Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3857/2025 08.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyilması” tələbinə dair iddiası üzrə inzibati işə 08 oktyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Ağcabədi rayon Boyat kənd icra nümayondəliyində tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 21 nömrəli doğum akt qeydinin uşaq qrafasında soyadının “Abbasova”dan “Rüstəmova”ya düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına xx.xx.1958-ci ildə Ağcabədi rayon Boyat kənd icra nümayəndəliyində tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadının “Abbasova”dan “Rüstəmova”ya düzəliş edilməsi üçün Cavabdehnə rəsmi olaraq müraciət etmişdir. Müraciətinə Cavabdehndə baxılmış və 02 aprel 2025-ci tarixdə ona cavab məktubu göndərilmiş, həmin məktubda kifayət qədər əsasın olmaması və təqdim olunan sənədlərdə ziddiyyət olması göstərilməklə müraciətinin icrarsının təmin edilməsindən imtina edilmişdir. Həmin imtinadan narazıdır, hesab edir ki, cavabdeh əsassız olaraq doğum haqqında akt qeydində düzəliş etməkdən imtina etmişdir. Qeydiyyat şöbəsinə müraciət edərkən kifayət qədər sənədləri təqdim etsə də, qeydiyyat şöbəsi tərəfindən heç bir ciddi səbəb göstərilmədən əsasın olmaması bildirilınişdir. Belə ki, o, 02 fcvral 1958-ci ildə Ağcabədi rayon Boyat kəndində anadan olmuşdur. Valideyinləri mərhum X5 və X2r. Valideyinlərinin hər kisi vəfat etmişlər. Mərhum anası X1 əvvəlki soyadı Abbasova olmuş, sonradan Rüstəmova soyadını qəbul etmişdir. Ağcabədi rayon Boyat kənd İƏD-si üzrə nümayəndəliyi tərəfındən onun adına 28 fevral 1958-ci il tarixli, İ-HE-JVk 574697 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə onun adına 28 fevral 1958-ci il tarlixli, 21 saylı doğum akt qeydi tərtib edilməsi barədə qeydiyyat aparılmışdır. O, doğulan zaman valideyinlərinin rəsmi nikahları olmasa da, ona verilmiş həmin doğum haqqında şəhadətnamədə soyadı, adı, atasının adı “İddiaçı” kimi, ata qrafasında “X5”, ana qrafasında “X3” kimi qeyd edilmişdir. Mərhum valideyinləri isə xx.xx.1971-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonralar o, həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyətini təsdiq edən sənədləri o, cümlədən əvvəllər SSRİ posportıı, daha sonra isə şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququna dair sənəd və s. əldə etmişdir. Ümumiyyətlə, onun adına verilmiş bütün sənədlərdə də, soyadı Rüstəmova kimi qeyd edilmişdir. Hazırda da o, Rüstəmova soyadını daşıyır. Ailə qurmamışdır, soyadını heç bir şəkildə dəyişməmişdir. Qeyd edir ki, o, doğum akt qeydində soyadının “Abbasova” kimi qeyd edilməsindən və barəsində tərtib edilmiş doğum akt qeydinin tarixinin xx.xx.1958-ci ilə kimi, həmçinin ata qrafasının boş olması və ata adının ananın deməsinə görə yazılmasından bu yaxınlarda məlumat əldə etmişdir. Belə ki, mərhum anası X1 vəfatından sonra onun adına Ağcabədi rayon Bilağan kəndi ərazisindən torpaq sahəsi qalmış və onun miras payına vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün ASAN xidmət mərkəzində notariat ofısinə müraciət edərkən qeydiyyat şöbəsi üzrə doğum akt qeydi yoxlanılmış və onun doğum akt qeydində soyadının Abbasova kimi qeyd edilməsi və digər ziddiyətli hallar müəyyən edilmişdir. Bu səbəbdən də o, həmin ziddiyyətin aradan qaldırılması üçün doğum akt qeydində soyadının pasportuna uyğun olaraq “Abbasova”dan “Rüstəmova,,ya düzəliş edilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Lakin qeyd etdiyi kimi, həmin şöbə doğum akt qeydində düzəliş etməkdən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonunun Boyat kəndində anadan olmuşdur. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 186 nömrəli rayışına əsasən İddiaçı Ağcabədi rayonunun Boyat kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 23 fevral 1958-ci il tarixli, 21 nömrəli doğum aktı qeydinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində doğulmuş, akt qeydinin ata və anası haqqında məlumat qrafasında “X4” yazılmışdır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 fevral 1958-ci il tarixli, XİV-ЖГ 639304 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində doğulmuş, ata qrafasında atası X5, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 05/70-581/69 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X3 arasında nikah 02 noyabr 1971-ci il tarixdə bağlanaraq, 16 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 05/70-579/69 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 20 noyabr 1971-ci ildə ölmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli, AZ-İİ 468360 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, AZE ******* nömrəli əmək kitabçası xx.xx.1994-cü il tarixdə İddiaçı adına tərtib olunmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərin məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində doğulmuş, qeyri-rəsmi nikahdan doğulması səbəbindən anası X3 23 fevral 1958-ci il tarixli, 21 nömrəli doğum aktı qeydində onun soyadını öz qızlıq soyadı olan “Abbasova”, atasının adını isə öz atası, yəni iddiaçının ana babası olan “Hacıbaba” kimi yazdırmış, digər bütün rəsmi sənədlərdə soyadı “Rüstəmova”, atasının adı “Xudu” olaraq yazılmışdır. İddiaçı soyadının “Abbasova”dan “Rüstəmova”ya düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-R-381/2025 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1958-ci il\ tarixdə Ağcabədi rayonu Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayənaəliyində İddiaçı barəsində tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Abbasova”, təqdim edilən sənədlərdə “Rüstəmova” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün və təqdim olunan sənədlərdə ziddiyət olduğuna xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonu Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadı “Abbaşova”dan “Rüstəmova”ya düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur (maddə 63.4). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - övladlığa götürmə barədə məhkəmənin qərarı; - nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; - adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; - yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; - övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; - atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; - atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi adın, o cümlədən adının və ya soyadın dəyişdirilməsi deyil, doğum akt qeydində soyadının düzəldilməsi ilə bağlıdır. Düzəliş edilməsi üçün isə, yetərli əsaslar mövcuddur. Belə ki, iddiaçıya məxsus rəsmi sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun soyadı “Abbasova” deyil, “Rüstəmova” kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədə iddiaçının doğum yeri, tarixi və valideynlərinin adı da eynilik təşkil edir. Deməli, doğum haqqında şəhadətnamə ilə doğum akt qeydi fərqli vəziyyətdə (yazılarla) qalmışdır. Digər tərəfdən də, soyadının dəyişdirilməsi onun qanunla müəyyən edilmiş hüququdur və 18 yaşı tamam olmuş və barəsində müvafiq (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi) hallar, habelə məsələ ilə bağlı mübahisə mövcud olmayan şəxs kimi onun soyadının dəyişdirilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməlidir. Qeyd olunmalıdır ki, iş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 23 iyul 2025-ci il tarixli, 3-16-5/8-13-821/2025 nömrəli məktubunda hazırki iş üzrə çıxarılmış qərara hər hansı bir etirazlarının olmadığı bildirilmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında xx xxxxxx 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində doğulmuş İddiaçı barəsində Ağcaədi rayon Polis Şöbəsindən heç bir təqsirləndirici material daxil olmamışdır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.1958-ci il tarixdə Ağcabədi rayon Boyat kənd icra nümayəndəliyində İddiaçı adına tərtib edilmiş 21 nömrəli doğum akt qeydində uşağın soyad qrafasına dəyişiklik edilərək, “Abbasova” soyadının “Rüstəmova” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.1958-ci il tarixdə Ağcabədi rayon Boyat kənd icra nümayəndəliyində İddiaçı adına tərtib edilmiş 21 nömrəli doğum aktı qeydində uşağın soyad qrafasına dəyişiklik edilərək, “Abbasova” soyadının “Rüstəmova” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-3857/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3857/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver