Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3814/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı Şamil qızının, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Şamil qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinə qarşı «Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 13-də qeydiyyatda olmuş xx.xx.1986-cı il təvəllüdlü X12 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şamil qızı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 13-də qeydiyyatda olmuş, xx.xx.1986-cı il təvəllüdlü X12 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Şamil qızı xx xxxxxx 1991-ci il təvəllüdlü olmaqla Ağsu şəhəri, 5- Məhəllədə qeydiyyatda olmaqla, ünvan 9-də yaşayır. O, Abuzərova X14 Famil Nəzər oğlu ilə 27 noyabr 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə girərək evlənmişlər, onların rəsmi nikahından xx.xx.2011-ci il təvəllüdlü X15 adlı bir uşaqları anadan olmuşdur. X6 xx.xx.2023-cü il tarixdə özünə yaşadıqları evdə qəsd edərək öldürmüşdür. Bu barədə Hacıqabul rayon prokurorluğundan müvafiq araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertizası və X5 Hacıqabul rayon şöbəsində xx.xx.2023-cü il tarixli, müayinə edilmişdir. Daha sonra Hacıqabul rayon Mərkəzi Xəstəxənası PHŞ xx.xx.2024-cü il tarixli, 18-1-41/2-4/2024 saylı məktubuna əsasən məlumat daxil olmuş və sair. Onların rəsmi nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X15 hazırda onun himayəsində qalmışdır. Ailə başçısının itirməyə görə pensiya almaq üçün ona, X6nun ölüm haqqında şəhadətnamə almaq çox vacibdir. Ona görə o, Hacıqabul rayon Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etsə də, ona xx.xx.2024-cü il tarixdə, 3- 16- 5/8-05-2024 nömrəli məktubla həmin şəhadətnamənin verilməsindən imtina edilmiş və hüquqları izah edilmişdir həmin imtina məktubunda. Məhkəmə iclasında iştirak edən İddiaçı Şamil qızı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinin nümayəndəsi X9 iddia ərizəsi üzrə bildirmişdir ki, iddiaçının mərhum əri evdə özünü asaraq vəfat etmişdir, Hacıqabul rayon prokurorluğu tərəfindən meyitin müayinəsi üçün qərar verilmədiyini və meyidin daxili müayinəsi aparılmadı, iddiaçı və ailəsi tərəfindən razılıq verilmədi. Bu səbəbdən yalnız xarici görünüşləri üzrə müayinə edilərək müvafiq qeydiyyat aparılmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İşdə olan xx.xx.2024-cü il tarixli xəbərnamənin surətindən görünür ki,iddiaçı Abuzərova X17 Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon şöbəsinə məktub ünvanlamışdır. -İşdə olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 may 2024-cü il tarixli 597 nömrəli arayışından görünür ki, İddiaçı Şamil qızı həqiqətən Ağsu şəhəri, 5-ci məhəllədə qeydiyyatda olmasına baxmayaraq ünvan 3 ünvanında yaşayır. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş Abuzərova X21 şəhəri, 5-ci məhəllə ünvanında qeydiyyatdadır. -İşdə olan Hacıqabul rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli, 3-16-5/8-05-2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü ildə vəfat etdiyini bildirdiyi həyat yoldaşı X8 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Hacıqabul rayon qeydiyyat şöbəsi, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin bəndin 2-ci abzasına görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Müraciətə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. -İşdə olan AZ-İ № 632452 nömrəli xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X16 arasında nikah bağlanmışdır. -İşdə olan Hacıqabul rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 24-3-2-2-420- 6045-6 qeydiyyat nömrəli qərarından görünür ki,cinayət işinin başlanması rədd edilmişdir. -İşdə olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, məktubda göstərilən həyal yoldaşı Abuzərov ramil Nəzər oğlu xx.xx.2023-cü ii tarixdə öz yaşadığı evdə özünü asaraq öldürmüşdür. Həmin hadisə ilə əlaqədar Hacıqabul rayon prokurorluğu tərəfindən meyitin müayinəsi üçün qərar verilmədiyini və meyidin daxili müayinəsi aparılmadığına görə X8 ölümü ilə əlaqədar ölüm şəhadətnaməsi verilməsi mümkün deyil. -İşdə olan Hacıqabul rayon Rəncbər bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən onun həyat yoldaşı ünvan 7 ünvanında yaşamış X18 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və vəfat edən şəxs əslən Hacıqabul rayon Rəncbər kəndindən olduğu üçün mərhum yaxın qohumları X2 Şahin Əsgər oğlu, digər qohumları və kənd sakinlərinin iştirakı ilə Hacıqabul rayon Rəncbər kənd qəbrstanlığında dəfn edilmişdir. -İşdə olan Hacıqabul rayon Məhkəməsinin 2(071)-637/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ərizəçi İddiaçı Şamil qızının (maraqlı şəxs Hacıqabul rayon Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında verdiyi ərizəsi yolverilməz olduğuna görə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. -İşdə olan Hacıqabul rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 147xid-24 nömrəli məktubunda göstərilmişdir ki, X8 intihar etməsi ilə faktı ilə bağlı toplanmış material üzrə rayon prokurorluğuna şikayət daxil olmamışdır. X8 intihar etməsi ilə bağlı toplanmış 111 c-23 №-li material üzrə cinayət işinin başlanmısının rədd olunmasına dair qərarın surəti göndərilir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsindən daxil olmuş xx.xx.2023-cü iİ tarixil X8 meyitinin xarici müayinə aktında meyidin boyun nahiyyəsinin orta 1/3 hissəsində 40x1,5x0,2 sm ölçüdə tünd bənövşəyi rəngli stranqulyasiya şırımının aşkar olunduğu qeyd olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan oımuş, natamamorta təhsilli, evli, işsiz, ünvan 9 ünvanında yaşayan X18 yaşadığı dövrdə şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkmiş, Hacıqabul rayon mərkəzi xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü iİ tarixində "Şəxsiyyət pozuntusu" diaqnozu İlə Salyan Rayonlararası Xəstəxanasına göndəriş verilmiş, o, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək olan müddətdə həmin xəstəxanada stasionar müalicədə olmuş, Hacıqabul RMX PHŞ-nin konsultativ-poliknika şöbəsinin həkim psixiatrı Dilavər Qurbanov tərəfindən ona güzəştli resept yazılmış, ailə üzvlərinin deməsinə görə o, son vaxtlar dərmanlarını qəbul etməmiş, əziyyət çəkdiyi xəstəlikdən depressiv hala düşərək xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanından naqillə özünü asaraq intihar etmişdir. Famil Abuzərovun ölümündə hansı bir şəxsin təqsiri və ya təsiri olmamışdır. Odur ki, Abuzərov cinayət hadisəsinin olmadığı müəyyən edildiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında iddiaçının mərhum yoldaşı xx.xx.1986-cı il təvəllüdlü X8 ölüm hadisəsi baş vermişdir, belə ki, mərhum F.Abuzərov intihar etmişdir. Ailə üzvləri onun aşkar edən zaman artıq mərhumun vəfat etdiyi üçün xəstəxanaya müraciət etməmişlər. Hacıqabul Rayon X1 intihar etməsi ilə bağlı toplanmış 111 c-23 №-li material üzrə cinayət işinin başlanmısının rədd olunmasına dair qərarına əsasən göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsindən daxil olmuş xx.xx.2023-cü iİ tarixil X8 meyitinin xarici müayinə aktında meyidin boyun nahiyyəsinin orta 1/3 hissəsində 40x1,5x0,2 sm ölçüdə tünd bənövşəyi rəngli stranqulyasiya şırımının aşkar olunduğu qeyd olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan oımuş, natamam-orta təhsilli, evli, işsiz, ünvan 9 ünvanında yaşayan X18 yaşadığı dövrdə şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkmiş, Hacıqabul rayon mərkəzi xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü iİ tarixdə "Şəxsiyyət pozuntusu" diaqnozu İlə Salyan Rayonlararası Xəstəxanasına göndəriş verilmiş, o, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək olan müddətdə həmin xəstəxanada stasionar müalicədə olmuş, Hacıqabul RMX PHŞ-nin konsultativ-poliknika şöbəsinin həkim psixiatrı Dilavər Qurbanov tərəfindən ona güzəştli resept yazılmış, ailə üzvlərinin deməsinə görə o, son vaxtlar dərmanlarını qəbul etməmiş, əziyyət çəkdiyi xəstəlikdən depressiv hala düşərək xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin tavanından naqillə özünü asaraq intihar etmişdir. Famil Abuzərovun ölümündə hansı bir şəxsin təqsiri və ya təsiri olmamışdır. İddiaçı həyat yoldaşının ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinə müraciət etmiş, ərizə təmin edilməmiş, cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsi xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, məktubda göstərilən həyal yoldaşı Abuzərov ramil Nəzər oğlu xx.xx.2023cü ii tarixdə öz yaşadığı evdə özünü asaraq öldürmüşdür. Həmin hadisə ilə əlaqədar Hacıqabul rayon prokurorluğu tərəfindən meyitin müayinəsi üçün qərar verilmədiyini və meyidin daxili müayinəsi aparılmadığına görə X8 ölümü ilə əlaqədar ölüm şəhadətnaməsi verilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən qeyd edilir ki, X8 intihar etməsi ilə bağlı toplanmış Hacıqabul rayon Prokurorluğunun 111 c-23 №-li material üzrə cinayət işinin başlanmısının rədd olunmasına dair qərarı ilə X8 meyitinin xarici müayinə aktında meyidin boyun nahiyyəsinin orta 1/3 hissəsində 40x1,5x0,2 sm ölçüdə tünd bənövşəyi rəngli stranqulyasiya şırımının aşkar olunduğu, mərhum X8 yaşadığı dövrdə şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsi və ölümünün səbəbi olaraq əziyyət çəkdiyi xəstəlikdən depressiv hala düşərək intihar etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən ( yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə görə “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X11 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə). 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X7 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə ünvan 9 ünvanında iddiaçının mərhum yoldaşı xx.xx.1986-cı il təvəllüdlü X8 ölümü hadisəsinin baş verməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməli, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın tələblərinə uyğun olaraq tərtib edilməlidir. Beləliklə Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 13-də qeydiyyatda olmuş, xx.xx.1986-cı il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X18 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 13-də qeydiyyatda olmuş, xx.xx.1986-cı il təvəllüdlü, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X18 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ Hacıqabul Rayon Şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-3814/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3814/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver