Məhkəmə qərarları › İş №2-1(120)-375/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-375/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-375/2025 16.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X26 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılan 0,1065 ha torpaq sahəsi “X15 X21”də düzəliş edilərək və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Lənkəran rayonun Girdəni kəndində yerləşən 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin, mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılan 0,1065 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının faktiki istifadəyə uyğunlaşdırılaraq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılan 0,1065 ha torpaq sahəsi “X15 X21”də düzəliş edilərək və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 may 2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2ində yerləşən 0.11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini almışdır. DƏDRX publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin bölgü eskizi də ona təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin, habelə mülkiyyət hüququna dair müvafiq çıxarış almaqdan ötrü DƏDRX publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ona Azərbaycan Respublikası DƏDRX publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 08 may 2023-cü il tarixli, 3-21-43/2- 1259/2023 saylı məktubla cavab verilmişdir ki,təqdim edilmiş sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar və elektron baza məlumatları arasında uyğunsuzluq mövcüddür. Belə ki, həmin torpaq sahəsinin bölgü eskizi üzrə qeyd olunmuş məlumatlar ilə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub,həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, sözü gedən ünvanda yerləşən torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması barədə hazırki iş üzrə iddiaçı şəxsin (X20) 2023-cü il 10 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim etdiyi sənədlər 10 saylı Lənkəran Ərazi İdarəsində icraata qəbul edilmiş və daini fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Həmin ərəfədə icraatda olan sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar və elektron baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçıya ayrılmış kənd təsərrüfatı təyinatlı həmin 0.11 ha pay torpaq sahəsinin notarial təsdiqlənmiş “bölgü eskizi" üzrə qeyd olunmuş məlumatları ilə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Yəni notarial təsdiqlənmiş “bölgü eskizi”ndə göstərilən yerlə təqdim olunan sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar və elektron baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Bu baxımdan bildiririk ki, Lənkəran rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elekt'on kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsi ilə əlaqədar yaranmış bu və ya buna oxşar uyğunsuzluqlara (sənəd üzrə məlumatlarla yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə) qanunamüvafiq qaydada baxılacağı barədə həmin şəxsə tərəfimizdən məlumat verilmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Bu baxımdan bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Xidmət orqanı olaraq bildiririk ki, həmin əmlaka dair təqdim olunmuş hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə hazırki iş üzrə iddiaçının icraatda olan 2023-cü il 10 aprel tarixli ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 08 may 2023-cü il tarixli “İmtina” bildirişi göndərilmişdir. İmtina “bildiriş”ində Lənkəran rayonu ərazisində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsi ilə əlaqədar yaranmış bu və ya buna oxşar uyğunsuzluqlara (sənəd üzrə məlumatlarla yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluqlara münasibətdə) qanunamüvafiq qaydada baxılacağı barədə həmin şəxsə tərəfimizdən məlumat verilmişdir. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsi üzərində hazırki iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılmasına dair iddia tələbinin təmin olunmasına qanunvericiliyin tələbinə uyğun olaraq tam etiraz edirik, eyni zamanda iddia tələbi ilə bağlı əsaslılığı və qanuniliyi baxımından (yəni torpaq sahəsinin 2015-ci il tarixli alqı-satqı müqaviləsi və “bölgü eskizi" əsasında ayrılması, habelə elektron uçot xəritə məlumatları ilə yaranmış uyğunsuzluğa münasibətdə) müvafiq qərar qəbul (ekspertiza keçirilməsi şərtilə) etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X35 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Qeyd edilməlidir ki, iddiaçı torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən alsa da, halhazırki mübahisə alqı-satqı müqaviləsindən doğan öhdəlik kimi deyil, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində tərəfin hüquqlarının pozulması üzrə, yəni öhdəliyin icrası haqqında iddia növü kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq inzibati məhkəməyə müraciət etmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində olan 0,6244 ha torpaq sahəsi X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X29, X3, X30 və X27 tərəfindən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,6244 ha olan torpaq sahəsi X18, X5, X6 və İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində olan 0,18 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində olan 0,11 ha torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində olan 0,11 ha torpaq sahəsi X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12/22/49 nömrəli arayışından görünür ki, Girdəni kənd sakini İddiaçı verilmiş 0.11 ha kənd təsərüfatlı təyinatlı torpaq onun özünün istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3019/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X31 və ailə üzvləri ********** nömrəli Çıxarış əsasında onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olmuş 0.6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-602 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 (0.11 ha), X8 (0.065 ha) X6 (0.11 ha) və X13 (0.11 ha) satmışlar. Yerdə qalan 0.11 ha torpaq sahəsi X17 mülkiyyətində qalmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə- 602 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.11 ha torpaq sahəsi əldə etmiş X20 xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmiş və 0.11 ha torpaq sahəsinin notarial təsdiqlənmiş “Bölgü eskizi” üzrə qeyd olunmuş məlumatları ilə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluğun olması səbəbindən xx.xx.2023-cü il tarixində X28ma imtina bildirişi göndərilmişdir. Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-602 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.065 ha torpaq sahəsi əldə etmiş X8 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı Ərazi İdarəsinə müraciət etməmişdir. Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2015ci il tarixli, 4Ə-602 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.11 ha torpaq sahəsi əldə etmiş X18 xx.xx.2023-cü il tarixində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Lənkəran rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-602 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.11 ha torpaq sahəsi əldə etmiş X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2018-ci il tarixində Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. İkinci sualınıza cavab olaraq bildiririk ki, sözügedən ərazinin kimin istifadəsində olub-olmaması ilə bağlı yerində müayinə aparılmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/9739/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-664 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə X19 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən xx.xx.2015-ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və eyni tarixli notarial təsdiqlənmiş "Bölgü eskizinə” əsasən X13 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. Sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı qeyd olunan 0,6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı X10 istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və faktiki ölçüsünün 0,1065 ha olması məlum olmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları jmöəyyənləşdirilmiş və Lənkəran rayonu, Girdəni kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsinə həmin JN-664 nömrəli "Torpağa mülkiyyətdə hüququna dair Dövlət Aktı əsasında mülkiyyətdə olan 0,6244 ha torpaq sahəsi ümumi şəkildə (bölgü eskizi nəzərə alınmaməş) təsvir edilməsi müəyyən olunmuşdur. Həmçinin rəqəmsal kadastr xəritəsində qeyd olunan 0.6244 ha torpaq sahəsi hüquqmüəyyənedici sənəddə qeyd edilən sahə ölçüsündən az olmaqla iki hissədən ibarət təsvir edilməsi müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2015- ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və eyni tarixli notarial təsdiqlənmiş “Bölgü eskizinə” əsasən X13 ayrılan ünvan 2ində yeləşən 0,11 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı Çoxillik əkmə torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-664 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə X19 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən xx.xx.2015-ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və eyni tarixli notarial təsdiqlənmiş "Bölgü eskizinə" əsasən X13 ayrılan 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (bölgü olunan 0,6244 ha "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən 0,1065 ha torpaq sahəsinin koordinatlarının qeyd olunan 0,6244 ha torpaq sahəsinə dair tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına və "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu, Girdəni kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsinə uyğun olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2015- ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və eyni tarixli notarial təsdiqlənmiş "Bölgü eskizinə" əsasən X13 ayrılan 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Lənkəran rayonu, Girdəni kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində qeyd olunan 0,6244 ha torpaq sahəsi ilə birgə (bölgü eskizi nəzərə alınmamış) təsvir edilməsi və ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd olunan torpaq sahəsinin koordinatlarının (bölgü olunan 0,6244 ha "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur. Mübahisəli ərazidə iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən 0,1065 ha torpaq sahəsinin iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə olunması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən iddia edilən faktiki ölçüsü 0,1065 ha-dan ibarət torpaq sahəsinin iddiaçının öz istifadəsində olması və təyinatı üzrə istifadə olunması müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3298/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-664 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə X19 və onun ailə üzviərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən xx.xx.2015-ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və eyni tarixli notarial təsdiqlənmiş "Bölgü eskizinə" əsasən X11yrılan 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (bölgü olunan 0,6244 ha "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (DWG faylına) əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur. Sözügedən 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu, Girdəni kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. X15ı uçotu məlumat bazasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə digər şəxsin faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmışdır. Belə ki, X15ı uçotu məlumat bazasında iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə ediiən 0,1065 ha torpaq sahəsinin bütövlüklə **********94 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-663 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) X4 faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Sözügedən 0,1065 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılan 0,1065 ha torpaq sahəsi “X15 X21”də düzəliş edilərək və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin koordinatlarında yanlışlıqların olması, torpaq sahəsi ilə bağlı mövcud uyğunsuzluq iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/9739/2024 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-664 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********52 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə X19 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən 0,6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən xx.xx.2015-ci il tarixli, AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və eyni tarixli notarial təsdiqlənmiş "Bölgü eskizinə” əsasən X13 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması müəyyən edilsə də, qeyd olunan 0,6244 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Hal-hazırki vəziyyətdə isə X10 istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və faktiki ölçüsünün 0,1065 ha olması məlum olmuş, qeyd edilən torpaq sahəsinin 0,6244 ha torpaq sahəsi ərazi hüdudları daxilində yerləşməsi, təyinatı üzrə istifadə olunması, faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Eləcə də, X15ı uçotu məlumat bazasında iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə ediiən 0,1065 ha torpaq sahəsinin bütövlüklə **********94 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN- 663 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) X4 faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Bu hissə də məhkəmə tərəfindən araşdırılma aparılmış və qeyd edilən uyğunsuzluq halının iddiaçının hüquqlarının qeydə alınması üçün əsaslı imtina olmadığı müəyyən edilir. Belə ki, qeyd edilən torpaq sahəsi iddiaçıya X4 ailə üzvləri tərəfindən satılmışdır və X14 məhkəməyə xx.xx.2025-ci il tarixli notarial ərizə təqdim edərək X1 və faktiki istifadəsində olan 0,1065 ha torpaq sahəsinin həqiqətən ona satıldığını, həmin torpaq sahəsi üzərində iddiasının olmadığını, tələbə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin hissədə “X15 X21”də düzəliş etməli, dürüstləşmə işləri aparmalı və X10 aldığı və istifadə etdiyi 0,1065 ha torpaq sahəsini faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində hüquqlarını qeydə almalıdır. Göründüyü kimi iddiaçı 06 may 2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2ində yerləşən 0.11 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini almışdır. DƏDRX publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin bölgü eskizi də ona təqdim edilmişdir. Həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin, habelə mülkiyyət hüququna dair müvafiq çıxarış almaqdan ötrü DƏDRX publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ona Azərbaycan Respublikası DƏDRX publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 08 may 2023-cü il tarixli, 3-21-43/2-1259/2023 saylı məktubla cavab verilmişdir ki,təqdim edilmiş sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar və elektron baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. İş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilən uyğunsuzluqlar inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılan 0,1065 ha torpaq sahəsi “X15 X21”də düzəliş edilərək və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspet rəyi ilə bağlı prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılan 0,1065 ha torpaq sahəsi “X15 X21”də düzəliş edilərək və faktiki istifadəyə uyğunlaşdırılaraq torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar