Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3765/2024 04.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X22 və Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə (bundan sonra DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Saatlı rayonu, Mircəlal kəndi ərazisində yerləşən 3,0 torpaq sahəsi ilə bağlı Saatlı rayon Mircəlal kənd sakini X12 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, Saatlı rayon Mircəlal kənd sakinləri X23 ilə X22 arasında bağlanmış Sabirabad rayon “ASAN” Xidmət notariat ofisi tərəfindən təsdiqlənmiş alğı-satqı müqaviləsinin və X13 adına cavabdeh tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən X12 adına verilmiş 06 fevral 2009-cu il tarixli MH ******* nömrəli və xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X13 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən ona və ailə üzvlərinə məxsus pay torpağının 3.0 ha hissəsin guya valideynləri tərəfindən X3 barədə Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixi 0(055)- 236/2008 saylı qətnaməsi qəbul edimişdir. X28 3.0 ha torpaq sahəsini üçüncü şəxs X5 və cavabdeh tərəfindən Əfqan Astanova 05 iyun 2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Əfqan Astanovun onun torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan çıxarılması barədə iddia tələbi Saatlı Rayon Məhkəməsinin 31 avqust 2020ci il tarixli 2(055)-714/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2(106) 502/2021 saylı qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(055)-714/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Saatlı rayonu, Mircəlal kənd ərazisində yerləşən 3,0 ha torpaq sahəsi heç vaxt Elxan Astanovun sahibliyində və istifadəsində olmamışdır. Onların iddiasına görə valideynlərindən 3,0 ha torpaq sahəsinin dəyirini ödəməklə almış X7 Rayon Məhkəməsinə müraciət etmiş və 3,0 ha torpaq sahəsi ilə bağlı Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli 2 (055)-236 saylı qətnaməsi ilə alğı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2021-ci il tarixli 2(102)-2907/2021 saylı Qərarı ilə X12 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2(106)-2459/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-3765/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X22 və Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehə və üçüncü şəxslərə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs X16 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəməyə xx.xx.2024cü il tarixli 1419 №-li məktub ünvanlayaraq, məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddiasının mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi Saatlı rayonu, Mircəlal kəndində yerləşən 3,0 ha torpaq sahəsinə dair X12 və X13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 06 fevral 2009-cu il tarixli MH ******* nömrəli və xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədədir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş aşağıdakı hallarından: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(106)-2459/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X23 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X17 və X11 arasında torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli 2(055)-236/2008 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X24, arvadı X14 və onların azyaşlı uşaqları nəzərə alınmaqla ailə üzvlərinə JN №-337, KOD 90800048 saylı dövlət aktı ilə onlara məxsus Əfqan Bayramovun fermer təsərrüfatından 45 hektarın orta drenin sol tərəfindəki torpaq sahəsindən 20 oktyabr 2000-ci il tarixli 1 hektarını ******* AZM (200 AZN) satması və 04 iyul 2002-ci il tarixli 2 hektarını ******* AZM (400) satması barədə Saatlı rayon Mircəlalkənd kəndində tərtib olunmuş və həmin kəndin bələdiyyəsi tərəfindən möhürlə təsdiq olunmuş alqı-satqı aktları təsdiq edilməklə həmin torpaq sahəsi üzərində X12 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(106)-2459/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə işdə iştirak etməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X21 və X30 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli 2(055)-236/2008 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi- iddiaçı X12 cavabdehlər X18 və X9 qarşı alğı-saqtı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respbublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2907/2021 saylı xx.xx.2021ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2502/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X22 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayonu, Mircəlal kəndi ərazisində yerləşməklə mülkiyyətində olan 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-714/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********72 olan, 05 iyun 2020-ci il tarixli çıxarışa əsasən X13 xüsusi mülkiyyətində olan, Saatlı rayonunun Mircəlalkənd kəndində yerləşən 3,0 ha torpaq sahəsindən cavabdeh İddiaçı qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 50 manat xidmət haqqının cavabdeh İddiaçı alınaraq X16 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2502/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)-714/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul olunması, iddiaçı X13 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan çıxarılma” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2502/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində (4-cü səhifə, 12-ci abzas) qeyd olunmuşdur ki, DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Saatlı Rayon Məhkəməsinin sorğusuna verilmiş 10 avqust 2020-ci il tarixli cavab məktubundan görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 dekabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən ayrılmış, JN-337 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədilə rəsmiləşdirilmiş 10.11 hektar torpaq sahəsinin 2,24 ha hissəsi Saatlı Rayon Məhkəməsinin 29 mart 2013-cü il tarixli 2(055)-128/2013 saylı qiyabi qətnaməsinə əsasən X17 və İddiaçı tərəfindən X1. Digər 3 ha hissəsi Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixli 2(055)-236/2008 saylı qiyabi qətnaməsinə əsasən X19, arvadı X14 və onların azyaşlı uşaqları nəzərə alınmaqla X2. X12 mülkiyyət hüququ 06 fevral 2009-cu il tarixdə qeydiyyata alınmış, MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Öz növbəsində Saatlı rayonu Mircəlal kəndində yerləşən 3 ha torpaq sahəsi 4Ə-305 nömrəli 01 iyun 2020ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X23 tərəfindən X4 və 05 iyun 2020-ci il tarixdə ********** nömrəli elektron reyestrdən çıxarışla və torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış alqı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqd –alğı-satqı müqaviləsi əsasında aparıldığından, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş alğı-satqı müqaviləsi mübahisələndirilməklə həyata keçirilməlidir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvi ilə bağlı onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədləri mübahisələndirilməklə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı X22 və Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3765/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3765/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver