Məhkəmə qərarları › İş №2-1(120)-3847/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3847/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3847/2025 14.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X5 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum aktı qeydindəki Mehdiyev(a) soyadına düzəliş edilərək Əliyev(a) soyadına keçirilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar hər üçü doğma bacı və qardaşdırlar. Eyni atanın, eyni ananın övladlarıdırlar. Ata və ana dünyasını dəyişmişdir. Onların doğum şəhadətnaməsində soyadları Mehdiyev(a) göstərilsə də digər bütün sənədlərdə soyadları Əliyev(a) kimi qeyd olunmuşdur. Bir sıra sənədləşmə işlərində bu onlara çox böyük əngəllər və çətinliklər yaradır. Soyadlarının Mehdiyev(a)-dən Əliyevə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Cavabdehnə müraciət etmişlər. Onlar kimi Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilir. Onların xx.xx.2025-ci il tarixli ərizələrini nəzərdən keçirən qeydiyat şöbəsi eyni tarixli məktubla düzəlişə əsaslar olmadığını və təqdim edilən sənədlərdə ziddiyət olduğunu bildirərək bu məsələnin məhkəmədə həllini tövsiyə etmişdir. Yenidən doğum şəhadətnaməsindəki Mehdiyev(a) soyadına qayıtmaq onlar üçün gələcəkdə bir çox problemlərlə üzləşəcəklərini göstərir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X9 gəlmiş, Cavabdeh nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X9 iddia ərizəsinin təmin edilməsini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı1, İddiaçı2 və İddiaçı3 konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materialarında olan: Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı3 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı3 barəsində tərtib edilmiş 66 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyeva”, təqdim edilən sənədlərdə soyadı “Əliyeva” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunan sənədlərdə ziddiyət olduğuna görə xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı3 barəsində tərtib edilmiş 66 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyeva”dən “Əliyeva”ya düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-Ə-504/2025 nömrəli arayışında qeyd edilmişdir ki, X7 xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 66 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X2r. Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı2 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı2 barəsində tərtib edilmiş 49 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyev”, təqdim edilən sənədlərdə soyadı “Əliyev” kimi yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunan sənədlərdə ziddiyət olduğuna görə xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı2 barəsində tərtib edilmiş 49 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyev”dən “Əliyev”ə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1977-ci il tarixdə Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı1 barəsində tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Mehdiyev”, təqdim edilən sənədlərdə soyadı “Əliyev” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində .dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunan sənədlərdə ziddiyət olduğuna görə xx.xx.1977-ci il tarixdə Ağcabədi rayonu, Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı1 barəsində tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Mehdiyev”dən “Əliyev”ə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-Ə-503/2025 nömrəli arayışında qeyd edilmişdir ki, X8 xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 49 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X2r. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-Ə-502/2025 nömrəli arayışında qeyd edilmişdir ki, X6 xx.xx.1977-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1977-ci il tarixdə Ağcabədi rayonu Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 21 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X2r. xx.xx.1981-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1981ci ildə Ağcabədi rayonu, Avşar kəndində doğulmuşdur. X3, anası X2r. xx.xx.1984-cü il tarixli İX-ЖГ № 438897 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx.xx.1984-cü ildə Ağcabədi rayonu, Avşar kəndində doğulmuşdur. X3, anası X2r. xx.xx.1977-ci il tarixli İX-ЖГ № 392625 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1977-ci ildə Ağcabədi rayonu, Avşar kəndində doğulmuşdur. X3, anası X2r. xx.xx.2025-ci il tarixli, AZ-İİ№ 464428 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2025-ci ildə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli, AZ-İİ№ 424469 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1977-ci il tarixdə doğulmuşdur, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1981-ci il tarixdə doğulmuşdur, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1984-cü il tarixdə doğulmuşdur, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatdadır. xx.xx.1984-cü il tarixli, 66 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə doğulmuş, X3, anası X2r. xx.xx.1981-ci il tarixli, 49 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə doğulmuş, X3, anası X2r. xx.xx.1977-ci il tarixli, 21 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X6 xx.xx.1977-ci il tarixdə doğulmuş, X3, anası X2r. xx.xx.1973-cü il tarixli, 03 nömrəli Nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X11 ilə X1 aralasında rəsmi nikah bağlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsi: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçıların hüquqi marağı onlara məxsus doğum haqqında akt qeydində dəyişiklik edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının doğulması faktını təsdiq edən əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı hər 3 akt qeydində iddiaçıların soyadları Mehdiyev və Mehdiyeva kimi qeyd edilmişdir. İddiaçılar qeyd edir ki, onlara məxsus digər səndlərdə soyadları Əliyev və Əliyeva kimi qeyd edildiyinə əsasən doğum akt qeydində də o yöndə dəyişiklik edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1984-cü il tarixli, 66 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə doğulmuş, X3, anası X2r. xx.xx.1981-ci il tarixli, 49 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə doğulmuş, X3, anası X2r. Və xx.xx.1977-ci il tarixli, 21 nömrəli Doğum haqqında akt qeydindən isə görünür ki, X6 xx.xx.1977-ci il tarixdə doğulmuş, X3, anası X2r. İddiaçılara məxsus sözügedən doğum akt qeydlərində valideynlərinin soyadı da Mehdiyev, Mehdiyeva kimi qeyd edilmişdir. Və Ailə Məcəlləsinin 53.3-cü maddəsində də qanunvericinin müəyyən etdiyi kimi uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Belə olan halda məhkəmə müəyyən edir ki, iddiaçıların doğum akt qeydlərində heç bir səhvə yol verilməmişdir və məhkəmənin qənaətinə görə onlara münasibətdə doğum akt qeydində düzəliş edilərək soyadlarının dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçıların hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, digər sənədlərdə iddiaçıların soyadının doğum akt qeydində qeyd olunan soyadlarına uyğunlaşdırılması üçün müvafiq orqanlara müraciət etmək hüquqları vardır. Bundan əlavə iddiaçılar soyadlarının dəyişdirilməsi ilə bağlı da qanunamüvafiq qaydada inzibati orqana müraciət edə bilərlər. Beləliklə də, məhkəmə müəyyən edir ki, iddiaçıların doğum akt qeydində heç bir səhv olmamış və belə olan halda məhkəmənin qənaətinə görə iddiaçıların doğum akt qeydində düzəliş edilərək soyadlarının dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçıların hüquqlarının pozulması ilə nəticələnməmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum aktı qeydindəki Mehdiyev(a) soyadına düzəliş edilərək Əliyev(a) soyadına keçirilməsi” tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar