Məhkəmə qərarları › İş №2-1(120)-384/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-384/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-384/2025 16.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tаriхli, 2-1(120)-984/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17-4/3-3-3704/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi və ona xx.xx.2024-cü il tarixdən 65-80 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-384/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Ağsu rayonu Ağabəyli kəndində anadan olmuşdur. 1984-cü il tarixdə Əli Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən X13 həqiqi hərbi xiddmətə çağrılmışdır. 1986-cı il tarixdə X9 tərxis olmuşdur. 1991-ci il tarixdə Azərbaycan Ordusu yarandığı gündən 2000-ci ilədək Azərbaycan Ordusu sıralarında xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 94 rt saylı xx.xx.1996-cı il tarixli əmrinə əsasən leytenant rütbəsi, 094 saylı xx.xx.1998-ci il tarixdə baş leytenant rütbəsi almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0289 saylı 25.06.200-ci il tarixli əmri ilə 156-cı maddənin “A” bəndinə əsasən (xidmət müddətim başa çatdığına görə SQ ehtiyata təxris olmuş) xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Dağlıq Qarabağ döyüş bölgəsində iştrak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə xəsarət almışdır. Ona xx.xx.2008-xx.xx.2011-ci il tarixləri arasında İİİ qrup əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. 2011-ci ildə əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı İİ qrup (Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Postravmatik ensefalopatiya. Asteno-nevrotik hal) diaqnozu qoyulmuş və xx.xx.2011-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2011-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində ”Qapalı kəllə-beyin travması Baş beyin silkələnməsi” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi tramva olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək əlillik müddəti müəyyən olunmuşdur. Təkrar xx.xx.2016-ci il tarixdən əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin aşağıdakı hallara əsasən hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iş materiallarında olan iddiaya qarşı etirazında qeyd etmişdir ki, icraatınızda olan İddiaçı “əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair dair etirazı diqqətinizə təqdim edirik. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 27 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 200 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, Bas beyin silkələnməsi diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş əsməsi, başda uğultu, yaddaş zəifliyi, əsəbilikdən, qıcolma tutmalarından, aşağı ətrafların hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı nevroloji defisit izlənilməmiş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış, nevroloji sınaqları uğurla yerinə yetirmiş, Romberq vəziyyətində dayanıqlı, hərəkətlər tam həcmdə olmuş, atrofiya, parez, iflic izlənilməmişdir. Anamnestik məlumatlarda təsvir olunmuş qıcolma tutmaları, epitutmanı təsdiqləməmişdir. Psixiatriya xəstəxanasından müalicə sənədləri və reseptlər təqdim etsə də, hal-hazırda dərman qəbul etmədiyini, heç vaxt psixiatrik xəstəxanada müalicə almadığını bildirmiş, 2016-2017-ci ilə qədər aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 12159 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” kimi qeyd edilmişdir. X10 xx.xx.2023-ci il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi "Diffuz rezidual-organik tipli dəyişiklikər fonunda orta sturukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X7 xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Subaraxnoidal şırımların genişlənməsi və kortikal qırışların atrofiyası aşkarlanır. Burun sümüklərinin və sol ziqomatiko-maksillyar kompleksin köhnə sınıqları qeyd olunur. Soldan orbitanın, haymor boşluğunun, etmoidal labirintin tamlığı pozulub kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü ii tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). Aortaİ və Mitraİ qapaqlar fibrotikdir. Min MR. Perikard təmizdik kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X8 müayinəsinin nəticəsi “Hepatosteatoz. Grade 2” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftolmoloq müayinəsinin nəticəsi “OD- Pterigium İİ mərhələ. OU-Yetişməmiş katarakta” kimi müəyyənləşdirilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər, iddiaçının aşkar surətdə bundan məlumatı olmuşdur. Cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Nəzərə almağınızı xahiş edirik. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 200 nömrəli qərarında qeyd edilmişdir: Şirvan ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Əli- Bayramlı mərkəzi şəhər xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi» (Şirvan ŞHK-nın xx.xx.2011-ci il tarixli 328 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli 327 nömrəli arayışı. Əli-Bayramlı mərkəzi şəhər xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHPdan verilmiş xx.xx.1994-cü il tarixli 3955 saylı arayış, MN MHHK-nın həkim mütəxəssisinevropatoloqun rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-15396/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, 2-1(120)-984/2024 nömrəli məktublarınıza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra- Agentlik) baxılmışdır. Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının N00048876JGN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti Sizə təqdim olunur. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli, 3-17-4/3-3-3704/2024 saylı qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 18 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 11. Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-6408/2023). Vətəndaş 3-17-4/1-12409/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 984/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011ci il tarixli 200 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. 2 saylı X1 xx.xx.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-organik tipli dəyişikliklər fonunda orta strukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 2 saylı X1 xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X7 xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrısı ilə təzahür edən keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin strukturlarının sonrakı vəziyyəti. Postravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı baş əsməsi, başda uğultu, yaddaş zəifliyi, əsəbilikdən, qıcolma tutmalarından, aşağı ətrafların hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı nevroloji defisit izlənilməmiş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış, nevroloii sınaqları uğurla yerinə yetirmiş, Romberq vəziyyətində dayanıqlı, hərəkətlər tam həcmdə olmuş, atrofiya, parez, iflic izlənilməmişdir. Anamnestik məlumatlarda təsvir olunmuş qıcolma tutmaları, epitutmaları təsdiqləməmişdir. Psixiatriya xəstəxanasından müalicə sənədləri və reseptlər təqdim etsə də, hal-hazırda dərman qəbul etmədiyini, heç vaxt psixiatrik xəstəxanada müalicə almadığını bildirmiş, 2016-2017-ci ilə qədər aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. ”kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yaddaş zəifliyi, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında güllə yaralanmasını, kəllə beyin travması almasını, ailəsinin uzun müddət öncə onu tərk etdiyini bildirmişdir. Medikamentoz preparatlardan Depakin 300mg, Fenozepam qəbul etdiyini qeyd etmişdir. Psixiatrik xəstəxanaya müraciət səbəbini yaddaş zəifliyi və ağrı ilə əlaqələndirmişdir. Müayinə zamanı alın nahiyəsində çapıq izlənilmişdir. Psixi statusu: təqdim olunan MRT müayinəsində travma nəticəsində (Hərbi qərarda yaralanma yerinə uyğun) ensefalomalazik sahələr təsdiqlənməmişdir. 2023-cü ildən başlamış psixiatrik ağırlaşmaların 30 il öncəki travma ilə əlaqələndirilməsi istər sənədləşmə, istər instrumental olaraq hərbi travma ilə əlaqələndirilməmişdir. Müayinə zamanı emosional stabil olmuş, patoloji affekt halı izlənilməmişdir. Müayinə və analiz qabiliyyəti təhrif olunmamış, təfəkkür ardıcıl və məntiqi izlənmişdir. Bütün klinik əlamətlər və instrumental müayinə nəticələri nəzərə alınaraq vətəndaşın kənar şəxsin nəzarətinə və ya qulluğuna səbəb olan psixi vəziyyəti aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-1002/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 aprel 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə xx.xx.2008-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcəli əlilliyə görə, xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə İİ dərəcəli əlilliyə görə əmək pensiyası ödənilib. Əlillik dərəcənizin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişiniz 1 iyun 2021-ci il tarixindən dayandırılıb. Sonuncu pensiya ödənişi 767,88 manat təşkil edib. Xahiş edirik, nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T 889/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 1966-cı il təvəllüdlü vətəndaş Əhmədov Sərxan oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı 2 saylı Klinik Psixiatriya xəstəxanasında 03.10-xx.xx.2023-cü il tarixlərdə “Baş beyinin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” diaqnozu ilə müalicədə olmuşdur. İş materiallarına əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün onun adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı fəsadı. Ağırlaşmalar: Xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik serbrasteniya, ensefalopatiya” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı əmək qabiliyyətinin itirilməsi 0% qeyd edilmişdir. “Baş beyinin üzvi xəstəliyi (QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” xəstəliyindən əziyyət çəkən xəstələr poliklinikada qeydiyyata götürülməklə mütəmadi müalicəyə cəlb olunurlar. 2.3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 12159 nömrəli arayışından görünür ki, İddiaçı F 07.0 kodu, üzvi xəstəliyi, (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1/383 nömrəli həkim Psixiatr Komissiyasının 382 nömrəli rəyindən görünür ki, İddiaçı F 07.0 kodu, baş beynin üzvi xəstəliyi, (QNBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi diaqnozu qoyulmuşdur. İddiaçı əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı iddiaçıya əlilliyin təyinatından imtina qərarını əsassız hesab edir. Bundan əlavə iş materialları ilə müəyyn olunur ki, iddiaçıya dəfələrlə əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi hissəsində “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 200 nömrəli qərarı nə qədər ki qüvvədədir iddiaçıya əlillik təyin olunarkən də əlilliyin səbəb əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona Mərkəzi Hərbi Həkim Komisiyası tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, 200 nömrəli qərarı ilə müəyyən olunmuş «Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi», həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1/383 nömrəli həkim Psixiatr Komissiyasının 382 nömrəli rəyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 12159 nömrəli arayışına əsasən baş beynin üzvi xəstəliyi, (QNBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi diaqnozu, üzvi xəstəliyi, (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində yaddaşın zəifliyi, şəxsiyyət pozuntuları ilə F07.0 diaqnozunun verilməsindən cavabdeh inzibati orqan tərəfindən imtinanın verildiyi bu müddət ərzində xəstəliyinin aradan qaldırılması, hazırda iddiaçının göstərilən xəstəliklərdən əziyyət çəkməməsi və heç bir müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə təkrar-təkrar ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Halbuki, İddiaçı xəstəliyi ilə bağlı təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin F 06 və F 07.0 bəndinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında, həmçinin iddiaçıya əlillik təyinatından bütün imtinalarında qeyd olunan səbəblər (ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və mualicə olunmasina ehtiyac var) heç bir dəlil-sübutla əsaslandırılmadan, izahı və açıqlamaları tibbi sənədlərlə təsdiq olunmadan əlillik təyinatından imtina edilməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etməsini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona 35-60 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2 bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçı “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağır eşitmə diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2.1 bəndinə əsasən 35-60 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi, imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə tam riayət etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməli, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməli, ona 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 7-ci bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. Məhkəmə qeyd olunan normativ aktın tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə (ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi) qismən təmin edilməli, orqanizminin funksiyalarının 35-60 faiz pozulması ilə əlaqədar iddiaçıya 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X12 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X12 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarı ləğv edilməli, İddiaçı 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 06 may 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarı ləğv edilsin, İddiaçı sağlamlıq imkanları 35-60 faiz məhdud olmaqla 2 il müddətinə əlilliy təyin edilsin və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar