Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3758/2024 25.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı nümayəndəsi qismində iddia ərizəsini imzalamış şəxs Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və onun əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Nizamikənd kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1971-ci ildə tərtib edilmiş 123 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Mırzayeva”dan “Mirzəyeva”ya, ata adının “Albala”dan “Əlbala”ya düzəliş edilərək qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Türkiyə Respublikasında yaşayır. Oğluna Türkiyədən etibarnamə göndərərək, burada olan sənəd işlərini onun adından aparmasını tapşırmışdır. Lakin bu istiqamətdə müəyyən çətinliklər yaranmışdır. Ən vacib məsələ isə Türkiyə Respublikasında oturumla bağlı orda sənədləşdirmə işi apararkən Sabirabad RİHB-nin Nizamikənd KİN-yi tərəfindən xx.xx.1971-ci ildə tərtib edilmiş 123 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın (X3) soyadının "Mırzoyeva", ata adı "Albala" olaraq qeyd olunduğu üçün sənədləşdirmə işi baş tutmamışdır. Onun AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, adı Bəsti, soyadı Mirzəyeva, ata adı isə Əlbala kimi qeyd olunmuşdur. Bundan başqa Sabirabad RİHB-nin Çölbeşdəli KİN-yi tərəfindən xx.xx.1990-cı il tarixdə tərtib edilmiş 13 saylı nikah haqqında akt qeydində soyadı Mirəyevadan Hüseynovaya keçmiş, adı Bəsti, ata adı isə Əlbala göstərilmişdir. Eyni qaydada 2022-ci il tarixli 01 saylı nikahın pozulması haqqında akt qeydində soyadı Hüseynovadan Mirzəyevaya keçmiş, adı Bəsti, ata adı isə Əlbala kimi göstərilmişdir. Qeyd olanan əsaslara görə xx.xx.2024-cü il tarixində Cavabdehnə müraciət edərək onun Sabirabad RİHB-nin Nizamikənd KİN-yi tərəfindən xx.xx.1971-ci ildə tərtib edilmiş 123 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının "Mırzayeva"dan "Mirzəyeva"ya ata adının "Albala"dan "Əlbala"ya düzəliş edilərək qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamə verilməsi xahiş olunmuş, lakin cavabdeh orqandan ona rəsmi olaraq bildirilmişdir ki, İddiaçı valideyinlərinə aid doğum haqqında şəhadətnamələrin təqdim edilməməsi səbəbindən ərizəyə baxılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh isə xx.xx.2024-cü il tarixli 3-165/4-235/2024 saylı məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərə görə (iş yükünün çoxluğu ilə əlaqədar) nümayəndələrinin iştirakını təmin edə bilməyəcəkləri üçün məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi qismində iddia ərizəsini imza etmiş şəxs Nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan İddiaçı tərəfindən Nümayəndə Türkiyə Respublikası İzmir 11 saylı Notariat ofisində verilmiş 02212 №-li, xx.xx.2024-cü il tarixli etibarnamədən (notarial qaydada tərcümə və təsdiq olunmuş surəti) müəyyən olunur ki, etibarnamə ilə Nümayəndə Azərbaycan Respublikası ərazisi daxilində yerləşən bütün qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, qeydiyyat idarələri, bələdiyyələr, notariat ofisləri, bütün dövlət və qeyri-dövlət idarələr və təşkilatlar, müvafiq şöbələrə onun adından müraciət etməyi, onun adına hazırlanan və hazırlanması doğum haqqında şəhadətnamə, subaylıq arayışı, ona təhvil veriləsi istənilən sənədləri və arayışları onun adından tələb etməyi, əlbəəl təhvil almağı, bütün nazirliklərdə, aidiyyəti qurumlarda təsdiq etdirməyi, bütün sənədlərini və arayışlarını apostil etdirməyi, konsulluqlarda təsdiq etdirməyi, müvafiq konsulluqlara və aidiyyəti şöbələrə, imzalanmalı sənədləri və arayışları imzalamağı, ödənilməli olan bütün vergiləri, rüsumları, haqqları və xərcləri ödəməyi, istənilən səhvlərə düzəliş etməyi, etiraz etməyi, çıxış etməyi, əlbəəl sənəd alıb verməyi, təhvil-təslim aktlarını imzalamağı, X1 Müddəalarına uyğun olaraq onun tərəfindən yerinə yetirilməli olan bütün işləri və əməliyyatları yerinə yetirməyi, nəzarət etməyi və yekunlaşdırmağı səlahiyyətli nümayəndəsi ilə aralarındakı razılaşma nəticəsində etibarnamə müqaviləsi bağlandığı üçün, hazırkı etibarnamənin faktiki olaraq təhvili yerinə keçmək üzrə, Türkiyə Notariat ofisləri X2 elektron arxivinə skan edilməsini, etibar edilən şəxsin tələbi halında elektron arxivdən çıxarışının alınaraq Notarial əməliyyatlarda istinad kimi istifadə edilməsini qəbul edərək, əməliyyatın həyata keçirildiyi notariat ofisi ilə digər notariat ofisindən fiziki və ya elektron arxivdən dublilkatını almağı şəxsən səlahiyyətli olmaqla etibar edilmişdr. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri) (15.2-ci bənd). 15.2. 15.3-cü bəndinə əsasən prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (15.3-cü bənd). İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 №-li, 31 mart 2011-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Həmin Qərarın 6.2-ci bəndinə əsasən ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin Qərarın 6.3-cü bəndində qeyd olunur ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya (nümayəndəsinə) hüquqi yardım məktubu göndərərək, ona təyin olunmuş inzibati iş üzrə məhkəmə iclasında iddia ərizəsini imzalamaq səlahiyyətini təqsdiq edən etibarnamənin təqdim olunmalı olduğu izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iddia ərizəsini imza etmiş şəxs Nümayəndə bildirdi ki, anası İddiaçı Türkiyə Respublikasında yaşadığı üçün ona aradan qaldırılması təklif olunan nöqsanı aradan qaldıra bilməmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırki qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və onun əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3758/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3758/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver