Məhkəmə qərarları › İş №2-1(120)-3787/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3787/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3787/2025 27.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhlkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «doğum akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Doğum akt qeydində soyadının “Əliyev”, adın Namiq kimi qeyd edilməsini arzu edir. xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olarkən valideyinləri ona doğum haqqında şəhadətnamə almışlar, doğum akt qeydində X1 qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək soyadı və adını “İddiaçı” kimi dəyişdirilərək qeyd edilməsini xahiş etmişdir. Bununla da soyad və adın dəyişdirilərək doğum akt qeydində “İddiaçı” kimi yazılmışdır. 2023-cü il tarixdə doğum akt qeydində ad və soyadın dəyişilərək adı “Namiq”, soyadı “Savalanov” kimi qeyd edilmişdir. Lakin onun şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərində ad və soyad qrafasında heç bir dəyişiklik olmamışdır. Hal-hazırda da bütün sənədlərində ad və soyadı İddiaçı kimi qeyd edilməkdədir. O, İddiaçı doğum akt qeydində soyadının “Əliyev”, adının “Namiq” kimi qeyd edilməsini arzu edir. Bu səbəbdən də, o, doğum akt qeydində düzəliş aparılaraq soyadının “Savalanov” kimi yox “Əliyev” kimi, adının isə “Çingiz” kimi yox “Namiq” kimi qeyd edilməsi üçün Cavabdehnə rəsmi qaydada müraciət etmişdir, ərizədə qeyd etmişdir ki, İddiaçı doğum akt qeydində düzəliş aparılaraq soyadının və adının Əliyev Namiq kimi qeyd edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış məktubda aşağıdakılar bildirilmişdir ki, soyadı və adı xx.xx.2023-cü il tarixdə Cavabdehndə “Əliyev Namiq”dən “İddiaçı”ə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarına əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi nəzərdə tutulmamışdır. İş materialarında olan Azərbaycan Respublikası Ağcabədi Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 60/2-16709/25 nömrəli xx.xx.2025-cı il tarixli məktubunda göstərilmişdir ki, məktubda adı qeyd edilən İddiaçı Ağcabədi RPŞ-i tərəfindən heç bir şəxsiyyət vəsiqəsi verilməmişdir. İddiaçı barəsində heç bir təqsirləndirici materialın (sadələşdirilmiş icraat materialının, cinayət işinin və s) olması RPŞ-də aşkar olunmamışdır . İş materialarında olan Azərbaycan Respublikası Cavabdeh 3-16-5/8-723/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı doğum, soyadın, adın və ata adının dəyişdirilməsi, bacı qardaşlarının doğum, anasının öülm haqqında akt qeydləri və müraciəti ilə bağlı ərizə və ərizəyə əlavə edilmiş sənədlərin kserosurətləri göndərilir. İş materiallarında olan AA4806169 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Baçşısının şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-30-1/2-224/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı "adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş ilə bağlı araşdırma aparılmışdır. Qeyd olunan inzibati işlə bağlı məlum edir ki, həqiqətən İddiaçı xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Cavabdehnə müraciət edərək, xx.xx.2023-cü il tarixdə “Namiq” adından “Çingiz” adına, “Əliyev” soyadından “Savalanov” soyadına dəyişdirmişdir və bu barədə Azərbaycan Respublikası Cavabdeh tərəfindən şəhadətnamə tərtib edilmişdir. Sonradan iddiaçı cavabdeh orqana müraciət edərək, soyadının yenidən əvvəlki soyada və adının əvvəlki ada dəyişdirilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçının “Çingiz” adından “Namiq” adına dəyişdirilməsi üçün, o cümlədən, şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərdə “Namiq” adı, soyadı “Əliyev” yazıldığı üçün müxtəlif problemlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adının dəyişdirilərək “Namiq” adına, soyadının isə “Əliyev” soyadına dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə “Çingiz” adından “Namiq” adına, “Savalanov” soyadından “Əliyev” soyadına dəyişdirilməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh orqanın imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə tərəfindən bildirilir ki, hazırkı iş üzrə adının əvvəlki ad ilə, soyadın əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı iddia tələbində barəsində akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qeyd etsə də, iş materiallarından və iddiaçının cavabdehə müraciət ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı adının əvvəlki ad ilə, soyadın əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsindən ibarətdir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «doğum akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar