Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3774/2024 10.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu, Port-İliç şəhər icra nümayəndəliyində qeyd edilmiş xx.xx.1965-ci il tarixli, 181 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi, adının “İsaxan” kimi, ata adının isə “Ağasadıq” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu, Port-İliç şəhər icra nümayəndəliyində qeyd edilmiş xx.xx.1965-ci il tarixli, 181 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi, adının “İsaxan” kimi, ata adının isə “Ağasadıq” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1965-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. Onun atası X13r və o, 02 dekabr 1993-cü il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində vəfat etmişdir. Beləliklə, onun adı İsaxan, atasının adı isə Ağasadıqdır. Ona məxsus bütün hüquqmüəyyənedici sənədlərdə adı və ata adı bu formada qeyd edilmişdir. Hazırda o, doğum haqqında şəhadətnaməsini itirdiyinə görə onu əldə etmək üçün Cavabdehnə müraciət etmişdir. Orada ona bildiriblər ki, onun xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhər icra nümayəndəliyində qeyd edilmiş 181 saylı doğum haqqında akt qeydində adı “İsa”, ata adı isə “Sadıq” kimi qeyd edilmişdir, şəxsiyyəti təsdiq edən sənədində adı “İsaxan”, ata adı “Ağasadıq” kimi qeyd edilmişdir, sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında şəhadətnamədə adının “İsaxan”, ata adının “Ağasadıq” kimi yazılması tərəflərindən mümkün deyildir. Bu barədə ona məktub verilib və həmin məktubda ona məhkəməyə müraciət etməyi tövsiyə etdilər.Ona görə də o, məhkəməyə müraciət edir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və əlavə olaraq bildirdi ki, onun adının “İsaxan” və ata adının “Ağasadıq” kimi qeyd edilməsi barədə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər,sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan; AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhər icra nümayəndəliyində qeyd edilmiş 181 saylı doğum haqqında akt qeydində sizin adınız “İsa” ata adınız “Sadıq” kimi qeyd edilmişdir.Sizin şəxsiyyəti təsdiq edən sənədinizdə adınız “İsaxan” ata adınız “Ağasadıq” kimi qeyd edilmişdir.Sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında şəhadətnamədə adınızın “İsaxan”, ata adınızın “Ağasadıq” kimi yazılması tərəfimizdən mümkün deyildir. Azərbaycan Respublikasınınn Ailə Məcəlləsinin 161.3 maddəsinə əsasən (aidiyyəti şəxslər arasında mübahisə olduqda) akt qeydində düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.Bu səbəbdən məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir. Orta təhsil haqqında xx.xx.1982-ci il tarixli Atestatdan görünür ki, Sadıqov X6 rayon Port İliç şəhəri 1 nömrəli Beynəlmilər orta məktəbini 1982-ci il tarixdə bitirmişdir. H3 № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı 1983-cü il tarixdə hərbi xidmət etmək üçün Azərbaycan SSR-nin ordu sıralarına cəlb edilmişdir. xx.xx.1993-cü il tarixli, Vİ-ЖГ № 358447 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X22 xx.xx.1993-cü ildə rəsmi nikaha girmişlər. xx.xx.1981-ci il tarixli, XVİ-ЖГ № 609950 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Pasportundan görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Pasportunu əldə etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 1082 nömrəli arayışında qeyd edilmişdir ki, X23 xx.xx.1993-cü ildə ölmüşdür. Lənkəran şəhər-rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsi verilməsinə əsas verən sənədlərin saxlama müddətləri bitdiyi üçün məhv edildiklərindən təqdim olunması mümkün deyildir. xx.xx.1965-ci il tarixli, 181 nömrəli doğum aktı qeydindən görünür ki, X32 xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Port İliç şəhərində anadan olmuşdur. Lənkəran şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayon, Port-iliç icra nümayəndəliyində qeyd edilmiş xx.xx.1965-ci il tarixli, 181 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi, adının “İsaxan" kimi, ata adının isə “Ağasadıq” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə bağlı xx.xx.1965-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Lənkəran rayon, Port-iliç şəhər icra nümayəndəliyində qeyd edilmiş 181 saylı doğum haqqında akt qeydi və həmin doğum haqqında akt qeydinin verilməsinə əsas olan məlumat və sənədlərin, həmçinin ailə tərkibi, qardaş və bacıları, yaşayıb-yaşamamaları baradə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi ilə bağlı bildiririk ki, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu Port-iliç şəhərində anadan olan Lənkəran şəhəri, Nizami küçəsi,ev 88/19 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Lənkəran rayon, Port-iliç şəhər icra nümayəndəliyində qeyd edilmiş 181 saylı doğum haqqında akt qeydi və həmin doğum haqqında akt qeydinin verilməsinə əsas olan məlumatlar Liman şəhər inzibati ərazi dairəsində aşkarlanmamışdır. Qeyd edilmiş 181 saylı doğum haqqında məlumatlar Cavabdeh tərəfindən Şirvan inzibati Məhkəməsinə təqdim edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 12-13/41 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonunun Port-iliç (indiki Liman) şəhərində doğulmuş və hal-hazırda ünvan 7 ünvanda qeydiyyatda olan X7 barəsində Lənkəran XDS İK-nin Portlliç şəhər XDS icraiyyə komitəsində qeydiyyatı aparılmış 181 saylı doğum haqqında aktın qeydi və akt verilməsinə əsas olan məlumat və sənədlər Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yoxdur. Məlumat üçün bildiririk ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqda sənədlər hər ayın sonu Lənkəran qeydiyyat (Lənkəran WADQ) idarəsinə təhvil verilir. X3 Liman şəhər inzibati ərazisində və Limar. şəhər inzibati ərazisindən kənarda yaşayan bacı və qardaşları haqqında məlumat aşağıda adları göstərilən kimidir: X8, X14, X15, X2, X1 Məleykə Ağasadıq qızı və X9. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhəı nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, xx-xx/2725 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Lənkəran şəhərində qeydiyyatdadır və aşağıda adları qoyad edilən ailə üzvləri vardır. Həyat yoldaşı - X24 xx.xx.1975, övladı - X5 xx.xx.1994, övladı - X16 xx.xx.1998 və övladı - X17 xx.xx.2000. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı doğumu, nikahı, bacı və qardaşlarının doğum akt qeydlərinin surətini, X10 ölümü haqqında akt qeydinin surətini ünvanınıza göndəririk. Cavabdehndə arxiv məlumatları 1949-cu ildən saxlanıldığından X10 1926-cı ilə aid doğum akt qeydinin göndərilməsi tərəfimizdən mümkün deyildir. Həmçinin bildiririk ki, İddiaçı doğum akt qeydində adının “İsaxan” kimi düzəliş edilməsinə kifayət qədər əsas olmadığından vətəndaşın müraciəti tərəfimizdən təmin edilməmişdir. İddia tələbi ilə bağlı fikir və mülahizələrimizdə dəyişiklik olmadığından işə iştirakımız olmadan baxmanızı xahiş edirik. xx.xx.1967-ci il tarixli, 301 nömrəli Doğum aktı qeydindən görünür ki, X4 xx.xx.1967ci il tarixdə doğulmuşdur. xx.xx.1963-cü il tarixli, 221 nömrəli Doğum aktı qeydindən görünür ki, X15 xx.xx.1963-cü il tarixdə doğulmuşdur. xx.xx.1970-ci il tarixli, 322 nömrəli Doğum aktı qeydindən görünür ki, X19 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Tətbiq edilən hüquq normaları: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək və aşağıda göstərilənlər qanunvericilik normalarına istinadən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi adının “İsaxan” kimi, ata adının isə “Ağasadıq” kimi dəyişdirilməsi olsa da, o, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə adının “İsaxan”, ata adının isə “Ağasadıq” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin, H3 № ******* nömrəli Hərbi biletin, Vİ- ЖГ № 358447 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin, xx.xx.1981-ci il tarixli, XVİ-ЖГ № 609950 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Pasportunun surətindən müəyyən olunur ki, iddiaçının ad və ata adı İddiaçı kimi qeyd edilmişdir. Həmçinin iş üzrə sübut əhəmiyyəti daşıyan Cavabdeh xx.xx.2024-cü il tarixli, 1082 nömrəli arayışında onun atası X10 xx.xx.1993-cü ildə ölməsi və bacı, qardaşlarının doğum akt qeydlərində isə ata adı Ağasadıq kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı adının “İsaxan” kimi, ata adının isə “Ağasadıq” kimi dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Lənkəran rayonu, Port- İliç şəhər icra nümayəndəliyində qeyd edilmiş xx.xx.1965-ci il tarixli, 181 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi, adının “İsaxan” kimi, ata adının isə “Ağasadıq” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı doğum akt qeydində adının “İsaxan” kimi, ata adının isə “Ağasadıq” kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Pərvanə Qurbanova