Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-373/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 473 A ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi mülkiyyətində olmaqla, torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 473 A ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi mülkiyyətində olmaqla, torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-373/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, Biləsuvar rayon İcra Hakimiyyəti və Biləsuvar rayon Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-373/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında xx.xx.2020-ci il tarixli **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi vardır. xx.xx.2022-ci il tarixli ərizə ilə Bilasuvar RİH-nə müraciət olunmuşdur ki, xx.xx.2020-ci il tarixli **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində xüsusi lisenziyalı təşkilat tərəfindən çəkilmiş layihə sənədlərinə, qanunvericiliyə uyğun olaraq icazə verilməsi üçün razılıq verilməsinə köməklik göstərilsin. Biləsuvar RİH xx.xx.2022-ci il tarixli 2/511 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2018-ci il tarixli 369 saylı qərarı ilə təstiq edilmiş müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda İddiaçı tərəfindən ünvan 4 ünvanında tikiləcək qeyri-yaşayış obyekti üçün tərtib edilmiş şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi məsələsinə təkrar olaraq baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 06 may 2022-ci il tarixli MİHO/2.1.2-2-2022-2207 nömrəli məktubla imtina etmişdir. Məktubda göstərilmişdir ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Bilasuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı, üçüncü şəxslərin və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Biləsuvar rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.011 ha Sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və AA seriyalı, 510386 saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-240/2019/1 nömrəli, xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə EL-240/2019 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında "xxxx" MMC-nə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısı; 2.Tikinti obyektlərinin memarlıq layihələndirilməsi, 2.1 bina və qurğuların memarlıq layihələndirilməsi, 4.Nəqliyyat qurğularının layihələndirilməsi: 4.2 tunel, körpü və yolötürücülərinin layihələndirilməsi. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-240/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Lisenziyadan görünür ki, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində İddiaçı inşa edəcəyi qeydi-yaşayış binasının memarlıq planlaşdırma həlli layihəsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verir. İşdə olan Biləsuvar şəhəri, H.Əliyev küçəsində İddiaçı inşa edəcəyi qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli layihəsi "xxxx" MMC-nin mühürü və direktoru O.Sultanlının imzası ilə təsdiq edilmişdir. İşdə olan Biləsuvar şəhəri, H.Əliyev küçəsi,473 A ünvanında yerləşən sifarişçi İddiaçı qeyri-yaşayış obyektinin Şəhərsalma Əsaslandırılması "xxxx" MMM-nin mühürü və direktoru M.S.Əliyevin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan Biləsuvar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 №li iclas protokolundan çıxarışa əsasən görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi, Biləsuvar- Bəhrəmtəpə yolunun sol hissəsində yerləşən, Bələdiyyə mülkiyyətində olan ərazidən alqısatqı qaydasında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq üçün 0,011 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan İddiaçı ilə Biləsuvar rayonu Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akta əsasən, Biləsuvar Bələdiyyəsi 550 manat məbləğinə pul vəsaitinə 0,011 ha torpaq sahəsini İddiaçı satması barədə akt imzalamışlar. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-35/2-6046/2023 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə dair İddiaçı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətinin olub-olmaması, olmuşdursa həmin müraciət əsasında aparılmış inzibati icraat materiallarının surətinin Şirvan İnzibati Məhkəməsinə verilməsi barədə xx.xx.2023-cü il tarixli 2-1(120)-3379/2023 nömrəli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Müraciətdə qeyd edilən məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-2207 nömrəli və xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-5166 nömrəli məktublarının təsdiq edilmiş surətləri göndərilmişdir. İşdə olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2- 2022-5166 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında vətəndaş İddiaçı tərəfindən qeyri-yaşayış (xidmət) obyektinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 2/511 nömrəli məktubuna Azerbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Qeyd olunan məsəie ilə bağlı Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci ii tarixli MİHO/2.1.2-2-2022-2207 nömrəii məktubu Biləsuvar Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İşdə olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2- 2022-2207 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 ünvanında vətəndaş İddiaçı tərəfindən qeyri-yaşayış (xidmət) obyektinin tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 2/153 nömrəii məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Biləsuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli Qəranna əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, su tutarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq təqdim olunmuş şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-12277/2023 nömrəli məktubunda göstərilmişdir ki, yaranmış zərurətlə əlaqədar, İddiaçı məxsus, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 473 A ünvanında yerləşən torpaq sahəsinə dair **********07 reyestr nömrəli çıxarışın, 8 iyun 2020-ci il tarixli AA510386 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin və onların verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxivində aşkar edilmiş sözügedən sənədlərin surəti təqdim edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-28-3-44/2-5222/2023 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli ********** saylı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Məktubda qeyd edilmiş İddiaçı adına olan daşınmaz əmlaka aid olan sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. İş materiallarında olan Biləsuvar Şəhər İcra Hakimiyyəti başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 5-39/2-1252/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iddia tələblərinə dair inzibati iş üzrə təkrar tələb olunan ünvan 11 ünvanına aid hissədə çıxarışın müvafiq qaydada təsdiq olunmuş surəti göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********91 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli, **********07 saylı reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi olmaqla sahibkarlıq təyinatlıdır. Mühafizə zonasında yerləşmir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-6189/2024 saylı məktubunda göstərilmişdir ki, qərardadda qoyulmuş üçüncü sual rekreasiyaya aid hər hansı elektron baza məlumatı materialının olmaması səbəbindən cavablandırılmamışdır. İş materiallarında olan Biləsuvar Şəhər İcra Hakimiyyəti başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 5-39/2-2/443/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı “qeyri-yaşayış obyektinin şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələblərinə dair inzibati işə baxılması ilə əlaqədar müvafiq məlumatların məhkəməyə təqdim olunması barədə müraciətinə baxıldı. ünvan 6 ünvanında İddiaçı məxsus qeyri-yaşayış binası mövcud deyildir. İş materiallarında olan Biləsuvar Şəhər İcra Hakimiyyəti başçısı aparatının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 5-39/2-238/2025 nömrəli məktubunda göstərilmişdir ki, iddiaya münasibət bildirmək Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin mülahizəsinə verilmişdir. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X5 Xidməti” MMC-nin 126 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, sözügedən torpaq sahəsi R-42 Bəhrəmtəpə-Bıləsuvar respublika əhəmiyyətli avtomobil yolunun 59.3-cü km-də Biləsuvar şəhəri ərazisində yerləşir. “Avtomobil Yolları” Haqqında Azərbaycan Respublikası Qanununun 15-1–cı maddəsinə əsasən yollarının qorunma (mühafizə) zolaqları istisna olunmaqla, avtomobil yollarının təhkim zolağı texniki normalar və nəqliyyat-istismar göstəricilərinə əsasən müəyyən edilir. Həmin qanunun 17-ci maddəsinə əsasən qeyd oıunan torpaq sahəsində tikinti işlərinin aparılmasına yalnız təsdiq edilmiş layihə və smeta sənədləri üzrə şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş qaydada və Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən verilmiş giriş-çıxış yol birləşməsi barədə texniki şərt əsasında icazə verilə bilər. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin iddia tələbinə etiraz ərizəsindən görünür ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə əsassızdır və rədd edilməlidir. 1. İddiaçı öz iddiasında Azərbaycan Respublikasının İnzibati Prosessual əsinin 2-ci maddəsinə əsaslansa da əsası düzgün seçməmişdir. Belə ki, cavabdeh dən İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin (İnzibati mübahisələrin məhkəmə aidiyyəti) hansı tələbinin pozulması iddia ərizəsində aydın ifadə edilməmişdir. Belə ki, iddiaçı oda həm mübahisələndirmə haqqında (cavab məktubunun qanunsuz və əsassız edilməsi) iddia, həm də məcburetmə haqqında (ünvan 12 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan torpaq sahəsində yaşayış obyektinin tikintisi üçün hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə) iddia qaldırır. Cavabdeh tərəfindən İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin (İnzibati sələrin məhkəmə aidiyyəti) tələbinin pozulması qeyri-mümkündür. Çünki cavabdeh orqan deyildir. Belə ki, İnzibati icraat haqqında qanuna əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür və “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 136 nömrəli Qərarında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi inzibati orqan kimi təsnifata daxil edilməmişdir. İddia ərizəsində dəqiq ifadə edilməsə də güman edir ki, iddiada İnzibati sual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçının arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən tələb edilir. Bu tələbin də hüquqi əsası düzgün müəyyən edilməmişdir. Çünki Məcəllənin 33.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ya inzibati aktın odan cavabdeh tərəfindən imtina edildiyi hallarda, ya da cavabdehin hərəkətsizliyindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda verilə bilər. Bu halda bir neçə sual yaranır: 1.Cavabdeh hansı inzibati aktı qəbul etməkdən imtina etmişdir? Bu sualın təbii ki, yoxdur. Çünki cavabdehin yuxarıda da qeyd etdiyi kimi inzibati akt qəbul etmək səlahiyyəti yoxdur və cavabdeh tərəfindən tikintiyə icazə verən quruma (Biləsuvar RİH) 1222-ci il tarixli MİHO/2.1.2-2-2022-2207 və xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-5166 saylı məktublar da imtina məktubu deyildir. Əksinə həmin məktubda çatışmazlıqlar konkret olaraq sadalanmaqla aradan qaldırılması tövsiyyə edilmişdir. Yəni mülkiyyətdə olan torpaq sahəsində hansı təyinatlı tikintinin tikilməsinin mövcudluğu qeyd edilmişdir; 3.2.Cavabdehin hansı hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməmişdir? Bu sualın da, cavabı yoxdur. Çünki Məcəllənin 33.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Tutaq ki, məhkəmədə Məcəllənin 33.2-ci maddəsinin tələbinin pozulmasını öz əksini tapdı və məhkəmə cavabdeh üçün müddət təyin etdi. Bu norma necə və hansı formada tətbiq edilsin? Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına əsasən cavabdehin göstərdiyi ödənişli xidmətlərin siyahısı təşkil edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün isə müqavilə bağlanılır və müvafiq xidmət haqqı ödənilir. Cavabdeh isə müvafiq xidmətləri göstərərkən qanunvericiliyə istinad edir və yalnız qanunun tələblərinə uyğun şəkildə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətini həyata keçirir. İddiaçının tikintiyə icazə verən qurum (Biləsuvar RİH) vasitəsilə yoxlanılması üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihəsində isə nöqsanlar mövcuddur və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə bilər. Qanunvericilikdə nöqsanların mövcud olduğu, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhərsalma əsaslandırılması ayihəsinin yoxlanılması xidmətinin həyata keçirilməsi prosedurları mövcud olmadığından avabdeh üçün müddətin tətbiq edilməsi göründüyü kimi mümkün deyildir.
4. İddiaçı öz iddiasında şəhərsalma əsaslandırılması layihəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin bu tələb də əsassızdır. Belə ki, müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri azinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun üəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası azirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli Qərarına əsasən şəhərsalma əsaslandırılması layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə həyata keçirilir, yəni həmin qurumun səlahiyyətlərinə aiddir.
5. İddiaçı öz iddiasında əsaslandığı faktları və digər sübutetmə vasitələrini qeyd etməmiş, yalnız qanunvericiliyin bu işə heç bir aidiyyəti olmayan normalarını sadalamaqla kifayətlənmişdir. Halbuki bunun qeyd edilməsi çox vacibdir. İddiaçı əsaslandığı faktları və sübutetmə vasitələrini qəsdən öz iddiasına daxil etmir. Çünki bilir ki, o zaman iddia tələbinin əsassız olduğu dərhal aşkar ediləcəkdir. Göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3379/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli 3-16-16/2-10/1889 nömrəli məktubu ilə 25 iyun 2024cü il tarixli 3-16-16/2-10/1889 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 25 iyun 2024-cü il tarixli 3-16-16/2-10/1889 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 27 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1436/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlubatı materialında **********07 reyestr nömrəli Çıxarışın “Torpaqsahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən idddiaçı İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 27 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1436/2024 №-li mütəxəssis rəyinə əsasən, **********07 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən idddiaçı İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin ayrıldığı vaxt hüquqi statusu-bələdiyyə, kateqoriyası-kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-şərti yararsız, əmlak növü-torpaq sahəsi, təyinatı kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulan torpaqlar və hal-hazırda hüquqi statusu-bələdiyyə, kateqoriyası- Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar, uqodiyası-sair torpaqlar, əmlak növü-torpaq sahəsi, təyinatı-digər təyinatlı torpaq sahəsidir. Mütəxəssis rəyində sözügedən torpaq sahəsinin rekreasiya zonasına aid edilib edilməməsi məsələsinə münasibət bildirilmədiyindən, eyni zamanda Biləsuvar şəhəsinin baş planı təqdim edilmədiyindən Qərardadın üçüncü sualı üzrə tədqiqat aparmaq mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 27 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1436/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********07 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 27 mart 2024cü il tarixli, 3-21-3-43/2-1436/2024 №-li mütəxəssis rəyinə əsasən, **********07 reyestr nömrəli çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən, İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin daxilində heç bir tikilinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı S.X2 xx.xx.2006-cı il tarixli 05 №li iclas protokolundan çıxarışa əsasən, X1 şəhəri, H.Əliyev küçəsi, Biləsuvar- Bəhrəmtəpə yolunun sol hissəsində yerləşən, Bələdiyyə mülkiyyətində olan ərazidən alqısatqı qaydasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,011 ha torpaq sahəsinin satılmışdır və Bələdiyyə ilə iddiaçı arasında bu barədə müqavilə bağlanmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarış təqdim edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyətinə başlamaq üçün Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 473 A ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.011 ha torpaq sahəsində qeyriyaşayış obyektinin tikintisi ilə bağlı tərtib edilmiş şəhərsalma əsaslandırması lahiyəsinin təsdiq edilməsi üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Belə ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsi,473 A ünvanında yerləşən sifarişçi İddiaçı qeyri-yaşayış obyektinin Şəhərsalma Əsaslandırılması üzrə 1 mərtəbəli qeyri-yaşayış obyektinin (planda ölçüləri: 5.900-13.700) tikinti sahələri cəmi 80.83 kv.m olmaqla tikinti əmsalı Ə=0.74 və yerüstü mərtəbələrinin sahələri cəmi 80.83 kv.m olmaqla tikinti sıxlığı əmsalı Ə=0.74 təşkil etmişdir. Bu məsələ üzrə tikiliəcək qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı tərtib edilmiş şəhərsalma əsaslandırması lahiyəsinin təsdiq edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə iki dəfə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hər iki müraciət üzrə imtina edərək göstərmişdir ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Biləsuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən imtina edilən zaman əsaslanmışdır ki, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli Qərarına əsasən rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, su tutarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə etməklə, həmin zonaların ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq təqdim olunmuş şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılır. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, mübahisələndirilən qeyri-yaşayış tikilməsi üçün ayrılmış torpaq sahəsi bağ, park, xiyaban, meşə-park, su tutarı, landşaft memarlığı obyekti, digər turizm, istirahət və sağlamlıq yeri deyil, Bələdiyyə tərəfindən mülkiyyətində olan ərazidən alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mübahisəli torpaq sahəsini satmışdır və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışla 0.011 ha torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının adına qeydə alınmış torpaq sahəsinin kateqoriyası Sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********91 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli, **********07 saylı reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi olmaqla sahibkarlıq təyinatlıdır. Mühafizə zonasında yerləşmir. Biləsuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətinə Sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsi olaraq verilməsi və torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisənin olmaması, çıxarış və ona əsas olmuş hüquqmüəyyənedici sənədlərin (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-240/2019/1 nömrəli, xx.xx.2019cu il tarixli Lisenziyanın əlavəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-240/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Lisenziya, Biləsuvar şəhəri, H.Əliyev küçəsində İddiaçı inşa edəcəyi qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli layihəsi, Biləsuvar şəhəri, H.Əliyev küçəsi,473 A ünvanında yerləşən sifarişçi İddiaçı qeyriyaşayış obyektinin Şəhərsalma Əsaslandırılması, Biləsuvar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 №li iclas protokolundan çıxarış) mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 57. Tikinti obyektinə dair tələblər 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 57.4. Müharibə şəraitində, hərbi və ya fövqəladə vəziyyətlərdə, digər fövqəladə hallarda əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl olunması zəruridir. Mülki müdafiə ilə bağlı tələblər, eləcə də bu tələblərin şamil olunduğu tikinti obyektləri “Mülki müdafiə haqqında”, “Hərbi vəziyyət haqqında”, “Müdafiə haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunur. Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; ... Maddə 76. Tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, obyektin tikintisinə icazə vermə özündə inzibati orqanın bir hərəkətini ehtiva edir. Hər hansı inzibati orqan müəyyən hal barədə inzibati akt qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Başqa sözlə inzibati orqan öz imkanlarından istifadə edərək tikintisinə icazə verilməsi ilə bağlı müraciət edilmiş sahə ilə əlaqədar sənədləri təhlil etməli və yoxlamalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən tələbinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edərkən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim etməli, səlahiyyətli orqan isə tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməli, onları dinləməlidir. Lakin iş materiallarından göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən belə yoxlama aparmamış, eyni zamanda tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (iddiaçıya) məlumat verməmiş, onu dinləməmişdir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, inzibati orqan hər hansı bir məsələ ilə əlaqədar sahəvi qanunla istinad etməklə qərar qəbul edərkən həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Yəni, cavabdehə tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinin verilməsi, onun “İnzibati icraat haqqında” Qanunla üzərinə qoyulmuş hərtərəfli, tam və obyektiv araşdırma aparılması vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına əsasən cavabdehin göstərdiyi ödənişli xidmətlərin siyahısı təşkil edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün isə müqavilə bağlanılır və müvafiq xidmət haqqı ödənilir. Cavabdeh isə müvafiq xidmətləri göstərərkən qanunvericiliyə istinad edir və yalnız qanunun tələblərinə uyğun şəkildə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətini həyata keçirir. İddiaçının tikintiyə icazə verən qurum (Biləsuvar RİH) vasitəsilə yoxlanılması üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihəsində isə nöqsanlar mövcuddur və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə bilər. Qanunvericilikdə nöqsanların mövcud olduğu, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhərsalma əsaslandırılması layihəsinin yoxlanılması xidmətinin həyata keçirilməsi prosedurları mövcud olmadığından cavabdeh üçün müddətin tətbiq edilməsi göründüyü kimi mümkün deyildir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı ilə cavabdeh orqan arasında xidmətlərin göstərilməsi üçün isə müqavilə bağlanılması və müvafiq xidmət haqqı ödənilməsi istiqamətində hər an həyat keçirilər bilər. Həmçinin İddiaçının tikintiyə icazə verən qurum (Biləsuvar RİH) vasitəsilə yoxlanılması üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihəsində isə nöqsanlar mövcuddursa, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti ilə aralarında aparılan yazışma məktublarında hər hansı qeyd göstərilməmişdir və məhkəməyə nöqsanların konkret nədən ibarət olması, hansı məlumat və sənədələr əsasında bu halların müəyyən edilməsi, bu nöqsanların hansı qaydada aradan qaldırıla biləcəyi barədə nə Biləsuvar Rayon İcra Hakimiyyətinə, nə iddiaçıya, nə də məhkəməyə sübutlar təqdim edilməmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti məhkəməyə məktub göndərərək, iddiaya münasibət bildirməyi məhkəmənin mülahizəsinə təqdim etmişdir və hər hansı qeyriyaşayış sahəsi ilə bağlı nöqsan olması barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2/511 saylı məktub göndərək göstərmişdir ki, Xurşudov X4 şəhəri, Heydər Əliyev küçəsi» 473A ünvanında xüsusi mülkiyyətində olan 0.011 hektar torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı tərtib edilmiş şəhərsalma asasiandinlmasi layihəsimn təsdiq edilməsi üçün Biləsuvar rayon İcra Hakimiyyətinə təkrar olaraq müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 06 may 2022-ci il tarixli, MİHO/2.1 2-2-2022-2207 nömrəli məktubunda nəzərdə tutulan torpaq sahəsinin Biləsuvar şəhərinin Baş planına əsasən rekreasiya zonasına aid edildiyi bildirilmişdir. Vətəndaş İddiaçı göstərilənlərlə razılaşmayaraq həmin ərazidə əvvəlki illərdə inşa edilmiş sahibkarlıq obyektlərinin olduğunu və ona sahibkarlıq məqsədilə Biləsuvar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə torpaq sahəsi verilərkən Biləsuvar şəhərinin hazırkı baş planının hazırlanmadığım bildirmişdir. Şəhərin baş planı işlənən zaman və ondan əvvəlki illərdə həmin ərazidən əhalinin istirahətinin təşkili, yəni rekreasiya zonası kimi istifadə edilməyib və hal-hazırda da istifadə edilmir. Göstərilənləri nəzərə alaraq, Azerbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2018-ci il tarixli 369 saylı Qərarı ilə təsdiq edilmiş müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda İddiaçı tərəfindən ünvan 14 ünvanında tikiləcək qeyri-yaşayış obyekti üçün tərtib edilmiş şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi məsələsinə təkrar olaraq baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən əsaslar üzrə hesab edir ki, cavabdeh inzibati orqanın Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 473 A ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi mülkiyyətində olmaqla, torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğundan imtina etməsi qanunvericiliyə uyğun olaraq qəbul edilməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. Tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. Tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. Bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. Tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. Tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. Bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. Bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. Bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı Bənd 4.7. həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 89.2-ci (birinci halda) maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər. 4.10. Həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” : Bənd 4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Reyestrin internet səhifəsində yerləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, **********07 reyestr nömrəli Çıxarış üzrə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən idddiaçı İddiaçı sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin hal-hazırda hüquqi statusubələdiyyə, kateqoriyası-Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar, uqodiyası-sair torpaqlar, əmlak növü-torpaq sahəsi, təyinatı-digər təyinatlı torpaq sahəsidir. İddiaçının sahibkarlıq məqsədilə mülkiyyətinə verilmiş 0,011 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir və 0,011 ha torpaq sahəsinin daxilində heç bir tikilinin mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-240/2019/1 nömrəli, xx.xx.2019-cu il tarixli Lisenziyanın əlavəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-240/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Lisenziya, Biləsuvar şəhəri, H.Əliyev küçəsində İddiaçı inşa edəcəyi qeyri-yaşayış binasının memarlıq planlaşdırma həlli layihəsi, Biləsuvar şəhəri, H.Əliyev küçəsi,473 A ünvanında yerləşən sifarişçi İddiaçı qeyri-yaşayış obyektinin Şəhərsalma Əsaslandırılması, Biləsuvar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 №li iclas protokolundan çıxarış) Biləsuvar şəhəri, H.Əliyev küçəsi,473 A ünvanında yerləşən 0.11 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiqinə əsaslı hesab edilməsi üçün sübut olunur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X6 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 473 A ünvanında xx.xx.2020-ci il tarixli, **********07 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan 0.011 ha sahibkarlıq təyinatlı torpaq sahəsi mülkiyyətində olmaqla, torpaq sahəsində qeyri-yaşayış obyektinin tikilməsi üçün hazırlanmış şəhərsalma əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun təsdiq edilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova