Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3761/2025 23.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 21 aprel 2025-ci il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının bərpa edilməsi və keçmiş illərin pullarının verilməsinə köməklik göstərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 21 aprel 2025-ci il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildən başlayaraq əlilliyə görə əmək pensiyası almağa başlamışdır. Hər il təkrar TSEK-dən müayinədən keçmişdir. 2013-cü ilin avqust ayında 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası almış və 06 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cəza çəkən vaxtı da hər il TSEK-dən müayinədən keçirdi. Axırıncı dəfə 21 oktyabr 2021-ci il tarixində təkrar TSEK-dən müayinədən keçdi. Cəza çəkən müddət ərzində qaydalara düzgün riayət etdiyinə görə onu vaxtından əvvəl, yənu 31 dekabr 2021-ci ildə cəzadan azad etdilər. O, cəzadan azad edildikdən sonra əlilliyinin bərpa olunması üçün 142-ə zəng vurdu. Lakin onun əlilliyini bərpa etmədilər. Həmin vaxtı 3 xəstəliyi Forma 88-də yazılmışdır. Hər dəfə natamam doldurulmasını bəhanə edirlər. 2022-ci ildə, 2023-cü ildə, 2024-cü ildə və xx.xx.2025-ci ildə TSEK-dən müayinədən keçsə də, onun əlilliyini bərpa etmədilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Bazu kələfinin zədələnməsi, Sağ bazu kələfinin pleksopatiyası. Sağ yuxarı ətrafın süst monoparezi. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Vətəntaşın ərazi üzrə TSEK-ə müraciət etməsi məsləhət görülür. Səbəbi ilə imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 13 iyun 2025-ci il tarixli, 18-1-58/2-742/2025 nömrəli məktubuna əsasən İddiaçı adına xx.xx.2025-ci il tarixdə G54.0 “Bazu kələfinin zədələnməsi” diaqnozu ilə forma 88 doldurularaq TSEK-nın məlumat bazasına daxil edilmişdir. İş materiallarında olan “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən TSEK-nın məlumat bazasına daxil edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixdə imzalanmış, xx.xx.2025ci il tarixli, T00263556ZYQ nömrəli göndərişi əsasında xx.xx.1957-ci ildə doğulmuş İddiaçı xəstəlik səbəbi – Ümumi, xəstəliyi ilə əlaqədar təyin olunmuş G54.0 “Bazu kələffinin zədələnməsi, Sağ bazu kələfinin pleksopatiyası”, Ağırlaşma R26.2, “Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət pozğunluğu”, G83.2 Yuxarı ətrafların monoplegiyası, Sağ yuxarı ətrafın süst monoparezi” diaqnozu XTB-10 (kod) G54.0 ilə təsnif olunmuş, xəstəliyin başlanma tarixi - xx.xx.1981-ci il, xəstəliyin gedişi - xroniki, ağırlıq dərəcəsi – ağır, Amilləri: xəstəliyin gedişi – ağır, kəskinləşmələrin mövcudluğu və tezliyi – ağır, fəsadlaşmaların mövcudluğu – ağır, funksional pozğunluğun dərəcəsi – ağır olaraq qiymətləndirilmişdir. İş materiallarında olan 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərardan görünür ki, 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlillik təyinatından imtina edilmiş, imtina edilmənin səbəbi kimi “Göndərişin natamam doldurulması” göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən İddiaçı əlillik vəziyyəti “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin TSEK-nın məlumat bazasına daxil etdiyi tibbi sənədlər əsasında qiymətləndirilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-4/2-22553/2025 saylı məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən agırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Tibbi Sosial Ekspert Komissiyasının 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərarını mübahisələndirərək həmin qərarın ləğv olunmasını tələb edir. Məhkəmə iddiaçının tələbini əsaslı, Tibbi Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçının səhhəti ilə bağlı təyin olunmuş G54.0 “Bazu kələffinin zədələnməsi, Sağ bazu kələfinin pleksopatiyası”, Ağırlaşma R26.2, “Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət pozğunluğu”, G83.2 Yuxarı ətrafların monoplegiyası, Sağ yuxarı ətrafın süst monoparezi” diaqnozu bütün tibbi sənədlərdə öz əksini tapmış və xx.xx.1981ci il tarixdən başlanmış xəstəliyinin gedişi - xroniki, ağırlıq dərəcəsi – ağır olaraq qiymətləndirilmişdir. Hətta İddiaçı əlilliyin təyinatından imtina edilməsi barədə Tibbi Sosial Ekspert Komissiyasının 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı mübahisələndirilən qərarından da görünür ki, səhhəti ilə bağlı iddiaçıya təyin olunmuş diaqnoz üzrə cavabdeh tərəfindən tibbi qiymətləndirmə aparılmamış, G54.0 “Bazu kələffinin zədələnməsi, Sağ bazu kələfinin pleksopatiyası”, Ağırlaşma R26.2, “Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Hərəkət pozğunluğu”, G83.2 Yuxarı ətrafların monoplegiyası, Sağ yuxarı ətrafın süst monoparezi” diaqnozunda əksini tapmış xəstəliklərin mövcudluğu mübahisələndirilməmiş, imtina edilmənin səbəbi kimi yalnız “Göndərişin natamam doldurulması” göstərilmişdir ki, bu da məhkəməyə İddiaçı xx.xx.1981-ci il tarixdən başlanmış, gedişi - xroniki, ağırlıq dərəcəsi – ağır olaraq qiymətləndirilmiş xəstəliyinin hazırki vaxtadək heç bir müsbət dəyişiklər baş vermədən davam etdiyi, göndərişin natamam doldurulması səbəbinin isə formal imtina olmaqla əsassızlığı qənaətinə gəlməyə əsas verir. İş materiallarında olan İddiaçının xx.xx.2025-ci il tarixində əyani müayinəsinin nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 31 iyul 2025-ci il tarixli, 3-17- 4/3-1-21001/2025 nömrəli Qərarında bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti AR Ədliyyə Nazirliyinin poliklinikasının “Epilepsiya xəstəliyi az ifadə olunmuş şəxsiyyət dəyişikliyi” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti bitdikdən sonra vətəndaşın əlillik vəziyyəti Bakı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə məssisəsinin “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, sağ yuxarı ətrafın monoparezi, Astiqmatizm, OU mürəkkəb hipermetropik astiqmatizm, başlanğıc katarakta, mərkəzi mənşəli görmə pozulması. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi bronxitik forma. Hipertoniya xəstəliyi İ dərəcə risk İV.” diaqnozları ilə rəsmiləşdirilmiş 4449003AABJP nömrəli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra-TSEK) tərəfindən qiymətləndirilərək, “qıcolma tutmaların sayı dəqiqləşdirilmədiyindən və ətraflı qeyd edilmədiyindən’’ natamam doldurulması səbəbindən dövlət tibb müəssisəssinə geri qaytarılmışdır. Göründüyü kimi, İddiaçı xx.xx.1981-ci il tarixdən başlanmış, 40 il ərzində gedişi xroniki, ağırlıq dərəcəsi – ağır olaraq qiymətləndirilmiş xəstəliyinin hazırki vaxtadək heç bir müsbət dəyişiklər baş vermədən davam etdiyi, Bakı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə məssisəsinin iddiaçıya təyin etdiyi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, sağ yuxarı ətrafın monoparezi, Astiqmatizm, OU mürəkkəb hipermetropik astiqmatizm, başlanğıc katarakta, mərkəzi mənşəli görmə pozulması. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi bronxitik forma. Hipertoniya xəstəliyi İ dərəcə risk İV.” diaqnozunda qeyd olunmuş xəstəliklərin mövcud olub-olmamasına dair tibbi qiymətləndirmə aparılmadan, xəstəliklərin mövcudluğunu təkzib etmədən gəldiyi nəticənin, yəni göndərişin natamam doldurulması səbəbinin formal imtina olmaqla əsassızlığı barədə məhkəmənin qənaətini təsdiq edir. Həmçinin, sözügedən qərarda daha sonra qeyd edilən İddiaçı əlillik vəziyyəti Lənkəran Rayon Mərkəzi Xəstəxanasının “Bazu kələfınin zədələnməsi, Sağ bazu kələfınin pleksopatiyası. Aşağı ətrafların monoplegiyası, Sağ yuxarı ətrafın süst distal monoparezi. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəkət funksiyasının pozulması’’ diaqnozları ilə rəsmiləşdirilmiş göndərişi əsasında TSEK tərəfindən qiymətləndirilərək, xx.xx.2022-ci il tarixində qəbul edilmiş “əlavə müalicəyə ehtiyacın olması” qərarı, xx.xx.2023-cü il tarixindən "əsas diagnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilərək ətraflı qeyd edilmədiyindən“ göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılması, xx.xx.2024-cü il tarixində ”Əsas diaqnozun agırlıq dərəcəsinə gorə ixtisaslaşmiş klinikada müayinə və mualicə olunmasına ehtiyacı olduğundan” səbəbi ilə qəbul edilmiş əlavə müalicəyə ehtiyacın olması qərarı, sonuncu dəfə Lənkəran MRX-nın "Bazu kələfinin zədələnməsi, Sağ bazu kələfinin pleksopatiyası. Sağ yuxarı ətrafın süst monoparezi’’ diaqnozla yeni rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli T00263556ZYQ nömrəli göndərişi barəsində TSEK tərəfindən “Vətəndaşın ərazi üzrə TSEK-ə müraciət etməsi məsləhət görüldüyündən” natamam doldurma səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilməsi halları iddiaçıya əlillik təyinatindan imtinanın əsassızlığı barədə məhkəmənin qənaətini bir daha təsdiq edir. DTSERA-da xx.xx.2025-ci il tarixində xəstənin müayinəsi zamanı hazırkı vəziyyəti "Vətər, sümüküstülüyü reflekslər D=S canlıdır. Sağ əlin İ-İİ barmaqarası sahədə tremor, hipotenorda yüngül hipotrofiya izlənilir. Sağ əl barmaqları bükülmüş vəziyyətdə saxlayır, açmaq istədikdə müqavimət göstərir. Hər iki bazu nahiyələrinin proksimal və distal hissələrində əzələ çevrəsi eyni ölçüdədir. Kontraktura izlənilmir” kimi qiymətləndirilərək əlillik təyinatına əsas verən ağırlaşmalar aşkarlanmadığı qənaətinə gəlinmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Halbuki, qeyd olunduğu kimi, xəstəliyinin başlandığı xx.xx.1981-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bütün müayinə və müalicələrin nəticəsi olaraq tibbi müəssisələr tərəfindən İddiaçı səhhəti xəstəliyin gedişi – ağır, kəskinləşmələrin mövcudluğu və tezliyi – ağır, fəsadlaşmaların mövcudluğu – ağır, funksional pozğunluğun dərəcəsi – ağır olaraq qiymətləndirilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə İddiaçı malik olduğu xəstəliyi ilkin əlilliyin müəyyən və təyin olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin birinci dərəcə əlilliyin təyinatına əsas verən 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom), üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2), 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3) bəndlərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin, 6.9-cu G54.0 “Bazu kələfinin zədələnməsi” bəndinin 6.9.1-ci “bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə” yarımbəndinə uyğunluğu tam təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəliyi ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı həmin sənədlərdə təsbit olunmuş xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatına təqdim olunmamışdır. Əksinə, İddiaçı əlillik təyinatına əsas verən xəstəliyi iş materiallarında olan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən mötəbər hesab olunan tibbi sənədlərlə tam təsdiq olunur. Cavabdehin mübahisələndirilən 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı, eləcə də TSEK tərəfindən 2022-2024-cü illərdə qəbul olunmuş qərarlarda, əlilliyin təyinatından imtinaların səbəbi kimi göstərilmiş “göndərişin natamam doldurulması”, “əlavə müalicəyə ehtiyacın olması” səbəbləri də 40 il artıq davam edən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliyinin hazırki vaxtadək mövcudluğunu təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona müvafiq əlilliyin verilməsinə əsas olan diaqnozu tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı X3 Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsini və ona 21 aprel 2025-ci il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X14 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X14 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərarı ləğv edilməli və İddiaçı 21 aprel 2025-ci il tarixdən 65-80 faiz olmaqla 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 21 aprel 2025-ci il tarixli, xxxxxxx0008 saylı qərarı ləğv edilsin və İddiaçı 21 aprel 2025-ci il tarixdən 65-80 faiz olmaqla 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3761/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3761/2025
23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver