Məhkəmə qərarları › İş №2-1(120)-387/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-387/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-387/2023 13.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi X6, Cavabdeh nümayəndəsi X2, Üçüncü şəxs X9 və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı İmişli Regional Ədliyyə İdarəsinin Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 13 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı İmişli Regional Ədliyyə İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu Cavadxanlı kənd sakinlərinin daxil olmuş çoxsaylı kollektiv müraciətlərində Cavadxanlı (hazırkı Qaralar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid ümumilikdə 48 ha (əkinçiliyin və balıqçılığın inkişafı ilə bağlı) torpaq sahəsi X14 icarəsinə ayrılmış, xx.xx.2007-ci il tarixdə isə bələdiyyə ilə S.Əzimov arasında 25 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Daha sonra isə S.Əzimovla xx.xx.2021-ci il tarixdə X13 arasında 18 ha kənd təsərrüfatı təyinatlı (Su tutarları) torpaq sahəsi ilə bağlı 11 il müddətinə notarial qaydada subicarə müqaviləsi imzalanmış, lakin sözügedən 18 ha torpaq sahəsinin subicarəyə verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 saylı iclas qərarı qanunda qeyd edilmiş müddətdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (İmişli Regional Ədliyyə İdarəsinə) göndərilməmişdir. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi üçün İmişli Regional Ədliyyə İdarəsi tərəfindən Qaralar bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, M-29 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (04 saylı protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci və 4.0.9-cu maddələrinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, habelə bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək səlahiyyətlərinə malikdirlər. Bildirirlər ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyələr inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar mütləq təqdim olunan bələdiyyə aktlarındandır. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 5 iş gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafıq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X13 və onun nümayəndəsi və vəkili X7 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndində yay və qış otlaqlarının, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilməsi qeyd olunsa da, qanuynverici icarə müddəti başa çatdıqda, müqavilə müddətinin uzadıla bilməsini istisna etməmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, X14 ərizəsi nəzərə alınaraq İmişli rayonu Cavadxanlı bələdiyyəsinə aid reyestr nömrəsi **********81 olan 18,0 ha və reyestr nömrəsi **********80 olan 3,0 ha torpaq sahələrinin X14 istifadəsindən X1 verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X9 İmişli rayonu, Cavadxanlı kəndində yerləşən 18,0 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, X9 İmişli rayonu, Cavadxanlı kəndində yerləşən 3,0 ha torpaq sahəsi üzərində olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının qərarına əsasən X14 istifadəsindən X1 verilmiş İmişli rayonu Cavadxanlı bələdiyyəsinə aid 18,0 ha və 3,0 ha torpaq sahələrinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahələri ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı təyinatlı (Su tutarlı) torpaqlar, ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı (Su tutarlı) torpaqlar və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3227 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci sualı üzrə: İmişli rayon Qaralar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının qərarına əsasən X14 istifadəsindən X1 verilmiş (keçmiş Cavadxanlı bələdiyyəsinə aid olmuş) 18.0 ha və 3.0 ha torpaq sahələrinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayon Qaralar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 saylı iclasının qərarına əsasən X14 istifadəsindən X1 verilmiş (keçmiş Cavadxanlı bələdiyyəsinə aid olmuş) 18.0 ha torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyasınaadi göl sahəsi (su tutar) olmuşdur. Hazırda da bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid göl (su tutar) olmuşdur. Hazırda da bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid göl (su tutar) sahəsidir. İmişli rayon Qaralar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclasının qərarına əsasən X14 istifadəsindən X1 verilmiş (keçmiş Cavadxanlı bələdiyyəsinə aid olmuş) 3.0 ha torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid örüş sahəsi olmuşdur. Hazırda da bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid əkin sahəsidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyələr inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar mütləq təqdim olunan bələdiyyə aktlarındandır. Qeyd olunan Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 5 iş gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafıq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Beləliklə, iş materiallarından göründüyü kimi, Cavadxanlı (hazırkı Qaralar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid ümumilikdə 48 ha (əkinçiliyin və balıqçılığın inkişafı ilə bağlı) torpaq sahəsi X14 icarəsinə ayrılmış, xx.xx.2007-ci il tarixdə bələdiyyə ilə S.Əzimov arasında 25 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Daha sonra X14 ərizəsi nəzərə alınaraq bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 saylı iclas qərarı ilə (icarəyəverənin razılığı ilə) İmişli rayonu Cavadxanlı bələdiyyəsinə aid reyestr nömrəsi **********81 olan 18,0 ha və reyestr nömrəsi **********80 olan 3,0 ha torpaq sahələrinin X14 istifadəsindən X1 verilməsi qərara alınmış, bununla əlaqədar S.X3 arasında xx.xx.2021-ci il tarixdə 18 ha kənd təsərrüfatı təyinatlı (Su tutarları) torpaq sahəsi ilə bağlı 11 il müddətinə notarial qaydada subicarə müqaviləsi imzalanmış, lakin sözügedən 18 ha torpaq sahəsinin subicarəyə verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 saylı iclas qərarı qanunda qeyd edilmiş müddətdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (İmişli Regional Ədliyyə İdarəsinə) göndərilməmişdir. Yuxarıda qeyd olunan bələdiyyə qərarının ləğv edilməsi üçün İmişli Regional Ədliyyə İdarəsi tərəfindən Qaralar bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, M- 29 saylı təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (04 saylı protokol) müzakirə olunaraq təmin edilməmişdir. İddiaçı iddia edir ki, sözügedən 18 ha torpaq sahəsinin subicarəyə verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 saylı iclas qərarı qanunda qeyd edilmiş müddətdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (İmişli Regional Ədliyyə İdarəsinə) göndərilmədiyindən ləğv edilməlidir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsinə görə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin tələbindən göründüyü kimi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi və ya göndərilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur ki, bu hal isə sözügedən Cavabdeh xx.xx.2021ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının ləğv edilməsi əsas deyildir. Digər tərəfdən, məhkəmə aradırması zamanı Cavabdeh xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının qəbul edilməsində bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi aşkar olunmamışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, Cavadxanlı (hazırkı Qaralar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı əsasında xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə bələdiyyə mülkiyyətinə aid ümumilikdə 48 ha torpaq sahəsinin 25 il müddətinə X14 icarəsinə ayrılması istər iddiaçı, istərsə də Qaralar kəndinin sakinləri tərəfindən 14 il ərzində mübahisələndirilməmiş, X14 ərizəsi əsasında icarəsində olan, 25 illik icarə hüququna malik olduğu 48 ha torpaq sahəsindən 18,0 ha və 3,0 ha torpaq sahələri Qaralar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 saylı iclas qərarı ilə qanunla müəyyən edilmiş qaydada, yəni icarəyəverənin razılığı ilə qalan 11 il müddətinə xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilə ilə X1 verilmiş, həmin torpaq sahələri subicarəyə verilərkən nə icarədə olma müddəti uzadılmamış, nə həmin torpaq sahələrindən kənarlaşma, nə də torpaq sahələrinin təyinatının dəyişdirilməsi hallarına yol verilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı İmişli Regional Ədliyyə İdarəsinin Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının ləğv edilməsi” tələbinə dair iddiasının hüquqi əsası yoxdur və iddiaçı sözügedən qərarların ləğv edilməsini tələb etməkdə haqlı deyildir.. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.. İPM-in 70-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İmişli Regional Ədliyyə İdarəsinin Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İmişli Regional Ədliyyə İdarəsinin Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 04 saylı və xx.xx.2022-ci il tarixli, 04 saylı iclasının qərarlarının ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar