Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3801/2024 05.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamının ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi və həmin sərəncamın onun yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayə xərcləri ilə təminatının dayandırılmasına dair nəticələrinin aradan qaldırılması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamının ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi və həmin sərəncamın onun yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayə xərcləri ilə təminatının dayandırılmasına dair nəticələrinin aradan qaldırılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989 - xx.xx.1991-ci illər aralığında SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.1995 xx.xx.2021-ci illərdə isə zabitlərin həqiqi hərbi xidmətində olmaqla xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1618 ş/h №li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq “polkovnik” rütbəsində ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 174 saylı Qərarının 1- ci hissəsinə əsasən mənzil növbəliliyinə qeydə alınmağı üçün yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına Cavabdehnə tərəfindən müraciət edilmiş və xx.xx.2021-ci il tarixli, 118 №li sərəncamla adı mənzil növbəliliyi, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbçilərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzil-uçot siyahısına daxil edilmiş və mənzillə təmin olunanadək mənzil kirayə xərcləri ilə təmin olunmağı qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarda göstərilən Qərardadında qeyd edilənləri nəzərə alaraq Cavabdeh başçısı tərəfindən xx.xx.2024-cü il tarixdə 41 №li sərəncam qəbul edilmiş, həmin sərəncamla ona mənzil kirayə xərclərinin ödənilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli, 118 №li sərəncam ləğv edilmiş və bu barədə təminatının dayandırılması qərara alınmışdır. Sözügedən sərəncam ona xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 192 nömrəli arayışına əsasən, iddiaçı tərəf xx.xx.1971 -ci il təvəllüdlü Neftçala şəhər sakini İddiaçı “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılıb. iddiaçı tərəfin müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi barədə xx.xx.2021-cü il tarixli Rayon İcra Hakimiyyətinə müraciəti ilə bağlı, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli Qərarının 1-ci maddəsini, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.6.1-cı və 6.8-ci bəndinə əsasən, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 118 nömrəli Sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı, beş nəfər ailə tərkibi ilə birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin ödənilməsi ilə təmin edilib. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41 -ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilməsi və öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmaması qeyd olunub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərardadında öz arzusu ilə o cümlədən, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmamasından başqa digər müstəsna hallar qeyd edilməmişdir. Cavabdeh, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadını, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-ci bəndini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-47/2-47/2024 nömrəli məktubunu (Neftçala RlH-nin xx.xx.2024-cü il tarixli 5-67/2-373/2024 nömrəli sorğu məktubuna cavab) rəhbər tutaraq, Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 41 nömrəli Sərəncamı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsi (öz arzusu) ilə həqiqi hərbi xidmətdən polkovnik hərbi rütbəsi ilə ehtiyata buraxılan İddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə yalnız nağdsız qaydada ödənilən kompensasiyası dayandırılmışdır. İddiaçı tərəf İddiaçı xx.xx.2024-cü il tarixli 41 nömrəli Sərəncamından çıxarış təsdiq olunmuş şəkildə cari ilin may ayında şəxsən təqdim edilib, bundan öncə ona məxsus telefon nömrəsi ilə (***-***-**- **) əlaqə saxlanılmış, kirayə xərclərinin dayandırılması barədə məlumat verilmişdir. Eyni zamanda iddiaçı tərəf Rayon İcra Hakimiyyətində qəbul olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı ona təqdim edilmiş, qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçı tərəf verilmiş qərardan narazılığını bildirmiş və tərəfimizdən ona məsələnin məhkəmə qaydasında mübahisələndirilməsi tövsiyə edilmişdir. Məlumat üçün qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı xx.xx.2022-ci il tarixində 03/01-890 nömrəli məktubla Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasova ünvanlanmış və Qərardadın surəti cari ilin mart ayında aidiyyəti üzrə Şirvan inzibati Məhkəməsindən əldə olunmuşdur. Məhz həmin tarixdə Qərardadın müddəaları əsas götürülərək Rayon İcra Hakimiyyəti tərəfindən qərar qəbul edilmişdir. Cavabdeh başçısının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərcləri ödənilən bir qrup hərbi qulluqçuların kompensasiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 41 nömrəli sərəncamının surəti aidiyyəti üzrə məlumat üçün xx.xx.2024-cü il tarixli 5-67/2-2-554/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikası Neftçala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamında qeyd edilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və aşağıda adları qeyd olunan hərbi qulluqçuların, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə yalnız nağdsız qaydada ödənilən kompensasiyası dayandırılsın; “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsi (öz arzusu) ilə həqiqi hərbi xidmətdən polkovnik hərbi rütbəsi ilə ehtiyata buraxılan İddiaçı. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və sərəncamın birinci bəndində adları qeyd olunan hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin ödənilməsi haqqında, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 58 nömrəli, xx.xx.2022-ci il tarixli 73 nömrəli, xx.xx.2022-ci il tarixli 137 nömrəli, xx.xx.2021 -ci il tarixli 118 nömrəli Sərəncamları qüvvədən düşmüş hesab edilsin; Sərəncamdan irəli gələn məsələlərin həlli Rayon İcra Hakimiyyəti başçısı aparatının Sektor müdiri- baş mühasibi vəzifəsini müvəqqəti icra edən Emin Mehdiyevə tapşırılsın; Sərəncamın surəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və sərəncamın birinci bəndində adları qeyd olunan hərbi qulluqçulara göndərilsin; Sərəncamın icrasına nəzarət, Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayevə həvalə edilsin. xx.xx.2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixədək aylıq 550 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, 835 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı adına 13 saylı Şirvan ərazi idarəsinin əhatə etdiyi inzibati ərazi vahidi üzrə (Şirvan şəhəri, Hacıqabul, Sabirabad Saatlı, Salyan, Neftçala rayonları) daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasına əsasən məlumat yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 192 nömrəli arayışında qeyd edilmişdir ki, Neftçala şəhər məhəllə 7-də yaşayan xx.xx.1971-ci il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı həqiqətən də, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.1995-ci ildən xx.xx.2021-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin həqiqi hərbi xidmətində olmuşdur və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 1618ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik hərbi rütbəsində ehtiyata buraxılmışdır. EZ№ ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsinə (öz arzusu) əsasən Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, 1618 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ehtiyatda olan polkovnik İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Dövlət Sərhəd Xidmətində) zabitlərin həqiqi hərbi xidmətini keçmişdir. xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 1618 ş/h nömrəli əmri ilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9- cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixliməktubunda qeyd edilmişdir ki, X3 mülkiyyətində monzil və ya fərdi yaşayış evinin olması barədə məlumat 13 saylı Şirvan Ərazi İdarəsində mövcüd arxiv materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikasinin İpoteka və Kredit Zəmanət Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı verilmiş ipoteka kreditləri barədə Fondun elektron informasiya sistemlərində məlumat mövcud deyildir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi barədə xx.xx.2021-cü il tarixli Cavabdehnə müraciət etmiş və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli Qərarının 1-ci maddəsini, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.6.1-cı və 6.8-ci bəndini əsasən, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 118 nömrəli Sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı, beş nəfər ailə tərkibi ilə birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin ödənilməsi ilə təmin edilmişdir. Bundan sonra Cavabdeh, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadını, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-ci bəndini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-47/2-47/2024 nömrəli məktubunu rəhbər tutaraq, Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 41 nömrəli Sərəncamı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsi (öz arzusu) ilə həqiqi hərbi xidmətdən polkovnik hərbi rütbəsi ilə ehtiyata buraxılan İddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə nağdsız qaydada ödənilən kompensasiyası dayandırılmışdır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Qeyd edilən normaların tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu azı 15 təqvim ili xidmət etməli; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya hərbi qulluqçunun yaşayış sahəsi olmamalıdır. Belə ki, “Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, " Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41 -ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilməsi və öz arzusu və ya yol vermiş olduğu qanuna zidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmaması qeyd olunub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərardadında öz arzusu ilə o cümlədən, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmamasından başqa digər müstəsna hallar qeyd edilməmişdir. Tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 12-1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 12-2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, qərardadda qeyd edilmişdir ki, tərəf Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun 5 ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında xidmət edibsə bu hüquqdan yararlana bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadından da göründüyü kimi hərbi qulluqçunun müvəqqəti mənzil kirayə pulundan yararlanması üçün üç amil olmalıdır: - Hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etməsi; - Hərbi qulluqçunun yuxarıda qeyd edilən birinci qrupda qeyd edilən subyektlərin dairəsinə aid edilməsi (xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar) - Hərbi qulluqçunun icra hakimiyyəti orqanında mənzil növbəsinə durması. Məhkəmə cavabdeh inzibati orqanın imtinasına uyğun qeyd edilən subyektlərin dairəsinə aid edilməsi hissəsində tam araşdırma aparmış və araşdırmaya əsasən iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik hərbi rütbəsində ehtiyata buraxıldığı müəyyən edilmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı birinci qrupda qeyd edilən subyektlərin dairəsinə aid edilməmiş və ikinci şərtin tələbləri pozulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası qanuni hesab edilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2024cü il tarixli, 41 nömrəli sərəncamının ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi və həmin sərəncamın onun yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayə xərcləri ilə təminatının dayandırılmasına dair nəticələrinin aradan qaldırılması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova