Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-39/2021 15.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 оğlunun katibliyi, Üçüncü şəxs X5 vəkili X6 iştirakı ilə, İddiаçı İddiaçı qızının cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 44 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızının cavabdeh Masallı rayon Bədəlan bələdiyyəsinə qarşı “torpaq sahəsinin sərhədlərinin yerində tanıtdırılması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-504/2020 nömrəli qərardadı ilə İddiaçı qızının cavabdeh Masallı rayon Bədəlan bələdiyyəsinə qarşı “torpaq sahəsinin sərhədlərinin yerində tanıtdırılması” bаrədə iddia ərizəsi üzrə iddiaçı olduğu kimi saxlanılması, cavabdeh Masallı rayon Bədalan bələdiyyəsi əsl cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsi, iddia tələbinə “Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 60 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi” kimi baxılması, Masallı rayon Bədalan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-504/2020 nömrəli qərardadı ilə İddiaçı qızının cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 60 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-39/2021 nömrəli qərardadı ilə iddiаçı İddiaçı qızının cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 60 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi” barədə iddia tələbinin “Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 16 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi hissəsində mümkünsüz sayılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə bələdiyyə mülkiyyətinə aid olan 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmış, Masallı rayon İcra Hakimiyyətinin xx xxxxx 2007-ci il tarixli 228 saylı rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin xx xxxxx 2007-ci il tarixli 115 saylı rəyi ilə şimaldan Masallı- Boradigah şosse yolunun mühafizə zolağı, cənubdan yol, şərqdən Şahverdi Həsənovun dükanı, qərbdən Sakit Rəsulovun dükanı ilə həmsərhəd olan həmin sahənin ona satılmasının qanunvericiliyə uyğun olması göstərilmiş, satılacaq torpaq sahəsinin yerqruluşu planı tərtib və təsdiq edilmiş, torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmiş və xx xxxxx 2007-ci il tarixdə torrpağın alqı-satqısına dair akt tərtib edilmişdir. X15 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd olunan torpaq sahəsinin planı və ölçüsü tərtib və təsdiq edilmiş, həmin torpaq sahəsi ilə bağlı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 122 nömrəli vərəqində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ******* saylı çıxarış verilmiş, Masallı rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2009-cu il tarixli 119 saylı sərəncamı ilə ona Bədəlan bələdiyyəsindən özəlləşdirdiyi 60 kv.metr torpaq sahəsində ticarət obyekti tikintisinin aparılmasına razılıq verilmişdir. Bundan sonra həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun müasir tipli ticarət obyekti inşa etmişdir. Lakin sonradan Şahverdi Həsənovun iddia tələbi əsasında işə baxan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qərarı ilə adına olan DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli reyestrdən çıxarış və reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədi qismən ləğv edilmişdir. Məhkəmənin qərarına əsasən adına olan torpağa mülkiyyət hüququna dair sənəd bələdiyyə qərarı ilə ayrılmış yerə düzgün tərtib edilməməsinə görə ləğv edilmiş və ona torpaq ayrılmasına dair bələdiyyə qərarı ləğv edilməmişdir. Odur ki, ona Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada müəyyənləşdirilərək göstərilməsi zərurəti yaranmış və bələdiyyə qərarı, rəylər, torpağın alqı-satqısı aktı ilə sxemin surətləri ilə etibarnamə nümayəndəsi tərəfindən xx xxxx 2019-cu il tarixli ərizə ilə Masallı rayon Bədəlan bələdiyyəsinə göndərilməklə torpağın naturada göstərilməsi xahiş edilmişdir. Sonradan həmin tələblə bağlı hazırki cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, lakin cavabdeh də onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Üçüncü şəxs X5 vəkili X11 məhkəmə iclasında işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiаçı İddiaçı qızına, cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və üçüncü şəxs Masallı rayon Bədalan bələdiyyəsinə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiаçı İddiaçı qızının, cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və üçüncü şəxs Masallı rayon Bədalan bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, üçüncü şəxsin vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, 04 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, Masallı rayonu Bədəlan bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən Bədəlan kənd sakini İddiaçı qızına sahibkarlıq fəaliyyəti məqsədi ilə 60 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. İşdə olan Masallı rayon Torpaq və Xəritəçəkmə komitəsinin xx xxxx 2007-ci il tarixli seçim aktından və torpaq sahəsinin yerquruluşu planından görünür ki, Masallı rayonu, Bədəlan bələdiyyəsinin ərazisində yerləşən 60 kv.m torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan və xx xxxxx 2007-ci il tarixli, 28 nömrəli qəbzdən görünür ki, Masallı rayonu, Bədəlan kəndində yaşayan İddiaçı qızı xx xxxx 2007-ci ildə tarixdə torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bədəlan bələdiyyəsi ərazisində 60 kv.m torpaq sahəsinin satılması barədə xx xxxxx 2007-ci il tarixli, 4 saylı qərar qəbul etmişdir. Bunun müqabilində İddiaçı qızı tərəfindən Kapitalbankın Masallı rayon filialında olan 30433308 saylı hesabına əvvəlcədən 14 manat torpaq haqqını ödəmişdir. İş materiallarında olan xx xxxx 2007-ci il tarixli seçim aktından görünür ki, İddiaçı qızına satılmış 60 kv.m torpaq sahəsi şimaldan asfalt yolun mühafizə zonası ilə, cənubdan yol ilə, şərqdən Şahverdi Həsənovun dükanı ilə, qərbdən Sakit Rəsulovun dükanı ilə həmsərhəddir. İş materiallarında olan Masallı rayon Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 115 nömrəli rəyindən görünür ki, İddiaçı Allahverən qızına sahibkarlıq fəaliyyəti məqsədilə satılacaq torpaq sahəsi Bədəlan kəndinin mərkəzində yerləşir. Bədəlan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Sacılacaq torpağın ümumi sahəsi 60 kv.m olmaqla şimaldan Masallı Boradigah şosse yolunun mühafizə zolağı ilə, cənubdan yol ilə, şərqdən Şahverdi Həsənovun dükanı ilə, qərbdən Sakit Rəsulovun düknaı ilə həmsərhəddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə İddiaçı sahibkarlıq fəaliyyəti məqsədi ilə satılması barədə Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli razılıq qərarı vardır. Ona görə həmin torpaq sahəsi bələiyyə tərəfindən ona alqı-satqı qaydasında satıla bilər. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin xx xxxxx 2007-ci il tarixli rəyində qeyd olunur ki, Bədəlan kənd sakini İddiaçı qızına satılacaq torpaq sahəsi kəndin mərkəzində yerləşir. Satılacaq torpaqın ümumi sahəsi 60 kv.m olmaqla şimaldan Masallı Boradigah şosse yolunun mühafizə zonası, cənubdan məhəllədaxili yol, şərqdən Ş.Həsənovun mağazası, qərbdən S.Rəsulovun dükanı ilə həmsərhəddir. Sahədən kommunikasiya xətləri keçmir. Nəzərdə tutulan sahə İddiaçı satıla bilər. İşdə olan Masallı rayonu Bədəlan bələdiyyəsinin məhkəməyə göndərdiyi xx xxxx 2020-ci il tarixli, 09 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx xxx 2020-ci il tarixli 2- 1(120)-504/2020 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli 04 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid alqısatqı predmeti olan torpaq sahəsindən Masallı rayonu Bədəlan kənd sakini İddiaçı qızına sahibkarlıq fəaliyyəti məqsədilə 60 kv.m torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Bədəlan kənd sakini İddiaçı qızı ilə bağlanmış xx.xx.2007-ci il tarixli 64 saylı alqısatqı müqaviləsi, 2007-ci il bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarış cizgi xəritəsi, xx xxxx 2007-ci il seçim aktı hal-hazırdada qüvvədədir. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2009-cu il tarixli, 119 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Masallı rayonu Bədəlan kənd sakini X2 Bədəlan bələdiyyəsindən özəlləşdirdiyi 60 kv.m torpaq sahəsində ticarət obyekti tikintisinin aparılmasına razılıq verilmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, M-125 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 ilə bağlı, xx.xx.2020-ci il tarixdə (Masallı rayon İcra hakimiyyətindən) Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, bildiririk ki, hər hansı təşkilatın, o cümlədən, Masallı rayon İcra hakimiyyəti başçısının (İHB) verdiyi sərəncamların hal-hazırda qüvvədə olub-olmaması barədə, dövlət arxivlərində, həmçinin, Masallı RDA-də də elektron məlumat bankının olma ehtimalı yoxdur (İHB-nın sərəncamları, sərəncam imzalandığı yerdə azı 5 il saxlanıldıqdan sonra, “Milli Arxiv Fondu” sənədi kimi, mühafizə üçün dövlət arxivlərinə verilir). X3 adına verilmiş xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamın təsdiq olunmuş “arxiv surəti” sizə göndərilir. Sərəncama, sərəncamın verilməsinə və onun icrasına əsas olan sənədlər, əlavə edilmədiyindən, onların təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması imkanımız xaricindədir. Əlavə olaraq bildiririk ki, Masallı rayon İHB-nın xx.xx.2014-cü ilə kimi olan sərəncamları, dövlət mühafizəsi üçün, Masallı RDA-nə təhvil verilib. xx.xx.2015ci ildən bu günə qədər olan sərəncamları isə Masallı rayon İcra hakimiyyətində saxlanılır. xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə kimi olan sərəncamlar araşdırıldı. X3 adına verilmiş xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamın qüvvədən düşməsi barədə məlumata rast gəlinmədi. İşdə olan Masallı rayon İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli, M-06-698 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 adına verilmiş tikinti obyektinin tikintisinin aparılmasına dair Masallı rayon İcra hakimiyyətinin xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamının qüvvədə olub-olmaması barədə müraciətinizə rayon İcra hakimiyyətində baxılmışdır. Bildiririk ki, Masallı rayon İcra hakimiyyətinin xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamının qüvvədən düşməsi ilə bağlı qərar qəbul edilməmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, M-126 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, X4 ilə bağlı, xx.xx.2020-ci il tarixli M-06-543 saylı sorğunuza cavab olaraq, bildiririk ki, hər hansı təşkilatın, o cümlədən, Masallı rayon İcra hakimiyyəti başçısının (İHB) verdiyi sərəncamların hal-hazırda qüvvədə olub-olmaması barədə, dövlət arxivlərində, həmçinin, Masallı RDA-də də elektron məlumat bankının olma ehtimalı yoxdur (İHB-nırı sərəncamları, sərəncam imzalandığı yerdə azı 5 il saxlanıldıqdan sonra, “Milli Arxiv Fondu” sənədi kimi, mühafizə üçün dövlət arxivlərinə verilir). X3 adına verilmiş xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamın təsdiq olunmuş “arxiv surəti” və Şirvan inzibati-iqtisadi məhkəməsinə ünvanladığımız cavabın surəti sizə göndərilir. Sərəncamın verilməsinə və onun icrasına əsas olan sənədlər, sərəncama əlavə edilmədiyindən, onların təsdiq olunmuş surətlərinin məhkəməyə və ya sizə təqdim olunması imkanımız xaricindədir. Əlavə olaraq bildiririk ki, Masallı rayon İHB-nın xx.xx.2014-cü ilə kimi olan sərəncamları, dövlət mühafizəsi üçün, Masallı RDA-nə təhvil verilib. xx.xx.2015-ci ildən bu günə qədər olan sərəncamları isə Masallı rayon İcra hakimiyyətində saxlanılır. xx.xx.2009cu ildən xx.xx.2014-cü ilə kimi olan sərəncamlar araşdırıldı. X3 adına verilmiş xx.xx.2009cu il tarixli 119 saylı sərəncamın qüvvədən düşməsi barədə məlumata rast gəlinmədi. xx.xx.2014-cü ildən bu günə kimi, həmin sərəncamın qüvvədən düşüb-düşməməsi barədə məlumatın verilməsi bizim səlahiyyətimizdə deyil. İşdə olan Masallı rayon İcra Hakimiyyətinin xx xxx 2020-ci il tarixli, M-06-1380 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 adına verilmiş tikinti obyektinin tikintisinin aparılmasına dair Masallı rayon icra hakimiyyətinin xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamının qüvvədə olub-olmaması barədə müraciətinizə rayon İcra hakimiyyətində baxılmışdır. Bildiririk ki, hazırlanma müddəti 5 (beş) ildən yuxarı olan rayon icra hakimiyyətinə aid sənədlər saxlanması üçün aidiyyəti üzrə Masallı rayon Dövlət Arxivinə təhvil verilmişdir. xx.xx.2009-cu il tarixli 119 saylı sərəncamının qüvvədən düşməsi ilə bağlı Masallı rayon icra hakimiyyəti tərəfindən qərar qəbul edilməmişdir. İşdə olan X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçının vəkilinə göndərdiyi xx xxxx 2020-ci il tarixli, **********13 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Bədəlan Bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada tanıdılmasına köməklik göstərilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-1(86)-1490/2015 saylı məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə daxil olmuş İddiaçı qızının cavabdeh ƏMDK yanında DƏDRX 8 saylı Ərazi idarəsinə qarşı 44 m2 torpaq sahəsinin qeydiyyata alınmasına dair xx xxxxxxx 2015-ci il tarixli 2-1(86)-1490/2015 saylı qərardadda qoyulmuş suallarla bağlı tərəfimizdən müvafiq mütəxəssis rəyi təqdim edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli, 2(106)468/2016 saylı məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə daxil olmuş iddiaçı X5 cavabdeh İddiaçı qızına qarşı torpağın əvvəlki vəziyyətə gətirilməsi ilə əlaqədar orada olan tikilinin sökülməsi tələbi barədə tərəfimizdən müvafiq mütəxəssis rəyi təqdim edilmişdir. Masallı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(050)-1909/2016 saylı məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə daxil olmuş İddiaçı qızının cavabdeh ƏMDK yanında DƏDRX 8 saylı Ərazi idarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi tələbi barədə xx xxx 2017-ci il tarixli 2(050)- 1909/2017 saylı qərardadda qoyulmuş suallarla bağlı tərəfimizdən müvafiq mütəxəssis rəyi təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, nümayəndəsi olduğunuz İddiaçı qızının müraciətinə baxılması və müvafiq köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə Masallı rayon Bədəlan bələdiyyəsinə müaciət etməyiniz tövsiyə olunur. İşdə olan X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli, **********62 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin İddiaçı qızının cavabdeh Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürdüyü “Masallı rayonu Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə Gülər Fərzəliyevaya ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 60 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair münasibət bildirilməsi barədə xx.xx.2020-ci il tarixli 2-1(120)-504/2020 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. İş üzrə bildiririk ki, Masallı rayonu Bədalan kəndində 60 kv.m torpaq sahəsi İddiaçı qızına Masallı rayon bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə ayrılmış və xx xxxxxx 2009-cu il tarixli MH *** **** nömrəli reyestrdən çıxarış və **********37 nömrəli plan və ölçü sənədi ilə rəsmiləşdirilmişdir. Lakin vətəndaş İddiaçı qızının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı digər torpaq mülkiyyətçisi arasında uzun sürən məhkəmə mübahisəsi mövcud olmuşdur. Yaranmış məhkəmə mübahisəsi ilə əlaqədar Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-1(86)-1490/2015 nömrəli, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-ci il tarixli 2(106)468/2016 nömrəli və Masallı rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(050)-1909/2016 nömrəli müraciətləri əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə müayinə baxış keçirilmiş və mütəxəssis rəyləri hazırlanaraq təqdim edilmişdir. Göründüyü kimi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı qızının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən MH ******* nömrəli reyestrdən çıxarış və **********37 nömrəli plan və ölçü sənədi qismən ləğv edilmişdir. İddiaçı qızının nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanan xx.xx.2020-ci il tarixli müraciətlə Masallı rayonu Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə Gülər Fərzəliyevaya ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 60 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsi xahiş olunmuşdur. Vətəndaşın müraciəti araşdırılaraq yaranmış mübahisənin həlli ilə bağlı Bədalan bələdiyyəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin qanunun 10-cu maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi daşınmaz əmlakın qeydə alınması zamanı əsas götürülür. Torpaq Məcəlləsinin 43.4-cü maddəsinə uyğun olaraq yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nə uyğun olaraq mərzçəkmə işləri aparılarkən torpaq sahəsinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Torpaq sahəsinin naturada tanıdılması həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən və torpaq sahəsinin texniki göstəricilərini (koordinatlarını) əks etdirən sənədlər əsasında həyata keçirilir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-504/2020 nömrəli iş üzrə etiraz edərək bildiririk ki, İddiaçı qızının Masallı rayonu Bədalan kəndində 60 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlər məhkəmə qərarı əsasında ləğv edildiyindən həmin torpaq sahəsinin naturada tanıdılması mümkün deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən İddiaçı qızı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürülən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarmağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2038 saylı rəydən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2012-ci il tarixli 17-3/209 nömrəli mütəxəssis rəyindən görünür ki, X5 və İddiaçı qızının mübahisələndirdiyi torpaq sahəsinin həmin ərazidə olan yolun mühafizə zolağı çıxıldıqdan sonra 60 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmiş, İddiaçı qızının adına olan X16 kitabında xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestr xidmətinin verdiyi reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədinin Masallı rayon Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli ilkin qərarı və xəritəsi ilə İddiaçı qızına satılmış torpaq sahəsinə uyğun verilmədiyi, bələdiyyə qərarı ilə torpaq sahəsinin ilkin sənədlərində İddiaçı ayrılmış torpaq sahəsinin Ş.Həsənova məxsus torpaq sahəsi ilə qonşu olduğu göstərildiyi, lakin İddiaçı adına X16 Kitabında xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədinin hazırlanarkən ilkin torpaqayırma sənədinə uyğun hazırlanmadığı və bu səbəbdən də torpaq sahələrinin üstüstə düşdüyü müəyyən edildi, Ş.Həsənovun adına X16 kitabında xx.xx.2011-ci il tarixdə 3232 nömrə ilə uçota alınmış A 345287 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin Masallı rayon Bədəlan bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli qərarı və ilkin sənədlərlə Ş.Həsənova satılmış torpaq sahəsinə uyğun verildiyi müəyyən edildi, Masallı rayon Bədəlan bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli və xx xxxxx 2007-ci il tarixli qərarları ilə X7 və İddiaçı qızına ayrılmış torpaq sahəsinin ilkin qərar və xəritələrdə yanaşı olduğu, lakin İddiaçı inşa etdiyi mağaza tikilisinin Ş.Həsənova məxsus torpaq sahəsinin 44 kv.metr olan hissəsində inşa olunduğu və torpaq sahələrinin həmin hissəsində üst-üstə düşdüyü və İddiaçı inşa etdiyi ticarət obyektinin Masallı rayon Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsindən kənarda tikildiyi, həmin tikilinin Ş.Həsənova məxsus olan, X16 kitabında xx.xx.2011-ci il tarixdə 3232 nömrə ilə uçota alınmış A 345287 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindəki torpaq sahəsinin asfalt yol tərəfdən sağ küncünə düşdüyü və həmin hissənin ölçüsünün 44 kv.metr olduğu müəyyən edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2-1(86)-94/2012 nömrəli qərardan görünür ki, iddianın qismən təmin edilməsi, iş üzrə üçüncü şəxs İddiaçı qızının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X16 kitabında xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, Seriya MH ******* nömrəli reyestrdən çıxarış və reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədi qismən, yəni X7 məxsus torpaq sahəsinə dair hissədə verilən 44 kv. metr hissədə ləğv edilməsi, iddiaçı X5 adına verilmiş xx.xx.2011-ci il tarixli A 345287 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ləğv edilməsi qanunsuz hesab edilməsi və Masallı rayon Bədəlan bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 09 saylı qərarı ilə X1 0,05 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2-1(86)-94/2012 nömrəli əlavə qərardan görünür ki, iddia İddiaçı qızının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X16 kitabında xx.xx.2009cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, Seriya MH ******* nömrəli reyestrdən çıxarışın və reyestr nömrəsi **********37 olan torpaq sahəsinin plan və ölçü sənədinin X7 məxsus torpaq sahəsinə düşməyən 16 kv. metr hissəsinin ləğv edilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. İşdə olan X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə göndərdiyi xx xxxxxx 2021-ci il tarixli, **********92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı qızının cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə baxılması ilə əlaqədar sənəd və məlumatların məhkəməyə təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli, 2-1(120)- 504/2020 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. **********37 reyestr nömrəli sahibkarlıq torpaq sahəsinə aid çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi qismən, yəni X7 məxsus torpaq sahəsinə dair hissədə verilən 44 kv.metr hissədə ləğv edilmişdir. Sözügedən daşınmaz əmlaka dair arxivdə mövcud olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Masallı rayonu, Bədəlan kəndində 0.0016 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə İddiaçı qızının tam mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, 04 nömrəli qərarı və xx xxxxx 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən alqı-satqı qaydasında iddiaçıya 60 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına xx.xx.2009-cu il tarixli Seriya MH ******* nömrəli çıxarış və xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədi verilmişdir. X13-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2-1(86)-94/2012 nömrəli Qərarı və həmin məhkəmənin xx xxxxxx 2012-ci il tarixli 2-1(86)-94/2012 nömrəli Əlavə Qərarı ilə iddiaçının adına tərtib edilmiş xx.xx.2009cu il tarixli Seriya MH ******* nömrəli çıxarış və xx.xx.2009-cu il tarixdə 2447 nömrə ilə uçota alınmış A 195152 saylı plan və ölçü sənədi qismən, yəni 16 kv.m hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Həmin qərar əsasında 16 kv.m hissəyə dair İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir (ekspert və mütəxəssis rəyləri, məhkəmə qərarları ilə) ki, iddiaçının adına verilən plan və ölçü sənədi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 44 kv.m olan hissədə ilkin torpaqayırma sənədinə (bələdiyyənin qərarına və alqı-satqı aktına) uyğun tərtib edilməmişdir. Həmçinin müəyyən edilmişidr ki, iddiaçıya 60 kv.m torpaq sahəsinin ayrılmasına dair ilkin hüquq müəyyənedici sənədlər - Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, 04 nömrəli qərarı və xx xxxxx 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktı hazıkı zamana kimi qüvvədədir. Hazırda iddiaçı Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, 04 nömrəli qərarı və xx xxxxx 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktı ilə ona ayrılmış lakin yerini müəyyən edə bilmədiyi torpaq sahəsinin naturada ona tanıdılmasını (mərzçəkmə işlərinin aparılmasını) xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının X15 Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə əsasən mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Məhkəmə qeyd edir ki, mərzçəkmə işləri kompleks iş olmaqla həmçinin torpaq mülkiyyətçisinin və istifadəçisin torpaq sahəsinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. İddiaçının hazırki iddiasının mahiyyəti ondan ibarətdir ki, Masallı rayonu Bədəlan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, 04 nömrəli qərarı və xx xxxxx 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən alqı-satqı qaydasında ona satılmış torpaq sahəsinin üzərində müvafiq mərzçəkmə işlərinin aparılmasını (ərazinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsini) Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən ölçülüb iddiaçıya tanıtdırılmasıdır. Mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq istifadəçisinin müstəsna hüququdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 60 kv.m torpaq sahəsindən 16 kv.m hissəsinə çıxarış verildiyindən (kordinatları müəyyən olunduğundan) və həmin hissədə iddia Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)- 39/2021 nömrəli qərardadı ilə mümkünsüz hesab olunduğundan, eyni zamanda həmin torpaq sahəsindən 44 kv.m hissəsinin yerini müəyyən edə bilmədiyindən, 44 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 44 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsinin (mərzçəkmə işlərinin aparılmasının) X15 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Masallı rayon Bədalan bələdiyyəsinin xx xxxxx 2007-ci il tarixli, qərarı ilə İddiaçı ayrılmış Masallı rayon Bədalan kəndində yerləşən 44 kv.m torpaq sahəsinin müvafiq akt tərtib edilməklə naturada göstərilməsi (mərzçəkmə işlərinin aparılması) öhdəliyi cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-39/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-39/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver