Məhkəmə qərarları › İş №2-1(120)-3761/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3761/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3761/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “X10 Birliyi” X36 Cavabdehnə qarşı «xx.xx.1977-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X20 barəsində X16 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kliniki Tibbi X2rşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X20 barəsində X16 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş aidiyyatı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X20 xx.xx.1977-ci ildə Qazı- Məmməd şəhəri indiki Hacıqabul rayonunda anadan olmuşdur. xx.xx.2023-cü ildə huşsuz halda Şirvan Şəhər X12 Hüquqi Şəxsin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Daha sonra isə həkim məsləhəti ilə X21 göndərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X17 X34 X28 şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli № PHŞ- 6-2/2-İ-366-42-210/2023 nömrəli ölüm haqqında məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X20 xx.xx.2023-cü ildə saat 02:18-də X15 ümumi reanimasiya və intenesiv terapiya şöbəsinə qəbul olunmuşdur. Həkimlərin müdaxiləsinə baxmayaraq, xx.xx.2023-cü ildə saat 00:25-də həmin şöbədə vəfat etmişdir.Ölüm hadisəsi haqqında Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşı leytenantı Məmmədova məlumat verilmişdir.Meyid həmin polis bölməsinin əməkdaşı polis baş-leytenatı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilmişdir.Bu səbəbdəndə X31 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X36 tərəfindən verilən xx.xx.2023-cü il tarixli № 3683 nömrəli məktubda göstərilir ki, xx.xx.2023-cü ildə Bakı şəhər Nəsimi rayon ərazisində yerləşən X22 rəhmətə getmiş xx.xx.1977-ci il təvəllüdlü X9 meyidi aidiyyəti üzrə “MTE və PAB” PHŞ-nin Mərkəzi ekspertizalar, Nəsimi və Hacıqabul rayon şöbələrində məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməmişdir. Bu səbəbdən də mərhum X9 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin Birliyi şöbələrində verilməsi mümkün deyildir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat'ın təsdiq edilməsi barədə Azərbaycan Respublıikası Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmirinin tələbinə əsasən “Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ölüm hadisəsi haqqında Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşı Leytenant Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş-leytenatı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və X5 Nəsimi rayon şöbəsinə göndərilmişdir. Lakin meyidin yarılmaması üçün ərizə yazıb xahiş ediyi üçün meyid müayinə olunmamışdır. xx.xx.2023-cü ildə isə Hacıqabul rayonunda dəfn edilmişdir. X1 ölümünün üzərindən 7-8 aya yaxın vaxt keçməsinə baxmayaraq, “Ölüm haqqında şəhadətnaməni” ala bilməmişdir. Bununla əlaqədar qeydiyyat orqanına rəsmi müraciət etsə də, xx.xx.2023-cLi il tarixli № 3-16-5/8-10-2023 nömrəli məktubla ölümü təsdiqləyən tibbi arayış olmaması səbəbindən ölüm faktının təsdiqlənməsi üçün şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş Nəsirova X6 şəhəri, M.F.Axundov küçəsi ev 94 ünvanında qeydiyyatdadır. - İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X36 “ X30” X26 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-2/2-N-645-42-360/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X13 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin X29 qoyulması barədə iddia tələbinə dair inzibati iş Şirvan İnzibati Məhkəməsində baxılır. -İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X36 Cavabdeh X4 ünvanladığı xx.xx.2023-cü il tarixli, 6-2/2-i-366-42-210/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü X20 xx.xx.2023-cü il tarixdə saat 02.18-də X24 ümumi reanimasiya və intensiv terapiya şöbəsinə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində saat 00.25-də həmin şöbədə vəfat etmişdir. Ölüm hadisəsi haqqında Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşı leytenant Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş- leytenantı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və X5 Nəsimi rayon şöbəsinə göndərilmişdir. Bu səbəbdən X30 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. -İşdə olan Hacıqabul rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli, 3-16-5/8-10-2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü ildə vəfat etdiyini bildirdiyi həyat yoldaşı X9 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Hacıqabul rayon qeydiyyat şöbəsi, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il *31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"rın 8.5,-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. -İşdə olan Hacıqabul rayon X18 Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X20 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. -İşdə olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinin Nəsimi rayon ərazisində yerləşən X25 rəhmətə getmiş övladı-1977-ci il təvəllüdlü X9 meyiti aidiyyəti üzrə “MTE və PAB’' phş-nin nə Mərkəzi ekspertizalar, nə Nəsimi, nə də Hacıqabul rayon şöbələrində məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməmişdir. Bu səbəbdən də mərhum oğlu X9 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin Birliyin şöbələrindən verilməsi mümkün deyildir.“Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2015ci il tarixli, 52 nömrəli əmrinin tələbinə əsasən “Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. - İşdə olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X9 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə heç bir məlumat daxil olmamışdır. -İşdə olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-1155/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı (maraqlı şəxs Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə iddiası yolverilməzliyinə görə iddia ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, xx.xx.1977-ci il təvəllüdlü, X20 xx.xx.2023-cü il tarixdə huşsuz halda Şirvan şəhər X12 Hüuqi Şəxsin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Daha sonra həkim məsləhəti ilə X21 göndərilmişdir. X16 ümumi reanimasiya və intensiv terapiya şöbəsinə xx.xx.2023-cü il tarixdə, saat 02:18-də qəbul olunmuşdur. Həkimlərin müdaxiləsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə saat 00:25-də şöbədə vəfat etmişdir. Bundan sonra Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşı leytenantı Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş-leytenatı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilmişdir.Bu səbəbdəndə X31 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X36 tərəfindən verilən xx.xx.2023-cü il tarixli № 3683 nömrəli məktubda göstərilir ki, xx.xx.2023-cü ildə Bakı şəhər Nəsimi rayon ərazisində yerləşən X22 rəhmətə getmiş xx.xx.1977-ci il təvəllüdlü X9 meyidi aidiyyəti üzrə “MTE və PAB” PHŞ-nin Mərkəzi ekspertizalar, Nəsimi və Hacıqabul rayon şöbələrində məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməmişdir. Bu səbəbdən də mərhum X9 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin Birliyi şöbələrində verilməsi mümkün deyildir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat'ın təsdiq edilməsi barədə Azərbaycan Respublıikası Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmirinin tələbinə əsasən “Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ölüm hadisəsi haqqında Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşı Leytenant Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş-leytenatı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və X5 Nəsimi rayon şöbəsinə göndərilmişdir. Lakin iddiaçı meyidin yarılmaması üçün ərizə yazıb xahiş etdiyi üçün meyid müayinə olunmamışdır. xx.xx.2023-cü ildə isə Hacıqabul rayonunda dəfn edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh Azərbaycan Respublikası “X10 Birliyi” X36 Cavabdeh tərəfindən məhkəməyə etinasızlıq göstərilərək, mərhum X9 Klinikada xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni vəfat edənək saxlanıldığı halda mərhum barəsində sağlamlığının pozulmasına səbəb olan hallar və bu barədə hansı tədbirlər görülməsi və vəfat etdikdən sonra hansı hərəkətlərin həyata keçirilməsi barədə heç bir ətraflı məlumat və tibbi sənədlər məhkəməyə təqdim edilməmişdir və nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Yalnız mərhumun yoldaşı X4 göndərilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X36 Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 6- 2/2-i-366-42-210/2023 nömrəli məktuba əsasən müəyyən edilir ki, ölüm hadisəsi haqqında Nəsimi rayonu 20-ci polis bölməsinin əməkdaşı leytenant Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş- leytenantı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və X5 Nəsimi rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən ( yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə görə “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə). 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X7 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə X9 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməli, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməlidir. Beləliklə Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X20 barəsində X16 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası “X10 Birliyi” X36 Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X20 barəsində X16 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölümü hadisəsinin baş verməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası “X10 Birliyi” X36 Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar