Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3730/2025 24.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamların və bu sərəncam əsasında İmişli Rayon İcra Hakimiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarəsi haqqında müqavilənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC onlara qarşı “Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilməsi, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərə son qoyulması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Yalnız bu iddia ərizəsindən sonra cavabdeh İmişlii Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış toıpaq sahəsinə dair sərəncamların ləğv edilməsi və həmin torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi ona məlum olmuşdur. Ona görə də hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əvvəla, qeyd etmək istəyir ki, o, mübahisə predmeti olan torpaq sahəsini qanuni sənədlər əsasında əldə etmiş və uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir. Ona görə də onun tərəfındən hər hansı bir torpaq sahəsinin zəbt edilməsindən və ya qanunsuz istifadəsindən söz gedə bilməz. Belə ki, onun müraciətinə uyğun olaraq ona heyvandarlığın inkişaf etdirilməsi üçün İmişli rayonunun 94 saylı dövlət qış otlaq fondundan 68.0 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti baçısı 23 avqust 2016-cı il tarixdə 146 saylı sərəncam vermiş, torpaq sahəsinin ayrılmasına dair cizgi xəritə sənədləri hazırlanmış və ərazinin naturada göstərilməsi barədə akt tərtib edilmiş və ərazi naturada ona göstərilmişdir. Bundan sonra İmişli Rayon İcra Hakimiyyəti Başçısı ilə onun arasında 23 avqust 2016-cı il tarixdə 19 saylı torpaq icarə müqavləsi bağlanaraq. torpaq sahəsi 25 il müddətinə ona icarəyə verilmişdir. Bildirmək istəyir ki, torpaq sahəsinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə də verilmişdir. Yəni, yuxarıda sadaladığı sərəncamdan və icarə müqaviləsindən açıq-aydın görünür ki, hər bir şəxsin istifadəsində olan torpaq sahələrinə dair müvafıq hüquqmüəyyənedici sənədləri də vardır. Bildirmək istəyir ki, o, İmişli RİHB-nın xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının, xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamının və xx.xx.2017-ci il tarixli, 40 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin onun müraciətindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, müraciətinə əsaslı cavab verilməmişdir. Qeyd etmək istəyir ki, yuxarıda sadaladığı sərəncamlar qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 67-ci maddəsinə görə: 67.1. İnzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfındən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafıq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 71-ci maddəsinə görə: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafıə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına ııyğun olaraq şikayət verilə bilər. Nəzərinizə çatdırırıq ki, bu sənədlərin üçü də qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Əvvəla, İmişli RİHB-nın xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahələrinə dair müvafıq sərəncamlar və icarə müqavilələri ləğv edilmişdir. Qeyd etmək istəyir ki, onun ümumiyyətlə bu sərəncamlardan xəbər olmamış və yalnız "xxxx" MMC İmişli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdə, belə bir sərəncamın qəbul edildiyindən xəbər tutmuşdur. Bu isə “İnzibati icraat haqqında” AR Qanununun, AR Mülki Məcəlləsinin, AR Torpaq Məcəlləsinin, “Torpaq sahələrinin icarəsi haqqında” AR Qanununun tələblərinin kobud şəkildə pozulması deməkdir. “İnzibati icraat haqqında” AR Qanununun 62-ci maddəsinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı həmin inzibati akt ilə hüquqlarına toxunan bütün şəxslərə göndərməlidir. Yalnız ondan sonra həmin inzibati akt hüquqi qüvvəyə malik olur. Lakin həmin xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın özündə də İcra Hakimiyyəti Başçısı tərəfindən bu sərəncamın ona göndərilməsi göstərilsə də, bu günə kimi həmin sərəncam ona rəsmi qaydada təqdim edilməmişdir. Həmçinin bildirmək istəyir ki, bu sərəncamlarla AR Mülki Məcəlləsinin 719-cu maddəsinin də tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, icarəyə verən, yəni İmişli Rayon İcra Hakimiyyəti tərəfındən ona onunla bağladığı icarə müqaviləsinin ləğvinə dair bildiriş göndərilməli və yalnız bundan sonra müvafıq icarə müqavilələrinin ləğvi ilə əlaqədar tədbirlər görülə bilərdi. Həmçinin, həmin torpaq sahələrinin icarəçisi o olduğu üçün yalnız onun razılığı alındıqdan sonra və o həmin torpaq sahələrini yenidən icarəyə götürməkdən imtina etdikdə, onda başqa şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilərdi. Amma işin hallarından da görünür ki, İmişli Rayon İcra Hakimiyyəti gizlin şəkildə, heç bir tərəfə məlumat vermədən belə bir qanunsuz sərəncamlar qəbul etmiş və bununla da bir çox ailənin hüquq və mənafelərinin pozulması ilə nəticələnən sərəncamlar vermiş və həmçinin müvafıq icarə müqaviləsi bağlamışdır. “Torpaq icarəsi haqqmda” AR Qanununun 9-cu maddəsinə görə torpaq icarəyə verilərkən, ərazinin təbii-coğrafı şəraitini, torpaqdan istifadənin müddətini və xüsusiyyətlərini, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə olunması, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi şərtlərinə əməl edilməlidir. Amma əfsuslar olsun ki, İmişli RİH tərəfındən "xxxx" MMC-yə torpaq sahəsi ayrılarkən bu şəıtlərin heç birinə əməl edilməmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahələri ta qədimdən bu günə kimi heyvanların otlaq sahəsi kimi istifadə edilmişdir. Təbii ki, otlaq sahəsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin əkin üçün verilməsi tamamilə qanunsuzdur. Qanunvericiliyə görə bundan ötrü torpağın təyinatı dəyişdirilməli və yalnız bundan sonra həmin torpaq sahəsində bitkilərin əkinin aparılmasına icazə verilə bilər. Nəzərinizə çatdırırıq ki, cavabdeh tərəfındən qanunsuz olaraq bu torpaq sahələrində pambıq əkilmiş, lakin məhsuldarlıq həddindən artıq aşağı olduğu üçün heç həmin pambığın əkilməsinə sərf olunmuş xərcləri belə ödəyə bilməmişdir. Bu faktın özü də bir daha sübut edir ki, heyvanların otarılması üçün nəzərdə tutulmuş bu örüş sahələrində pambığın əkilməsi yolverilməzdir və bu özlüyündə torpağın münbit qatının məhv olmasına və heyvandarlığın inkişafı üçün nəzərdə tutulmuş münbit torpaq sahələrinin dövriyyədən çıxarılmasına və bununla da dövlətə milyonlarla zərər vurulmasına gətirib çıxarır. Həmçinin həmin Qanunun 10-cu maddəsində göstərilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların bilavasitə icarəyə verilməsi haqqında qərar torpaq istifadəçisinin razılığı ilə mümkündür. Lakin işin hallarından da görünür ki, həmin torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsindən onun ümumiyyətlə xəbəri olmamış və ondan razıhğın alınmasına cəhd belə edilməmişdir. Həmin Qanunun 29-cu maddəsinə görə torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Həmin Qanunun 30-cu maddəsinə görə torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmçinin bildirmək istəyir ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi AR Torpaq Məcəlləsinin tələblərinin pozulması ilə bağlanmışdır. AR Torpaq Məcəlləsinin 9-cu maddəsinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Lakin işin hallarından da görünür ki, bu örüş otlaq sahələrinin əkin altına verilməsi üçün AR Nazirlər Kabinetinin hər hansı bir qərarı və ya sərəncamı yoxdur. AR Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fıziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Amma işin hallarından da görünür ki, "xxxx" MMC-nin bu hərəkətləri onların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Çox maraqlıdır ki, həmin bu şirkətin nümayəndələri onların uzun illərdir ki, bıı torpaq sahəsindən istifadə etdiklərini bildikləri və bu günki günə kimi də onların bu torpaq sahəsində olduqlarını gördükləri halda, qeyri-qanuni yollarla bu müqavilənin bağlanmasına nail olmuşlar. Bu sərəncamlar və müvafıq icarə müqaviləsi bağlanarkən AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin də tələbləri kobud şəkildə pozulmuşdur. Qanunun bu normasında torpaq sahələri üzərində hüquqi və fıziki şəxslərin hüquqlanna xitam verilməsinin əsasları göstərilmişdir. Lakin onların heç biri tərəfındən həmin əsasların heç biri tətbiq edilə bilmədiyi halda, bu sərəncamlar qəbul edilmiş və həmin sərəncamlar əsasında da cavabdeh ilə xx.xx.2017-ci il tarixli icarə müqaviləsi də bağlanmışdır. Yuxarıda sadaladığı qanunvericilik normalarından həm İmişli RİHB-nın xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının, həm də xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamının və bu sərəncam əsasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 40 saylı icarə müqaviləsinin qanunazidd və əsassız olduğu açıq-aydın görünür. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, ölkə Prezidentinin əkinə yararlı torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması və həmin torpaqların tam həcmdə əkin dövriyyəsinə qatılması ilə bağlı tapşırıqların icrasını təmin etmək məqsədi ilə rayonun Aranlı kəndi yaxınlğında Arazın yeni qolu olan “Orta Muğan” kanalı (köhnə “Moskva” kanalı) ətrafında yerləşən dövlət qış otlaq fondu torpaqlarına mütəxəssislər tərəfindən yerində baxış keçirilmiş, aydın olmuşdur ki, ərazinin torpaq sahəsi əkinçilik, o cümlədən pambıqçılıq və taxılçılıq üçün yararlıdır. Həmçinin ərazinin Arazın yeni qolu olan “Orta Muğan” kanalından (köhnə “Moskva” kanalı) suvarma suyu ilə təminatı vardır. Odur ki, həmin ərazinin torpaq istifadəçilərinə və o cümlədən İddiaçı icarəyə verilmiş 68,0 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənləri və həmin torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinin zəruriliyini, həmçinin bu torpaqların əkinçilik üçün yararlı olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 70-ci maddəsinin 1-ci və 8-ci bəndləri və 73-cü maddəsinin 9-cu bəndinə uyğun olaraq İddiaçı icarəyə verilmiş 68,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və həmin torpaq sahəsi gələcəkdə təyinatı dəyişdirilməklə əkin dövriyyəsinə cəlb edilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Hazırda “Strateji yol xəritəsi”nə uyğun olaraq həmin ərazilərin əkin dövriyyəsinə qatılması ilə bağlı işlər davam etdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, qeyd edilən ərazi gələcəkdə təyinatının əkinə dəyişdirilməsi məqsədilə "xxxx" MMC-yə İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarbdi, 214 saylı sərəncamı ilə icarəyə verilmişdir. Bildirirlər ki, qeyd edilən həmin ərazilərin əkinə çevrilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına “Orta Muğan” suvarma kanalı (Araz çayının yeni qolu) inşa edilib istifadəyə verilmişdir. Həmin əraziyə bitişik 5826 ha torpaq sahəsinin əkinə dəyişdirilərək "xxxx" MMC-yə əkin məqsədilə icarəyə verilməsi üçün orada suvarma kanalları və kollektorlar inşa edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" MMC-yə icarəyə verilmiş 2600 ha torpaq sahəsinin təyinatının otlaqdan əkinə dəyişdirilməsi məqsədilə müsbət rəy vermişdir. Eyni zamanda “Orta Muğan” kanalının sağ və sol tərəfində yerli əhali və ayrı-ayrı hüquqi və fiziki şəxslərin istifedəsində olan 7250 ha torpaq sahəsinin də çəmənlikdən əkinə çevrilməsi üçün "xxxx" MMC tərəfindən 2600 ha torpaq sahəsinin təyinatının dəyişdilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə və İmişli Rayon İcra Hakimiyyəti adından iqtisadi əsaslandırma göndərilmişdir. Qeyd edilənlərə əlavə olaraq bildirilir ki, icarədə olan torpaq sahəsinin 800 hektarına yaxın ərazidə əkinə hazırlıq işləri hamarlama, şumlama və sair tədbiriər görülərək bir neçə ildir ki, çuğundur, pambıq və taxıl bitkiləri əkilmişdir. Hazırda da əkin işləri və təyinatın dəyişdirilməsi ilə bağiı müvafiq yazışma işləri aparılır. Artıq həmin ərazilərdən bu gün örüş kimi istıfadə edilməsi məqsədə müvafiq deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-89/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilməməsi, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-89/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən H.X.Bəhmənov, hakimlər S.F.Həsənov və F.Ç.Hüseynovdan ibarət tərkibdə) 11 aprel 2025ci il tarixli, 2-1(106)-149/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-89/2024 nömrəli qərardadının ləğv edilməsi, inzibati icraat materillarının məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İşdə olan sənədlərdən məlum olur ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı ilə heyvandarlığın inkişafı üçün İmişli rayonunun 94 saylı dövlət qış otlaq fondundan 68,0 ha torpaq sahəsi İddiaçı müvvəqqəti istifadəsinə verilmiş, bu barədə tərəflər arasında 23 avqust 2016-cı il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Bundan sonra "xxxx" MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınaraq İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi məqsədi ilə Cəmiyyətə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, 97 saylı dövlət qış otlaq sahələrindən 2600,0 ha torpaq sahəsi ayrılıb icarəyə verilməsi qərara alınmışdır. Bundan başqa İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyəti başçısının “İbrahim” K/M-nə (rəhbəri X12) 387,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 29 aprel 2000-ci il tarixli, 89 saylı sərəncamı, X7 205,8 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 29 iyul 2006-cı il tarixli, 179 saylı sərəncamı və 29 iyul 2006-cı il tarixli, 43 saylı icarə müqaviləsi, İddiaçı 68,0 ha otlaq sahəsinin icarəyə verilməsi 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi, X5 50,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə 17 mart 2009-cu il tarixli, 47 saylı sərəncamı və 17 mart 2009-cu il tarixli, 2 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmiş və cavabdehlər “İbrahim” K/M, X10, İddiaçı və X3 həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 11 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi 68 ha torpaq sahəsi onun faktiki istifadəsindədir və "xxxx" MMC-nin icarəsinə verilmiş 2153,90 ha hissəsi ilə üst-üstə düşür. Göründüyü kimi, İddiaçı 68 ha torpaq sahəsindən icarə hüququ əsası ilə istifadə hüququna dair iqtisadi marağı mövcuddur, həmin hüququnun pozulmasını iddia etməsi üçün subyektiv əsas vardır. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhz ona qarşı "xxxx" MMC-nin 2021-ci ilin may ayında torpaq sahəsindən çıxarılma barədə iddiasından dərhal sonra İmişli Rayon Məhkəməsində 2021-ci ildə qarşılıqlı iddia qaldırmaqla, hüquqi marağını müdafiə etməyə çalışmış, lakin məhkəmə aidiyyəti qaydalarına əməl edilməmişdir. İmişli Rayon Məhkəməsi aidiyyət qaydalarına əməl etmədən həmin iddianı icraata qəbul edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin olunmaması barədə 23 avqsut 2021-ci il tarixdə qətnamə qəbul etmiş, qətnamədən verilmiş apellyasiya şikayətinin araşdırılması mərhələsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş və mübahisəyə baxılması üçün materiallar məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddialar baxılmamış saxlanılmışdır. Lakin həmin müddət ərzində 28 oktyabr 2021-ci il tarixdə İddiaçı hazırkı tələblə Şirvan İnzibati məhkəməsinə müraicət etmişdir. Göründüyü kimi, Şirvan İnzibati Məhkəməsində üç ildən artıq araşdırma aparıldıqdan sonra iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edilmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, “Həmin sərəncamların iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən sərəncamlar qəbul edildikdən sonra 4 ilə yaxın müddət ərzində mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin sərəncamlar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz.” “... Məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən sərəncamlar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya inzibati aktla bağlı hüquqi yardım edilmiş və İddiaçı məhkəmə iclasında 2017-ci il tarixdə "xxxx" MMC tərəfindən başqa torpaq sahəsi verilməsi vədi ilə aldadıldığını, bundan sonra mübahisəli torpaq sahəsindən aldanıb çıxdığını, "xxxx" MMC-nin ona digər hissədə verdiyi torpaq sahəsindən 2-3 il istifadə etdiyini, ona həmin torpaq sahəsini adına sənədləşdirilməsi ilə bağlı vədlərinə inanaraq bir müddət gözlədiyini, sonradan heç bir nəticə olmadığını görərək iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etdiyini, bundan sonra "xxxx" MMC tərəfindən verilmiş torpaq sahəsindən onun çıxarıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyinə görə, “...iddiaçının mübahisələndirdiyi İmişli Rayon İcra Hakimiyyəti başçısının
03. 08.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamları ən geci 2017-ci il tarixdən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamlardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə (zərf məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur) məhkəməyə daxil olmuşdur. Başqa sözlə, iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1l2 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarından məlumatlı olduğu vaxtdan 4 ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir”. Qərardadda qeyd olunmuş xx.xx.2024-cü il tarixli məhkəmə baxışı iclasının videoyazısına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, məzmun baxımından qərardadda qeyd olunanlar düzgün olsa da, iddiaçının nümayəndəsi aşkar qeyd edir ki, razılaşmaya əsasən ona başqa yerdən torpaq versələr də, sonradan oradan çıxarılmışdır. Bundan başqa, ötən müddətdə iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən halhazıradək istifadə etməsi, 2021-ci ilin may ayına qədər torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisənin olmaması əsas verir ki, iddiaçı mübahisə predmetinin əsasını təşkil edən sərəncamlardan məlumatsız olmuşdur. 2017-ci ildə iddiaçı tərəfə başqa ərazindən torpaq sahəsinin verilməsinin təklif edilməsi, onun həmin sərəncamın verilməsindən məlumatlı olması kimi qiymətləndirilə bilməz. Ona görə də 2021-ci ilin may ayına qədər olan müddətin ötürülməsi həm cavabdehin razılaşmaya əməl etməməsi, həmçinin də mübahisələndirilən sərəncamlardan iddiaçının məlumatlı olmaması səbəbi ilə üzürlü hal kimi nəzərə alınmalıdır. Göstərilən vəziyyətdə aşkar haldır ki, iddiaçının müddətlə bağlı vəsatəti tam və hərtərəfli araşdırlmamışdır. Ona görə də müddətin ötürülməsi ilə bağlı vəsatətin dəlilləri yenidən obyektiv və hərtərəfli araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7.1 və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərardadın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X11 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili X2 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamının, həmin tarixli 19 nömrəli Torpaq icarəsi müqaviləsinin, aktın və 68,0 hektar torpaq sahəsinin cizgi-xəritə sənədinin surətlərindən müəyyən olunur ki, Cəbrayıl şəhər sakini İddiaçı İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək heyvandarlığın inkişaf etdirilməsi üçün ona dövlət qış otlaq fondundan torpaq sahəsinin ayrılmasını xahiş etmiş, İmişli Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib olunmuş 23 avqust 2016-cı il tarixli akta əsasən rayonun 94 saylı dövlət qış otlaq fondundan 68,0 ha torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərək, həmin torpaq sahəsinin cizgi xəritəsi tərtib olunmuş, İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı ilə heyvandarlığın inkişafı üçün Cəbrayıl şəhər sakini İddiaçı 68,0 ha torpaq sahəsinin ayrılması qərara alınmış, bununla əlaqədar iş üzrə tərəflər arasında 68,0 ha torpaq sahəsi üzrə 25 il müddətinə 23 avqust 2016-cı il tarixli, 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Torpaq icarəsi müqaviləsi bağlanmışdır. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının surətindən görünür ki, İmişli rayonunda pambıqçılığın inkişafı üçün yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsinin zəruriliyi nəzərə alınaraq bir çox şəxslərin, o cümlədən İddiaçı torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, bununla əlaqədar iddiaçıya 68,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı və həmin torpaq sahəsi üzrə onunla bağlanmış 23 avqust 2016-cı il tarixli, 19 nömrəli icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli sərəncamının və həmin tarixli 40 nömrəli Torpaq icarəsi müqaviləsinin surətlərindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək pambıq və digər bitkiçilik məhsullarının istehsalı ilə məşğul olmaq üçün cəmiyyətə dövlət qış otlaq fondundan torpaq sahəsinin ayrılmasını və təyinatının dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin müraciəti nəzərə alınaraq İmişli Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli sərəncamı ilə cəmiyyətə kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi məqsədilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h və 97 saylı dövlət qış otlaq sahələrindən 2600,0 ha torpaq sahəsinin ayrılıb icarəyə verilməsi qərara alınmış, bununla əlaqədar İmişli Rayon İcra Hakimiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2600,0 ha torpaq sahəsi üzrə 45 il müddətinə 27 dekabr 2017-ci il tarixli, 40 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Torpaq icarəsi müqaviləsi bağlanmışdır. İddiaçı İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlarının onun hüquqlarını pozduğunu iddia etməklə ləğv olunmasını tələb edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-5660/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8254 nömrəli ekspert rəylərinə əsasən aşağıdakılar müəyyən olunur: - İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-ci il tarixli 146 saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi və İmişli rayon İcra Hakimiyyətli başçısının xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600 ha torpaq sahəsinin 2153.90 ha olan hissəsində mübahisə olduğu üçün həmin ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. - İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi sərəncam qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. Hazırda da Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsidir. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin sərəncamın qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. Hazırda İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsidir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı səracamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin 2153.90 ha olan hissəsinin koordinatları daxilində yerləşir. Yəni iddiaçıya məxsus 68.0 ha torpaq sahəsinin 60.16 ha hissəsi ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.90 ha olan hissəsi ilə üst-üstə düşür. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı səracamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə olunur. İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha olan hissəsinin 2085.9 ha olan ərazisi faktiki olaraq "xxxx" MMC-nın istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qeyd olunduğu kimi, heyvandarlığın inkişafı üçün İddiaçı 68,0 ha torpaq sahəsinin ayrılması barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamının, bununla əlaqədar iş üzrə tərəflər arasında 68,0 ha torpaq sahəsi üzrə 25 il müddətinə bağlanmış 23 avqust 2016-cı il tarixli, 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsini itirmiş hesab edilməsinin və həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququna xitam verilməsinin, yəni nəticə etibarı ilə sözügedən torpaq sahəsinin iddiaçıdan alınmasının əsası kimi İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının dispozisiyasında İmişli rayonunda pambıqçılığın inkişafı üçün yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsinin zəruriliyi göstərilmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-5660/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8254 nömrəli ekspert rəylərinə əsasən İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi həm sərəncam qəbul olunduğu vaxt, həm də hazırda Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsidir və qanunvericiliyin tələbinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin “Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri” təsbit olunmuş 16-cı maddəsinin 3-cü və 4-cü bəndiərinin tələblərinə görə: - Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. -Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Həmçinin, İmişli Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının dispozisiyasında həmin sərəncamın qəbul edilməsinin hüquqi əsası kimi dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması barədə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 70-ci maddəsinəvə 73-cü maddəsinin 9-cu bəndinə istinad olunduğu, dövlət ehtiyacları üçün İmişli rayonunda pambıqçılığın inkişafı məqsədilə yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsinin zəruriliyi nəzərə alınaraq başqa ərazidən müvafiq torpaq sahəsi ayrılmaqla bir çox şəxslərin, o cümlədən İddiaçı istifadəsində olan 68,0 ha torpaq sahəsinin iddiaçıdan alındığı müəyyən olunur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü “Torpağın alınmasına əsas verən dövlət ehtiyacları”nın təsbit olunduğu 3-cü maddəsinə görə: 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər(4.1). Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz(4.2). Qeyd olunduğu kimi, iş materiallarında olan mütəxəssis və ekspert rəylərinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi həm sərəncam qəbul olunduğu vaxt, həm də hazırda Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə olunur. Lakin İmişli Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamından müəyyən olunur ki, Torpaqların dövlət ehtiyacları üçün alnmasına əsas verən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit olunmuş əsaslardan heç biri mövcud olmamış, həmin əsaslar olmadan torpaqların dövlət ehtiyacları üçün alnmasına qanunla yol verilmədiyi halda cavabdeh inzibati orqan qanunazidd qərar qəbul etmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını ciddi şəkildə pozmuşdur. Digər tərəfdən, hətta “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit olunmuş əsaslardan hər hansı birinin mövcud olduğu halda belə həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmasına baxmayaraq iddiaçıya mübahisələndirilən sərəncamda qeyd olunduğu kimi başqa ərazidən torpaq sahəsi ayrılmadan, kompensasiya ödənilmədən, qarşılıqlı razılaşma əldə edilmədiyi halda qanunun tələbinə müvafiq olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiyanın ödənilməsi təmin edilmədən İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı sərəncamı ilə İddiaçı ayrılmış 68.0 ha torpaq sahəsi üzərində onun istifadə hüququna xitam verilmişdir. Halbuki, Qanunun tələbinə görə “Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Göründüyü kimi, bu halda belə cavabdeh inzibati orqan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, iş materiallarında olan sənədlərin araşdırılması nəticəsində müəyyən olunur ki, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncam qəbul edilərkən torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bır halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, İddiaçı 68,0 ha torpaq sahəsinin ayrılması barədə 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamın və 23 avqust 2016-cı il tarixli, 19 nömrəli Torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsinin itirmiş hesab edilməsi hissəsində ləğv edilməsini tələb etməkdə haqlıdır. İmişli Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli digər sərəncamına və həmin tarixli 40 nömrəli Torpaq icarəsi müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi məqsədilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h və 97 saylı dövlət qış otlaq sahələrindən 2600,0 ha torpaq sahəsinin ayrılıb icarəyə verilməsi qərara alınmışdır və işdə olan mütəxəssis və ekspert rəylərinə əsasən İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 146 saylı sərəncamı ilə İddiaçı heyvandarlığın inkişafı üçün ayrılmış 68.0 ha torpaq sahəsinin 60.16 hektarı həmin torpaq sahəsində yerləşir. Məhkəmə cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, İddiaçı 68,0 ha torpaq sahəsinin ayrılması barədə 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamın və 23 avqust 2016-cı il tarixli, 19 nömrəli Torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsinin itirmiş hesab edilməsi hissəsində ləğv edilməsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən (qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır) nəticə etibarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun bərpa edilməsi qənaətinə gəldiyindən hesab edir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2600,0 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı icarə hüququ əsasında İddiaçı verilmiş 68,0 ha torpaq sahəsi ilə üst-üstə düşən 60.16 ha hissəsində ləğv edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları məcmu şəkildə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, İddiaçı 68,0 ha torpaq sahəsinin ayrılması barədə 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamın və 23 avqust 2016-cı il tarixli, 19 nömrəli Torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi hissəsində, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2600,0 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı icarə hüququ əsasında İddiaçı verilmiş 68,0 ha torpaq sahəsi ilə üst-üstə düşən 60.16 ha hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizanın xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamı İddiaçı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, İddiaçı 68,0 ha torpaq sahəsinin ayrılması barədə 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamın və 23 avqust 2016-cı il tarixli, 19 nömrəli Torpaq icarəsi müqaviləsinin hüquqi qüvvəsinin itirilmiş hesab edilməsi hissəsində, həmçinin İmişli Rayon İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2600,0 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı İmişli Rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 saylı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 nömrəli Torpaq icarəsi müqaviləsi ilə icarə hüququ əsasında İddiaçı verilmiş 68,0 ha torpaq sahəsi ilə üst-üstə düşən 60.16 ha hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Fehruz Abbasov