Məhkəmə qərarları › İş №2-1(120)-384/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-384/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-384/2024 08.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçılar İddiaçıN və İddiaçı2, Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçıN və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçıN və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-N(N20)-N2N7/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçıN və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçılar İddiaçıN və İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar əkiz qardaşlardır və ona görə də eyni vaxtda hərbi xidmətə çağrılmış, təxris olunana kimi eyni yerlərdə hərbi xidmət etmişlər. Belə ki, N3-cü ilin oktyabr ayının 9-da Beyləqan rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışlar. Hərbi xidmətə N saylı hərbi hissədə başlamışlar. Cəbrayıl, Füzuli, Kəlbəcər rayonları ərazisində hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişlər. N4-cü ildə atəşkəs olunana kimi hərbi hissənin apardığı bütün döyüş əməliyyatlarında iştirak etmişlər. Dəfələrlə yanlarında ağır silah mərmiləri partlamış və bunun nəticəsində biri (İddiaçı2) kar olmuşdur. Hal hazırda da eşitmə qabiliyyəti yoxdur. Onlar N3-cü ilin oktyabr ayından N4-cü ilin yanvar ayına kimi N88 saylı, N4-cü ilin yanvar ayından isə N saylı hərbi hissənin tərkibində xidmət etmiş və həmin hərbi hissələrin apardığı bütün döyüş əməliyyatlarında iştirak etmişlər. Dəfələrlə müraciət etməklərinə baxmayaraq onlara müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirmişdir ki, guya onlar xx.xx.N4-cü ildə hərbi hissəni özbaşına tərk etmişlər. Halbuki onlar N7-ci ilin iyul ayına kimi hərbi xidmətdə olmuşlar. Heç vaxt hərbi hissəni tərk etməmişlər. Füzuli Hərbi Prokurorluğunun arayışından da görünür ki, barələrində heç bir cinayət işi açılmamışdır. Onlar hərbi hissəni özbaşına tərk etmiş olsaydıq barəmizdə hərbi prokurorluq tərəfindən cinayət işi açılmış olardı. Sənədləşmədə aparılmış hansısa səhv qeyd onların barəsində qeyri qanuni qərar verilməsinə səbəb olmuşdur. Faktiki olaraq onlar bir il müddətinə hərbi hissənin tərkibində hərbi əməliyyatlarda iştirak etməklərə baxmayaraq onların hüququ pozulmuş və onlara müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Yuxarıda göstərilənlərə və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsini cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşısında məhkəmə qaydasında tələb qoyulmasına dair qərar verilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda İddiaçıN və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır. İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması və Məhkəmənin sorğusunun icrasını təmin etmək məqsədi ilə tərəfimizdən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin 23 dekabr 2022-ci il tarixli 4/2-8744 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında İddiaçıN komandirin 2N yanvar N4-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin N mart N4-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumatın yazıldığı, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçıN xidməti barədə məlumat aşkar olunmadığı, həmçinin, N nömrəli hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli əmrində N nömrəli hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı2 adının qeyd olunduğu, N nömrəli hərbi hissənin əlifba qeydiyyatı kitabında hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin N mart N4-cü il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazıldığı, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərdə İddiaçı2 xidməti barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Beləliklə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin N4.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, iddiaçılar İddiaçıN və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında iddiaçılar İddiaçıN və İddiaçı2 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndəsi X4 iddia ərizəsinin təmin olunmasına etirazı olmadığını bildirdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıN xx.xx.N975-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İşdə olan seriya AZE0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.N975-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 2N4 nömrəli arayışından görünür ki, Hüseynov X7 rayonu, Qaradağlı kəndində yaşayır. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 2N5 nömrəli arayışından görünür ki, Hüseynov X8 rayonu, Qaradağlı kəndində yaşayır. İş materiallarında olan İddiaçıN məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən (səhf 7) görünür ki, İddiaçıN xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan İddiaçı2 məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən (səhf 7) görünür ki, İddiaçı2 xx.xx.N4-cü il tarixdən xx.xx.N7-ci il tarixədək Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli, 9/2-824 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin İddiaçıN barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız xx.xx.20N8-ci il tarixli, N/H-250 №-li sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.N3-cü il tarixində Beyləqan RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı2 N №-li hərbi hissə komandirinin N2 oktyabr N3-cü il tarixli N №-li əmrilə (əsas: səh.-NN, §-N7, sıra-3N; qeyd: əmrdə adı Əziz yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək sıravi hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin edilmiş və İddiaçıN komandirin N yanvar N4-cü il tarixli N7 №-li əmrilə (əsas: §-7, sıra-55; qeyd: əmrdə adı Əziz yazılmışdır) xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N72 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh.-89, sıra-54N; qeyd: məlumatda adı Əziz yazılmışdır) xx.xx.N3-cü il tarixində Beyləqan RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı2 hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin N4 03 N4-cü il tarixli, N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmiş, lakin hərbi hissəyə daxil olması barədə qeydiyyat aparılmamışdır. Bildiririk ki, komandirin xx.xx.N4-cü il tarixli, N №-li nizami hissə üzrə əmrində İddiaçıN şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçıN xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.20N9-cu il tarixli, N/H-79N3 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin aparatı vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin rəisinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, sizə və qardaşınız İddiaçıN müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N8-ci il və xx.xx.20N8ci il tarixli iclaslarında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli, 9/2-824 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xidmət etdiyiniz N nömrəli hərbi hissəni xx.xx.N4-cü ildə özbaşına tərk etdiyiniz üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə Muharibə veteranı və vəsiqəsinin verilməsi mümkün deyildir. Mərkəzi Arxivin N7.0N 20N8-ci il tarixli, 9/2-824 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xidmət etdiyi N nömrəli hərbi hissəni xx.xx.N4-cü ildə özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən qardasınız İddiaçıN “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, N6/5659 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, NN67 nömrəli məktubda adı göstərilən İddiaçıN və xx.xx.2022-ci il tarixli, NN66 nömrəli məktubda adı göstərilən İddiaçı2 barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 4/2-840N nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə ünvanladığınız xx.xx.2022-ci il tarixli, 2-N(N20)-2950/2022 №-li məktubunuza (Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə xx.xx.2022-ci il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-36, sıra-6N, məlumatda adı “Azər” yazılmışdır) xx.xx.N3-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X3 hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərildiyinə görə komandirin xx.xx.N4-cü il tarixli N7 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N №-li əmrində (əsas: §-N7, sıra-32, səh-NN, əmrdə adı “Azər” yazılmışdır) xx.xx.N3-cü il tarixdə Beyləqan RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü X3 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınması və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N7 №-li əmrində (əsas: §-7, sıra-68, əmrdə adı “Azal” yazılmışdır) xidmətlərini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçıN adı qeyd olunmuşdur. N72 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-89, sıra-544) xx.xx.N3-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçıN hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışar. Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçıN xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-36, sıra-60) xx.xx.N3-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı2 hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərildiyinə görə komandirin xx.xx.N4-cü il tarixli N7 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır. xx.xx.N3-cü il tarixdə Beyləqan RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı2 N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə (əsas: §-N7, sıra-3N, səh-NN) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N7 №-li əmrində (əsas: §-7, sıra-55) xidmətlərini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilən hərbi qulluqçuların siyahısında İddiaçı2 adı qeyd olunmuşdur. N72 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-89, sıra-54N) xx.xx.N3-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı2 hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.N4-cu il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı2 xidməti barədə məlumat aşkar olunmamışdır. Məktubda İddiaçıN və İddiaçı2 xidmət keçdikləri hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar İddiaçıN barədə Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciət əsasında aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N492 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidməti Aparatından daxil olmuş 09.N2 2022-cı il tarixli ƏN/370N nömrəli göstərişə əsasən. Şirvan inzibati Məhkəməsinin 2-N(N20)-2950/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda adı qeyd olunmuş N) xx.xx.N975-ci il təvəllüdlü İddiaçı2 adına yazılmış İlkin Qeydiyyat kartasında-hərbi rütbəsi ehtiyatda olan kiçik çavuş. N2 N0.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində, 2N.0N N4cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində, xx.xx.N4-cü il tarixdən 03.07 N7-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi xx.xx.N7-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 23 06 N7-ci il tarixli 60N saylı Fərmanına və Müdafiə Nazirinin 25.06 N7-ci il tarixli NN0 saylı əmrinə əsasən Silahlı Qüvvələr sıralarından təxris olunması, N0 07 N7-ci il tarixdən Beyləqan RHKda hərbi vəzifəlilərin qeydiyyatına alınması yazılmışdır. Füzuli Hərbi Prokurorluğunun 06 N0 2022-ci il tarixli N6/56599 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işi yoxdur. 2) xx.xx.N975-ci il il təvəllüdlü İddiaçıN adına yazılmış Qeydiyyat kartasında-hərbi rütbəsi ehtiyatda olan əsgər. 2N 0N.N4-cü il tarixdən N4 03.N4 cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində. N7.NN N4-cü ıl tarixdən 03.07 N7-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, 03 07 N7-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.N7-ci il tarixli 60N saylı Fərmanına və Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli NN0 saylı əmrinə əsasən Silahlı Qüvvələr sıralarından təxris olunması, xx.xx.N7-ci il tarixdən Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına alınması yazılmışdır. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, N6/56599 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işi yoxdur. İddiaçı2 və İddiaçıN Kərən oğlu tərəfindən təqdim edilmiş sənədlərin kserosurətləri Sizin ünvanınıza göndərilir. Məhkəmənin yekun qərarının SHXÇDX-nin Aparatına təqdim edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsinin ünvanına göndərilməsinə aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 38/N37-202N2-N222 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 25 oktyabr 2022-ci il tarixli 2-N (N20)-2940/2022 saylı rayon polis şöbəsinə daxil olmuş məktubunuza baxılmışdır. Məktubda adları qeyd olunan Beyləqan rayon Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan İddiaçıN və İddiaçı2 barəsində rayon polis şöbəsinədə cinayət və ya təqsirləndirici materialları yoxdur. Odur ki, məlumat üçün sizə bildiririk. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023cü il tarixli, 260 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də sıravi İddiaçıN dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: N) N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 3N5 №-li əmrilə N saylı hərbi hissənin əsgəri kimi N7 noyabr N4-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir; 2) Daxili qoşunların komandanının xx.xx.N4-cü il tarixli 257 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 352 №-li əmrilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsini müxtəlif vaxtlarda özbaşına tərk edərək N saylı hərbi hissəyə gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; 3) N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 97 №-li əmrilə qospitaldan gəlmiş hesab edilmişdir (qospitala hansı tarixdə getməsi barədə əmr aşkar olunmadı); 4) N saylı hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli N3N №-li əmrilə Daxili Qoşunların qospitalma getmiş və xx.xx.N5-ci il tarixli N45 №-li əmrlə qospitaldan gəlmiş hesab edilmişdir; 5) N saylı hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 83 №-li əmrilə komendant bölüyünün 2-ci taqımının 3-cü bölməsinin komandiri vəzifəsinə təyin edilmişdir; 6) Azərbaycan Respublikası Prezidentinin xx.xx.N7-ci il tarixli 60N saylı Fərmanına və MN-in xx.xx.N7-ci il tarixli NN0 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N86 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyəti siyahısından və bütün təminat növlərindən çıxarılıb, qeydiyyata alınmaq üçün N57 saylı keçid vərəqəsi ilə Beyləqan RHK-nın sərəncamına göndərilmişdir. Arayış Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim olunur. İşdə olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023cü il tarixli, 26N nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də sıravi İddiaçı2 dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 7) N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 3N5 №-li əmrilə N saylı hərbi hissənin əsgəri kimi N7 noyabr N4-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir; 8) Daxili qoşunların komandanının xx.xx.N4-cü il tarixli 257 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 352 №-li əmrilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsini müxtəlif vaxtlarda özbaşına tərk edərək N saylı hərbi hissəyə gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; 9) Azərbaycan Respublikası Prezidentinin xx.xx.N7-ci il tarixli 60N saylı Fərmanına və MN-in xx.xx.N7-ci il tarixli NN0 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N86 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyəti siyahısından və bütün təminat növlərindən çıxarılıb, qeydiyyata alınmaq üçün N7N saylı keçid vərəqəsi ilə Beyləqan RHK-nın sərəncamına göndərilmişdir. Arayış Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim olunur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid – XN0 ifadəsində bildirmişdir ki, N975-ci il tarixdə Beyləqan rayonunun Əhmədli kəndində anadan olmuşdur. N3-cü il tarixdə Çağırışla hərbi xidmətə getmişdir. İddiaçılarla eyni tarixdə xidmətə getmişdir. Füzuli, Cəbrayıl və Murovdağ uğrunda gedən döyüşlərdə birlikdə iştirak etmişdirlər. Axırınci dəfə iddiaçıları N3-cü ildə Murovda görmüşdür. N7-ci ildə təxris olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında dindirilmiş şahid – X9 ifadəsində bildirmişdir ki, N975-ci il tarixdə Beyləqan rayonunun Qaradağlı kəndində anadan olmuşdur. N3-cü il tarixdə Çağırışla hərbi xidmətə getmişdir. İddiaçılarla eyni tarixdə xidmətə getmişdir. Füzuli, Cəbrayıl və Murovdağ uğrunda gedən döyüşlərdə birlikdə iştirak etmişdirlər. Axırınci dəfə iddiaçıları N3-cü ildə Murovda görmüşdür. N7-ci ildə təxris olmuşdur. İşdə olan MV 0N450N nömrəli vəsiqənin surətindən görünür ki, X6 xx.xx.N8-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmişdir. İşdə olan MV 0N4508 nömrəli vəsiqənin surətindən görünür ki, X5 xx.xx.N8-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son -hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərindən görünür ki, xx.xx.N3-cü il tarixdə Beyləqan RHKdan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı2 hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.N4-cu il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı2 xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin N975-ci il təvəllüdlü İddiaçıN hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat yazılmışdır. Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçıN xidməti barədə məlumat aşkar olunmamışdır. Lakin iddiaçıya məxsus hərbi biletlərin surətindən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N492 nömrəli məktubundan, Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 260 və 26N nömrəli arxiv arayışlarından, o cümlədən şahid ifadələrindən müəyyən olunur ki, İddiaçıN xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək Füzuli, Cəbrayıl və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin digər İddiaçı2 xx.xx.N4-cü il tarixdən xx.xx.N7-ci il tarixədək Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıların hərbi hissəni özbaşına tərk etdiyi barədə imtinada qeyd edilsədə, o halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, cavabdeh isə bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Füzuli Hərbi Prokurorluğunun arayışından da görünür ki, barələrində heç bir cinayət işi açılmamışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçılar İddiaçıN və İddiaçı2 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçılar İddiaçıN və İddiaçı2 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar