Məhkəmə qərarları › İş №2-1(120)-3748/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3748/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3748/2025 23.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu, Pensər kəndi ünvanında yerləşən sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”nin qismən ləğv edilməsi, X7, X15 və X16 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, Məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq məhkəmə Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Astara rayonu, Pensər kəndi ünvanında yerləşən sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN- 745A nömrəli (KOD ********) “Şəhadətnamə”nin qismən ləğv edilməsi, X7, X15 və X16 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 60 ildən çoxdur Astara rayonun Pensər kəndinə ona məxsus olan həyətyanı torpaq sahəsində 1958-ci ildə tikilmiş evində yaşayır. Uzun müddət idi ki, xüsusi mülkiyyətimdə olan və keçən əsrin 1950-ci illərin ortalarında əldə edilmiş 0.20 hektar həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair “Şəhadətnamə” ona verilmirdi. İddiaçının davamlı müraciətlərindən sonra yuxarıda qeyd olunan “Şəhadətnamə”nin arxivdə saxlanılan nüsxəsi ilə eyni olan təsdiq olunmuş surəti AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona təqdim olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, Astara rayonun Pensər kəndi ərazisində ona məxsus olan 0.20 ha həyətyanı torpaq sahəsi 6 nəfərin-İddiaçı, X11, X5, X7, X15 və X16 mülkiyyətinə verilmişdir. JN-745A nömrəli KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin mülkiyyətçisi iddiaçı və ailə üzvləri olan oğlu X23 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızı olduqları halda, yuxarıda qeyd olunmuş Şəhadətnamədə gəlini X7 və onun uşaqlarının, yəni iddiaçının oğul nəvələri X15 və X16 adlarının mülkiyyətçi kimi qeyd edilməsi bir mülkiyyətçi kimi iddiaçı və iddiaçının birinci dərəcəli vərəsələri olan oğlu X11 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının hüquqlarını da kobudcasına pozmuş və məhdudlaşdırmışdır. Cavabdeh rayon ərazisində torpaq islahatını həyata keçirərkən iddiaçıya münasibətdə mülki qanunvericiliyin tələblərini aşağıdakı formada kobudcasına pozmuşdur. Birinci dəlil; Astara rayon Aqrar İslahat Komissiyası özünün 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə onun keçən əsrin 50-ci ilin ortalarında əldə etdiyi həyətyanı “torpağın mülkiyyətə verilməsinə dair” 745A nömrəli Şəhadətnamədə gəlini - X35 (Zabit) qızının, uşaqları - X15 və X16 adlarını mülkiyyətçi kimi qeyd etməklə unutmuşdur ki, nikaha daxil olanların əmlakının qanuni rejimi “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” ilə tənzimlənir. Sual olunur: Nəyə görə və nəyə əsasən gəlini X35 (Zabit) qızının, xx.xx.1997ci il təvəllüdlü nəvəsi X8 və xx.xx.2000-ci il təvəllüdlü X12 adları onun keçən əsrin 50-ci illərin ortalarında əldə etdiyi “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə mülkiyyətçi kimi qeyd olunmalıdır? İkinci dəlil: Torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN- 745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə”də həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə əsas olaraq Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixdə verdiyi 04 saylı qərarına əsasən, hələ 17 aprel 2000-ci ildə doğulacaq oğul nəvəsi olan Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adı da həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunmuşdur. Bu hansı məntiqin qanunlarına uyğundur. Sual olunur: Astara rayon Aqrar İslahat Komissiyasının üzvləri haradan və necə biliblər ki, 1 (bir) il 3 (üç) aydan sonra iddiaçının oğul nəvəsi dünyaya gələcək və onun adı Yaqubova (Murtazalı) Xanım Mürşüd qızı olacaqdır? Üçüncü dəlil: Gəlini Yaqubova (Əliyeva) Aytəkin Mürşüd (Zabit) qızının və uşaqları Yaqubov (Murtazalı) Dövran Mürşüd oğlunun və Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adlarının həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN- 745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunması, bir mülkiyyətçi kimi iddiaçı və iddiaçının birinci dərəcəli vərəsələri olan oğlu X11 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının mülkiyyət hüquqlarını da kobudcasına pozmuşdur. Belə ki, bu fakt iddiaçıdan sonra oğlu X17 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızına çatacaq miras paylarının həcminin azalması ilə nəticələnəcəkdir. Sual olunur: Qüvvədə olan mülki qanunvericiliyimiz nikaha girən xanıma və doğulacaq uşaqlarına qayınananın (qayınatanın) illər öncə əldə etdiyi əmlakına şərik çıxaraq mülkiyyətçi olmaq hüququ verirmi? Dördüncü dəlil: Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”də gəlini X35 (Zabit) qızının, onun uşaqlarının - X15 və X16 mülkiyyətçi kimi qeyd olunması qeyri-qanuni və əsassız olmaqla yanaşı yuxarıda qeyd edilən Şəhadətnamədə qeyd edilən torpaq sahəsini keçən əsrin 50-ci illərində ünvan 2i ünvanında 0.19 hektar torpaq sahəsini əldə etmiş İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan mülkiyyətini vəsiyyətnamə ilə vəsiyyət etmə və ya bağışlamaq hüququndan da məhrum etmişdir. Bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-1192-ci maddələrinin kobudcasına pozulması faktıdır. Bundan əlavə, məlumat üçün bildirirəm ki, yuxarıda qeyd olunmuş “Şəhadətnamə”də gəlini X2 Aytəkin Mürşüd qızı kimi yəni, nəvəsi kimi göstərilmişdir ki, bu da yanlış məlumatdır. Məlumat üçün bildirirmişdir ki, Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nəvələri: X15 doğulması haqqında 07 may 2015-ci il tarixli, 1120 saylı və X16 doğulması haqqında xx.xx.2015-ci il tarixli, 1119 saylı arayışlarda nəvələrinin soyadları ata babalarının adına (Murtaza) uyğun olaraq Murtazalı kimi qeyd olunmuşdur. Həmin arayışlarda uşaqların anasının adı X29 və atasının adı isə X25 olması qeyd olunmuşdur (Yuxarıda qeyd edilən doğum haqqında arayışlar iddia ərizəsinə əlavə olunur). Məlumat üçün məhkəmənin diqqətinə çatdırımışdır ki, 01 yanvar 1969-cu ildə anadan olmuş oğlu X26 xx.xx.1997-ci il tarixdə əslən Astara rayonun Kakalos kəndindən olan X24 ilə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü X30 və xx.xx.2000ci il təvəllüdlü X31 adlı uşaqları doğulmuşdur. X6 xx.xx.1997-ci il tarixdə X29 ilə rəsmi ailə qurandan sonra Astara rayonun Kakalos kənd İnzibati Ərazi Dairəsinin Qamışovka kəndinə köçmüş və orada 2003-cü ilin iyul ayında həyat yoldaşı X24 yerli bələdiyyədən fərdi yaşayış evi tikmək üçün 0.06 ha. həyətyanı torpaq sahəsi almış orada fərdi yaşayış evi tikərək ailəliklə orada yaşamışlar. 2015-ci ildə Astara Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(018)-909/2015 saylı qətnaməsi ilə oğlu X23 ilə X24 arasında olan nikah rəsmi olaraq məhkəmə qaydasında pozulmuş, məhkəmə qərarına əsasən, tərəflərin birgə nikahdan xx.xx.1997-ci il tarixdə doğulmuş X19 və xx.xx.2000-ci il tarixdə doğulmuş X1 Aytəkin Zabit qızının himayəsində saxlanılması qətt edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən də birgə nikah dövründə 2003-cü ilin iyul ayında yerli bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün alınmış 0.06 ha. həyətyanı torpaq sahəsinin tərəflər arasında bərabər bölünməsi barədə 04 may 2017-ci il tarixli, 2(106)-773/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Tərəflərə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən Çıxarışlar da verilmişdir. Məlumat üçün bildirir ki, hal-hazırda da keçmiş gəlini X35 (Zabit) qızı uşaqları- X19 və X28 ilə birlikdə oğlu X23 ilə birgə nikah dövründə 2003cü ildə Astara rayonun Qamışovka kəndində əldə etdiyi torpaq sahəsində 2003-cü ildə tikilmiş və özünə məxsus 2 otaqlı evində yaşayırlar və həmin ünvanda da daimi pasport qeydiyyatındadırlar. ünvan 3əliyi tərəfindən təsərrüfatbaşına kitaba əsasən verilmiş 02 dekabr 2016-cı il tarixli, 1091 saylı Çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunur). Hal-hazırda yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsində yerləşən və ona məxsus olan evdə Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən ona verilmiş Forma 2 arayışına əsasən aşağıda adları qeyd olunmuş 3 nəfər daimi pasport qeydiyyatındadırlar: 1.Mən-İddiaçı. 2.X4. 3.X9. (Astara rayon İHB-nın Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 329 saylı Forma 2 arayışı iddia ərizəsinə əlavə olunur). Məlumat üçün bildirirmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü nəvəsi X33 oğlunun X14 ilə ikinci nikahından doğulmuşdur. Uşağın anası X14 ağciyər xərçəngi səbəbindən 22 avqust 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Astara rayon Dövlət Arxivi tərəfindən ona verilmiş və iddia ərizəsinə əlavə olunmuş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən, Astara rayonun Pensər kənd izibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 JYs-li hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Beləliklə, Astara rayonunda torpaq islahatı keçirilənə qədər mübahisəli həyətyanı torpaq sahəsi dövlət qurumu tərəfindən onun adına rəsmi olaraq qeydə alınmışdır. Yuxarıda qeyd edilən mübahisəli həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”də gəlini X35 (Zabit) qızının, onun uşaqlarının - X30 və X16 adlarının mülkiyyətçi kimi qeyd olunması qanunsuzdur və hüquqi əsasları məlum deyildir. Yuxarıda qeyd olunmuş həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli, KOD 80106018 olan Şəhadətnamədə adları mülkiyyətçi kimi qeyd olunmuş X23 və Yaqubova (Ağayeva) Valiyə Murtuza qızı isə onun övladlarıdır. (Onun iki övladı (uşağı) olması barədə Astara rayon İHB-nın Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 330 saylı arayış iddia ərizəsinə əlavə olunur).Yuxarıda qeyd olunmuş problemlə əlaqədar Cavabdehnə ərizə ilə müraciət edərək Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarına əsasən, İddiaçı Astara rayonu, Pensər kəndi ünvanında məxsus olan həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN- 745A nömrəli (KOD ********) Şəhadətnamənin qismən ləğv edilməsini, X35 (Zabit) qızının, X15 və X16 adlarının həmin Şəhadətnamədən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini araşdırmış və poçt rabitəsi vasitəsi ilə ona 29 aprel 2025-ci il tarixli, 264 nömrəli cavab məktubu göndərmişdir. Həmin cavab məktubunu 06 may 2025-ci il tarixdə almışdır. Həmin cavab məktubunda X35 (Zabit) qızının, X15 və X16 adlarının “Torpağın mülkiyyətə verilməsinə dair” JN-745A nömrəli Şəhadətnamədən çıxarılması və həmin Şəhadətnamənin qismən ləğv edilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı üçün ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesb etmişdir ki, məhkəmə Astara rayonu, Pensər kəndi ünvanında yerləşən sahəsi 0.20 hektardan ibarət mübahisəli həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”nin qismən ləğv edilməsi, X35 (Zabit) qızının, X15 və X16 adlarının həmin Şəhadətnamədən çıxarılması barədə qərar qəbul etməlidir. İddiaçı və Cavabdehnə hаzırlıq icrааtı ilə bаğlı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbi inzibati akt hesab olunan JN- 745A nömrəli (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə qarşı yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Buna isə yalnız JN-745A nömrəli (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarın ləğvi ilə nail olmaq mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşın mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahibinə “torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Hazırda Astara rayon Aqrar İslahat komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçının mülkiyyətinə 0.19 hektar həyətyanı torpaq sahəsi verilmiş və JN-745A, kod 80106018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmiş və məhkəmə iclasına gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı sözügedən qərardan uzun müddətdir ki, məlumatlı olmasına baxmayaraq həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş və iddia müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından İddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)- 1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa mübahisə predmeti aqrar islahat komissiyasının qərarının qəbul edildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ-ci yarımbölməsinin müddəalarına əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. (maddə 296.1) Şəxs öz hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunla başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (maddə-298). Məhkəmə xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə cavabdehin daha doğrusu Astara rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsi olmamışdır. Belə ki, həmin qərar iddiaçıya yönələn yəni iddiaçı üçün hər hansı hüquq və vəzifə yaradan inzibati akt olmamışdır. Odur ki, iddiaçının həmin qərardan sonradan xəbər tutmasını rəhbər tutaraq, qərardan şikayət vermə müddətini ötürmədiyini iddia etməsi və yaxud 25 (iyirmi beş) ildən artıq müddətdən sonra mübahisələndirməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu, Pensər kəndi ünvanında yerləşən sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”nin qismən ləğv edilməsi, X7, X15 və X16 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50, 80 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Astara rayonu, Pensər kəndi ünvanında yerləşən sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN- 745A nömrəli (KOD ********) “Şəhadətnamə”nin qismən ləğv edilməsi, X7, X15 və X16 adlarının həmin şəhadətnamədən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar