Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-385/2021 05.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, üçüncü şəxs X2 (İmişli şəhəri, Bakı küçəsi, ev 174-də yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X4 (İmişli şəhəri, M.Müşviq küçəsi, ev 04-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı 22.12.2014-cü il tarixli, seriya RX ******* nömrəli və 27.12.2014-cü il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.12.2014-cü il tarixli, seriya RX ******* nömrəli və 27.12.2014-cü il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı «xxxx” Qapalı Səhmdar Cəmiyyətinin və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı «xxxx” Qapalı Səhmdar Cəmiyyətinin və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dəmir yollarının mühafizə zonasında qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər çərçivəsində İmişli rayonu ərazisində vətəndaş X10 və X5 “xxxx” QSC-nin İmişli stansiyasının ərazisində dəmir yolu xəttinin 125 km pk1-də, dəmir yolu oxundan 38 metr məsafədə mühafizə zonasında qanunsuz tikili inşa etdiyi müəyyən edilmişdir (həmin ərazidə dəmiryolunun mühafizə zolağı 110 metr təşkil edir). Həmin tikilinin sökülməsi üçün tərəflərindən İmişli Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmə baxışı zamanı X10 və X12 tikilinin və altındakı torpaq sahəsinin onların qanuni mülkiyyətində olduğunu bildirərək, buna əsas olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.12.2014-cü il tarixli seriya RX № ******* nömrəli və 27.12.2014-cü il tarixli seriya RX № ******* nömrəli dövlət reyestrindən çıxarışları məhkəməyə təqdim etmişlər. Dövlət reyestrindən çıxarışlara əsasən İmişli şəhəri, Həzi Aslanov küçəsi 1 saylı ünvanda yerləşən, sahəsi 0,098 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində olan, sahəsi 81,9 kv.metr olan mənzil X10 və X5 xüsusi mülkiyyətinə verilmiş, həmçinin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpağı kimi qeyd edilmişdir. İmişli Rayon Məhkəməsi tərəfindən 10.09.2020-ci il tarixdə qətnamə qəbul olunmuş və qətnamə 02.10.2020-ci il tarixdə rəsmi qaydada “xxxx” QSC-yə göndərilmişdir. Qətnamədə göstərilmişdir ki, “xxxx” QSC-nin mübahisələndirdiyi torpaq və qanunsuz tikili məhz X10 və X5 xüsusi mülkiyyətlərində olan torpaq və tikili ilə üst-üstə düşür. Halbuki həm torpaq sahəsinin, həm də tikilinin yerləşdiyi ərazi dəmir yolunun mühafizə zolağıdır və həmin ərazinin xüsusi mülkiyyətə verilməsi qanunsuzdur. Bu səbəbdən həmin dövlət reyestrindən çıxarışlar ləğv olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci bəndinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların tələblərinə əsasən mübahisəli ərazidə dəmir yolunun təhkim zolağının eni 110 metr təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Göründüyü kimi qanunvericilikdə nəqliyyat təyinatlı torpaqların xüsusi mülkiyyətə keçməsinə icazə verilməmiş, həmin torpaqlarla bağlı yalnız məhdud qaydada icarə münasibətlərinə hüquqlar verilmişdir. Mübahisəli torpaq sahəsi "xxxx" QSC tərəfindən X2 və X5 istifadə və ya icarəsinə verilməmişdir. Belə olan halda İmişli stansiyasının ərazisində dəmir yolu oxundan 38 metr məsafədə yerləşən torpaq sahəsinin və üzərindəki tikilinin xüsusi mülkiyyətə verilməsi qanunsuzdur və həmin qanunsuz verilmiş dövlət reyestrindən çıxarışlar ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 izahat verərək bildirdi ki, 22.12.2014-cü il tarixli, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ona qanuni əsaslarla verilmişdir. Ona görə də iddianın təmin edilməməsi qərar qəbul edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X13 izahat verərək bildirdi ki, 27.12.2014-cü il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ona qanuni əsaslarla verilmişdir. Ona görə də iddianın təmin edilməməsi qərar qəbul edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan İmişli bələdiyyəsinin 22.06.2007-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən götünür ki, İmişli şəhər sakini X11 şəhərin H.Aslanov küçəsinin başlanğıcında, sağ tərəfdə, YDM-nin arxasında İmişli bələdiyyəsi torpağından həyətyanı üçün alqı-satqı yolu ilə 980 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. İş materiallarında olan A 009024 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən götünür ki, İmişli bələdiyyəsinin 22.06.2007-ci il tarixli, 06 saylı qərarı ilə həyətyanı məqsədi üçün X11 ayrılmış 980 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X16 kitabında 28.09.2007-ci il tarixdə 118 nömrə ilə uçota alınmışdır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 24.11.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Həzi Aslanov küçəsi, 1 ünvanda yerləşən 0,098 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya MH ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsində istifadədə olan 0.016 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 81.9 kv.m ümumi, 42.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 19 oktyabr 2014-cü il tarixli, AN-İ ******* və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən surətindən görünür ki, X8 nümayəndəsi X14 tərəfindən X11 məxsus mənzil X6 və X1. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi 1 ünvanında yerləşən 0,098 ha torpaq sahəsinə X5 və X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 1, mənzil 1 ünvanında yerləşən mənzilə X5 və X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, reyestrdəki mübahisələndirilən qeydiyyat İmişli bələdiyyəsinin 22.06.2007-ci il tarixli, 06 saylı qərar əsasında aparılmışdır. Belə olan halda iddiaçı hüquqi marağına uyğun olaraq İmişli bələdiyyəsinin 22.06.2007-ci il tarixli, 06 saylı qərarını mübahisələndirməlidir. Ancaq iddiaçı məhkəmədən 22.12.2014-cü il tarixli, seriya RX ******* nömrəli və 27.12.2014-cü il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən qeyd olunanlarla bağlı iddiaçıya 12 noyabr 2020-ci il tarixli, 2- 1(120)-1787/2020 nömrəli hüquqi yardım məktubu göndərilsə də, xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı 22.12.2014-cü il tarixli, seriya RX ******* nömrəli və 27.12.2014-cü il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-385/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-385/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver