Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-38/2022 17.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb edilməsi barədə 17.07.2020-ci il tarixli, **********138227 nömrəli qərarının qismən, yəni 2.742.578.24 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair işə 17 yanvar 2022-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “17.07.2020-ci il tarixli qərarın və eyni tarixli tələbnamənin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1474/2020 nömrəli qərardadı ilə iddia tələbinə “vergi ödəyicisinin vergi qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb edilməsi barədə 17.07.2020-ci il tarixli qərarının qismən, yəni 2.742.578.24 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergi İdarəsinin 17 iyul 2020-ci il tarixli «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə» qərarına əsasən 22 may 2020-ci il tarixli səyyar yoxlama aktına əsasən ona əlavə hesablanmış vergilər üzrə 289778,92 manat, vergi qanunvericiliyinin pozulmasına görə 2908872,62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin maliyyə sanksiyası 2016-2019-ci illəri əhatə edən dövr üzrə aparılmış yoxlamanın nəticəsi olaraq tətbiq edilmişdir. Səyyar vergi yoxlaması barədə aktdan görünür ki, dövlət büdcəsinə ödənilməmiş verginin məbləği təxminən 300.000 manat təşkil edir. Lakin buna baxmayaraq ki, vergi orqanı barəsində əlavə olaraq 3 milyona yaxın maliyyə sanksiyası tətbiq etmişdir. Məlum olduğu kimi dünyada baş verən pandemiya nəticəsində ən çox zərər çəkən sektorlardan biri sahibkarlıq sektorudur. Bu səbəbdən də dövlət sahibkarlara bu dövrdə bəzi güzəştlərə gedərək müxtəlif dəstək proqramları tətbiq etmişdir. Lakin bunun əksi olaraq vergi orqanı 300.000 manata yaxın vergi məbləğinin ödənilməməsini aşkar etdiyi halda, barəsində 10 dəfə çox olan maliyyə sanksiyası tətbiq etmişdir. Bu maliyyə sanksiyası qanunun tələblərinə pozulmaqla qəbul edildiyindən, hesab edir ki, həmin qərar ləğv edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi vergi orqanı vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Bu müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Digər tərəfdən AR Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Səyyar vergi yoxlaması aktından görünür ki, həmin akt 22.05.2020-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda həmin yoxlama ilə bağlı qərar 20 gün müddətində, tələbnamə isə həmin qərar qəbul edildikdən 10 gün sonra qəbul edilməlidir. Lakin vergi orqanı tərəfindən vergi ödəyicisinin məsuliyyətə cəlb olunması barədə qərar və tələbnamə 17.07.2020-ci il tarixdə, yəni 55 gün sonra qəbul edilmişdir. Görünüdyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilərkən Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə olan halda hesab edirik ki, həmin qərar qanunsuz hesab edilməli və ləğv edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, vergi borcunun və maliyyə sankisyasının ödənilməsi ilə bağlı tələbnamə ona 22.07.2020-ci il tarixdə təqdim edilmişdir. Lakin yoxlama aktı və yoxlamanın nəticəsində qəbul edilmiş qərar ona təqdim olunmamışdır. Həmin qərar barədə tələbnamə təqdim olunarkən xəbər tutmuşdur. Bu səbəbdən həmin qərardan ona məlum olduğu vaxtdan 30 gün müddətində şikayət vermək hüququ vardır. Qeyd olunanlara əsasən vergi ödəyicisinin vergi qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb edilməsi barədə 17.07.2020-ci il tarixli qərarının qismən, yəni 2.742.578.24 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 13.10.2008-ci il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 10.10.2019-cu il tarixli, “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında **********191349 nömrəli qərardan görünür ki, İddiaçı1 (VÖEN **********) sentyabr 2016-avqust 2019-cu illəri əhatə edən vergi dövrləri üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 11.10.2019-cu il tarixli tələbnamədən görünür ki, 01.07.2016-cı il tarixindən 31.08.2019-cu il tarixinədək olan dövr üzrə kassa sənədlərinin, nəzarət kassa aparatının fiskal yaddaşın dövri ”Z” hesabatlarının, bank sənədlərinin, bütün ciddi uçot blanklarının, mal-materialların (iş və xidmətlərin) alışını və satışını təsdiq edən sənədlərin (elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası), gömrük bəyannamələrinin və xarici ölkələrdən malların idxal edilməsilə bağlı digər sənədlərin (CMR, İnvoys, paçkinq list və sair), icarə obyektlərinə, görülmüş işlərə (xidmətlərə) və alınmış mal-materiallara dair bağlanmış müqavilələrin, əmək müqavilələrinin, əmək haqqı hesablama cədvəllərinin və vergilərin hesablanması üçün lazım olan digər sənədlərin təsdiq edilmiş kserosurətlərinin 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması tələb olunmuşdur. İş materiallarında olan ekspertizanın təyin edilməsi haqqında 05.02.2020-ci il tarixli, **********196868 nömrəli qərarından görünür ki, təqdim olunmuş malların dövrlər üzrə topdan satış və pərakəndə satış qiymətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan 22.05.2020-ci il tarixli, “Səyyar vergi yoxlaması” haqqında **********195161 nömrəli aktdan görünür ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçı1 barəsində növbəti səyyar vergi yoxlaması aparılmış, ümumilikdə səyyar vergi yoxlaması üzrə əlavə hesablama 289778,92 manat, tətbiq edilməli maliyyə sanksiyası 2930896.09 manat, cəmi əlavə hesablama və tətbiq edilməli maliyyə sanksiyası 3220675,01 (289778,92+2930896,09) manat təşkil etmişdir. İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17.07.2020-ci il tarixli, **********138227 nömrəli qərarından görünür ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 2019-cu il üzrə malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 2742578,24 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuş, ümumilikdə səyyar vergi yoxlaması üzrə əlavə hesablama 289778,92 manat, tətbiq edilən maliyyə sanksiyası 2908872,62 manat, cəmi əlavə hesablama və tətbiq edilən maliyyə sanksiyası 3198651,54 (289778,92+2908872,62) manat təşkil etmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01 oktyabr 2020-ci il tarixli, KY191386418 nömrəli çıxarışdan görünür ki, İddiaçı1 (VÖEN **********) 01.09.2016-01.09.2019-cu illləri əhatə edən fəaliyyət dövrü yoxlanılmışdır. İş materiallarında olan İddiaçı1 yoxlama zamanı 04 mart 2020-ci il tarixdə verdiyi izahatında (birinci suala verilən cavabda) qeyd olunur: “Başqa şəxslər dedikdə mən müştəri qismində siqaret alıb istifadə edənlər, kiçik həcmli bizneslə məşğul olan mağazaları nəzərdə tuturam”. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid kimi dindirilmiş X1 ifadəsində yoxlamanın sahibkarın Zığ şossesində və Tiblisi prospektində yerləşən obyektlərində həyəta keçirildiyini, Zığ şosessindəki yoxlamanı onun, digər obyektdəki yoxlamanı isə başqa bir əməkdaş tərəfindən həyata keçirildiyini, yoxlama aparılan obyektdə malların satılması üçün satış löhvəsi yəni vitrinlər olmadığını, malların bağlı qutularda saxlanıldığını, həmin obyektin anbar kimi fəaliyyət göstərdiyini, sahibkar üçün hesablanmış maliyyə sanksiyası 2019-cu ilin yanvar ayının 1-dən 2019-cu ilin avqust ayının 31-nə kimi satılmış malların dövriyəsinə görə 10% həcmində görə tətbiq olunduğunu, sahibkarın topdan-satış fəaliyyəti ilə məşğul olması qənaətinə satış çekləri, sahibkarın verdiyi izahatı ilə, o cümlədən, satışın həyata keçirildiyi yerdə satış vitrinlərinin olmaması ilə gəldiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin 02 oktyabr 2020-ci il tarixli, **********912500 nömrəli etirazında qeyd edilmişdir: “... 5 saylı Ərazi Vergilər İdarəsinin 10.10.2019-cu il tarixli **********191349 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən 01 09.2016-cı il tarixdən 31.08.2019-cu il tarixədək olan dövrdə İddiaçı1 (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticələri 22.05.2020-ci il tarixli, **********195161 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən malların, işlərin (xidmətlərin) təqdim edilməsindən ümumi gəlir 1.402.322,47 manat, il ərzində malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.362.439,45 manat, o cümlədən malın dəyəri 1.359.398,52 manat, icarə haqqı 2.535 manat, bank xidməti üzrə xərclər 215,93 manat, biləvasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 290,00 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri 39.883,02 manat, gəlir vergisi 7976,60 manat göstərilmişdir. 2017-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən malların, işlərin (xidmətlərin) təqdim edilməsindən ümumi gəlir 5.863.977,58 manat, il ərzində malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 5.762.731,42 manat, o cümlədən malların dəyəri 5.754.632,71 manat, icarə haqqı 7.535,04 manat, bank xidməti üzrə xərclər 563,67 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 101.246,16 manat, mənfəət vergisi 20.249,23 manat göstərilmişdir. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə faktiki olaraq tütün məhsullarının topdansatışı ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin gəlirlərinin müəyyən edilməsi məqsədi ilə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspertiza keçirilməsi zərurəti yaranmışdır. Odur ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş tütün məhsullarının topdan satış və pərakəndə satış qiymətinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədi ilə 5 saylı Ərazi Vergilər İdarəsinin 05.02.2020-ci il tarixli **********196868 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X4 ekspert kimi təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 20.05.2020-ci il tarixli **********621600 saylı məktubda əldə edilən materiallar kifayət qədər olmadığından ekspertizanın keçirilməsi imkan xaricində olduğu bildirilmişdir. Təqdim olunmuş mallara çəkilən xərclərin tərkibinin araşdırılması məqsədilə vergi ödəyicisinin mal-materiallarının anbarda hərəkəti barədə hesabatları araşdırılarkən aylar üzrə alınan və satılan malların miqdar və məbləğ üzrə məlumatları vergi ödəyicisinin elektron qaimə faktura və elektron vergi hesab faktura ilə aldığı mallara uyğun gəlmədiyi və material hesabatının düzgün tərtib edilmədiyi müəyyən olundu. Bu səbəbdən dövr ərzində satılmış malların alış qiyməti ilə dəyərini müəyyən etmək mümkün olmadığından vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə xərclərin uçotunun düzgün aparılmamasına görə vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsaslanaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarının 6.1.2-ci maddəsinə əsasən şərti rentabellik norması 20% səviyyəsində götürülməklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarı əsasında vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəlirinin 1.402.322,47 manat, malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.168.602,06 manat olmaqla, vergiyə cəlb olunan mənfəətin 233.720,41 manat (1402322,47-1168602,06), gəlir vergisinin 46.744,08 manat (233.720,41x20%) olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə ümumi gəlirinin 5.863.977,58 manat, malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 4.886.647,98 manat olmaqla, vergiyə cəlb olunan mənfəətin 977.329,60 manat (5863977,58-4886647,98), gəlir vergisinin 195.465,92 manat (977329,60x20%) olduğu müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarının tətbiqi nəticəsində vergi ödəyicisi tərəfindən büdcəyə çatası gəlir vergisinin 2017-ci il üzrə 38.767,48 manat (46.744,08 - 7.976,60) və 2018-ci il üzrə 175.216,69 manat (195.465,92- 20.249,23) olmaqla, ümumilikdə 213.984,17 manat azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 106.992,09 (213.984,17x50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən ƏDV-yə 18%-ilə cəlb olunan əməliyyatların dəyəri 30.508.489,51 manat, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar aparılmamış, ƏDV-dən azad olan əməliyyatlar olmamış, beləliklə yoxlanılan dövrdə büdcəyə hesablanmış ƏDV-nin məbləği 5.491.528,12 manat (30.508.489,51x18%) manat olmuşdur. Yoxlanılan dövrdə əvəzləşdirilən dövriyyə 30.414.197,65 manat əvəzləşdirilməli ƏDV-nin məbləği 5.474.555,59 manat (30.414.197,65x18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 16.972,53 (5.491.528,12- 5.474.555,59) manat göstərilmişdir. Yoxlama ilə əhatə olunan hesabat dövrləri üçün vergi ödəyicisi tərəfindən vergi orqanlarına təqdim olunmuş əlavə dəyər vergisinin bəyannamələrinin göstəricilərinin düzgünlüyü yoxlanılarkən: 2017-ci ilin mart ayında faktiki olaraq vergi tutulan əməliyyatların dəyəri (dövriyyə) 2.701.615,99 manat, büdcəyə hesablanmalı ƏDV-nin məbləği 486.290,88 (2.701.615,99x18%) manat, əvəzləşən ƏDV 484.222,15 (2.690.123,05x18%) manat, büdcəyə ödənilməli ƏDV məbləği 2.068,73 (486.290.88-484.222,15) manat olduğu halda vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların dəyəri (dövriyyə) 2.701.615,99 manat, büdcəyə hesablanmalı ƏDVnin məbləği məbləği 486.290,88 (2.701.615,99x18%) manat, əvəzləşən ƏDV 500.866,90 (2.782.593,88x18%) büdcədən qaytarılmalı ƏDV məbləği 14.576,02 (486.290,88- 500.866,90) manat göstərərək büdcəyə ödənilməli vergi məbləğini 16.644,75 (2.068,73+14.576,02) manat azaldılmışdır. ("xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilən 10.10.2017-ci il tarixli HQ 900576 və HP 968386 nömrəli vergi hesab fakturaları təkrar hesabat dövrünün bəyannaməsinə daxil edilərək əvəzləşdirilmişdir (43.148,86*18% =7.766,80)+(49.322,03*18%=8.877,97). 2019-cu ilin iyun ayında faktiki olaraq vergi tutulan əməliyyatların dəyəri (dövriyyə) 4.115.819,50 manat, büdcəyə hesablanmalı ƏDV-nin məbləği 740.847,51 (4.115.819,50x18%) manat, əvəzləşən ƏDV 735.126,40 (4.084.035,56x18%) manat, büdcəyə ödənilməli ƏDV məbləği, 5.721,11 (740.847,51-735.126,40) manat olduğu halda vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların dəyəri (dövriyyə) 4.115.819,50 manat, büdcəyə hesablanmalı ƏDV-nin məbləği 740.847,51 (4.115.819,50x18%) manat, əvəzləşən ƏDV 759.586,08 (4.219.922,68x18%) büdcədən qaytarılmalı ƏDV məbləği 18.738,57 (740.847,51- 759.586,08) manat göstərərək büdcəyə ödənilməli vergi məbləği 24.459,68 manat azaldılmışdır ("xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilən 21.10.2017-ci il tarixli HQ 013287 və 02.10.2017-ci il tarixli HP 779540 nömrəli vergi hesab fakturaları təkrar hesabat dövrünün bəyannaməsinə daxil edilərək əvəzləşdirilmişdir (11.480,33*18%=2.066,46) + (124.406,79*18%=22.393,22). 2019-cu ilin avqust ayında faktiki olaraq vergi tutulan əməliyyatların dəyəri (dövriyyə) 4.224.003,77 manat, büdcəyə hesablanmalı ƏDV-nin məbləği 760.320,68 (4.224.003,77x18%) manat, əvəzləşən ƏDV 719.956,79 ((3.999.759,92x18%) manat, büdcəyə ödənilməli ƏDV məbləği, 40.363,89 (760.320,68-719.956,79) manat olduğu halda vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların dəyəri (dövriyyə) 4.224.003,77 manat, büdcəyə hesablanmalı ƏDV-nin məbləği 760.320,68(4.224.003,77x18%) manat, əvəzləşən ƏDV 754.238,11 (4.190.211,72x18%) büdcəyə ödənilməli ƏDV məbləği 6.082,57 (760.320,68-754.238,11) manat göstərərək büdcəyə ödənilməli vergi məbləği 34.281,32 manat azaldılmışdır ("xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilən 21.10.2017-ci il tarixli HQ 013287 və 30.10.20** HQ ***388 nömrəli vergi hesab fakturaları təkrar hesabat dövrünün bəyannaməsinə daxil edilərək əvəzləşdirilmişdir (72.451,77*18%=13041,32)+(118.000,00*18%=21.240,00). Nəticədə büdcəyə hesablanmalı olan əlavə dəyər vergisinin ümumilikdə 75.385,75 manat az hesablandığı müəyyən edildi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 37.692,88 manat (75.385,75 x 50 %) məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən əldə edilmiş elektron vergi-hesab fakturası üzrə ümumilikdə 86.776,74 manat, o cümlədən 2017-ci il ərzində cəmi 8.461,51 manat, 2019-cu ildə cəmi 34.268,3 manat ƏDV məbləği malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında, yəni 21.364,91 manat (42.729,81x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan səyyar vergi yoxlaması nəticəsində müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan (VÖEN təqdim etməyən) fiziki şəxsə icarə haqqına görə 2019-cu ilin 2-ci rübündə ödənilmiş 1.350,0 manat haqqdan ödəmə mənbəyində tutulmalı olan 189,00 manat (1.350,00x14%) manat vergi məbləği hesabat dövrü üçün təqdim edilmiş bəyannamədə göstərilməmiş nəticədə 189,00 manat vergi məbləği azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin +50% miqdarında, yəni 94,50 manat (189,00x50%) məbləğində maliyyə sanksiyasının maliyyə sanksiyası tətbiq edilmişdi. Yoxlama ilə əhatə olunan hesabat dövrü üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə bəyannamələr yoxlanılarkən vergi ödəyicisi tərəfindən 2019-cu ilin birinci rübü üçün bəyannamə təqdim edilməməsi nəticəsində sosial sığorta haqqının 220,0 manat hesablanmadığı müəyyən edildi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 2019-cu il üzrə azaldılmış sosial sığorta haqqı məbləğinin 50% miqdarında, yəni 110,0 manat (220x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə olunan dövrü ərzində vergi ödəyicisi tərəfindən fəaliyyət göstərdiyi bir obyektdə quraşdırılmış NKA-dan alınmış məlumat əsasında müəyyən olunmuşdur ki, orta hesabla 1 qəbzlə 4.632,01 manat dəyərində siqaret satılmışdır. Təhlil zamanı müəyyən edilmişdir ki, 1 qəbzlə orta hesabla 2019-cu ilin iyun ayının 29-da 49.700,00 manat, mart ayının 25-də 21.300,00 manat, fevral ayının 18-də və mart ayının 6-da 12.700,00 manat dəyərində siqaret satılmışdır. Yuxarıda göstərilənlərə əsasən vergi ödəyicisinin yoxlama dövrü ərzində malları NKA-dan istifadə etməklə təqdim etməsinə baxmayaraq təqdim olunan malların son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışının həyata keçirildiyinə görə aparılan əməliyyatlar topdansatış kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13 maddəsində “Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir” müddəası qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13 maddəyə əsasən 2019-cu il üzrə satılmış malların 10%-miqdarında yəni 2.742.578,24 (27.425.782,41*10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 289.778,92 manat məbləğində vergilərin (o cümlədən, mənfəət vergisi üzrə 213.984,17 manat, ƏDV üzrə 75.385,75 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 189,0 manat, MDDS üzrə 220,0 manat) və 2.908.872,62 manat maliyyə sanksiyası olmaqla, cəmi 3.198.651,54 manat məbləğin dövlət büdcəsindən yayındırılması halları aşkar edilmişdir. İddiaçı1 (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş 22.05.2020-ci il tarixli **********195161 saylı “Səyyar vergi yoxlaması” Aktının bir nüsxəsi əlbə-əl vergi ödəyicisinə təqdim edilmişdir. İddiaçı1 səyyar vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulması hallarına görə tətbiq edilmiş maliyyə sanksiyası məbləğləri ilə razılaşmadığından "Səyyar vergi yoxlaması” Aktını imzalamaqdan imtina etmişdir. 17.07.2020-ci il tarixdə 5 saylı Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138227 nömrəli Qərar çıxarılmış və 21 07.2020-ci il tarixli **********166900 və **********079000 nömrəli məktublarla vergi ödəyicisinin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanlarına göndərilmişdir. Yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə 289.778,92 manat məbləğində, yəni külli miqdarda vergiləri və məcburi dövlət sosial siğorta haqlarını (o cümlədən vergi 289.558,92 manat, məcburi dövlət siğorta haqqı 220,0 manat) ödəməkdən yayındığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən yoxlama materialları Vergilər Nazirinin 04.08.2016-cı il tarixli **********058500 saylı Əmri ilə təsdiq olunmuş "Vergi və hüquq-mühafizə orqanları arasında əlaqələndirmə fəaliyyətinin təşkili Qaydaları'na müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim edilməsi üçün 28.07.2020-ci il tarixli **********443300 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektronqaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi vergi orqanı tərəfindən İddiaçı1 barəsində keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı1 iddia tələblərinin təmin edilməməsi barədə qərar çıxarasınız. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin 19 aprel 2021-ci il tarixli, **********143200 nömrəli etirazında qeyd edilmişdir: “İddiaçı1 (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra – İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarənin 17.07.2020-ci il tarixli **********138227 nömrəli “Vergi ödəyicisinin vergi 2 qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İdarə də qeyd edilən iddia ərizəsinə qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək İdarə tərəfindən məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunsuz yolla əldə edilmiş sübutlara istinad edildiyini bildirmişdir. İddiaçı səyyar vergi yoxlaması zamanı operativ vergi nəzarəti adı altında işçilərindən izahatların alınmasının sonradan onun barəsində vergi sanksiyasının tətbiq edilməsinə səbəb olduğunu bildirmişdir. Bu barədə bildirmək istəyirik ki, Səyyar vergi yoxlamasını keçirən yoxlayıcının hüququ vardır ki, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən izahatlar, arayışlar, şifahi və yazılı məlumatlar alsın. Belə ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göstərilənləri nəzərə alaraq səyyar vergi yoxlaması həyata keçrilən zaman vergi orqanının əməkdaşı vergi ödəyicisi İddiaçı1 izahat almışdır. İzahatdan göründüyü kimi İddiaçı1 suallar səyyar vergi yoxlamasının əhatə etdiyi 01.09.2016-cı il tarixdən 31.08.2019-cu il tarixədək olan dövrlərə aid verilmiş, İddiaçı1 özü də həmin dövrlər üzrə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti barədə izahat vermişdir. Qeyd edilən izahat da sübut kimi İddiaçı1 barəsində vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılarkən nəzərə alınmışdır. Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumata əsaslanaraq vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Həmçinin İddiaçı1 məxsus obyektlərdə aparılmış müşahidə-baxış zamanı malların pərakəndə qaydada vitrində nümayiş etdirilmədiyi, siqaretin qutularla satış üçün düzüldüyü müəyyən edilmişdir. Qeyd edilən hallar səyyar vergi yoxlamasının keçrilməsi zamanı foto çəkilişdən istifadə olunmaqla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və ya video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən 41.1-ci maddə ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Əlavə olaraq qeyd edirik ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövr ərzində vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələri üzrə dövriyyəsinin azalmağına baxmayaraq, əlavə dəyər vergisi bəyannamələrində 2019-cu il oktyabr ayında 15 nəfər, noyabr ayında 18 nəfər, dekabr ayında 35 nəfər işçi sayı göstərmişdir. Həmçinin vergi ödəyicisindən daxil olmuş 20.11.2019-cu il tarixli **********651800 nömrəli işçilərin Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüququnun təmin olunmasına dair əmək haqqı ilə bağlı könüllü öhdəlik məktubunda bütün işçilər ekspeditor olaraq qeydiyyata alındığı müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması zamanı 5 saylı Ərazi Vergilər idarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 02.03.2020-ci il tarixli **********5053 saylı və **********5054 saylı Qərarlarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerin yetirilməsin cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai rayonu Zığ şossesi 15 və Bakı şəhəri Tbilisi prospekti məhəllə 3007 ünvanlarında yerləşən obyektlərində qeyd edilən məsələlər araşdırılmış və nəticəsi üzrə 03.03.2020-ci il tarixli VN seriyalı 022756 və VN seriyalı 022755 saylı Aktlar tərtib edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) ilə işə götürən tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai rayonu Zığ şossesi 15 ünvanındakı obyektdə 18 işçinin və Bakı şəhəri Tbilisi prospekti məhəllə 3007 ünvanında yerləşən obyektdə 16 işçinin işlərin (xidmətlərin) yerin yetirilməsinə (satış təmsilçisi, ekspeditor xidməti) cəlb edilməsi halının olması müəyyən edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı şatış təmsilçilərinin təqdim etdikləri izahatlarda iş fəaliyyətlərinin malları (siqaretləri) İddiaçı1 tərəfindən təhkim olunan 4 ərazidə yerləşən mağaza və köşklərə əvvəlcədən müəyyən olunmuş qiymətə topdan qaydada satıb pulunu nağd qaydada aldıqlarını, iş gününün yekununda satılmayan malı və satılan malın pulunu təhvil verirdiklərini, malları Zığ şossesi 15 və Tbilisi prospekti məhəllə 3007 ünvanda yerləşən obyektdən təhvil alıb günün sonunda qalan malları həmən ünvanda yerləşən obyektlərə təhvil verdiklərini bildirmişlər. Lakin qeyd edilən dövrlərdə də vergi ödəyicisinin qeydiyyatı pərakəndə satış kimi olmuşdur. Bütün bu qanun pozuntusu hallarının davamlı mövcudluğu, yani səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdən sonrakı dövrlərdə də davam etməsi göstərir ki, vergi ödəyicisi pərakəndə satış kimi qeydiyyatdan keçsədə faktiki olaraq topdansatış fəaliyyəti göstərmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanının əməkdaşı vergi ödəyicisindən və onun işçisindən izahat ala bilməz. İddiaçı bunu qeyd etsə də konkret olaraq Vergi Məcəlləsinin hər hansı bir maddəsinə istinad etməmişdir. Bununda səbəbi elə bir normanın imperativ olaraq Vergi Məcəlləsində nəzərdə tutulmamasıdır. Əksinə Vergi Məcəlləsinin 89.13.4-cü maddəsinə fikir versək görərik ki, operativ vergi nəzarəti tədbirləri zamanı izahat almaq vergi orqanının hüququdur. Bu maddədə qeyd edilir ki, “aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir”. Bu maddəyə əsasən satıcı həm vergi ödəyicisi həm də onun işçisi ola bilər. Yuxarıda göstərilənlərə əsasən vergi ödəyicisinin yoxlama dövrü ərzində malları NKA-dan istifadə etməklə təqdim etməsinə baxmayaraq təqdim olunan malların son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışının həyata keçirildiyinə görə aparılan əməliyyatlar topdansatış kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göründüyü kimi vergi orqanı tərəfindən İddiaçı1 barəsində keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı1 iddia tələblərinin təmin edilməməsi barədə qərar çıxarmağınızı xahiş edirik. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin 10.10.2019-cu il tarixli **********191349 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən 01 09.2016-cı il tarixdən 31.08.2019cu il tarixədək olan dövrdə İddiaçı1 (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticələri 22.05.2020-ci il tarixli, **********195161 nömrəli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir. Ümumilikdə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 289.778,92 manat məbləğində vergilərin (o cümlədən, mənfəət vergisi üzrə 213.984,17 manat, ƏDV üzrə 75.385,75 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 189,0 manat, MDDS üzrə 220,0 manat) və 2.908.872,62 manat maliyyə sanksiyası olmaqla, cəmi 3.198.651,54 manat məbləğin dövlət büdcəsindən yayındırılması halları aşkar edilmişdir. Tərtib olunmuş akt əsasında 17.07.2020-ci il tarixdə 5 saylı Vergilər İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********138227 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərar əsasında iddiaçı barəsində digər vergilərlə yanaşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13 maddəyə əsasən 2019-cu il üzrə satılmış malların 10%-miqdarında yəni 2.742.578,24 (27.425.782,41*10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı həmin qərarın 2.742.578,24 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsi ilə razılaşmayaraq onun həmin hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və ya video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən 41.1-ci maddə ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələləri (50.1.7-ci bəndi) əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işə tətbiqi baxımdan qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən vergi ödəyicisinə (iddiaçıya) maliyyə sanksiyası o halda tətbiq oluna bilər ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olsun və Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim etsin. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı orta hesabla bir qəbzlə 4.632,01 manat dəyərində siqaret satmışdır (bu hal cavabdeh orqan tərəfindən müəyyən edilmiş və iddiaçı tərəfindən də mübahisə edilmir). Həmçinin satılan mallar xüsusiyyətinə və dəyərinə görə son istehlakçı tərəfindən tək-tək alınan və dəyəri ümumi bazarda çoxda baha olmayan bir məhsuldur. Yəni, həmin məhsulun (siqaretin) son istehlakçı tərəfindən irihəcmli qutularda və çox sayda alınması ağlabatan deyil. Bundan başqa iddiaçının yoxlama zamanı verdiyi izahatdan görünür ki, ona verilən suallar səyyar vergi yoxlamasının əhatə etdiyi 01.09.2016-cı il tarixdən 31.08.2019-cu il tarixədək olan dövrlərə aid verilmiş və iddiaçı həmin dövrlər üzrə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı malları xırda ticarətlə məşğul olan şəxslərə satdığını bildirmişdir. Qeyd edilən izahat da sübut kimi iddiaçı barəsində vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılarkən nəzərə alınmışdır. Həmçinin iddiaçı tərəfindən vəsatət əsasında cəlb edilmiş və məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən malların pərakəndə qaydada vitrində nümayiş etdirilmədiyi, siqaretin qutularla satış üçün düzüldüyü və anbar şəraitində saxlanıldığı müəyyən edilmişdir. Beləliklə də işin faktiki haları onu deməyə imkan verir ki, iddiaçı (vergi ödəyicisi) pərakəndə satış kimi qeydiyyatdan keçsədə faktiki olaraq topdansatış fəaliyyəti göstərmişdir. Başqa sözlə, vergi ödəyicisinin yoxlama dövrü ərzində malları NKA-dan istifadə etməklə təqdim etməsinə baxmayaraq təqdim olunan malların son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün topdansatış kimi satışının həyata keçirmiş və buna dair elektron qaimə-faktura təqdim etməmişdir. Yəni vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövr ərzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim etmişdir. Bununla da məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.07.2020-ci il tarixli, **********138227 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb edilməsi barədə 17.07.2020-ci il tarixli, **********138227 nömrəli qərarının qismən, yəni 2.742.578.24 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyini pozduğuna görə məsuliyyətə cəlb edilməsi barədə 17.07.2020-ci il tarixli, **********138227 nömrəli qərarının qismən, yəni 2.742.578.24 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-38/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-38/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver