Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-375/2022 02.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ilindən çox qüsursuz xidməti olan hərbi qulluqçu kimi iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “20 təqvim ilindən çox qüsursuz xidməti olan hərbi qulluqçu kimi iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ehtiyatda olan tibb xidməti leytenantı rütbəsində 1997-ci il 13 sentyabr tarixli bildirişi əsasında Beyləqan rayon komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Beyləqan rayon komissarlığının göndərişi əsasında 7 may 1998-ci il tarixdə tibb xidməti leytenantı rütbəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə bütün növ təminatlara daxil edilmiş və hal-hazırda həqiqi hərbi xidmətini davam etdirir. 1997-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 ildən çox həqiqi hərbi xidmət keçmişdir. Lakin bu dövr ərzində dövlət vəsaiti hesabına mənzillə təmin edilməmişdir. Baxmayaraq ki, onun belə bir hüququ olmuşdur. Bu hüququ ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanı verir. Bu Fərmana əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün də kifayət qədər əsaslar mövcuddur. Belə ki, 20 təqvim ilindən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunmuş (ümumiyyətlə hərbi xidmət dövründə dəfələrlə yubiley və digər medallarla təltif olunmuş), hərbi xidmət dövründə heç vaxt yaşayış sahəsi ilə təmin edilməmiş, xidmət müddətində hərbi rütbəsi aşağı salınmamış, aşağı vəzifəyə keçirilməyi olmamışdır, 2016-cı ilin aprel döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 225 nömrəli Sərəncamı ilə “Vətən uğrunda medalı” ilə təltif edilmiş, Qarabağ uğrunda Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etmiş - “Vətən müharibəsi iştirakçısı”, “Arxa cəbhədə fərqlənməyə görə”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” təltiflərə layiq görülmüşdür. Qeyd etdiyi hallarla bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə etdiyi müraciətinə 23 sentyabr 2021-ci il tarixli 5307 nömrəli məktubla cavab verilmişdir. Məktubda daimi mənzillə təmin edilməyi ilə bağlı ünvanladığı müraciətinə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxıldığı bildirilmişdir. Əlavə olaraq məktubda, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 11/3977 nömrəli 20.08.2021-ci il tarixli məktubuna əsasən cinayət törədilməsinə görə məhkum olunanlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün müvafiq siyahıya daxil edilmirlər. Bunu nəzərə almağı xahiş edilmişdir. Sözügedən məktubda onun müraciətinə müsbət cavab verilməməsinin səbəbləri tam hərtərəfli və dəqiq olaraq cavablandırılmamışdır. Belə ki, qeyd olunmuş Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 11/3977 nömrəli 20.08.2021-ci il tarixli məktubunda nə kimi halların sadalandığı qeyd edilməmiş və hansı qanuna istinad edildiyi barədə Mənzil-İstismarı İdarəsinin məktubunda açıqlanmamışdır. Bu halda Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 23 sentyabr 2021-ci il tarixli 5307 nömrəli məktubunu əsassız və qərəzli hesab edir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilməyi ilə bağlı əvvəllərdə Mənzil-İstismar İdarəsinə etmiş olduğu müraciətinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmamışdır. Belə ki, adının siyahıya salınması ilə bağlı müvafiq araşdırmalar aparıldığını və əlavə məlumatın veriləcəyi qeyd edilmişdir. Yekun nəticə ilə bağlı hər hansı əsaslandırılmış cavablar verilməmişdir. Halbuki sözügedən Fərmanda qeyd etdiyi məktublarda sadalananlara dair hər hansı hal nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin 7 dekabr 2015-ci il tarixli 0868 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Bakı qarnizonu hərbi məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmü ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Dünya Azərbaycanlıların həmrəyliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli qərarının 1-ci hissəsinin 3-bəndinə əsasən İddiaçı ona təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin edilmiş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. Halbuki barəsində verilmiş hökmü qanunsuz hesab edir. Belə ki, qaldırılmış cinayət işi onun xidmət müddətimə aid olmamışdır, onun xidmət müddəti 1998-ci ildən başlamışdır, lakin qaldırılmış cinayət işi 1997-ci ilə aid edilmişdir. O, 1997- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə nazirinin müavininin müvafiq sənədli göndərişi əsasında yenidən Hərbi Komissarlığa qaytarılmışdır. Onu Hərbi Komissarlıq tərəfindən 1998-ci ildə yenidən həqiqi hərbi xidmətə çağırılmış və həmin vaxtdan xidmətə daxil olaraq bu günədək xidmətini qüsursuz davam etdirir. O, xidməti ilə bağlı sənədləri, həmçinin Bakı Hərbi Məhkəməsinin qeyd olunan arayışını Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə dəfələrlə təqdim etmiş, bu kimi sənədlərə hüquqi qiymət verilmədən ümumiyyətlə baxılmadan heç bir hüquqi əsası olmayan şablon sözlərlə cavab məktubları göndərirlər və sözügedən Fərmanın tələblərinə uyğun adının mənzil siyahısına salınması təmin edilməmişdir. Bakı qarnizonu hərbi məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmü ilə təyin edilmiş cəzadan sonrakı müddətlərdə 25.06.2009-cu ildə 3-cü dərəcəli, 24.06.2013-cü ildə 2-ci dərəcəli və 26.06.2018-ci ildə isə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medallarla təltif olunmuşdur. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin imtina məktubunu qanunsuz və əsassız hesab edir. Hərbi xidmətimlə bağlı təltif olunduğu “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medallar Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10,15, və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcədir . Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 225 nömrəli Sərəncamı ilə “Vətən uğrunda medalı” ilə təltif edilmişdir. Hərbi xidməti ilə bağlı müxtəlif vaxtlarda dəfələrlə ali medallarala təltif edilmiş və müvafiq qaydada dövlət təltiflərinə layiq görülmüşdür. Hazırda həqiqi hərbi xidmətini davam etdirir. Göründüyü kimi, onun 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməyi nəzərə alınmaqla ona da bu hüquq verilmişdir. Yuxarıda sadaladığı faktları və həmin faktların hüququ dayanaqlığını nəzərə alaraq, 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, ona “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid edilməyimə əsas verir, bu baxımdan həmin Fərman ona şamil edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddia tləbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.3-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 13N nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə Mənzil İstismar İdarəsinin “imtinasını” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “imtinası” kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı onun 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 19.07.2008-ci il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19.07.2008-ci il tarixli, 0149t nömrəli əmri ilə İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 25.06.2009-cü il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.06.2009-cu il tarixli, 026t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 24.06.2013-cü il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.06.2013-cü il tarixli, 0101t nömrəli əmri ilə İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubileyi medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 24.06.2013-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.06.2013-cü il tarixli, 078t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 12.05.2016-cı il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.05.2016-cı il tarixli, 097t nömrəli əmri ilə İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 26.06.2018-ci il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.06.2018-ci il tarixli, 0164t nömrəli əmri ilə İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubileyi medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş İ-447 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidentinin 25.06.2018-ci il tarixli, 225 nönrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 26.06.2018-ci il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.06.2018-ci il tarixli, 0212t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İşdə olan Bakı Hərbi Məhkəməsinin 07.12.2015-ci il tarixli, 6868 nömrəli arayışının surətində qeyd edilmişdir ki, İddiaçı Bakı qarnizonu hərbi məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmü ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Dünya Azərbaycanlıların həmrəyliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli qərarının 1ci hissəsinin 3-bəndinə əsasən İddiaçı ona təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin edilmiş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. İşdə olan Bakı Hərbi Məhkəməsinin 02.02.2022-ci il tarixli, 10 nömrəli məktubundan və ona əlavə edilmiş Bakı Qarnizonu Hərbi Məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmünün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İspəndiyar oğlu Bakı Qarnizonu Hərbi Məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci maddəsinin 1-ci hissəsi üzrə həmin maddənin 3-cü hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, həmin Məcəllənin 244-cü maddəsinin «a» bəndi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli qərarının 1ci fəslinin 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 01.09.2021-ci il tarixli, 3403 nömrəli arayışın surətində qeyd edilmişdir ki, tibb xidməti polkovniki İddiaçı 27.09.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək davam edən “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissənin hərbi hissə komandiri vəzifəsində xidmət etmişdir. Döyüş əməliyyatları zamanı tibbi təminatın təşkili və gücləndirilməsi tədbirlərinin həyata keçirilməsində, xəstə və yaralıların müayinə və müalicəsində yaxından iştirak etmiş, bilik və bacarıqlarını əsirgəməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin iddiaçıya ünvanladığı 23.09.2021-ci il tarixli, 5307 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, cinayət törədilməsinə görə məhkum olunanlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün müvafiq siyahıya daxil edilmirlər. Nəzərə alınması xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin məhkəməyə göndərdiyi 11.11.2021-ci il tarixli, 6218 nömrəli məktubuna əlavə olunmuş arayış təqdimatdan görünür ki, İddiaçı 07.05.1998-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit, gizir və ya MAHHXHQ qismində həqiqi hərbi xidmətə başlamış, 14.11.1985-29.09.1987-ci illərdə ümumi həqiqi hərbi xidmətdə olmuş, o cümlədən 13.09.1997-31.12.2019-cu illərdə SSRİ SQ-də və digər hərbi birləşmələrdə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş bölgəsində yerləşən hərbi hissələrdə həqiqi hərbi xidməti 07.05.1998-28.01.2000, 28.01.2000-14.09.2004, 14.09.2004-20.03.2005, 06.08.2016-31.12.2019 (aprel 2016) təşkil etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində ümumi hərbi xidmət müddəti 24 il 2 ay, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti 22 il 3 ay təşkil edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 05.11.2021ci il tarixli, 11/5272 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 1997-cı il tarixdən xidmətdədir və hal-hazırda həqiqi hərbi xidmətini davam edir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini tələb edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli; 3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yetərli olsa da, ən əsası “Həqiqi hərbi xidməti qüsursuz olmalı” şərti mövcud deyil. Şəxsi Heyət Baş idarəsi Kadrlar İdarəsinin məlumatına əsasən İddiaçı xidmət müddətində Bakı qarnizonu Hərbi Məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökümü ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumeetmə cəzasına məhkum edilmişdir. İddiaçının həqiqi hərbi xidmətdə olduğu zaman qüsuru olduğundan Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 28 noyabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzil sahəsi ilə təmin olunmaq hüququna malik deyildir. Beləliklə, işin şərh edilən hallarını nəzərə alaraq Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, iddiaçının iddia tələbi əsassız olduğundan məhkəmə iddia ərizəsini rədd etməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına əsasən :
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: -Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. -Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir.
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: -Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Məhkəmə müəyyən etdi ki, iddiaçı mənzillə təmin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının xidmət müddətində Bakı qarnizonu Hərbi Məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökümü ilə təqsirli bilinərək 3 (üç) il müddətində azadlıqdan məhrumeetmə cəzasına məhkum edildiyini əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd olunan bu dəlilləri iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, cavabdehin imtinasında qeyd olunan bu dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xidmət illəri 20 ildən artıqdır. O həmin xidmət illərində müvafiq olaraq 19.07.2008-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı, 25.06.2009-cü il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, 24.06.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubileyi medalı, 24.06.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubileyi medalı, 24.06.2013-cü il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, 12.05.2016-cı il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı, 26.06.2018-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918- 2018)” yubileyi medalı, 25.06.2018-ci il tarixdə “Vətən uğrunda” medalı və 26.06.2018-ci il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuş və hal-hazırda həqiqi hərbi xidmətini davam etdirir. Lakin, xidmət illəri zamanı İddiaçı Bakı Qarnizonu Hərbi Məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci maddəsinin 1-ci hissəsi üzrə həmin maddənin 3-cü hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, həmin Məcəllənin 244-cü maddəsinin «a» bəndi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli qərarının 1-ci fəslinin 3cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Bununla da İddiaçı məhkumluğu olmayan şəxs hesab edilmiş və bunun nəticəsində onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmana əsasən ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin fərmanda şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi üçün iki əsas: 1. Şəxsin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha artıq xidmət etməsi; 2. Həmin xidmət illərinin qüsursuz olması tələb olunur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ silahlı qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 606-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci ilin iyun ayının 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif olunurlar. Cavabdeh orqanın iddiaçıya ünvanladığı imtina məktubuna əsasən iddiaçıya xidmət illərində məhkumluğu olduğuna görə adının mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. İddiaçı Bakı Qarnizonu Hərbi Məhkəməsinin 22 iyul 1999-cu il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-ci maddəsinin 1-ci hissəsi üzrə həmin maddənin 3-cü hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, həmin Məcəllənin 244-cü maddəsinin «a» bəndi ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli qərarının 1-ci fəslinin 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cavabdeh orqanın iddiaçının məhkumluğuna istinad etməklə onun adının siyahıya salınmasından imtina etməsini araşdırmaq üçün məhkumluğun anlayışını, onun hüquqi nəticələrini araşdırmaq zəruridir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir, lakin məhkumluğun hüquqi nəticələri daimi xarakter daşımır və onun götürülməsi və ya ödənilməsi, həmçinin cəza təyin edilməməklə ittiham hökmünün çıxarılması ilə bu nəticələr aradan qalxır. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir. Məhz buna görə də iş üzrə ittiham hökmü çıxarılmadığı halda Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən, həmin Məcəllənin 78 və 89-cu maddələrində nəzərdə tutulmuş əsaslarla isə cəzadan azad edilmiş şəxslər məhkum olunmamış hesab edilir. Konstitusiya Məhkəməsinin bu qərarından sonra Cinayət Məcəlləsinin «Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan şəxs hesab edilir» məzmunda olan 83.2-ci maddəsi dəyişdirilərək göstərilmişdir ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçının məhkumluğu olduğuna görə adının siyahıya salınmasından imtina barədə cavabdehin gəldiyi nəticə qanunsuzdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 30.10.2019-cu il tarixli 2-1(102)-3250/2019 nömrəli və 02.06.2020-ci il tarixli 2-1(102)-1297/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov