeyd olunan patofunksional pozuntular əlillik təyinatına uyğun olmadığı üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin. 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 31 yanvar 2023-cü il tarixli, 1031 saylı rəydə göstərilmişdir ki, 1-3. İddiaçı xx.xx.2022-ci il tarixdə KTM-in Neyrocərrahiyyə poliklinikasında müayinəsi zamanı “L3 fəqərənin L4 nisbətən birinci dərəcəli arxa listezi izlənilir. L4-L5 səviyyəsində keçirilmiş cərrahi əməliyyat nəticəsində fıksator-implantar qeyd olunur. Fəqərə limblərində deqenerativ dəyişikliklər müşahidə olunur. L2-L3 intervertebral diskin arxa geniş protruziyası təyin olunur. Dural kisənin ventral səthinin kompressiyası və bilateral nevral dəliklərin daralması izlənilir. L3-L4 diskin arxa geniş protruziyası və bilateral nevral dəliklərin daralması izlənilir. L4-L5 diskin sol lateroforaminal protruziyası aşkar edilir. Onurğanın döş nahiyəsinin kifozu güclənmişdir. THİO fəqərə cismində subsantimetrli hemangioma mövcuddur. Döş nahiyəsində fəqərələrin kobud deformasiyası qeyd edilmir. Fəqərələrin terminal lövhələrinin osteoxondroza xas sklerotik dəyişiklikləri aşkarlanır. Onurğanm döş hissəsində vertebral kanalın stenozu izlənilmir. TH6-TH7, THlO-THll disklərin deqenerasiyası və arxa mərkəzi protruziyaları təyin olunur, ön-arxa ölçüsü 2 mm-ə yaxındır. Dural kisənin ventral səthi kompressiyası” müəyyən edildi. Əlilliyin təyini məhkəmə-tibbi ekspertlərin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqlan haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspeıtiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. Qeyd olunduğu kimi, İddiaçı xəstəliyi ilə bağlı eyni diaqnozla ona 2012-2021-ci illər ərzində 9 il ikinci dərəcə əlillik təyin olunmuş, heç bir dəyişiklik olmadan həmin diaqnozla xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 verdiyi 05 iyul 2022-ci il tarixli, T 261/2022 saylı rəyi ilə 31 yanvar 2023-cü il tarixli, 1031 saylı rəyi arasında ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 05 iyul 2022-ci il tarixli, T 261/2022 saylı rəyində “şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi” qeyd olunsa da, 31 yanvar 2023-cü il tarixli, 1031 saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri və 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölmələrinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəliyi ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-372/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-372/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver