Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-39/2025 22.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən etibarən ona növbəti 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial Ekspertiza Komissiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1-ci bəndinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80% olmaqla xx.xx.2024-cü il tarixdən növbəti 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-739/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərardadına əsasən “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X15 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-111/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı və cavabdehin oluğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial Ekspertiza Komissiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1-ci bəndinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80% olmaqla xx.xx.2024-cü il tarixdən növbəti 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin oluğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial Ekspertiza Komissiyasının 03 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1-ci bəndinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80% olmaqla xx.xx.2022-ci il tarixdən növbəti 5 (beş) il müddətinə əlilliyin təyin eilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-39/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin oluğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-sosial Ekspertiza Komissiyasının 03 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”nın 13.5.1-ci bəndinə əsasən orqanizmin funksiyasının pozulması faizi 61-80% olmaqla xx.xx.2022-ci il tarixdən növbəti 5 (beş) il müddətinə əlilliyin təyin eilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və orqanizmin funksiyasının itirilməsi faizi 61-80% olmaqla, ümumi xəstəlik səbəbindən iddiaçıya xx.xx.2022-ci il tarixdən etibarən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-39/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və orqanizmin funksiyasının itirilməsi faizi 61-80% olmaqla, ümumi xəstəlik səbəbindən iddiaçıya xx.xx.2022-ci il tarixdən etibarən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-39/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, ağır xəstədir. 52 yaşı vardır. Dəfələrlə Respublikanın müxtəlif növ ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə, eləcə də cərrahi əməliyyat olunmuşdur. Aşağıda qeyd etdiyi diaqnozlar təyin edilmişdir: M51: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2) Diskogen (L4-L5) L5 sağtərəfli radikuloişemiya sağ aşağı ətrafın parezi. B) ağırlaşma: R32.Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək. Çanaq orqanlarının funksiya saxlamamazlığı şəklin pozulması. C) yanaşı xəstəliklər: D26.7. Uşaqlığın digər hissələrinin xoşxassəli yenitörəməsi. Qarın boşluğunun törəməsi. C92. Mieloid leykemiya (mieloleykoz) Mielopiferativ xəstəlik. Xəstəliyinin ağırlıq dərəcəsi ilə bağlı ona cavabdeh Tibbi-Sosial Ekspertiza Komissiyasının 2015-ci il tarixli qərarı ilə İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. 2015-ci il tarixdən bu günə kimi o, İİ (ikinci) dərəcəli əlil kimi DSMF-nun Saatlı rayon şöbəsindən Pensiya almışdır. Lakin xx.xx.2021-ci il tarixdən etibarən pensiyası dayandırılmışdır. Növbəti 5(beş) illik müddətə əlilik dərəcəsinin təyin edilməsi üçün Saatlı RMX-nın göndərişi əsasında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsində «Bel Fəqərələrinin KT müayinəsindən keçmiş və tibb müəssisəsi tərəfindən verilmiş xəstəlik barədə sənədi Həkim-Məsləhət Komissiyasına təqdim etməklə xx.xx.2021-ci il tarixli 0311003AAU2F saylı elektron göndərişlə TSEK-na müraciət etmişdir. xx.xx.2021-ci tarixdə cavabdeh orqan tərəfindən ona növbəti 5 (beş) illik müddətə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən həmin elektron göndərişin səhiyyə müəssisəsi tərəfindən natamam doldurulması kimi şablon xarakterli səbəb göstərilsədə əslində elektron müraciətlə bağlı göndərişdə heç bir natamam doldulurmaya yol verilməmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən əlilliyi olmuş şəxs kimi ona qarşı ciddi qanun pozuntusuna yol verilmişdir. Bu səbəbdən də o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Saatlı rayon İcra Hakimiyyəti Başçısının Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 502 nömrəli arayışından görünür ki, İddiaçı Saatlı rayonu, Mustafabəyli kəndində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İddiaçı xx.xx.2021-ci il tarixli Bel Fəqərələrinin KT müayinəsinin nəticəsindən görünür ki, Bel fəqərələr cismində osteoxondroza xas dəyişikliklər aşkar edilir. Fəqərələrin oynaq səthlərində subxondral sklerotik dəyişikliklər izlənilir. L3-L4 fəqərəarası diskdə hər iki tərəf fəqərəarası dəliyinin daralmasına səbəb olan arxa bilateral qabarma izlənilir. L4-L5 səviyyədə sağ tərəfli hissəsi laminektomiya defekti izlənilir. L4-L5 fəqərəarası diskdə dural kisəni və sağ sinir kökçüyü sıxan, 4 mm-ə çatan arxa median sağ laterasiyalı patoloji struktur – fibroz sahə, residiv yırtıq, aşkar edilir. L5-S1 fəqərəarası diskdə ön epidural sahəni sıxan arxa median protruziya aşkar edilir. (2 mm). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********9 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin olaraq qiymətləndirilmiş və "ümumi xəstəlik" səbəbi ilə 1 (bir) il müddətinə İkinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAC75 nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə tibbisosial ekspert komissiyasında təkrar olaraq qiymətləndirilmiş və "ümumi xəstəlik" səbəbi ilə 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. "Ümumi xəstəlik" səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq İddiaçı aid "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin 0311003AAU2F nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əsas diaqnozun ağırlıq dərəcəsinə görə köməkçi diaqnostik müayinələr tam aparılmadığından, "göndərişin natamam doldurulması" barədə əsaslı qərar verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-977/2024 nömrəli, 20 avqust 2014-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı iddia tələbinin təmin edilməsi, İddiaçı 1984-1997-ci illərdə Saatlı rayonu “Moskva” adına kolxozda işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. 27 iyun 2014-cü il tarixli Aktın surətindən müəyyən olunur ki, 1. Saatlı rayon DSMFnun məsləhətçisi A.Ə.Salahov; 2. Saatlı rayon Dövlət arxivinin müdiri G.X.Abişov; 3. Arxivist K.M.Məmmədli yoldaşların iştirakı ilə tərtib edirlər, həmin aktı ondan ötrü ki, Moskva adına kolxozun 1984-1997-ci illəri üzrə vətəndaş İddiaçı adına verilmiş 07 may 2014-cü il tarixli, 217 saylı arayış şəxsi hesab kitabları əsasında araşdırılmış və 1984- 1997-ci il tarixinədək qeydlər aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına X8 və X2-Genetik (PCR) Müayinə nəticəsinin surətindən müəyyən olunur ki, İddiaçı “Mieloproliferativ xəstəlik” kliniki diaqnozu qoyulmudur. Şirvan İnibati Məhkəməsinin 2-1(120)-739/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən inzibati iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 5267 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki: 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən "Xİİİ sinif-sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-dorsopatiyalar =>M50-M54digər dorsopatiyalar=>M51-digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri. Diaqnozun mətni: M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen bel (L4-L5), L5 sağtərəfli radikuloişemiya, sağ aşağı ətrafın parezi. Ağırlaşma: R32-dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması. Yanaşı xəstəliklər: D26.7uşaqlığın digər hissələrinin xoşxassəli yenitörəməsi, qarın boşluğunun törəməsi C92mieloid leykemiya (mieloleykoz), mieloproliferativ xəstəlik” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz və ağırlaşmaları nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar meyarlarının hər hansı birini aid etmək mümkün olmadı. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-229/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən inzibati iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 1556 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki: 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən "Xİİİ sinif-sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-dorsopatiyalar =>M50-M54digər dorsopatiyalar=>M51-digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri. Diaqnozun mətni: M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen bel (L4-L5), L5 sağtərəfli radikuloişemiya, sağ aşağı ətrafın parezi. Ağırlaşma: R32-dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması. Yanaşı xəstəliklər: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-229/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən inzibati iş üzrə əlavə məhkəmə-tibbi ekspertizasının təyin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 4539 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki: 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən "Xİİİ sinif-sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-dorsopatiyalar =>M50-M54digər dorsopatiyalar=>M51-digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri. Diaqnozun mətni: M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen bel (L4-L5), L5 sağtərəfli radikuloişemiya, sağ aşağı ətrafın parezi. Ağırlaşma: R32-dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması. Yanaşı xəstəliklər: D26.7uşaqlığın digər hissələrinin xoşxassəli yenitörəməsi, qarın boşluğunun törəməsi C92mieloid leykemiya (mieloleykoz), mieloproliferativ xəstəlik” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Diaqnozun ağırlaşmaları şəxsin əyani müayinəsində əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar meyarlarının hər hansı birini aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 13449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 15 fevral 2024-cü il tarixli Qərarının surətindən görünür ki, Saatlı rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 6 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlilik vəziyyəti ilk dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə "ilkin"; xx.xx.2015ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə "təkrar"; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə "təkrar" əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasına Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 0311003AAU2f nömrəli, Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0309003AARKZ nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AARMG nömrəli, xx.xx.2022-ci il tarixli G00020991İCJ nömrəli, xx.xx.2022-ci il tarixli T00037025MİH nömrəli göndərişləri rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarıılmış, xx.xx.2022-ci il tarixli 0309003AAQ7H nömrəli rəsmilərimis göndəriş əsasında isə, ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicə müddəti yetərli olmadığından Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Müayinələr aparılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin gücsüzlük, ümumi zəiflik və halsızlıqdan olmuş, anmanestik olaraq uzun müddət xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 14095 nömrəli epikrizinə əsasən diaqnoz “Diskogen bel (L4-L5) sağtərəfli radikuloişemiyası. Sağ aşağı ətrafın parezi. Çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması”. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz "ÜİX: Gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi beloma fəqərələrinin osteoxondrozu. Diskogen L4-L5 sağ tərəflə radikuloişemiya. Sağ aşağı ətrafın monoparezi. Çanaq üzvlərinin funksiyasının çətinləşməsi şəklində göstərilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2021-ci || tarixində aparılmış KT müayinəsinin nəticəsi "Bel fəqərələr cismində osteoxondroza xas dəyişikliklər aşkar edilir. Fəqərələrin oynaq səthlərində subxodral sklerotikdəyişikliklər izlənilir. L3-L4 fəqərəarası diskdə hər iki tərəf fəqərəarası dəliyinin daralmasına səbəb olan arxa bilateral qabarma izlənilir. L4-L5 səviyyədə sağ tərəfli hissəsi laminektomiya defekti izlənilir. L4-L5 fəqərəarası diskdə dural kisəni və sağ sinir kökcüyü sıxan, 4 mm-a çatan arxa median sağa lateralizasiyalı patoloji struktur- fibroz sahə residiv yırtıq aşkar edilir. L5- S1 fəqərəarası diskdə ön epidural sahəni sıxan arxa median protruziya aşkar edilir" kimi qeyd edilmiş, xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi xroniki dövr L4-L5 radikulopatiyanın leyhinə olmuş, xx.xx.2022-ci il tarixində Akademik C.Abdullayev adına X9 İnstitutunda aparılmış Tredmil sınağının (Kardiovaskulyar stress test) nəticəsi "Sınaq mənfidir, sınaq zamanı və bərpa mərhələsində ST-T dəyişiklikləri müşahidə edilmədi. Ritm və keçiricilik pozulmaları baş vermədi" kimi qiymətlənirilmiş, müayinə zamanı klinik simptomlar izlənilməmişdir. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X1 Laboratoriyasında xx.xx.2018-ci il tarixində aparılmış molekulyar-genetik (PCR) müayinəsinin nəticəsi "Mieloproliferativ xəstəlik" şəklində göstərilsə də, obyektiv müayinəsi zamanı vətəndaşda qanın laxtalanma pozuntularını göstərən, purpura və digər hemorragik hallar izlənilməmiş, vətəndaş xəstəliyin ağırlaşmalarını təsdiq edən və qanəmələgəlmə funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə, uzunmüddətli tez-tez qanköçürməyə dair heç bir tibbi sənəd təqdim etməmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptpmu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən reflekslər D=S orta canlı, tonus normal olmuş, atrofiya izlənilməmiş, yuxarı və aşağı ətraflarda əzələ gücü 5 (beş) bal qeyd edilmiş, parez və əlillik təyinatına əsas verən nevroloji defisit izlənilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlər tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sabirabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-70/2-1068/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı sonuncu dəfə 2022-ci ildə Sabirabad rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən HMK-ya müraciət etmişdir. xx.xx.2022-ci ildən əvvəlki tarixlərin Tibbi Sosial Ekspert Komissiyasına göndərişlər və cavablar sistemdən silindiyi üçün TSEK-in imtina cavabını və 88 saylı formanı məhkəməyə göndərmək imkan xarixcindədir. İddiaçı adına açılmış X13, Müvafiq tibbi sənədlər özündə olduğu üçün sənədlərin surəti məhkəməyə göndərmək mümkün olmamışdır. Bildirilir ki, əlillik dərəcəsi ilə bağlı İddiaçı Saatlı rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X11 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamə
1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra– MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildi. 2.1.4. “Sosial ödənişlər” altsistemi; 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; 2.1.8. “Pensiya” altsistemi; 2.2. MEİS-in strukturuna aşağıdakı reyestrlər daxildir: 2.2.2. “Əlilliyi olan şəxslərin” reyestri; 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq aparılan yekun tibbi müayinəyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi; 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının tələbi onun hüquqi marağı və məqsədi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin yuxarıda göstərilən halları onu deməyə imkan verir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən "ümumi xəstəlik" səbəbi ilə 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 0309003AAC75 nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar olaraq qiymətləndirilmiş və "ümumi xəstəlik" səbəbi ilə 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. "Ümumi xəstəlik" səbəbi ilə təyin edilmiş ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq İddiaçı aid "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin 0311003AAU2F nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əsas diaqnozun ağırlıq dərəcəsinə görə köməkçi diaqnostik müayinələr tam aparılmadığından, "göndərişin natamam doldurulması" barədə əsaslı qərar verilmişdir. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 14095 nömrəli epikrizinə əsasən diaqnoz “Diskogen bel (L4-L5) sağtərəfli radikuloişemiyası. Sağ aşağı ətrafın parezi. Çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması”. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz "ÜİX: Gərginlik stenokardiyası İİİ f.s. Hipertoniya xəstəliyi bel-oma fəqərələrinin osteoxondrozu. Diskogen L4-L5 sağ tərəflə radikuloişemiya. Sağ aşağı ətrafın monoparezi. Çanaq üzvlərinin funksiyasının çətinləşməsi şəklində göstərilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2021-ci || tarixində aparılmış KT müayinəsinin nəticəsi "Bel fəqərələr cismində osteoxondroza xas dəyişikliklər aşkar edilir. Fəqərələrin oynaq səthlərində subxodral sklerotikdəyişikliklər izlənilir. L3-L4 fəqərəarası diskdə hər iki tərəf fəqərəarası dəliyinin daralmasına səbəb olan arxa bilateral qabarma izlənilir. L4-L5 səviyyədə sağ tərəfli hissəsi laminektomiya defekti izlənilir. L4-L5 fəqərəarası diskdə dural kisəni və sağ sinir kökcüyü sıxan, 4 mm-a çatan arxa median sağa lateralizasiyalı patoloji struktur- fibroz sahə residiv yırtıq aşkar edilir. L5-S1 fəqərəarası diskdə ön epidural sahəni sıxan arxa median protruziya aşkar edilir" kimi qeyd edilmiş, xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi xroniki dövr L4-L5 radikulopatiyanın leyhinə olmuş, xx.xx.2022-ci il tarixində Akademik C.Abdullayev adına X9 İnstitutunda aparılmış Tredmil sınağının (Kardiovaskulyar stress test) nəticəsi "Sınaq mənfidir, sınaq zamanı və bərpa mərhələsində ST-T dəyişiklikləri müşahidə edilmədi. Ritm və keçiricilik pozulmaları baş vermədi" kimi qiymətlənirilmiş, müayinə zamanı klinik simptomlar izlənilməmişdir. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X1 Laboratoriyasında xx.xx.2018-ci il tarixində aparılmış molekulyar-genetik (PCR) müayinəsinin nəticəsi "Mieloproliferativ xəstəlik" şəklində göstərilsə də, obyektiv müayinəsi zamanı vətəndaşda qanın laxtalanma pozuntularını göstərən, purpura və digər hemorragik hallar izlənilməmiş, vətəndaş xəstəliyin ağırlaşmalarını təsdiq edən və qanəmələgəlmə funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə, uzunmüddətli tez-tez qanköçürməyə dair heç bir tibbi sənəd təqdim etməmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptpmu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən reflekslər D=S orta canlı, tonus normal olmuş, atrofiya izlənilməmiş, yuxarı və aşağı ətraflarda əzələ gücü 5 (beş) bal qeyd edilmiş, parez və əlillik təyinatına əsas verən nevroloji defisit izlənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10” X14 4539 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən "Xİİİ sinif-sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-dorsopatiyalar =>M50-M54digər dorsopatiyalar=>M51-digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri. Diaqnozun mətni: M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2), diskogen bel (L4-L5), L5 sağtərəfli radikuloişemiya, sağ aşağı ətrafın parezi. Ağırlaşma: R32-dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, çanaq orqanlarının funksiya saxlamamazlıq şəklində pozulması. Yanaşı xəstəliklər: D26.7uşaqlığın digər hissələrinin xoşxassəli yenitörəməsi, qarın boşluğunun törəməsi C92mieloid leykemiya (mieloleykoz), mieloproliferativ xəstəlik” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Kifayət qədər əsaslar olduğu halda cavabdeh inzibati orqan iddiaçının arzuladığı aktı qəbul etməmiş, baxmayaraq ki, 2014-ci il tarixdən 2021-ci il tarixədək ona müddətli əlillik təyin edilsədə iddiaçının sağlamlıq vəziyyətinin yaxşılaşmasını həmçinin yuxarda sadalanan tibb müəssisələri tərəfindən təqdim edilmiş sənədləri təkzib edən sübutları təqdim etmədən iddiaçının hüquqi marağının ziddinə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın etirazının dəlili ondan ibarət olmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın təfsiri, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xətəxanası” X14 verdiyi xx.xx.2025-ci il tarix mütəxəssis rəyində İddiaçı bel fəqərələr cismində osteoxondroza xas dəyişikliklər aşkar edilmişdir. Fəqərələrin oynaq səthlərində subxondral sklerotik dəyişikliklər izlənilmiş, L3-L4 fəqərəarası diskdə hər iki tərəf fəqərəarası dəliyinin daralmasına səbəb olan arxa bilateral qabarma izlənilmiş, L4-L5 səviyyədə sağ tərəfli hissəsi laminektomiya defekti izlənilmiş, L4-L5 fəqərəarası diskdə dural kisəni və sağ sinir kökçüyü sıxan, 4 mm-ə çatan arxa median sağ laterasiyalı patoloji struktur – fibroz sahə, residiv yırtıq, aşkar edilmiş, L5-S1 fəqərəarası diskdə ön epidural sahəni sıxan arxa median protruziya aşkar edildiyi (2 mm) müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmənin qənaətinə görə İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.13 cü bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə xx.xx.2014-cü ildə tarixində 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonuncu dəfə 5 (beş) il müddətinə əllik təyin edilmiş, həmin təyin olunmuş əlillik müddəti xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuşdur. İddiaçı tərəfindən müxtəlif vaxtlarda göndərişlər təqdim edilmiş, sonuncu göndəriş xx.xx.2022-ci ildə tərtib edilmiş elektron qiymətləndirilmiş və bütün hallarda əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu göndərişin nəticəsində xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçının əvvəlki vəziyyətinin hazırda yaxışılaşmasını cavadeh inzibati orqan hər hansı tibbi sənədlə əsaslandırmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2014-cü il tarixdən hazır ki, vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin, ümumi xəstəlik səbəbindən müəyyən faiz dərəcəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahəli Musayev