Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-374/2022 29.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2na qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1973-1975-ci illərdə hərbi xidmətdə olduğundan, 01.09.192-xx.xx.1973, xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Neft Texnikumunda əyani şöbədə təhsil aldığından, xx.xx.1977-xx.xx.1999-cu illlrdə X16 İdarəsində işlədiyindən, ümumilikdə 25 il 09 ay 07 gün sosial sığorta stajı olduğundan xx.xx.2021-ci il tarixdən etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialının üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 ilə əvəz olunmasını, həmçinin iddianın dəyişdirilərək “iddiaçının texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 ilə əvəz olunmuş, həmçinin iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Masallı rayonun Banbaşı kəndində anadan olmuşdur. Hazırda həmin ünvanda yaşayır. xx.xx.1972-xx.xx.1973,xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Neft Texnikumunda əyani təhsil almışdır. 1973-1975-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuşdur. xx.xx.1977-xx.xx.1999-cu illərdə X14 İdarəsində çilingər işləmişdir. İşlədiyi müddətlərdə hər ay əmək haqqı almışdır. Xəstəliyi ilə bağlı ona TSEK-sı tərəfindən 2012-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. 2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi DSMF-nun Masallı rayon şöbəsi tərəfindən hər ay ona əmək pensiyası ödənilmişdir. Növbəti həkim komissiyasından keçmədiyi üçün xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlilliyinə görə ödənilən əmək pensiyası dayandırılmışdır. 25 ildən çox sosial sığorta stajı olduğundan yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğunu bilib, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələb olunan sənədlələ DSMF-nun 8 saylı Regional ərazi filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional ərazi filialı tərəfindən ona əmək pensiyasına çıxmağı ilə bağlı məktub göndərilərək imtina edilmişdir. DSMF-nun 8 saylı Regional ərazi filialının ona göndərdiyi imtina məktubu ilə razılaşmır. DSMF-nun 8 saylı Regional ərazi filialının ona göndərdiyi imtinasından narazıdır. Qeyd edir ki, o, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1972-xx.xx.1973, xx.xx.1975-xx.xx.1977-ci illərdə Bakı Neft Texinikumunda əyani təhsil almışdır. xx.xx.1977-xx.xx.1999-cu illərdə X14 İdarəsində 2-ci dərəcəli çilingər peşəsində işləmişdir. Ümumilikdə 25 il 09 ay 07 gün sosial sığorta stajı vardır. Yaşa görə əmək pensiyasına çıxmağı ilə bağlı təqdim etdiyi sənədlərdəki SHÇDX-nin Masallı rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, o, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 71 saylı arxiv arayışından görünür ki, xx.xx.1972-ci il tarixdə 227 saylı əmrlə Bakı Neft Texinikumunun əyani şöbəsinə qəbul olunmuşdur. xx.xx.1973-cü il tarixdə 384 saylı əmrlə hərbi xidmətə getdiyinə görə akademik məzuniyyətə buraxılmışdır. xx.xx.1975-ci il tarixdə 435 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa olunmuşdur. 18 may 1977-ci il tarixli, 186 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinə görə “Neft-texniki” ixtisas dərəcəsi və KDN9002196 saylı diplom verilmişdir. “Azəriqaz” X15 İstismarı İdarəsinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X0002 saylı adına verilmiş arxiv arayışından görünür ki, xx.xx.1977-ci il tarixdə X14 Kontoruna 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir (əsas:№73K xx.xx.1977-ci il). Həmin arxiv arayışının ikinci abzasında göstərilir ki, xx.xx.1999-cu il tarixdən X14 İdarəsində qazın olmaması və maliyyə çətinlikləri nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr №04K xx.xx.1999-cu il). Bundan əlavə “Azəriqaz”ın X15 İstismarı İdarəsinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00001 saylı əmək haqqı barədə arxiv arayışında onun 1989cu ildən 1998-ci il tarixə kimi işləməyi ilə bağlı DSMF-nun 8 saylı Regional ərazi filialına təqdim etmək üçün əmək haqqı cədvəli göndərilmişdir. Onun xx.xx.1977-ci il tarixdən 1988-ci il tarixə kimi X14 İdarəsində işləməyi ilə bağlı hansısa səbəblərdən əmək haqqı cədvəli göndərilməmişdir. X11 Qaz İstismarı İdarəsi tərəfindən göndərilmiş əmək haqqı barədə arxiv arayışında qeyd edilmişdir ki, 1977-1988-ci illərin haqq-hesab cədvəlləri X15 İstismarı İdarəsinin arxivinə təhvil verilməmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi X14 İdarəsində işləməyi ilə bağlı ona əmək kitabçası verilmədiyindən, X14 İdarəsinin əmr kitabları, əmək haqqı cədvəlləri və digər maliyyə sənədləri “Azəriqaz”ın X15 İstismar İdarəsinə təhvil verildiyindən, hazırkı vəziyyətdə X14 İdarəsinin fəaliyyəti ilə bağlı sənədlər X15 İstismarı İdarəsinin arxivində mühafizə olunub saxlandığından adına əmək kitabçasının yazılması ilə bağlı ərizəsini aidiyyəti üzrə X15 İstismarı İdarəsinə göndərsə də müraciəti cavabsız qalmışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. “Azəriqaz”ın X15 İstismarı İdarəsi hazırkı vəziyyətdə fəaliyyət göstərdiyi halda, həmin idarə onun müraciətinə cavab vermədiyindən Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Halbuki, X15 İstismarı İdarəsinin arxivində mühafizə olunan sabiq X14 İdarəsinin 1977-1999-cu illər üzrə əmr kitablarına əsasən onun adına əmək kitabçası açmaqla işlədiyi müddətləri həmin əmək kitabçasında qeyd edib, möhürlə təsdiq edib, ona göndərməklə müraciətini təmin edə bilərdi. O, xx.xx.1955-ci il tarixdə doğulduğundan mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır.. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.1-ci maddəsinə görə, bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmçinin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. X15 İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli əmək haqqı barədə arxiv arayışında - 1989-cu il yanvar, fevral, iyun; 1991 -ci il iyun; 1992-ci il fevral; 1993-cü il noyabr; 1995-ci il may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr; 1996-cı il yanvar, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1997-ci il fevral, mart ayları üzrə iddiaçının əmək haqqı almadığı öz əksini tapmışdır. Həmçinin həmin arayışda 1977-1988-ci illərin haqq-hesab cədvəllərinin sözügedən idarəyə təhvil verilməməsi səbəbindən heç bir məlumat aşkar olunmadığı qeyd edilmişdir. Eyni zamanda Lənkəran və Masallı rayon dövlət arxiv idarələrinin müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlarında “X16 İdarəsi”ndə (X15 İstismarı İdarəsi) İddiaçı işləməsini əks etdirən sənədlərin aşkar olunmadığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, X12 “Asan Xidmət” Mərkəzindən daxil olmuş yaşa görə əmək pensiyası təyinatı üçün müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialında baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti iş stajına daxil edilir. Təqdim etdiyiniz X15 İstismarı İdarəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********80020115X0001 və SOCAR**********80020115X0002 saylı arayışlarına əsasən 19 il 11 ay, hərbi xidmət və təhsil dövrü 4 il 8 ay sığorta stajınız müəyyən edilmişdir (Ümumi iş stajı 24 il 7 ay). Qanununun 7-ci maddəsinə əsasən Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (28800 AZN) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, sığorta stajınız 25 ildən az olduğundan və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bır növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3-cü bəndinə (3.1.1 və 3.2 1 bəndləri) əsasən 01 yanvar 2006-cı il tarixədək sosial sığorta stajının hesablanması proseduru əmək kitabçası ilə müəyyən edildiyindən yaşa görə əmək pensiyası hüququnuzdan imtina edilmişdir. İş materiallarında olan X15 İstismarı İdarəsinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X0002 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixindən X14 Kontoruna 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib (Əmr № 73k, xx.xx.1977-ci il). xx.xx.1999-cu il tarixindən X14 İdarəsində qazın olmaması və maliyyə çətinlikləri nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr № 04k, xx.xx.1999-cu il). İş materiallarında olan xx.xx.1977-ci il tarixli, Ю № 002196 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə Bakı Neft Texnikumuna daxil olmuş və 1977-ci ildə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Bakı Neft Kollecinin xx.xx.2021-ci il tarixli, 71 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 25 avqust 1972-ci il tarixində 27 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 14 noyabr 1973-cü il tarixində 384 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 20 dekabr 1975-ci il tarixində 435 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 18 may 1977-ci il tarixində 186 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft texniki” ixtisas dərəcəsi və Ю № 002196 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1997-ci il tarixli, 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 432 nömrəli arayışından görünür ki, İddiaçı 05 dekabr 1973-cü il tarixdən 21 dekabr 1975-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X7 filialının xx.xx.2021-ci il tarixli, b/310 nömrəli arayışından görünür ki, X14 İdarəsinin (X15 İstismarı İdarəsi) sənədləri X7 Filialına təhvil verilməmişdir. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, M-481 nömrəli arayışından görünür ki, X14 İdarəsinin (X15 İstismarı İdarəsi) sənədləri X7 Filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 saylı məktubunda bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiya hüququ xx.xx.2019-cu il tarixində yaranmasına baxmayaraq xx.xx.2012-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2013-cü il tarixli, 561 saylı Qərarla xx.xx.1977-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi dövrlər iş stajı kimi nəzərə alınaraq (21 il 8 ay) 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci il tarixinədək aldığı 2-ci qrup əlilliyə görə əmək pensiyasının əlillik müddəti bitdiyindən xx.xx.2021-ci il tarixində Masallı Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə əmək pensiyası - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. X15 istismarı idarəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********80020115X0001 və SOCAR**********80020115X0002 saylı arayışlarına əsasən 21 il 8 ay, hərbi xidmət və təhsil dövrü 4 il 8 ay sığorta stajı müəyyən edilərək, ümumilikdə 26 il 4 ay təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün sosial sığorta stajı və pensiya kapitalı barədə X13 heç bir məlumata rast gəlinməmişdir. 1. Mübahisəsiz sığorta stajı: 4 il 8 ay hərbi xidmət və təhsil dövrü; 2. Mübahisəli sığorta stajı: 21 il 8 ay - 01 01.2006-cı il tarixədək sosial sığorta stajının hesablanması proseduru əmək kitabçası ilə müəyyən edildiyindən lakin ona məxsus əmək kitabçasının mövcud olmaması, eyni zamanda 1992ci ilin fevral ayında, 1993-cü ilin noyabr ayında, 1995-ci ilin may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1996-cı ilin yanvar, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1997-ci ilin fevral, mart aylarında, 1999-cu ilin yanvar, fevral, mart, aprel aylarında əmək haqqılarının qeyd olunmadığı müddət, həmçinin 1977-1988-ci illərin haqqı-hesab cədvəllərinin aşkar olunmaması səbəbi. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci ildə Masallı rayonunda anadan olmuşdur. İddiaçı 05 dekabr 1973-cü il tarixindən 21 dekabr 1975-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş (2 il 16 gün); xx.xx.1977-ci il tarixindən X14 Kontoruna 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib xx.xx.1999-cu il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 25 avqust 1972-ci il tarixində 27 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuş, 14 noyabr 1973-cü il tarixində 384 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmiş, 20 dekabr 1975-ci il tarixində 435 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmiş, 18 may 1977-ci il tarixində 186 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft texniki” ixtisas dərəcəsi və Ю № 002196 saylı diplom verilmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 saylı məktubunda bildirmişdir ki, X15 istismarı idarəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********80020115X0001 və SOCAR**********80020115X0002 saylı arayışlarına əsasən 21 il 8 ay, hərbi xidmət və təhsil dövrü 4 il 8 ay sığorta stajı müəyyən edilərək, ümumilikdə 26 il 4 ay təşkil edir. Cavabdeh iddiaçının 4 il 8 ay - hərbi xidmət və təhsil dövrünü mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi X14 İdarəsində işləməyi ilə bağlı onun əmək kitabçasının olmaması, eyni zamanda 1992-ci ilin fevral ayında, 1993-cü ilin noyabr ayında, 1995-ci ilin may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1996-cı ilin yanvar, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 1997-ci ilin fevral, mart aylarında, 1999-cu ilin yanvar, fevral, mart, aprel aylarında əmək haqqılarının qeyd olunmadığı müddət, həmçinin 1977- 1988-ci illərin haqqı-hesab cədvəllərinin aşkar olunmamasıdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi X14 İdarəsində işləməsi X15 istismarı idarəsinin xx.xx.2021-ci il tarixli SOCAR**********80020115X0001 və SOCAR**********80020115X0002 saylı arayışları ilə təsdiqlənmiş, eləcə də Azərbaycan Respublikası X7 filialının xx.xx.2021-ci il tarixli, b/310 nömrəli arayışından, həmçinin Masallı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, M-481 nömrəli arayışından görünür ki, X14 İdarəsinin (X15 İstismarı İdarəsi) sənədləri X7 Filialına təhvil verilməmişdir. Bundan əlavə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi X14 İdarəsində işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Məhkəmə cavabdehin X15 İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli əmək haqqı barədə arxiv arayışında - 1989-cu il yanvar, fevral, iyun; 1991-ci il iyun; 1992-ci il fevral; 1993-cü il noyabr; 1995-ci il may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr; 1996-cı il yanvar, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1997-ci il fevral, mart ayları üzrə iddiaçının əmək haqqı almadığının öz əksini tapması, həmçinin həmin arayışda 1977-1988-ci illərin haqq-hesab cədvəllərinin sözügedən idarəyə təhvil verilməməsi səbəbindən heç bir məlumat aşkar olunmadığının qeyd edilməsi, eyni zamanda Lənkəran və Masallı rayon dövlət arxiv idarələrinin müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlarında “X16 İdarəsi”ndə (X15 İstismarı İdarəsi) İddiaçı işləməsini əks etdirən sənədlərin aşkar olunmadığının qeyd olunması barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda X15 İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli əmək haqqı barədə arxiv arayışında - 1989-cu il yanvar, fevral, iyun; 1991-ci il iyun; 1992-ci il fevral; 1993-cü il noyabr; 1995-ci il may, iyun, iyul, sentyabr, oktyabr, noyabr, dekabr; 1996-cı il yanvar, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1997-ci il fevral, mart ayları üzrə iddiaçının əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin illərdə işləməmiş və əmək haqqı almamışdır. İddiaçı iddia edir ki, həmin illərdə sözügedən müəssisədə işləməklə hər ay üçün əmək haqqı almışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2012-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2020-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı texnikumda təhsil aldığı dövr, hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-374/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-374/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver