Məhkəmə qərarları › İş №2-1(120)-385/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-385/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-385/2022 13.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehin (işəgötürənin) Azərbaycan Respublikası X4 xx.xx.2021-ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubuna əsasən, “Dövlət Qulluğu haqqında” AR.Qanunun 33.1.4-cü maddəsi ilə Ağcəbədi rayon İH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən kənarlaşdırıldığına dair 13 sentyabr 2021-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tаriхli, 2-1(120)-1775/2021 nömrəli qərardadı ilə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “cavabdehin (işəgötürənin) AR.X4 xx.xx.2021-ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubuna əsasən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.4cü maddəsi ilə Ağcəbədi rayon İH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən kənarlaşdırıldığına dair 13 sentyabr, 2021-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” kimi bахılmаsı, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayon İH Başçısının 11 mart 2014-cü il tarixli əmr ilə dövlət qulluğuna qəbul edilmişdir. Ağcabədi rayon İcra Hakimimiyyəti Başçısı Rafil Hüseynovun 13 sentyabr 2021-cİ il tarixli, 194 saylı əmri ilə AR.X4 xx.xx.2021 -ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubu əsas götürülərək “Dövlət qulluğu haqqında" AR.Qanunun 33.1.4-cü maddəsi ilə Ağcabədi rayon İH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməyi ilə bağlı məhkəməyə müraciət etmək fikirindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9cu maddəsinin “q" bəndinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü bəndinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 292-ci maddəsinin 1 -ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən 2-ci hissədə nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə biləvasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı faktiki əsasları diqqətinizə çaldırıram: işdən azad olunmağına dair əmrdən görünür ki, o Ağcabədi rayon lH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi- baş mühasibi vəzifəsindən kənarlaşdırılarkən AR.X4 16.08.202 İ -ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubuna istinad olunmuşdur. AR.X4 16 avqust 2021 -ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubunda qeyd olunmuşdur: “Dövlət qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilən məlumatlara görə İddiaçı Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2015-ci ildə verilən YB seriyalı. 020184 nömrəli yenidənhazırlanma diplomu mövcuddur. Mərkəz tərəfindən X5 Universitetinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki. İddiaçı yenidənhazırlanma diplomunu baza təhsilini təsdiq edən 27 fevral 1984-cü il tarixdə Şuşa Kənd ləsərrüfalı texnikumu tərəfindən verilmiş XKT seriyalı, 034155 nömrəli (qeydiyyat nömrəsi 3006) diplomu təqdim etməklə əldə etmişdir. Mərkəz tərəfindən dövlət orqanına verilmiş şifahi sorğuya əsasən İddiaçı ali təhsil haqqında diplomunun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli. 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın 3.3.5-ci bəndinə görə mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyil, işə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir “.Göründüyü kimi adı çəkilən məktubda dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş 2015-ci il tarixli, YB seriyalı, 020184 nömrəli yenidənhazırlanma diplomu baza təhsili diplomu ilə birgə təqdim edilmədiyindən işə qəbulun qanunsuz hesab edilmiş və həmin əsasla da işdən kənarlaşdırılmışdır. Bununla bağlı olaraq dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş 2015-ci il tarixli, YB seriyalı, 020184 nömrəli yenidənhazırlanma diplomunu X6 Texnikumu tərəfindən baza təhsili diplomu olaraq verilmiş xx.xx.1984-cıi il tarixli. XK İ seriyalı. 034155 nömrəli (qeydiyyat nömrəsi 3006) diplomu ilə birlikdə təqdim etmişdir. Qeyd etmiş olduğum səbəbdən AR.X4 xx.xx.2021-ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubuna əsasən "Dövlət qulluğu haqqında" AR.Qanunun 33.1.4-cü maddəsi ilə Ağcabədi rayon İH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi- baş mühasibi vəzifəsindən azad edilməsinə dair Cavabdeh Başçısı Rafil Hüseynovun 13 sentyabr 2021-cİ il tarixli, 194 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Tutmuş olduğu vəzifənin öhdəsindən daima layiqincə gəlmiş, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafeylərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cıı maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MM-nin 20-ci maddəsinə əsasən şəxslərin öz mülki hüquqlarını qanunvericilikdə qadağan edilməyən bütün üsullarla özünümüdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə yol verilir. Konstitusiyanın 71ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş «İnsan Hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsində göstərilir ki, hər bir insan Konstitusiyanın və ya qanunun ona verdiyi əsas hüquqların pozulması zamanı həmin hüquqların səlahiyyətli Milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və X1 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16 dekabr 1966-cı il tarixdə BMT-nin Baş Məclisinin qətnaməsi ilə qəbul olunmuş «Mülki və Siyasi hıquqlar haqqında Pakt»ın 14-cü maddəsinə əsasən hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir.“İnsan hüquqlarının müdafiəsi və azadlıqları haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı bir cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir.Beləliklə, iddiaçı qeyd edilən normativ hüquqi aktları və işin yuxarıda şərh olunan taktiki hallarını nəzərə alaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməli, dəymiş maddi zərər cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 149-150-ci, Əmək Məcəlləsinin 206. 294-cü maddələrinə əsasən cavabdehin (işəgötürənin) AR.X4 xx.xx.2021-ci il tarixli. 01/05-09/21 71 nömrəli məktubuna əsasən “Dövlət qulluğu haqqında" AR.Qanunun 33.1.4-cü maddəsi ilə Ağcabədi rayon İH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi- baş mühasibi vəzifəsindən kənarlaşdırılmasına dair 13 sentyabr 2021-cİ il tarixli, 194 saylı əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə Cavabdeh və Azərbaycan Respublikası X4 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. - İşdə olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - İşdə olan Azərbaycan Respublikası X4 məhkəməyə ünvanladığı 04/xx-xx/2962 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.28-ci yarımbəndinə əsasən Mərkəz dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır, 2.1.34-cü yarımbəndinə əsasən isə dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. xx.xx.2014-cü il tarixdən Cavabdeh başçısının Cəfərbəyli kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyində baş mühasib vəzifəsinə təyin edilmiş İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlar araşdırılarkən onun X6 Texnikumu tərəfindən 27 fevral 1984-cü il tarixdə verilmiş KT seriyalı 034155 nömrəli (qeydiyyat nömrəsi 3006) diploma və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2015-ci ildə verilmiş YB seriyalı 020184 nömrəli yenidənhazırlanma diplomuna malik olduğu müəyyən edilmişdir (diplomların surətləri əlavə olunur). Mərkəz tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı yenidənhazırlanma diplomunu baza təhsilini təsdiq edən X6 Texnikumu tərəfindən verilmiş diplomu təqdim etməklə əldə etmişdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Cavabdehnə verilmiş şifahi sorğuya əsasən İddiaçı ali təhsil haqqında diplomunun olmadığı bildirilmişdir. Eyni zamanda X4 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində qəbul əmri verilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2ci maddəsinə uyğun olaraq inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın 3.3.5-ci yarımbəndinə görə mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyil. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir. Həmin Qaydanın 3.3.6-cı yarımbəndinə əsasən yenidənhazırlanma diplomu mütəxəssisə onun aldığı ilkin ali və ya orta-ixtisas təhsili bazasında müəyyən sahədə vəzifə kateqoriyasının peşə-ixtisas tələblərinə müvafiq olaraq fəaliyyət göstərmək hüququ verir. Müddəadan göründüyü kimi İddiaçı malik olduğu yenidənhazırlanma diplomu ali təhsil haqqında sənəd deyildir. İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla ali təhsili olmadığı halda dövlət orqanında inzibati vəzifəyə təyin edilmişdir.“Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Cavabdehnə xx.xx.2021-ci il tarixli 01/xx-xx/2171 nömrəli məktub ünvanlanmışdır (məktub əlavə olunur).Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. - İşdə olan xxxxxxx0002X0 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 33.1.4) qanunverciliyin tələbləri pozularaq işə qəbul edildiyi üçün xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Cavabdeh Başçısı Aparatının məhkəməyə ünvanladığı 2/85 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmənin müvafiq məktubunda Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmrin ləğv edilməsi tələbinə dair inzibati işin olduğu və iş üçün zəruri olan sənədlərin, habelə İddiaçı RİHB-nın Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən kənarlaşdırılması barədə Cavabdeh başçısının müvafiq əmrinin, həmçinin həmin əmrin verilməsinə əsaslanan sənədlərin və digər məlumatların Şirvan İnzibati Məhkəməsinə göndərilməsi xahiş olunur. Odur ki, məktubda qeyd edilənlər nəzərə alınmaqla tələb olunan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilir. - İşdə olan Azərbaycan Respublikası Cavabdeh 154 nömrəli, xx.xx.2014-cü il tarixli əmrindən görünür ki, İddiaçı Cavabdeh başçısının Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2014-cü il 19 sentyabr tarixindən daimi dövlət qulluğuna qəbul edilmiş və həmin nümayəndəliyin baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin arxivinin 241 nömrəli, xx.xx.2013-cü il tarixli əmrdən çıxarışa əsasən, İddiaçı orta-ixtisas təhsili bazasında iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə distant və əlavə təhsil mərkəzində yenidənhazırlanma təhsili almaq üçün müsahibədən müvəffəqiyyətlə keçmiş İddiaçı distan təhsil üzrə müvafiq ixtisaslara qəbul edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin 12-1042 nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində olan Distant və Əlavə Təhsil Mərkəzinin “iqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə təhsil alıb və ona YB № 020184 seriyalı yenidənhazırlanma diplomu verilmişdir (qeydiyyat nömrəsi 791) - İşdə olan Azərbaycan Respublikası Cavabdeh Başçısı Aparatının məhkəməyə ünvanladığı 8/34 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, RİHB-nın Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi İddiaçı ali təhsil haqqında diplomunun olmaması ilə bağlı Azərbaycan Respublikası X4n 01/1xx-xx/2171 saylı xx.xx.2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.3.5-ci bəndinə görə mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyil, işə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malik olduğu, eyni zamanda X4 elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təhsil müəssisinə qəbul olunmadığı və onun barəsində qəbul əmrinin verilmədiyi bildirilmişdir. Odur ki, Azərbaycan Respublikası X4 müvafiq məktubunu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci və 33.1.4-cü maddələrinə əsasən rayon İcra Hakimiyyəti başçısının 13 sentyabr 2021-ci il tarixli 194 nömrəli əmri ilə RİHB-nın Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi- baş mühasibi İddiaçı dövlət qulluğuna xitam verilmişdir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2014-cü ildə Ağcabədi rayonu Cəfərbəyli kəndinin inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının xx.xx.2021-cu il tarixli, 194 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinin tələblərinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının verdiyi hüquqdan istifadə edərək Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmri ilə razılaşmadığından əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbinə hüquqi qiymət verərək aşağıdakılara əsasən Cavabdeh hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmri ilə İddiaçı işdən azad edilməsinin səbəbi onun ali təhsil barədə bakalavr diplomunun həqiqi olmamasıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi xx.xx.2021-ci il tarixdə Cavabdehnə 01/xx-xx/2171 nömrəli məktub göndərərək Cavabdeh başçısının Cəfərbəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin baş-məsləhətçi-baş mühasibi İddiaçı Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş YB 020184 seriyalı bakalavr diplomunun həqiqi olmadığı bildirilmişdir. Bu səbəbdən Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmri ilə Cavabdeh başçısının Cəfərbəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyinin baş-məsləhətçi-baş mühasibi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin Qanunun 33-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilir. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.1.8-ci maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının aparatının işçilərini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yanında olan orqanlarda inzibati vəzifə tutan işçiləri, habelə tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, yerli icra hakimiyyəti başçısı aparatının struktur bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin rəhbərlərinin hesabatlarını dinləmək yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən iş üzrə İddiaçı verilmiş YB 020184 seriyalı bakalavr diplomunun həqiqi olub-olmadığının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə məlumatın tələb olunması barədə sərəncam göndərmiş, sərəncama əsasən Azərbaycan Respublikası X4 04/xx-xx/2962 nömrəli, xx.xx.2021-ci məktubunda İddiaçı adına yazılmış B seriyalı 005444 nömrəli diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilmədiyindən onun hüquqi əsasının olmadığı bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı adına yazılmış YB seriyalı 020184 nömrəli diplomun hüquqi əsası olmadığından Cavabdeh başçısı xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmri ilə onu işdən azad edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilənlərə əsasən məhkəmə həmçinin belə hesab edir ki, Cavabdeh başçısı tərəfindən qəbul edilmiş inzibati akt (əmr) inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir. Ona görə də məhkəmə İddiaçı iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki iş üzrə Cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmrin qəbul edilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 194 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin (işəgötürənin) Azərbaycan Respublikası X4 xx.xx.2021-ci il tarixli, 01/xx-xx/2171 nömrəli məktubuna əsasən, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.4-cü maddəsi ilə Ağcəbədi rayon İH-nin Cəfərbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş məsləhətçibaş mühasibi vəzifəsindən kənarlaşdırıldığına dair 13 sentyabr 2021-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar