Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-373/2020 09.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinin nümayəndəsi X2 (Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinə qarşı adının Təhsil Nazirliyinin elektron bazasına müəllim kimi daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının Təhsil Nazirliyinin sistemində ibtidai sinif müəllimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan iddia tələbini dəyişərək,cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinə qarşı adının Təhsil Nazirliyinin elektron bazasına müəllim kimi daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddia tələbini müdafiə edərək onun təmin olunmasını və sonradan teleqram ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ilin sentyabr ayının 1-dən ibtidai sinif müəllimi kimi 9 nömrəli məktəbdə işə başlamışdır. 2003-cü ilin sentyabrında sinif müəllimi saxlanılmaq şərti ilə Uşaq Birliyinin rəhbəri vəzifəsinə təyin edilmişdir. O cümlədən müəllim kimi 6-12 saat aralıqda dərsləri də olmuşdur. Hardasa 2017-ci ilə, diaqnostik qiymətləndirməyə qədər də bu belə davam etmişdir. Əmrdə müəllim kimi saxlanılmağına, müəllim kimi fəaliyyət göstərməyinə baxmayaraq o, diaqnostik qiymətləndirmədən keçirilməmişdir. Diaqnostik qiymətləndirmədən sənədləri geri qayıdandan sonra bilmişdir ki, onun vəzifəsi, müəllimliklə bağlı sistemə daxil edilməyib. Məktəbdən də, Təhsil şöbəsindən də niyə belə olduğunu soruşduqda da cavab olaraq bildirilmişdir ki, əmrə əsasən sistemdə adı müəllim kimi qeyd edilməyib. Adı sistemdə Uşaq Birliyinin rəhbəri kimi qeyd edilmişdir. Hansısa təhsil işçisinin təqsiri üzündən nə üçün onun neçə illik əziyyəti hədər getməlidir. Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinə və Təhsil Nazirliyinə bununla bağlı olaraq müraciət etsə də, ona bir cavab göndərilməmişdir. Bütün bunlardan görünür ki, hüquqları Təhsil şöbəsi tərəfindən kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, İddiaçı xx.xx.1999-cu il tarixdə məktəb direktoru tərəfindən 9 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdur. xx.xx.2003-cü il tarixdə yenidən məktəb direktorunun xx.xx.2003-cü il tarixli, 64 nömrəli əmri ilə məktəbdə ibtidai sinif müəllimi saxlanılmaqla Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin olunmuşdur. UBR (Uşaq Birliyinin rəhbəri ) vəzifəsinə təyin olunandan sonra məktəbdə tam sinif yox, yardımçı dərs saatları aparmışdır. 2016-cı ildən UBR-i vəzifəsində işləyənlərə dərs saatı aparmalarına icazə verilmir. İddiaçı UBR-i vəzifəsində işlədiyinə görə həmin vaxtdan yardımçı dərs saatı olsa da dərslə təmin olunmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirməyə İddiaçı UBR olduğu üçün buraxılmamışdır. Çünki diaqnostik qiymətləndirmədə ixtisas müəllimləri iştirak edirlər. Odur ki, İddiaçı iddiasının əsassız olduğunu nəzərə alaraq təmin edilməməsi nəhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, İddiaçı Füzuli rayonu 9 nömrəli tam orta məktəbinin direktorunun xx xxxxxxxx 1999-cu il tarixli, 57 nömrəli əmri ilə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir və xx xxxxxxxx 2003-cü il tarixli, 64 nömrəli əmri ilə həmin məktəbin uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə keçirilmişdir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydaları”na əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə iztisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilir. İddiaçı müəllimlərin işə qəbulu üzrə növbəti müsabiqədə iştirak etməsi tövsiyə olunur. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, Füzuli rayonunun 9 saylı tam orta məktəbi üzrə xx.xx.1999-cu il tarixli, 57 nömrəli və xx.xx.2003-cü il tarixli, 64 nömrəli əmrin surətləri və əmək kitabçasının surəti əlavə olunmuşdur. Eyni zamanda işmateriallarına Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubuna əlavə edilmiş Əmək və X4 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı əlavə edilmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 14171386 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Füzuli rayonu, Veysəlli kəndində anadan olmuş, Füzuli rayonu, Dövlətyarlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Füzuli rayonunun 9 saylı tam orta məktəbi üzrə xx.xx.1999-cu il tarixli, 57 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 9 saylı orta məktəbinə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. İşdə olan Füzuli rayonunun 9 saylı tam orta məktəbi üzrə xx.xx.2003-cü il tarixli, 64 nömrəli əmrin surətindən görünür ki, 9 saylı tam orta məktəbin ali təhsilli müəllimi İddiaçı məktəbdə ibtidai sinif müəllimi saxlanılmaqla Uşaq Birliyinin rəhbəri vəzifəsinə təyin edilmişdir. İşdə olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, Füzuli rayonunun 9 saylı tam orta məktəbinin direktorunun xx.xx.1999-cu il tarixli, 57 nömrəli əmrinə əsasən İddiaçı ixtisasına uyğun olaraq Füzuli rayonunun 9 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmiş və Füzuli rayonunun 9 saylı tam orta məktəbinin direktorunun xx.xx.2003-cü il tarixli, 64 nömrəli əmrinə əsasən İddiaçı məktəbdə ibtidai sinif müəllimi saxlanılmaqla Uşaq Birliyinin rəhbəri vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, M-464/01/09-24 nömrəli məktubunda qeyd olunmuşdur ki, mövcud qaydalara əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin bütün mərhələlərindən uğurla keçən namizədlər ümumi təhsil müəssisələrinə ixtisasları üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim təyin edilir. Əmək qanunvericiliyinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İşdə olan Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubuna əlavə edilmiş Əmək və X4 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, Cavabdeh ilə bağlanılmış və qüvvədə olan xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən İddiaçı müəllimdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin: 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. “Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi” barədə Azərbaycan Respublikası təhsil nazirinin x xxxx 2017-ci il tarixli, 122 nömrəli əmrinin: 1-ci bəndinə əsasən 2017-ci ilin aprel-may aylarında Mingəçevir, Naftalan şəhərlərinin, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Göyçay, Kəlbəcər, Laçın, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tərtər, Tovuz, Xocalı, Xocavənd, Yevlax, Zaqatala və Zəngilan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin. 4-cü bəndinə əsasən bu əmrin 1-ci bəndində adları çəkilən şəhər (rayon) təhsil şöbələrinə, De-institutlaşma və uşaqların müdafiəsi idarəsinə tapşırılsın ki: 4.1-ci bəndinə əsasən tabeliklərindəki ümumi və xüsusi təhsil müəssisələrində işləyən müəllimlərin siyahılarının hazırlanmasını və cari ilin martın 15-dək Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər; 4.2-ci bəndinə əsasən müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakını təmin etsinlər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Füzuli rayonunun 9 saylı tam orta məktəbinin direktorunun xx.xx.1999-cu il tarixli, 57 nömrəli əmrinə əsasən İddiaçı ixtisasına uyğun olaraq Füzuli rayonunun 9 saylı tam orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmiş və Füzuli rayonunun 9 saylı tam orta məktəbinin direktorunun xx.xx.2003-cü il tarixli, 64 nömrəli əmrinə əsasən İddiaçı məktəbdə ibtidai sinif müəllimi saxlanılmaqla Uşaq Birliyinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Lakin əmrdə müəllim kimi saxlanılmağına, müəllim kimi fəaliyyət göstərməyinə baxmayaraq o, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirməyə İddiaçı Uşaq Birliyinin rəhbəri olduğu üçün buraxılmamışdır. Bundan başqa, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Əmək və X4 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumata əsasən Cavabdeh ilə bağlanılmış və qüvvədə olan xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən hal-hazıradək İddiaçı vəzifəsi “müəllim” kimi qeyd olunmuşdur. İddiaçı adının Təhsil Nazirliyinin elektron bazasına müəllim kimi daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla məhkəmə araşdırması zamanı əldə edilmiş məlumatlar arasında ziddiyyət vardır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda iddiaçının xx xxxxxxxx 1999-cu il tarixli, 57 nömrəli əmri ilə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsi və xx xxxxxxxx 2003-cü il tarixli, 64 nömrəli əmri ilə həmin məktəbin uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə keçirildiyi qeyd edilmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, İddiaçı xx.xx.1999-cu il tarixdə məktəb direktoru tərəfindən 9 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi, xx.xx.2003-cü il tarixdən isə məktəb direktorunun xx.xx.2003-cü il tarixli, 64 nömrəli əmri ilə məktəbdə ibtidai sinif müəllimi saxlanılmaqla Uşaq Birliyi rəhbəri (UBR) vəzifəsinə təyin olunmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi bildirdi ki, 2016-cı ildən UBR-i vəzifəsində işləyənlərə dərs saatı aparmalarına icazə verilməmiş, İddiaçı UBR-i vəzifəsində işlədiyinə görə həmin vaxtdan yardımçı dərs saatı olsa da dərslə təmin olunmamış və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirməyə İddiaçı UBR olduğu üçün buraxılmamışdır. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 176 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdə məktəb direktoru tərəfindən 9 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi, xx.xx.2003-cü il tarixdə həmin məktəbdə direktorun əmrinə əsasən müəllim saxlanılmaqla əsas vəzifəsi Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2014cü ildə direktor tərəfindən əmək müqaviləsi elektron infirmasiya sisteminə daxil edilərkən məşğulluq təsnifatı üzrə müəllim qeyd olunmuşdur. 2014-2015-ci tədris ilinin tarif cədvəlində yalnız UBR vəzifəsi qeyd olunmuşdur. Çünki, həmin tədris ilindən İddiaçı ibtidai sinif üzrə əlavə dərs saatı olmadığına və qanuna uyğun olaraq dərs saatı verilməmişdir. Texniki səhv olaraq elektron informasiya sistemində əmək müqaviləsinə sabiq direktor (2019-cu ilin fevral ayının 9-da vəfat etmişdir) dəyişiklik etməmişdir. İddiaçı UBR-i vəzifəsində işlədiyinə görə diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Göründüyü kimi Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubda xx xxxxxxxx 2003cü il tarixli, 64 nömrəli əmri ilə həmin məktəbin uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə keçirildiyi qeyd edilsə də, Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 176 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdə həmin məktəbdə direktorun əmrinə əsasən müəllim saxlanılmaqla əsas vəzifəsi Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin olunmuş, eyni zamnada 2014-cü ildə direktor tərəfindən əmək müqaviləsi elektron infirmasiya sisteminə daxil edilərkən məşğulluq təsnifatı üzrə müəllim qeyd olunmuşdur. Digər tərəfdən isə Əmək və X4 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumata əsasən müəyyən olunur ki, Cavabdeh ilə bağlanılmış və qüvvədə olan xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən hal-hazıradək İddiaçı vəzifəsi “müəllim” kimi qeyd olunmuşdur. Başqa sözlə, Əmək və X4 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əsasən iddiaçı vəzifəsi hal-hazıradək “müəllim” göstərilsə də, ancaq onun müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakı təmin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (maddə 11). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz(maddə 24.5). Məhkəmə qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçıya onun müraciəti ilə əlaqədar tam, dəqiq, ətraflı məlumat verməmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur)fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparmamış, işin faktiki və hüquqi halları tam müəyyən etməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Füzuli rayon şöbəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-373/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-373/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver