Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-382/2025 15.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1957-cı il tarixdə Kürdəmir rayonunun Qaraqocalı kəndində anadan olmuş, hal-hazırda əmək fəaliyyətini davam etdirməklə 28 il 9 ay 4 gün sığorta stajına malikdir. 12 dekabr 2022-ci il tarixdə 65 yaşı tamam olduqdan sonra, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə DSMF-nin 12 saylı Regional Ərazi İdarəsinə müraciət etmiş, bundan sonra pensiya təyin olunması üçün bütün sənədlərini notariat qaydada təsdiq edərək, xx.xx.3023-cü il tarixdə DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filiala göndərmişdir. Bundan sonra cavabdehdən xx.xx.2023-cii il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ünvanına xx.xx.2023-cü il tarixdə cavab məktubu daxil olmuş, cavabdeh imtinanın səbəbini sığorta stajının 19 il 9 ay 27 gün olduğunu əsas götürmüşdür. Cavabdehə təqdim olunmuş hər üç əmək kitabçası üzrə onun 28 il 9 ay 4 gün sığorta stajı vardır. Beləliklə hər üç əmək kitabçası üzrə onun 28 il 9 ay 4 gün sığorta stajı vardır. Şərhdən aydın olur ki, cavabdehə təqdim olunmuş hərbi biletini və əmək kitabçalarını nəzərə alaraq əmək pensiyasını təyin edilməli idi. Lakin, O bunu etməkdən imtina etmiş, məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı daha əvvəl xx.xx.2023cü il tarixli, ərizə ilə cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-D-94026/2023 nömrəli məktubla iddiaçının sosial sığorta stajının 25 ildən az olduğunu və buna görədə yaşa görə əmək pensiyasının təyin edilməsini qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 11 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək əmək fəaliyyəti dövrü, 1 saylı X10 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971-ci il üzrə 3 ay, 1972-1974-cü illər üzrə 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il, 1989- 1990-cı il üzrə 2 il, 1991-1992-ci iilər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 2 il 7 ay olmaqla onun ümumi 15 il 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981 -ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarında oxşar iş üzrə iddiaçının əməkhaqqı aldığı dövrlər staja daxil edilmiş, əməkhaqqı cədvəlində göstərilməyən dövrlərin staja daxil edilməsinin hər hansı hüquqi əsasının olmaması səbəbiylə iddiaçının əməkhaqqı almadığı dövrlər staja daxil edilməmişdir. Belə ki, Ali Məhkəmənin inzibati kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 32-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını-iddiaçının mübahisəli illər üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar - iddiaçının iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının sığorta stajının 25 ildən az olması müəyyən edilərsə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı xüsusatlar da araşdırımalı, yığılan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib- verməməsi yoxlanılmalıdır. Bununla yanaşı iddiaçıya proaktiv qaydada belə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1.1-ci maddəsinə əsasən bunun üçün iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1 2-ci maddəsinə uyğun olaraq 25 il qəbul edilir. Göründüyü kimi bunun üçün iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınsa, ona proaktiv qaydada yaşa görə əmək pensiyası təyin etmək mümkün olardı, lakin İddiaçı xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Nəticə etibarilə, buradan aydın olur ki, iddiaçıya nə özünün faktiki sığorta stajına əsasən, nə də pensiya kapitaiına əsasən yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ən azı 25 il sosial sığorta stajı olmalıdır ki, ona yaşa görə əmək pensiyası təyin edilsin, lakin cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının 25 ildən az olduğu müəyyən edilmişdir və bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əlavə olaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hisəsində pensiya kapitalı alınmadığından ona proaktiv qaydada pensiya təyin edilə bilmir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Kürdəmir rayonu, Qaraqocalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, 193 nömrəli kolxozçunun əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1988, 1989, 1990, 1991 və 1992-ci illərdə sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan xx.xx.1980-cı il tarixli, AТ-İİ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-yə sürücü peşəsi üzrə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli təkrar ərizəsindən görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ünvanladığı ərizəsinə və ona əlavə olunmuş sənədlərə tərəflərindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi sığorta stajının hərbi xidmətlə birlikdə 19 il 9 ay 27 gün olduğunu əsas götürmüşdürlər. Onun təqdim etdiyi hər iki əmək kitabçası üzrə 28 il 9 ay 4 gün sığorta stajı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 Adil Bəhlul oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-D-94026/2023 nömrəli məktubundan görünür ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 9 ay 27 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 1 ay 27 gün sığorta stajına uyğun olaraq 13.951,96 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 2.509,43 manat olmaqla, ümumilikdə 16.461,39 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək sığorta stajı 2 il 8 ay təşkil edir. Təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1987-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlər ərzində 1988-1992-ci illərə aid gün normaları qeyd edildiyindən yalnız həmin dövrlər sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda adına aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" ASC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X10 Filialının mütəxəssisləri E.Musayevin, V.Musayevin, Kürdəmir rayon Dövlət Arxivinin müdiri Ə.Kərimovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı Kürdəmir rayonu keçmiş “Moskva” adına kolxozda işləməsi faktını araşdırmaq üçün Kürdəmir rayon Dövlət Arxivində yoxlama zamanı vətəndaşın qazanmış olduğu əmək günü və əmək haqqısı aşağıdakı kimi ödəmişdir. 1971-adam günü 75 əmək haqqı 247, 1972-adam günü 112 əmək haqqı 514, 1973-adam günü 80 əmək haqqı 157, 1974-adam günü 80 əmək haqqı 253, 1975-adam günü 333 əmək haqqı 341, 1976-adam günü 95 əmək haqqı 470, 1978-199 adam günü əmək haqqı 936, 1979-adam günü 230əmək haqqı 894, 1980-adam günü 81 əmək haqqı 392, 1988-əmək günü 100, əmək haqqı 449, 1989-əmək günü 289 əmək haqqı 1591, 1990-əmək günü 321 əmək haqqı 2130, 1991-əmək günü 303, əmək haqqı 2318, 1992-əmək günü 264 əmək haqqı 32289. Yoxlama Kürdəmir rayon Dövlət Arxivində saxlanılan keçmiş “Moskva” kolxozun Qaraqocalı kəndi üzrə 3 saylı kolxozçunun əmək stajı və qazancının uçot kitabının 193-cü səhifəsi üzrə aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-195147/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il 11 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü, 1 saylı X10 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971-ci il üzrə 3 ay, 1972-1974-cü illər üzro 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il 1989-1990-cı il üzrə 2 il, 1991-1992-ci illər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı 2 il 7 ay olmaqla onun ümumi 15 il 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Bildiririk ki, 1 saylı X10 Filialının xx.xx.2023-cü il aktına əsasən 1991-ci il üzrə əmək günü normasına düzəliş edildiyindən həmin ildə olan iş stajı sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixinə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-25/2A/2-70/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon “Moskva” kolxozunun 06 saylı əmək stajı kitabında (kitabın başlanğıc tarixi 1980-ci il) İddiaçı adı aşkar edilərək cədvəlin təsdiq olunmuş surəti göndərilir. Lakin “Moskva” kolxozunun Əmrlər kitabı Arxiv idarəsdə təvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-250074/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunan Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövrlərin araşdırılması üçün Fondun 1 saylı X10 Filialına sorğu verilmişdir. Fondun 1 saylı X10 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971-ci il üzrə 3 ay, 1972-1974-cü illər üzrə 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980- ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il, 1989-1990-cı il üzrə 2 il, 1991-1992-ci illər üzrə 1 il əmək fəaliyyəti dövrü İddiaçı sığorta stajına daxil edilmişdir. Bildiririk ki, 1 saylı X10 Filialının xx.xx.2023-cü il aktına əsasən 1991-ci il üzrə əmək günü normasına düzəliş edildiyindən həmin ildə olan iş stajı sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixinə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Fləmçinin 1992-ci il tarixindən sonrakı dövrlər barədə məlumat qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunanlar barədə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-195147/2023 nömrəli məktubu ilə Şirvan İnzibati Məhkəməsinə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-5734/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 1 il 11 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü, 1 saylı X10 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971 -ci il üzrə 3 ay, 1972-1974-cü illər üzrə 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il, 1989- 1990-cı il üzrə 2 il, 1991- 1992-ci illər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək, 01,06.2019-cu il tarixindən 01.01,2020-ci il tarixinədək, 01,04.2020-ci il tarixindən 01,07.2020-ci il tarixinədək, 01,08.2020-ci il tarixindən 01.11,2020-ci il tarixinədək, xx.xx.2021 -ci il tarixindən 01,02.2021-ci il tarixinədək, 01,04.2021-ci il tarixindən xx.xx.2021 ci il tarixinədək, 01,04.2022-ci il tarixindən pensiya hüququnun yarandığı 01,12.2022-ci il tarixinədək 2 il 7 ay əmək fəaliyyəti dövrləri olmaqla onun ümumi 14 il 11 ay 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 11 ay 15 gün sığorta stajına uyğun olaraq 12162,95 manat, xx.xx.2006-cı il tarixindən sonra pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixinədək 2140,64 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) olmaqla, ümumilikdə 14303,59 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 saylı X10 Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən 1991-ci il üzrə əmək günü normasına düzəliş edildiyindən xx.xx.1991 -ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, 1 saylı X10 Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən ’’Moskva” adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd olunduğundan xx.xx.1993- cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixinə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981 -ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-25/2A/2-44/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma aparılmış Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon “Moskova” adına kalxozun 6 saylı kitabının 3-cü səhifəsində(Kitabın başlanğıc tarixi 1980-cı il)İddiaçı barədə əmək haqqı cədvəlləri aşkar edilərəktəsdiq olunmuş surəti Sizə göndərilir.Lakin "Moskova" adına kalxozun işə daxilolma,işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri aşkar edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-25/2A/2-81/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Topalhəsənli kənd "xxxx" kolxozunun 1997-ci il tarixə olan əmək haqqı cədvəlləri aşkar olunmuş, lakin həmin dövürlərdə İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Kürdəmir rayon Topalhəsənli kənd "xxxx" kalxozunun digər illərə olan əmək haqqı cədvəlləri Arxiv Fondunda mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarın surətindən görünür ki, tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə yaşa görə pensiyası hüququ yaranmır. Sosial müavinət almır (işləyir). Akta əsasən 1991-ci ildə əmək günü normasına düzəliş edildiyindən həmin ildə olan iş stajı sosial sığorta stajına daxil edilmir. Həmçinin əmək kitabçasında xx.xx.1980-xx.xx.1980-ci illər səlahiyyətli şəxsin ad soyadı qeyd olunmadığından, xx.xx.1981-xx.xx.1982-ci illərdə olan iş stajı işdən azad olma əmri 1983-cü il tarixi qeyd olunduğundan qeyd olunan dövrlər sosial sığorta stajına daxil edilmir. Həmçinin yoxlama aktına əsasən vətəndaşın “Moskva” adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd olunduğundan sonrakı dövrlər sosial sığorta stajına daxil edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-217924/2024 nömrəli etiraza əlavəsindən görünür ki, İddiaçı yaş tələbini ödəsə də, pensiya kapitalı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində yalnız 01,03.2019-cu il tarixdən etibarən pensiya kapitalı qeydə alınmışdır. İddiaçı fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 ay sığorta stajına uyğun olaraq 2736,06 manat pensiya kapitalı, xx.xx.2022-ci il tarixdən hazırkı tarixədək 1 il 7 ay sığorta stajına uyğun olaraq 1961,18 manat pensiya kapitalı qeydə alınmışdır. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. A.X4 təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı xx.xx.2006-cı il tarixədək 14 il 10 ay 10 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçı mübahisələndirilməyən sığorta stajına xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək, xx.xx.1986-cı il tarixdən 24.07 1987-ci il tarixədək, Fondun 1 saylı X10 Filialının Kürdəmir rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1971 -ci il üzrə 75 gün, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, 1976-cı il üzrə 95 gün, 1978-ci il üzrə 199 gün, 1979-cu il, 1980-ci il üzrə 81 gün, 1988-ci il üzrə 361 gün, 01.01 1989-cu il tarixdən 31 12.1991 -ci il tarixədək və 1992-ci il üzrə əmək fəaliyyəti dövrləri daxildir. Eyni zamanda bildiririk ki, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrlər səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1981 -ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrlər üzrə işdən azad olma əmri 1983-cü il tarixə qeyd edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, 1971-1998-ci illərdə Kürdəmir rayonu Topalhəsənli kəndinin "xxxx" kolxozunda (keçmiş adı ilə “Moskva” kolxozu) işləməsi faktının qarşılıqlı yoxlanılması məqsədilə Fondun 1 saylı X10 Filialı və Kürdəmir rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə birgə akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" kolxozunun 1997-ci ilə aid 19 şəxsi hesab kitabı aşkarlanmış, lakin həmin sənədlərdə iddiaçının adı aşkarlanmamışdır. Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-25RA/2-81/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-48-25RA/2-95/2024 nömrəli məktublarına əsasən həmin kolxozun digər illərə aid əməkhaqqı cədvəlləri arxivdə mövcud deyil. Həmçinin araşdırma zamanı “Moskva” kolxozunun arxivə təhvil verilmiş 3 nömrəli kolxozçunun əmək stajı və əməkhaqqı kitabında İddiaçı 1971-1976, 1978-1980 və 1988-1992-ci illər üzrə əmək günü və əməkhaqqı barədə qeydlər aşkarlanmışdır. Lakin həmin kolxozun arxivə təhvil verilmiş 6 nömrəli kolxozçunun əmək stajı və əməkhaqqı kitabında iddiaçının yalnız 1988-1992-ci illər üzrə əmək günü və əməkhaqqı barədə qeydlər aşkar olunmuşdur. Sonuncu sənəddə 1991-ci il üzrə əmək günü və əməkhaqqı qeydinin üzərindən xətt çəkilmiş və qeydlərə dəyişiklik edilmişdir. Həmin dəyişikliklər qanunvericiliyə uyğun olaraq aparılmamışdır. Bundan əlavə, kolxozun protokol kitabları arxivdə aşkarlanmadığından iddiaçının kolxoz üzvlüyünə daxil olmasını və kolxoz üzvlüyündən azad olmasını araşdırmaq mümkün olmamışdır. Kolxozçunun əmək stajı və əməkhaqqı kitabında minimum əmək günü norması qeyd edilməmişdir. Sözügedən aktda İddiaçı Moskva adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd edildiyi üçün 1992-1998-ci illər sığorta stajına daxil edilməmişdir. Həmçinin, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığına görə pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi də mümkün deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı olduqda, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olubolmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan pensiya kapitalı və sığorta stajı ilə bağlı şərtlər mövcud deyil. Qeyd olunan hallar İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub- olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib- seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, pensiya kapitalı və ya sığorta stajı tələbi ilə bağlı qeyd olunan şərtlər mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta bırının mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. Deməli, Mərkəzi Filial iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-68738/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə sorğuda adları çəkilən şəxslərdən X6 (xx.xx.2009-cu il tarixindən) yaşa görə əmək pensiyası təyin edilərkən onun Topalhəsənli kənd "xxxx" kolxozunda (keçmiş adı “Moskva” kolxozu) işlədiyi illər (1963-1996-cı illər üzrə) əmək fəaliyyəti dövrü kimi nəzərə alınmışdır. Eyni zamanda bildiririk ki, sorğuda adı çəkilən digər şəxs X1 tərəfindən avtomatlaşdırılmış qaydada pensiya təyin edilmiş (xx.xx.2021 -ci il tarixindən) və vətəndaşa məxsus pensiya uçot vərəqində sözügedən kolxoz və digər fəaliyyət yeri və dövrləri ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Əlavə olaraq bildiririk ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından əldə etdiyimiz məlumatlara əsasən sorğuda adı çəkilən üçüncü şəxs X2 Fondun keçmiş Kürdəmir rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və ona pensiya təyin edilərkən kolxozda işlədiyi bütün dövrlər (xx.xx.1975-xx.xx.1980-cı il, xx.xx.1986-xx.xx.1993-cü il tarixləri əhatə edən dövrlər) ümumi iş stajının hesablanması zamanı nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-163363/2025 nömrəli etiraza əlavəsindən görünür ki, məhkəmə icraatının gedişində iddiaçının mübahisələndirilməyən sığorta stajına yenidən münasibət bildirilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il 10 ay 10 gün təşkil edən mübahisələndirilməyən sığorta stajına xx.xx.1976-cı il tarixindən 21 04.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, Fondun 1 saylı X10 Filialının Kürdəmir rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1971 -ci il üzrə 75 gün, xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, 1976-cı il üzrə 95 gün, 1978-ci il üzrə 199 gün, 1979-cu il, 1980-ci il üzrə 81 gün, 1988-ci il üzrə 361 gün, xx.xx.1989-cu il tarixindən xx.xx.1991 -ci il tarixinədək və 1992-ci il üzrə 264 gün əmək fəaliyyəti dövrləri daxildir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində yalnız xx.xx.2019-cu il tarixdən etibarən pensiya kapitalı qeydə alınmışdır. İddiaçı fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 av sığorta stajına uyğun olaraq 2736,06 manat pensiya kapitalı, xx.xx.2022-ci il tarixdən hazırkı tarixədək 1 il 7 ay sığorta stajına uyğun olaraq 1961,18 manat pensiya kapitalı qeydə alınmışdır. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, Fondun 1 saylı X10 Filialının Kürdəmir rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktında İddiaçı Moskva adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd edildiyi üçün 1993-1998-ci illər sığorta stajına daxil edilməmişdir. xx.xx.2024-cü il tarixli 3-17-1/2-217924/2024 nömrəli etiraza əlavədə iddiaçının mübahisələndirilən ümumi iş stajına (dövrlər dəqiq göstərilməklə) münasibət bildirdiklərinə görə təkrarən qeyd etməyi zəruri hesab etmirlər. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş sonuncu yazılı etirazın surətindən xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il 10 ay 10 gün təşkil edən mübahisələndirilməyən sığorta stajına xx.xx.1976-cı il tarixindən 21 04.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək, Fondun 1 saylı X10 Filialının Kürdəmir rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1971 -ci il üzrə 75 gün, xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, 1976-cı il üzrə 95 gün, 1978-ci il üzrə 199 gün, 1979-cu il, 1980-ci il üzrə 81 gün, 1988-ci il üzrə 361 gün, xx.xx.1989-cu il tarixindən xx.xx.1991 -ci il tarixinədək və 1992-ci il üzrə 264 gün əmək fəaliyyəti dövrləri, fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 ay sığorta stajına uyğun olaraq 2736,06 manat pensiya kapitalı, xx.xx.2022-ci il tarixdən hazırkı tarixədək 1 il 7 ay sığorta stajına uyğun olaraq 1961,18 manat pensiya kapitalı qeydə alınaraq mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2022-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 4 halı əsas götürmüşdür: - xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından qeydə alınmaması; - xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olunma əmri 1983-cü il olaraq yazıldığına görə qeydə alınmaması; - xx.xx.1993- cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü əsasən ’’Moskva” adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd olunması səbəbi ilə qeydə alınmaması; - Ümumi iş stajının 25 ildən az olması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş); - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1979-cu il tarixli və xx.xx.1980-cı il tarixli əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.2019-cu il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il 10 ay 10 gün, xx.xx.2006-cı il tarixindən sonra isə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 ay, cəmi 17 il 05 ay 10 gün, eləcə də xx.xx.2022-ci il tarixdən sonraki dövr üzrə 1 il 7 ay sığorta stajının təşkil etdiyi müəyyən edilir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Məhkəmə cavabdehin imtina əsaslarına ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Birinci hal üzrə, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilən hallar üzrə aparılan araşdırma nəticəsində qeyd edilən dövrün əmək kitabçasında öz əksini tapdığı müəyyən edilir. Əmək kitabçasında səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmasa da, işdən çıxma halı möhür və imza ilə təsdiqlənmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasını həmin dövrlər üzrə şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən əmək kitabçasının doldurulma qaydasının pozulması İddiaçı səhvi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə işlədiyi illəri onun sığorta stajına daxil edir. – cəmi 03 ay 18 gün. İkinci hal üzrə, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olunma əmri 1983-cü il olaraq yazıldığına görə qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilən hallar üzrə aparılan araşdırma nəticəsində qeyd edilən dövrün əmək kitabçasında öz əksini tapdığı müəyyən edilir. Belə ki, qeydlərə nəzər yetirilən zaman işdən çıxmanın xx.xx.1982-ci il olduğu öz təsdiqini tapmışdır. Eləcə də, işdən çıxmasına əsas Rusiya Federasiyasında məhkum edilməsi olmuşdur ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlardan 1982-ci ilin sentyabr ayından 1985-ci ilə kimi həbsdə olduğunu təsdiqləmiş, lakin məhkumluğu barədə sənədlərin uzun zaman keçməsi səbəbindən təqdim edə bilmədiyini qeyd etmişdir. Əmrin isə xx.xx.1983-cü il yazılması halına isə iddiaçı münasibət bildirərək işdən xx.xx.1982-ci ildə çıxsa da, əmrin gec verildiyini, lakin işdən azal olma əmrinin surətinin ona təqdim edilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək işləməsi barədə hər hansı bir şübhə olmamışdır. İşdən çıxma əmrinin hər hansı bir səbəbdən gec verilməsi və ya yanlış qeyd edilməsi halı iddiaçının səhvi kimi qiymətləndirilməməlidir. Həmçinin müəssisənin yanlış tərtib etdiyi sənədlərə görə xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək işlədiyi illərin qəbul edilməməsi tərəfin hüquqlarının pozulması ilə nəticələnə bilər. İddiaçının təqdim etdiyi əmək kitabçasını həmin dövrlər üzrə şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işlədiyi illəri onun sığorta stajına daxil edir. – cəmi 01 il 28 gün. Üçüncü hal üzrə, xx.xx.1993- cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü əsasən ’’Moskva” adına kolxozda işlədiyi son tarixin 1992-ci il olaraq qeyd olunması səbəbi ilə qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilən hallar üzrə aparılan araşdırma nəticəsində qeyd edilən dövrün əmək kitabçasında öz əksini tapdığı müəyyən edilir. Belə ki, qeyd edilən dövrlə bağlı araşdırmanın əsasını arxiv sənədləri, qarşılıqlı yoxlama aktı, sorğu cavabları və şahidlərin ifadələri üzrə aparılan araşdırma təşkil etmişdir. İlk öncə əmək kitabçasında qeydlərə əsasən iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək “Moskva” adına kolxozda işləməsi halı müəyyən edilir. İnzibati orqan həmin dövrlərdən xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1988-ci il üzrə 361 gün, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək və 1992-ci il üzrə 264 gün əmək fəaliyyəti dövrlərini mübahisəsiz dövr kimi qəbul etmişdir. Lakin iddiaçının işə qəbulunun xx.xx.1987-ci il tarixi olsa da, həmin hissə də müvafioq sənədlər olmadığından xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixə kimi olan 4 ay müddət staj dövrü nəzərə alınmamış, həmin hissə üzrə etiraz ərizəsində münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə də hər hansı bir şübhə doğuran hal aşkar edilməmişdir. Qeyd edilir ki, həmin dövrlə bağlı arxiv materiallarında ümumi arayışların olmaması da iddiaçının ziyanın şərh edilməməlidir. Eləcə də, əsas məqam həmin dövrdə müəssisənin işlək və aktiv müəssisə olması halıdır ki, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-68738/2025 nömrəli məktubunda qeyd edilən hallar üzrə şahid qismində çıxış edən şəxslərdən X6 (xx.xx.2009-cu il tarixindən) yaşa görə əmək pensiyası təyin edilərkən onun Topalhəsənli kənd "xxxx" kolxozunda (keçmiş adı “Moskva” kolxozu) işlədiyi illər (1963- 1996-cı illər üzrə) əmək fəaliyyəti dövrünün nəzərə alınıdğı müəyyən edilir. – cəmi 04 ay. Digər hissə isə xx.xx.1993-cü ildən sonraki dövrlə bağlıdır. Belə ki, inzibati orqan ’’Moskva” adına kolxozda işlədiyi son tarixin 1992-ci il kimi qeyd edildiyini bildirsə də, iş materiallarına əlavə edilən sənədlərdə qeyd edilən hala rast gəlinmədiyi, qeydlərdə son iş tarixinin 1992-ci il kimi qeyd göstərildiyi faktı aşkar edilməmişdir. Eləcə də, hansı əsaslarla işlədiyi son tarixin 1992-ci il kimi qeyd edildiyi inzibati orqan tərəfindən sübuta yetirilmir. Qeyd edilməli hal iddiaçının işlədiyi ’’Moskva” adına kolxozunun sonrada adının dəyişdirilərək Topalhəsənli kənd "xxxx" kolxozu olmasıdır. Müəssisənin fəaliyyəti üzrə isə dövlət arxivində yalnız 1997-ci il sənədlərinin aşkar edildiyi, həmin sənədlərdə isə iddiaçının adına rast gəlinmədiyi müəyyən edilir. Sənədlərin arxivə verilməməsi hissəsinə isə həm iddiaçı, həmdə məhkəmə iclasında iştirak edən şəxslər münasibət bilddirərək qeyd edilən dövrdə yanğın hadisəsi ilə bağlı olduğu qeyd etmişdirlər. Eləcə də, iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-68738/2025 nömrəli məktubunda qeyd edilən hallar üzrə şahid qismində çıxış edən şəxslərdən X6 (xx.xx.2009-cu il tarixindən) yaşa görə əmək pensiyası təyin edilərkən onun Topalhəsənli kənd "xxxx" kolxozunda (keçmiş adı “Moskva” kolxozu) işlədiyi illər (1963-1996-cı illər üzrə) əmək fəaliyyəti dövrünün nəzərə alınıdğı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, müəssi tərəfindən fəaliyyətində baş v erən yanlışlıqlar, sənədlərin arxivə verilməməsi və düzgün tərtib edilməməsi iddiaçının səhvi kimi qiymətləndirilmir. Lakin məhkəmə hesab edir ki, 1997-ci il tarixli sənədlərdə iddiaçının adı aşkar edilmədiyindən 1997-ci il üzrə olan dövr sığorta stajına əlavə edilməməlidir. xx.xx.1993-cü il tarixindən xx.xx.1997-cı il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə iddiaçının işləməsi halı üzrə şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1997-cı il və xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixədək olan dövrlər üzrə işlədiyi illəri onun sığorta stajına daxil edir. – cəmi 04 il 10 ay 02 gün. Qeyd olunan dövrlər üzər iddiaçının hüququnun yarandığı xx.xx.2022-ci il tarixinədək xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il 10 ay 10 gün təşkil edən mübahisələndirilməyən sığorta stajını, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 ay sığorta stajını və məhkəmə tərəfindən qəbul edilən 06 il 06 ay 18 gün sığorta stajını cəmlədikdə 23 il 11 ay 28 gün ümumi iş stajının mövcudluğu müəyyən edilir. xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə iddiaçının 2022-2024-cü illər üzrə 01 il 07 ay mübahisəsiz stajının olduğu nəzərə alınaraq həmin dövrdə 01 il 02 gün stajın iddiaçının ümumi iş stajına əlavə edildiyi təqdirdə 25 il sığorta stajının yarandığı müəyyən edilir. Odur ki, hesab edilir ki, ididaçının yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Beləliklə, iddiaçıya xx.xx.2023-cü il tarixdən (25 il stajı tamam olan dövrdən) yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-382/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-382/2025
15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver