Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-383/2020 06.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı “müharibə veteranı müavinətinin 1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı müharibə veteranı kimi ödəniləm müavinətin əvvəlki dövr, yəni 1996-cı ildən xx.xx.2017-ci il tarixədək hesablanıb ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(120)-383/2020 saylı qərardadı ilə iddia tələbinə müharibə veteranı müavinətinin 1996-cı il tarixdən xx.xx.2014cü il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, müharibə veteranı müavinətinin 1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2- 1(086)-3388/2017 saylı qərarından görünür ki, İddiaçı müavinətin əvvəlki 3 (üç) il üçün, yəni 31 may 2014-cü il tarixdən 31 may 2017-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2-1(086)- 3388/2017 saylı məktubundan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2-1(086)-3388/2017 saylı qərarı qanuni qüvvəsini almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, ƏƏSMN-yanında DSMF-nun Şirvan şəhər şöbəsi Sizin müraciətinizə cavab olaraq bildirir ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. “Müharibə Veteranları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçrilir. Sosial müavinətlərin təyin olunması və ödənilməsi “Azərbaycan Respublikası Sosial Müavinətlər haqqında Qanuna” uyğun olaraq aparılır. Siz müharibə veteranı vəsiqəsini xx.xx.2017-ci ildə almısınız və şöbəyə xx.xx.2017-ci ildə təqdim etmisiniz. Şöbə tərəfindən Sizin sənədləriniz qəbul olunaraq komissiyada baxılmış və komissiya tərəfindən Veteranlar haqqında qanunun 7-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilib. xx.xx.2017-ci il tarixli, 40/1065 saylı imtina məktubumuza Şirvan Apelyasiya məhkəsinin verdiyi qərarına əsaslanaraq xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq Sizə qalıq məbləğ ödənilib. Hal hazırda 80 manat prezident təqaüdü təyin olunaraq ödənilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 31 may 2017-ci il tarixdə müharibə veteranı olması ilə əlaqədar vəsiqə almış və həmin vəsiqəni aldıqdan sonra cavabdeh inzibati orqana müavinətin təyin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə baxılaraq ona 31 may 2017-ci il tarixdən, yəni müharibə veteranı vəsiqəsi təqdim edilən vaxtdan sonrakı dövrə müavinət təyin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2-1(086)- 3388/2017 saylı qərarından görünür ki, İddiaçı əvvəlki 3 (üç) il üçün, yəni 31 may 2014-cü il tarixdən 31 may 2017-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmış, həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunmuşdur. Sonradan iddiaçı ona təyin edilmiş müavinətin 1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində, yəni müharibə veteranı vəsiqəsi təqdim edilənədək olan dövrə (əvvəlki üç il üçün aldığı dövrdən əvvəlki 18 ilin) müavinətin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən müavinətin ödənilməsindən imtina edilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən maddi hüquq normalarına görə müavinət ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilə bilər. Şifahi məhkəmə baxışı zamanı tətqiq edilən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2-1(086)- 3388/2017 saylı qərarından və iddiaçının izahatından görünür ki, İddiaçı müavinət əvvəlki 3 (üç) il üçün, yəni 31 may 2014-cü il tarixdən 31 may 2017-ci il tarixədək həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb birdəfəyə ödənilmişdir. Belə olduğu halda yəni iddia tələbinin qanuni əsası olmadığı üçün məhkəmə iddiaçının iddia tələbini əsassız, cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı “müharibə veteranı müavinətinin 1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı “müharibə veteranı müavinətinin 1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan müddət ərzində həmin dövrlərdə qüvvədə olan qanunvericiliyə uyğun məbləğlərdə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov .
Məhkəmə qərarları › İş №2-1(120)-383/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-383/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver