Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-373/2022 19.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “tikinti obyektinin istismarına № 11 saylı icazə sənədində tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı “tikinti obyektinin istismarına № 11 saylı icazə sənədində tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(120)-1754/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “tikinti obyektinin istismarına №11 saylı icazə sənədində tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 10 saylı Lənkəran Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin fevral ayından istismara verilmiş Lənkəran rayonu, Şürük kəndi ərazisində 0,17 ha torpaq sahəsi üzərində ümumi sahəsi S=1076,1 kv.m tikintialtı sahəsi S=581,4 kv.m olan 2 mərtəbəli qeyri yaşayış binası olan mağaza İddiaçı istifadəsindədir. Yəni, vətəndaşlara - kənd əhalisinə təsərrüfat mallarını nəğd pula və ya nisyə satmaqla ticarət xidməti göstərir. Belə ki, Lənkəran rayonu, Şürük kəndi ərazisində 0,17 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 25.05.2018-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********58- 10301 olan, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin koordinatları qeyd olunmuş Çıxarışla xüsusi mülkiyyət hüquqları da təsdiq edilmişdir. Odur ki, xüsusi mülkiyyətində olan həmin 0,17 ha həyətyanı torpaq sahəsində 2 mərtəbəli qeyri yaşayış binası olan mağazanın tikintisinə icazənin alınmasından ötrü Cavabdeh Başçısına müraciət etmişdir. Cavabdeh Başçısı tərəfindən mülkiyyətində olan 0,17 ha torpaq sahəsi üzərində 2 mərtəbəli, ümumi sahəsi 1076,1 kv.m ölçülərində qeyri-yaşayış binasının (mağaza) tikintisinə icazənin verilməsi haqqında 11.02.2019-cu il tarixli, 21 saylı “Sərəncam” verilmişdir. FHN-nin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin 13 mart 2020-ci il tarixli, Ö/003649 nömrəli, “İstismara hazırlıq Aktı”-ında 2 mərtəbəli, ümumi sahəsi 1076,1 kv.m, tikintialtı sahəsi S=581,4 kv.m olan qeyri-yaşayış binasının (mağaza) tikintisinin 04 mart tarixdə başlanması 25 dekabr 2019-cu il tarixdə isə qurtarması yəni başa çatması qeyd edilmişdir. Eyni zamanda, 13 mart 2020-ci il tarixli, № Ö/003649 nömrəli “İstismara hazırlıq Aktı”-ında: A) Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Rövşən Qasımov, tərəfindən möhür və imzası ilə təsdiq edilmişdir. B) Qeydiyyat nömrəsi L-15-059 olan, 14.09.2015-ci il tarixli, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə verilmiş xüsusi razılıq N 085265 nömrəli lisenziya hüququna malik olan X6, tərəfindən layihələndirilmişdir. Cavabdeh Başçısı, 01 iyun 2020-ci il tarixli, Lənkəran rayonu, Şürük kəndi ərazisində 2 mərtəbəli, ümumi sahəsi 1076,1 kv.m ölçülərində qeyri-yaşayış binasının (mağazasının) istismarına, “Tikinti obyektinin istismarına 11 nömrəli, İcazə” sənədini də vermişdir. Odur ki, yuxarıda qeyd etdiyi ilkin hüquqmüəyyənedici sənədlərə əsaslanaraq Lənkəran rayonu, Şürük kəndi ərazisində xüsusi mülkiyyətimdə olan 0,17 ha torpaq sahəsi üzərində 2020-ci ilin fevral ayından istismara verilmiş 2 mərtəbəli, qeyri yaşayış obyektimə (mağazaya) xüsusi mülkiyyət hüquqlarını təsdiq edən Texniki pasport və müvafiq Çıxarışın, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı adına qeydiyyata alınmasından ötrü rəsmi olaraq 12 yanvar 2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizə ********** sayla qeydiyyata götürməklə, 29 mart 2021-ci il tarixli, № **********36 saylı qeydiyyat nömrəli, DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən, “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” cavablandırmışdır. DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi, imtina cavab məktubunda əsas səbəb kimi, Cavabdeh Başçısının 01 iyun 2020-ci il tarixli, “Tikinti obyektinin istismarına icazə № 11” sənədində tikinti obyektinin kodunun yazılmamasını qeyd edərək göstərmişdir. Belə ki, DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi 29 mart 2021-ci il tarixli, cavab məktubunun 3, 4, 5, 6-cı abzaslarında “Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, icraata təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan “Tikinti obyektinin istismarına icazə № 11” sənədində tikinti obyektinin kodu qeyd olunmadığı səbəbindən, həmin hissəsində hüquqi uyğunsuzluğun yaranması”nı qeyd etmişdir. Bir sözlə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin əsas səbəb kimi Cavabdeh Başçısının “Tikinti obyektinin istismarına icazə № 11” sənədində: “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafasında müvafiq kod rəqəmin yazılmaması ucbatından DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinə, yuxarıda qevd olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə baxmayaraq mülkiyyət hüququnu dövlət qeydiyyatına götürməkdən imtina etmişdir. Bu səbəblərdən 16 may 2021-ci il tarixdə, nümayəndəsi X3 tərəfindən Lənkəran ŞİHB-na ətraflı yuxarıda qeyd etdiyi kimi DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 0,17 ha. torpaq sahəsinə verilmiş 25.05.2018-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********58- 10301 olan, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin koordinatları qeyd olunmuş Çıxarışın olmasını, 11.02.2019-cu il tarixli, 21 saylı “Sərəncam” verməsini, FHN-nin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin 13 mart 2020-ci il tarixli, N2 Ö/003649 nömrəli, “İstismara hazırlıq Aktı”-nın olması, 01 iyun 2020-ci il tarixli, verilmiş “Tikinti obyektinin istismarına № 11 nömrəli, İcazə” sənədində kod qrafasının boş saxlanılması - yəni həmin boş qrafda yenidən kod rəqəminin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin Lənkəran ŞİHB, 31.05.2021-ci il tarixli, F-25-150 saylı, cavab məktubunda konkret olaraq xahiş edilən 01 iyun 2020-ci il tarixli, istismarına icazə verilmiş “Tikinti obyektinin istismarına № 11 saylı İCAZƏ ” sənədində tələb edilən kod nömrəsinin verilməsi barədə müraciətimin əvəzinə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar”-ına uyğun olaraq tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarışı və tikinti layihəsinin Memarlıq planlaşdırma bölməsini müvafiq qaydada təqdim etdikdən sonra qaldırdığınız məsələyə qanunamüvafiq qaydada baxılacaq”-dır cavabını vermişdir. Lənkəran rayonu, Şürük kəndində layihələndirilən həmin iki mərtəbəli, sahibkarlıq obyekti olan qeyri-yaşayış binası (mağaza) Lənkəran şəhər baş memarı E.Əsədullayev tərəfindən razılaşdırılmışdır. Bu barədə Lənkəran ŞİHB məlumatlı idi. Bununla belə İcra Hakimiyyəti tərəfindən verilən yuxarıda adları qeyd olunan hüquqi sənədlərdə zəruri tələb edilən kod rəqəminin verilməməsinin-yazılmamasının əsil səbəbini izahatını vətəndaşa, kiçik sahibkara anladıb, başa salıb kömək etmək əvəzinə Lənkəran ŞİHB-01 iyun 2020-ci il tarixli, “Tikinti obyektinin istismarına icazə № 11” sənədində, “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafasında müvafiq kod rəqəminin yazılmamasının hüquqi tərəfinə aydınlıq gətirmədən 31.05.2021-ci il tarixli, F-25-150 saylı, məktubunda xahiş edilən iddia predmetindən yayınmaqlaəsaslandırılmayan imtina cavabı vermişdir. Odur ki, Cavabdeh Başçısının 01 iyun 2020-ci il tarixli, “Tikinti obyektinin istismarına icazə № 11” sənədində, “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafasında müvafiq kod rəqəminin yazılmamasından ötrü, 31.05.2021-ci il tarixli, F-25-150 saylı, imtina cavab məktubunu mübahisələndirib Lənkəran ŞİHB-na qarşı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənləri nəzərə alaraq Lənkəran rayonu, Şürük kəndi ərazisində DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 25.05.2018-ci il tarixli, reyestr nömrəsi **********58- 10301 olan, ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0,17 ha torpaq sahəsi üzərində, Cavabdeh Başçısının, 2 mərtəbəli, ümumi sahəsi 1076,1 kv.m ölçülərində qeyri-yaşayış binasının (mağaza) 01 iyun 2020-ci il tarixli, istismarına icazə verilmiş “Tikinti obyektinin istismarına № 11 saylı icazə” sənədində tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq nümayəndələri məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndələrinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, cavabdeh Lənkəran rayonunda yerləşdiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, işdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Lənkəran rayonunun Şürük kəndində anadan olmuş, Lənkəran rayonu, Şürük kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Cavabdeh Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 sentyabr 2021-ci il tarixli, 726 nömrəli arayışından görünür ki, Əsədov X4 rayonunun Şürük kəndində mülkiyyətində olan 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. İşdə olan 02.05.2018-ci il tarixli, AN-İ 653575 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Lənkəran rayonu, Şürük kəndində yerləşən 0.17 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 58.7 kv.m, yaşayış sahəsi 32.7 kv.m, yardımçı sahəsi 26 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyəti üzrə İddiaçı satmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən (qeydiyyat nömrəsi ********** və ona əlavə olunmuş plan çizgidən görünür ki, Lənkəran rayonu, Şürük kəndində yerləşən 58.7 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin koordinatları müəyyənləşdirilmişdir. İşdə olan Cavabdeh 11 fevral 2019-cu il tarixli, 21 nömrəli qeyri yaşayış binasının tikintisinə icazə verilməsi haqqında sərəncamında qeyd edilmişdir ki, Şürük kənd sakini İddiaçı sifarişi ilə lisenziyalı təşkilat tərəfindən hazırlanmış, müvafiq qaydada razılaşdırılmış tikinti layihəsi nəzərə alınsın və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin ekspertiza rəyini aldıqdan sonra tikinti-quraşdırma işlərinə başlanılsın. Şürük kənd sakini İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrinin 25 may 2018-ci il tarixli, RX-1293536 saylı çıxarışına əsasən Şürük kəndində mülkiyyətində olan 0.17 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun iki mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilsin. Sifarişçiyə tapşırılsın ki, tikinti işlərini başlamaq üçün şəhər İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsindən “Xüsusi nişan” alsın. Tikinti işləri başa çatdıqdan sonra ərazinin təmizlənməsi və abadlaşdırılması, istismara veriləcək obyekt üçün qanunvericilikdə müəyyən edilmiş qaydada-quraşdırma işləri başa çatmış obyektlərin istismara qəbul edilməsi barədə qəbul aktının alınması sifarişçi tərəfindən təmin edilsin. Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, tikintiyə icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətinə Tikintilərin Dövlət reyestrinin internetinin səhifəsinə yerləşdirsin. Sərəncamın icrasına nəzarət şəhər İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinə və Şəhər İcra hakimiyyəti başçısı aparatının Şəhər Təsərrüfatı şöbəsinə həvalə edilsin. İş materiallarına əlavə olunmuş 13 mart 2020-ci il tarixli, Ö/003649 nömrəli istismara hazırlıq aktından görünür ki, Lənkəran rayonu, Şürük kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına istismara hazırlıq aktı verilmişdir. İş materiallarında olan tikinti obyektinin istismarına 01 iyun 2020-ci il tarixli, 11 nömrəli icazədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı tərəfindən Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən qeyri yaşayış binasının istismarına icazə verilmiş, həmçinin tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kod nömrəsi qrafası boş qalmışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 29 mart 2021-ci il tarixli, **********36 saylı məktubunda qeyd olunmuşdur ki, sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 sayiı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 12 yanvar tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyətinizdə olan 0.17 ha torpaq sahəsində Cavabdeh Başçısının 11.02.2019-cu il tarixli, 21 saylı sərəncamı əsasında tikintisinə icazə verilmiş qeyri-yaşayış binasına (mağaza) dair vahid daşınmaz əmlak obyekti olaraq dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, icraata təqdim olunmuş mühüm əhəmiyyətli sənədlərdən sayılan “Obyektin istismarına icazə № 11” sənədində tikinti obyektinin kodu qeyd olunmadığı səbəbindən, həmin hissədə hüquqi uyğunsuzluq yaranmışdır. Belə ki, hüquqmüəyyənedici sənəd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin istismarına icazə” sənədində tikinti obyektinin kodu barədə qeyd olunan hissə tərəfinizdən təqdim olunmuş hazırki 01 iyun 2020-ci il tarixli “Obyektin istismarına icazə № 11” sənədində qeyd olunmamışdır. Beləliklə, təqdim olunmuş mühüm sənədlərdən sayılan “tikinti obyektinin istismarına icazə № 11” sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi barədə bütövlükdə aidiyyəti qeyd aparılmamışdır. Əslində isə tərəfinizdən inşa edilən qeyri-yaşayış binasının istismarına icazə sənədi faktiki olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin istismarına icazə” sənədinin bütövlükdə nümunəsinə uyğun tərtib olunmalı, ümumi və faktiki sahəni əhatə etməli, habelə həmin istismara icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi barədə aidiyyəti hissədə xüsusi qeyd aparılmalıdır. Eyni zamanda yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, tərəfinizdən faktiki olaraq 3,7 kv.m-dən ibarət əlavə tikili inşa edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış binası (ticarət obyekti) üzərində müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim edilmədiyindən, hazırki ərizənizin icrası təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh iddiaçının nümayəndəsinə ünvanladığı 31 may 2021-ci il tarixli, F-25-150 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh başçısına ünvanladığınız müraciətinizə şəhər İcra hakimiyyətində baxıldı. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar”na uyğun olaraq tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarışı və tikinti layihəsinin Memarlıq planlaşdırma bölməsini müvafiq qaydada təqdim etdikdən sonra qaldırdığınız məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı 15 dekabr 2021ci il tarixli, 10-54/7-1420 nömrəli məktubunda (etirazında) qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh başçısının 11 fevral 2019-cu il tarixli 21 nömrəli Sərəncamı ilə Şürük kəndndə mülkiyyətində olan 0,17 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun iki mərtəbəli qeyri yaşayaış binasının tikintisinə icazə verilmişdir. Tikinti işləri Fiziki X1 (Lisenziya 085265, L-15-059, 14.09.2015) layihəsi əsasında, Podratçı Fiziki şəxs İddiaçı tərəfindən həyata keçirilmişdir. Tikinti işləri yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Ağentliyinin Baş Dövlət Tikinti Agentliyinin Müfəttişliyi tərəfindən İstismara hazırlıq Aktı № Ö/003649 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən şəhər ərazisindən kənarda yerləşən obyektlərə kod tələb etmədiyini və istisna hal kimi nəzərə alaraq kod nömrəsi alınmadan Cavabdeh tərəfindən Tikinti obyektinin istismarına İcazə № 11 verilmişdir. Eyni zamanda bildiririk ki, icazə sənədində tələb edilən kod nömrəsi sifarişçi tərəfindən alınmalı olduğunu nəzərə alaraq iddia tələbini əsassız hesab edirik. Cavabdeh İddiaçı iddia tələbini əsassız hesab edir, iddia tələbinin təmin edilməməsi ilə bağlı müvafiq qətnamə qəbul etməyinizi xahiş edirəm. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətnin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 14 dekabr 2021-ci il tarixli, **********75 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 05 oktyabr tarixli, 2-1 (120)-1754/2021 saylı inzibati iş üzrə İddiaçı Cavabdehnə qarşı “Tikinti obyektinin istismarına № 11 saylı icazə sənədində tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdeh olaraq həmin qurumun üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin (İddiaçı) mülkiyyətində olan 1100 kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair mühüm əhəmiyyətli sənədlərdən sayılan Cavabdeh “Tikinti obyektinin istismarına №11 saylı icazə sənədi”ndə tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdeh olaraq həmin qurumun üzərinə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq “tikinti obyektinin istismarına icazə sənədində” tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsinin göstərilməsi mütləqdir. Hazırki sərəncamın aidiyyəti üzrə icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran rayonu, Şürük kəndi ərazisində yerləşən, mülkiyyətdə olan 1100 kv.m həyətyanı torpaq sahəsində Cavabdeh Başçısının 19.08.2011-ci il tarixli, 425 saylı sərəncamı əsasında iddiaçı tərəfindən inşa edilmiş ona məxsus qeyri-yaşayış binasına (ticarət obyekti) dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2020-ci il 27 iyul tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçıya hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 710.95 kv.m tikinti aparılmasına icazə verildiyi halda, faktiki olaraq həmin şəxs tərəfindən 724.9 kv.m-dən ibarət tikili inşa edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respubiikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış binası (ticarət obyekti) üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 04 avqust 2020-ci il tarixli, **********44 qeydiyyat nömrəli “imtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki sərəncamın Cavabdehnə qarşı “Tikinti obyektinin istismarına № 11 saylı icazə sənədində tələb edilən kod nömrəsinin verilməsi öhdəliyinin cavabdeh olaraq həmin qurumun üzərinə qoyulması” tələbi ilə yanaşı təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdə faktiki ölçülərə uyğun düzəlişlər edilməsi öhdəliyinin də qoyulması barədə qanunamüvafiq qərar qəbul olunmasını məqsədəmüvafiq hesab edirik. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2.-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9-cu maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12-ci maddəsinə əsasən tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13-cü maddəsinə əsasən tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15-ci maddəsinə əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının: 3.1.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın (qurumun) vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi; 3.1.2.4. tikinti obyektinin istismar təyinatı; 3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki); 3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi; 3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı. 3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi). Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Həmin Qaydaların 4.6-cı maddəsinə əsasən reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır: 4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərtib etdiyi “İnzibati-ərazi bölgüsü təsnifatı”na əsasən inzibati ərazi kodu; 4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması); 4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu; 4.6.4. Reyestr kitabında qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il. Məsələn: 30900002-1-1101-000001/0112 burada : 30900002- Sumqayıt inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü – yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- reyestr kitabında qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar). Həmin Qaydaların 4.7-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Reyestrin internet səhifəsində yerləşdirilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı yuxarıda qeyd edilən hüquq normaları daxilində zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış “imtina” vermişdir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, cavabdeh inzibati orqan bir tərəfdən qeyd olunan qeyri-yaşayış binasının (sahibkar obyektinin) tikinti norma və qaydalarına uyğun olaraq inşa edildiyini, ondan təyinatı üzrə istifadənin mümkünlüyünü qeyd edir və buna görə də tikinti obyektinin istismarına icazə sənədini verir, lakin həmin icazə sənəsində titknti obyekti üçün nəzərdə tutulan kodu daxil etmir və iddiaçının müraciətinə baxmayaraq həmin kodun verilməsinin mümkün olmadığını bildirir. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə tikinti norma və qaydalarına uyğun inşa edilmiş və ondan təyinatı üzrə istifadənin mümkünlüyü müəyyən edilmiş qeyri-yaşayış binasına icazə sənədi verilərkən yerli icra hakimiyyəti (iş üzrə cavabdeh inzibati orqan) tərəfindən qeyriyaşayış binası ilə bağlı məlumatlar Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. Bundan başqa məhkəmə onu da da qeyd etməyi zəruri hesab ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən göstərdiyi dəlillərdən fəqli olaraq məhkəmə araşdırması zamanı iddia tələbinə münasibətdə tamamilə fərqli dəlillər irəli sürmüşdür. Bu isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının ilkin müracəti əsasında ətraflı araşdırmanın aparılmaması anlamına gəlir. Belə ki, iddiaçının ilkin müraciətindən imtina edərkən cavadeh inzibati orqanın iddiaçıya ünvanladığı 31 may 2021-ci il tarixli, F-25-150 nömrəli məktubunda qeyd olunmuşdur ki, “... Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar”na uyğun olaraq tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarışı və tikinti layihəsinin Memarlıq planlaşdırma bölməsini müvafiq qaydada təqdim etdikdən sonra qaldırdığınız məsələyə qanunamüvafiq qaydada baxılacaqdır”. Lakin iddiaçının iddia tələbinə münasibətdə Cavabdeh məhkəməyə ünvanladığı 15 dekabr 2021-ci il tarixli, 10-54/7-1420 nömrəli məktubunda (etirazında) qeyd olunmuşdur ki, “...Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən şəhər ərazisindən kənarda yerləşən obyektlərə kod tələb etmədiyini və istisna hal kimi nəzərə alaraq kod nömrəsi alınmadan Cavabdeh tərəfindən Tikinti obyektinin istismarına İcazə № 11 verilmişdir. Eyni zamanda bildiririk ki, icazə sənədində tələb edilən kod nömrəsi sifarişçi tərəfindən alınmalı olduğunu nəzərə alaraq iddia tələbini əsassız hesab edirik...” Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının ilkin müraciətindən imtina edərkən göstərdiyi dəlillərdən fəqli iddia ərizəsinə qarşı verdiyi etirazda digər fəqli əsasların irəli sürməsi onu deməyə imkan verir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hərtərəfli araşdırma aparmamışdır. Yəni cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı etirazında göstərdiyi dəlillərinə uyğun aparmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-373/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-373/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver