Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3807/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X2, X7, X8 və X9 iştirakı ilə, İddiaçı qızının cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına Salyan rayon Qaraçala kənd icra nümayəndəliyində xx.xx.1962-ci ildə 377 nömrəli aktla tərtib edilmiş doğum haqqında akt qeydində soyadının “Nuriyeva”ya, adının “Rəna”ya, ata adının “Əliağa”ya dəyişdirilməsi öhdəliyinin akt qeydinin olduğu yer üzrə Salyan rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə Cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “onun, yəni X1 adına Salyan rayon Qaraçala kənd icra nümayəndəliyində xx.xx.1962-ci ildə 377 nömrəli aktla tərtib edilmiş doğum haqqında akt qeydində soyadının “Nuruyeva”dan “Nuriyeva”ya, adının “İranə”dən “Rəna”ya, ata adının “Əliyağa”dan “Əliağa”ya dəyişdirilməsi öhdəliyinin cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X15, X16 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Salyan rayonu Düzənlik kəndində doğulmuşdur. Doğumu Salyan rayon Qaraçala kənd icra nümayəndəliyində xx.xx.1962-ci ildə 377 nömrəli aktla dövlət qeydiyyatına alınmış və AZ № 349368 nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin doğum haqqında şəhadətnamədə adı “İranə”, soyadı “Nuruyeva”, ata adı “Əliyağa” olaraq qeyd edilmiş və bununla bağlı doğum sənədində soyadına, adına və ata adına düzəliş edilməsi ilə bağlı Salyan regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ünvanladığı ərizə aşağıda qeyd etdiyi səbəblər əsas göstərilərək təmin edilməmişdir. Belə ki, Salyan RPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******* seriyalı şəxsiyyət vəsiqəsində onun məlumatları “İddiaçı” kimi yazılmışdır. Ondan əvvəl əldə etdiyi şəxsiyyət vəsiqələrində də məlumatları eyni cür yazılmışdır. Salyan regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən ona Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydində göstərilən X10 adlı şəxslə İddiaçı adlı şəxsin eyniləşdirilməsinin mümkünsüz olduğu və belə olan halda düzəlişlə bağlı tələbinin təmin oluna bilmədiyi bildirilmişdir. Bundan başqa “İranə” və “Rəna” adları tamamilə fərqli adlar olduğundan “İranə” adının “Rəna” olaraq qeyd edilməsi tələbinin artıq düzəliş deyil, adın dəyişdirilməsi proseduruna aid əməliyyatın predmeti olduğu, lakin sənədlər arasında ziddiyyət olduğu üçün adın dəyişdirilməsi prosedurunun da aparılmasının mümkünsüz olduğu bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, üçüncü şəxslər X11, X15, X16 və X17 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X11, X15, X16 və X17 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçını və üçüncü şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı onun doğumu haqqında Salyan rayon Qaraçala qəsəbə İƏN-i tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında adına dəyişiklik olunaraq “İranə” adının “Rəna”, “Nuruyeva” soyadının “Nuriyeva”, “Əliyağa” ata adının “Əliağa” kimi qeyd edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-666/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Salyan rayonu Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında şəxsin adına düzəliş olunaraq “İranə” adının “Rəna”, “Nuruyeva” soyadının “Nuriyeva”, “Əliyağa” ata adının “Əliağa” yazılması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydində göstərilən X10 adlı şəxslə İddiaçı adlı şəxsin eyniləşdirilməsi mümkünsüzdür və belə olan halda düzəlişlə bağlı tələbiniz inzibati qaydada təmin oluna bilməz. Bundan başqa “İranə” və “Rəna” adları tamamilə fərqli adlar olduğundan “İranə” adının “Rəna” olaraq qeyd edilməsi tələbi artıq düzəliş deyil, adın dəyişdirilməsi proseduruna aid əməliyyatın predmetidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə həmin Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir. Göstərilənlərə əsasən Salyan rayonu Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 377 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında şəxsin adına dəyişiklik edilərək “İranə’’ adının “Rəna”, “Nuruyeva” soyadının “Nuriyeva”, “Əliyağa” ata adının “Əliağa” yazılması tələbinizin icrasından imtina olunur və müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə doğum tarixi xx.xx.1962-ci il olan X1 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X20, “anası” qrafasına X12 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1964-cü il tarixdə, doğum tarixi xx.xx.1956-cı il olan X3 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasında qeydiyyat aparılmamış, “anası” qrafasına X18 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1968-ci il tarixdə, doğum tarixi xx.xx.1960-cı il olan X13 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X20, “anası” qrafasına X12 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1965-ci il tarixdə, doğum tarixi xx.xx.1965-ci il olan X4 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X20, “anası” qrafasına X12 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1968-ci il tarixdə, doğum tarixi xx.xx.1968-ci il olan X5 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X19, “anası” qrafasına X12 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1971-ci il tarixdə, doğum tarixi xx.xx.1971-ci il olan X6 doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına X19, “anası” qrafasına X12 qeyd olunmuşdur. İş materiallarından görünür ki, Salyan rayon Qaraçala kənd soveti tərəfindən xx.xx.1962-ci il tarixdə X1 adına verilmiş AЗ seriyalı № 349368 nömrəli “Doğum haqqında şəhadətnamə”də onun valideynləri kimi X19 və X12 göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə Salyan Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş və Salyan rayonu, Düzənlik kəndində qeydiyyatdadır. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli, AZ-İİ 382451 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.2003-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003-cü ilin may ayının 06 günündə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 13 may 2024-cü il tarixli, AZ-İİ 422776 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin may ayının 13 günündə 59 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon Polis Şöəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-104/2-27642/2024 saylı arayışından görünür ki, Salyan rayon Düzənlik kəndində yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı barəsində Salyan rayon PŞ-də heç bir təqsirləndirici material qeydə alınmamışdır. İş materiallarında olan Salyan rayon Yolüstü kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda Salyan rayon Yolüstü kənd İƏD üzrə nümayəndəliyinin Düzənlik kəndində yaşayır. İş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş X15, X16 və X17 məhkəməyə ünvanladıqları ərizələrində İddiaçı cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “onun doğumu haqqında Salyan rayonu Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydində ata adının “Əliyağa” adından “Əliağa” adına dəyişdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının adına haqqında Salyan rayonu Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydində soyadı “Nuruyeva”, adı “İranə”, ata adı “Əliyağa” kimi qeyd olunmuşdur. Lakin iddiaçıya məxsus sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun adı “İranə” deyil, “Rəna” kimi, soyadı “Nuruyeva” deyil, “Nuriyeva” kimi, ata adı isə “Əliyağa” kimi deyil, “Əliağa” kimi göstərilmişdir. Doğum akt qeydində iddiaçının doğum yeri, tarixi və valideynlərinin adı da eynilik təşkil edir. Digər tərəfdən də, adın və soyadın dəyişdirilməsi onun qanunla müəyyən edilmiş hüququdur və 18 yaşı tamam olmuş və barəsində müvafiq (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) hallar mövcud olmayan şəxs kimi onun adının və soyadının dəyişdirilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusu əsasında Salyan rayon Polis Şöəsinin xx.xx.2024-cü il tarixli, 3-13-104/2-27642/2024 saylı cavab məktubunda Salyan rayon Düzənlik kəndində yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı barəsində Salyan rayon PŞdə heç bir təqsirləndirici olmadığı qeyd olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, doğum akt qeydində müvafiq olaraq qeydlərin aparılması iddiaçının deyil, qeydiyyat şöbəsinin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq doğum akt qeydinin tərtibi zamanı müvafiq qeydiyyat şöbəsinin yol verdiyi yanlışlıqlar isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına Salyan rayonu Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydinin uşaq haqqında məlumat qrafasında onun adının “İranə”dən “Rəna”ya, soyadının “Nuruyeva”dan “Nuriyeva”ya, ata adının “Əliyağa”dan “Əliağa”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.3, 23.1, 33, 52, 58.7, 62.3, 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adına Salyan rayonu Qaraçala qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 377 nömrəli doğum haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, akt qeydinin uşaq haqqında məlumat qrafasında onun adının “İranə”dən “Rəna”ya, soyadının “Nuruyeva”dan “Nuriyeva”ya, ata adının “Əliyağa”dan “Əliağa”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3807/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3807/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver