Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3857/2024 09.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdehə həvalə olunması” haqqında tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdehə həvalə olunması” haqqında tələbinə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərilməklə ona yəni xx.xx.1996-cı il təvəllüdlü İddiaçı N-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun Həziabad kəndində doğulmuşdur. Ali təhsillidir. N017-ci il tarixdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası, bakalavr səviyyəsi üzrə, N019-cu il tarixdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisasını magistratura səviyyəsi üzrə bitirmişdir. Hal-hazırda Cəlilabad rayonunun Komanlı kənd tam orta məktəbində riyaziyyat və informatika fənni üzrə müəllim vəzifəsində işləyir. N0N0-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.N0N0-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. N yanvar N0N0-ci il tarixdə N saylı Hərbi Hissənin siyahısına daxil olmuşdur. N sentyabr N0N0-ci il tarixdə düşmənin hücumu ilə başlanan İİ Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə hərbi biletində də müvafiq qeydlər var. Belə ki, hərbi biletin 7-ci səhifəsində qeyd edilir: Cəbrayıl rayonu istiqamətində xx.xx.N0N0-ci ilxx.xx.N0N0-ci il tarixlərdə N Nə-li hərbi hissənin tərkibində baş atıcı vəzifəsində xidmət edib. Bundan əlavə, hərbi biletin N1-ci səhifəsində qeyd edilir: xx.xx.N0N0-ci il tarixindən xx.xx.N0N0-ci il tarixinədək “Vətən Müharibəsində” iştirak etmişdir.Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli, N714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və xx.xx.N0N1-ci il tarixdə N saylı hərbi hissənin Fəxri Fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli əmri əsasında xx.xx.N0N1-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədə iştirak etməyinə və faktiki iştirakının sənədlərlə də öz təsdiqini tapmasına baxmayaraq, ona hal-hazırkı tarixədək “Müharibə veteranı” adı və müvafiq vəsiqə təqdim edilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın 3-N5-4/N-5080/N0N4 saylı xx.xx.N0N4-cü il tarixli iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsası- Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Resoublikasının Strateii X3 Aqentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək - şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən N zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafin əmrin Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin N018-ci il N8 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsası-iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zam N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir.İddaçının döyüş əməliyyatları zamanı hərbi xidmət keçdiyi N nömrəli hərbi hissə “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hə hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 4 mart N0N1-ci il tan müvafig əmrinə əsasən döyüş əməliyyatlarına cəlb olunmamışdır. İnzibati iş materialında olan sənədlərdən, təqdim olunan sübutlardan görünür ki, “Vətən Müharibəsi ” zamanı İddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar döyüşə cəlb olunan hər hansı bir hərbi hissəyə ezamiyyətə göndərilməmişdir.Yuxarıda geyd olunanları nəzərə alarag, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafig vəsigələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteram” adının və vəsigəsinin verilməs üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır.Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.N-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun N.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.N-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana rəsmi qaydada (xx.xx.N0N4-cü il tarixdə) müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciətinə rəsmi qaydada cavab verilməmiş, iddiaçı məhkəməyə müraciət etmə müddətini yəni qanunla müyyən olunmuş 35 günlük müddəti gözləyərək xx.xx.N0N4-cü il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1996-cı ildə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş Səmidov XN rayonu, Komanlı ərazi dairəsi, Həziabad kəndində qeydiyyatdadır. AR SHXÇDX Cəlilabad rayon idarəsi tərəfindən verilmiş SX seriyalı 055680N1№-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.N0N0-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.N0N1-ci il tarixdə Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli N50 №-li əmri əsasında ehtiyata buraxılmışdır. Hərbi biletin 4-cü səhifəsində qeyd olunmuşdur ki, sonuncu xx.xx.N0N0-ci il tarixdə N №-li əmrlə N №-li hərbi hissənin siyahısına daxil olub, xx.xx.N0N0-ci il tarixdə N №-li əmrlə hərbi hissənin siyahısından çıxarılıb; xx.xx.N0N0-ci il tarixli N №-li əmrlə N №-li hərbi hissəyə Manq komandiri vəzifəsinə təyin olunmuş, xx.xx.N0N0-ci il tarixli N №-li əmrlə siyahıdan çıxarılmışdır; xx.xx.N0N0-ci il tarixdə N №-li hərbi hissənin N №-li əmri ilə atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.N0N0-ci il tarixdə N №-li əmrlə siyahıdan çıxarılıb; xx.xx.N0N0-ci il tarixdə N №-li hərbi hissənin N №-li əmri ilə baş atıcı təyin edilmiş, xx.xx.N0N0-ci il tarixdə N89 №-li əmrlə siyahıdan çıxarılmışdır; xx.xx.N0N1-ci il tarixdə N №-li əmrlə baş atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.N0N1-ci il tarixdə 1N4 №-li əmrlə siyahıdan çıxarılmışdır. Hərbi biletin 6-cı səhifəsində İddiaçı xx.xx-N0N0-ci il tarixdən (14 №-li əmr) xx.xx.N0N1-ci il tarixədək ( N №-li əmr) N №-li hərbi hissənin siyahısına daxil edildiyi, 7-ci səhifəsində isə Cəbrayıl rayonu istiqamətində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixlərdə N №-li hərbi hissənin tərkibində baş atıcı vəzifəsində xidmət etdiyi qeyd olunmuşdur. Eyni zamanda hərbi biletin N1-ci səhifəsində İddiaçı xx.xx.N0N0-ci il tarixindən xx.xx.N0N0-ci il tarixinədək “Vətən müharibəsində” iştirak etməsi barədə qərargah rəisi A.Babayev tərəfindən qeyd aparılmış və qeyd N №-li hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il tarixli N4 iyun tarixli N714 nömrəli sərəncamı ilə İddiaçı “Cəbrayılın azad olunmasına görə” “-1-N19N6 saylı Azərbaycan Respublikası Medalı Vəsiqəsi verilmişdir ( Vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti). 704-№-li hərbi hissə tərəfindən N nömrəli hərbi hissə komandirinə (surəti İddiaçı) ünvanlanmış 1676 saylı xx.xx.N0NN-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı müraciəti baxılması üçün aidiyyəti üzrə N №-li hərbi hissəyə ünvanlanmışdır. Məktubda tərəfindən, o “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsini bildirmişdir. “Müharibə Veteranı” adı və vəsiqəsinin verilənlərin siyahısına adı əlavə olunmuş və arayış məlumatları tərəflərindən aidiyyəti üzrə göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və tatistik İnformasiya İdarəsinin xx.xx.N0N4-cü il tarixli 3-13-1N/N-138958/N0N4 saylı cavab məktubu ilə təqdim olunmuş tələbnamədə qeyd olunmuşdur ki, DİN ƏƏSİ Əməliyyat Sorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-N5-4/N-5080/N0N4 saylı xx.xx.N0N4-cü il tarixli yazılı münasibətinə ( etirazına) əlavə olunmuş: N №-li hərbi hissə tərəfindən verilmiş Səfərbərlik təyinatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə aryış-məlumatda (surətində) qeyd olunmuşdur ki, İddiaçı N7.09.xx.xx.N0N0-ci il tarixlərdə N №-li hərbi hissədə baş atıcı vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması( xx.xx.N0N0-ci ildə, N7 № əmr, xx.xx.N0N1-ci il , 187№-li əmr). Hərbi hissənin və bölmənin döyüş məməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi xx.xx.N0N1, MN №-li əmr. Səfərbərlik təyinatına əsasən tamamlama məntəqəsində xx.xx.N0N0-ci il, N89 №-li əmrə əsasən vəzifə borcunu yerinə yetirmişdir. xx.xx.N0N1-ci il tarixli əmrlə ehtiyata buraxılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N №-li hərbi hissəyə ünvanlanmış 4/3-3900 №-li, aprel N0N3-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli əmrinə əsasən vətəndaş İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə xx.xx.N0N3-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılşadırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-N5-4/N-661N/N4 saylı, xx.xx.N0N4-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş N №-li hərbi hissə komandirinin: N №-li, xx.xx.N0N0-ci il tarixli əmrində qeyd olunmuşdur ki, aşağıda adları çəkilən çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarından gəldiklərinə görə, N yanvar N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər və bütün növ təminatlara qoyulsunlar, “Əsgər” hərbi rütbəsi verilməklə vəzifələrə təyin olunsunlar: İddiaçı, 5-ci motoatıcı tabor, 14-cü motoatıcı bölük. 1996-cı il təvəllüdlü, azərbaycanlı, ali təhsilli, hərbi xidmətə N yanvar N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinədn çağırılmış. N6N №-li, xx.xx.N0N0-ci il tarixli əmrində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin N6 avqust N0N0-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin mühafizə və təminat bölüyüynün ləğv edilməsi və 10-cu,11-ci motoatıcı bölüklərin tərkibində təşkilati-ştat dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq və bölmələrin komplektləşdirilməsi məqsədi ilə aşağıda adları göstərilən hərbi qulluqçular tutduqları vəzifədən azad edilsinlər və yeni vəzifələrə təyin olunsunlar: Əsgər İddiaçı, mühafizə və təminat bölüyünün N-ci mühafizə və təminat taqımının 4-cü mühafizə və təminat manqasının baş atıcısı vəzifəsindən-4-cü taborun 11-ci bölüyünün N-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə. N89 №-li, xx.xx.N0N0-ci il tarixli əmrdə (surətində) qeyd olunmuşdur ki, Hərbi hissənin aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli 09 nömrəli sərəncamına əsasən 09 oktyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsınlar, xidmətini davam etdirmək üçün Ağcabədi rayonu, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsinlər. Əsgər İddiaçı oğl, 4-cü taborun 11-ci bölüyünün N-ci taqımının 1-ci manqasının baş atıcısı. N №-li, xx.xx.N0N1-ci il tarixli əmrdə ( surətində) qeyd olunmuşdur ki, aşağıda adları şəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları,N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0N1-ci il tarixli 01 nömrəli sərəncamı ilə hərbi xidmətlərini davam etdirmək üçün, Beyləqan rayonu, N nömrəli hərbi hissədən gəldiklərinə görə, N yanvar N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsinlər, bütün növ təminatlara qoyulsunlar və göstərilən bölmədə vəzifələrə təyin olunsunlar. Əsgər İddiaçı, 4-cü taborun 11-ci bölüyünün N-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə. 187 №-li, xx.xx.N0N1-ci il tarixli əmrdə qeyd olunmuşdur ki, aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətlərini başa vurdularına görə , 01 iyul N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 30 iyul N0N1-ci il tarixdən isə pul təminatından çıxarılsınlar və hərbi qeydiyyata duurmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrinə göndərilsinlər. Əsgər İddiaçı, şəxsi heyətin uçotu bölməsinin nizami hissənin kargüzar-operatoru- Cəlilabad. Analoji iş üzrə məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-N5-4/N6341/N4 saylı, xx.xx.N0N4-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müdafiə nazirinin 4 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (N0N4-cü il N8 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ...(10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. İddiaçıya məxsus SX ******* saylı hərbi biletin N1-ci səhifəsində iddiaçının xx.xx.N0N0-ci il tarixdən – xx.xx.N0N0-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi barədə qeydlər icra edilmişdir. Həmin qeydlər N nömrəli hərbi hissəsinin qərargah rəisinin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli Sərəncamının məzmununa görə, sözügedən medalla məhz Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular təltif edilmişlər. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi həmin Sərəncamın məzmunu ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il təvəllüdlü İddiaçı N-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyi cavabdeh Azərbaycan Respublıkasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3857/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3857/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver