Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-390/2021 22.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Kürdəmir rayonu, Ərəbxana kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin xx.xx.2020-ci il 1/İ-13080 nömrəli imtinasını əsassız və qanunsuz hesab edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. 1989-cu ildən 1991-ci ilədək keçmiş SSRİ ordusunda hərbi xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 83 №-li arxiv arayışında qeyd olunur ki, o, Daxili Qoşunların N saylı (99713) və dislokasiya yeri Ağdam rayonu döyüş bölgəsi olmuş N () saylı hərbi hissənin tərkibində xidmət keçmişdir. Belə ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 211 №-li əmrilə Silahlı Qüvvələrdə iki il xidmət etmiş və Azərbaycan Respublikası Çağırış məntəqəsindən gəlmiş hesab edilərək növbəti göndərişdə Dağlıq Qarabağ döyüş zonasına göndərilməklə xx.xx.1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. Eyni zamanda onun N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirakı N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 55 №-li əmrində də öz əksini tapmışdır. Ona veteran adının və müvafiq vəsiqəsinin verilməsi üçün ilk öncə AR-in DİN-ə müraciət etmişdir, lakin AR-nin DİN-nin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə müraciətinə cavab verərək göstərilmişdir ki, sonuncu xidmət yeri AR-nin Müdafiə Nazirliyi tabeli qurumlar olduğu üçün qaldırdığı məsələ ilə əlaqədar AR-nin Müdafiə Nazirliyinə müraciət etməsi məqsədəmüvafiqdir. Belə ki, AR-nin Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə döyüş əməliyyatlarında xidməti ilə bağlı aşağıdakı qeydlərində öz əksini tapmışdır. Hərbi biletinin 7-ci səhifəsində, Kürdəmir RHK-ı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 4/293 nömrəli arayışında və N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli arayışında onun N nömrəli hərbi hissədə xidmət etməklə döyüş əməliyyatlarında iştirakı və ASAN xidmət mərkəzinin xx.xx.2020-ci il tarixli arayışına əsasən xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmağı öz təsdiqini tapmışdır. Lakin AR-nin Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən onun müraciəti əsasında verilən xx.xx.2020ci il tarixli arxiv arayışında isə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri arxivə daxil olmadığı üçün xidməti barədə araşdırma apara bilmədiklərini qeyd etmişlər. Bundan əlavə onun hərbi biletinin 6-cı səhifəsində N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat olmasa da, lakin 7-ci səhifədə və N nömrəli hərbi hissə komandirinin, eyni zamanda Kürdəmir RHK-nın arayışlarında onun N nömrəli hərbi hissədə xidmət edərək döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapmışdır. AR-nin DİN Şəxsi Heyət Baş İdarəsi tərəfindən sonuncu xidmət etdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün ona veteran adının və vəsiqəsinin verilməsi üçün AR-nin MN-ə müraciət etməyi ilə bağlı məktubuna əsasən tərəfindən AR-nin Müdafiə Nazirliyinə müraciət edərək ona veteran adının və müvafiq vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh qurum tərəfindən xx.xx.2020-ci il tarixdə imtina cavabı verilərək N nömrəli hərbi hissənin şəxsi heyətinin əmrləri arxivə daxil olmadığından ona veteran adının verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina təqdim etdiyi sənədlərə əsasən qanunsuz və əsassızdır. Belə ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əmrləri Mərkəzi Arxivə daxil olmasa da, lakin onun hərbi biletinin 7-ci səhifəsində N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış və möhür vurulmuş eyni zamanda N saylı hərbi hissə tərəfindən ona verilmiş xx.xx.1993-cü il tarixli 103 nömrəli arayışlarda onun N nömrəli hərbi hissədə xidmət keçməyi və döyüşlərdə iştirak etməyi öz təsdiqini tapmışdır. Bundan əlavə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən ona verilmiş 4/293 nömrəli arayışdan da görünür ki, o, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək döyüşlərdə iştirak etmiş və ASAN xidmət tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli arayışından da görünür ki, xidmət müddəti başa çatdığına görə hərbi xidmətdən tərxis olunmuşdur. Hesab edir ki, təqdim etdiyi sənədlərdə onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərə baxmayaraq ona veteran adının və vəsiqəsinin verilməsi üçün imtina verilməsi qanunsuz və əsassız olduğundan iddia ərizəsi təmin edilməlidir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/6081 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı məhkəməyə elə özü tərəfindən təqdim etdiyi sənədlərə (4/293 nömrəli arayış) öz hərbi biletinin 7-ci səhifəsində olan qeydlər arasında ziddiyyət olduğundan, həmçinin həmin qeydlər üzərində düzəliş olduğundan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən onlar mötəbər sayıla bilməz. Daxili Qoşunların Baş İdarəsinin arxiv arayışına əsasən dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissədə iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı xidməti, şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat yoxdur. Yəni döyüş əməliyyatları aparılan zaman iddiaçının qanuni əsaslarla çıxarılması barədə məlumat yoxdur. Müharibə veteranı adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “…Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır”. Həmin qərarda göstərilmişdir ki, …törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və inzibati işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan xx.xx.2009-cu il tarixdə Kürdəmir RPŞ tərəfindən verilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Kürdəmir rayonu, Ərəbxana kəndində anadan olmuş, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatdadır. İş materialında olan Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 4/293 nömrəli arayışın surətindən görünür ki, 1971-ci təvəllüdlü İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1991-ci il ilədək hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək döyüşlərdə iştirak etmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-2257 nömrəli məktubun surətində qeyd edilmişdir ki, sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidmətiniz barədə araşdırma apara bilmirik. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2019-cu il tarixdə 9/2-10763 №-li məktubla SHXÇÜDX-nin Kürdəmir rayon şöbəsinə cavab göndərilmişdir. İş materialında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 83 nömrəli arxiv arayışının surəti ilə müəyyən olunur ki, sıravi İddiaçı 5456 (99713) və dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 211 №-li əmrilə Silahlı Qüvvələrdə iki il xidmət etmiş və Azərbaycan Respublikası çağırış məntəqəsindən çağırış gəlmiş hesab edilərək növbəti göndərişdə Dağlıq Qarabağa-döyüş əməliyyatları zonasına göndərilməklə xx xxxxxx 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;
2. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 55 №-li əmrilə müddətli həqiqi hərbi xidmət keçmək üçün gəlmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (hissə üzrə barəsində yeganə məlumatdır, xx xxxxxxxx 1992-ci il tarixdən sonrakı dövrlərdə xidmətini davam etdirməsi, yaxud hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmadı). İş materialında olan Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx xxxxxxx 1989-cu il tarixli НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/İ-13080 saylı məktubunda qeyd olunmuşdur ki, Sizə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-2257 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına və hərbi biletinizin 7-ci səhifəsində aparılan qeydlər toplanmış sənədlərdə öz təsdiqini tapmadığına görə Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx xxxxxxx 1989-cu il tarixli НЗ ******* nömrəli hərbi biletdə İddiaçı N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsinə dair qeydlər aparılmışdır. Lakin Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 83 nömrəli arxiv arayışında onun xx xxxxxxxx 1992-ci il tarixdən sonrakı dövrlərdə xidmətini davam etdirməsi, yaxud hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən hərbi qulluqçular müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün hərbi biletlərini hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etməlidirlər. İddiaçının hərbi biletində onun N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsinə dair qeydlər aparılsa da, arxivdə xx xxxxxxxx 1992-ci il tarixdən sonrakı dövrlərdə xidmətini davam etdirməsi və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki xx xxxxxx 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxxxx 1992-ci il tarixdən sonrakı dövrlərdə xidmətini davam etdirməsi və hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə arxivdə məlumat aşkar olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov