Məhkəmə qərarları › İş №2-1(120)-3909/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3909/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3909/2023 21.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdehndə tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 233 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Cavabdehndə tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 233 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.1937-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. Bununla bağlı xx.xx.1954-cü il tarixdə Cavabdehndə 287 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Daha sonra onlara məlum olmuşdur ki, xx.xx.1946cı il tarixdə doğulması ilə bağlı xx.xx.1970-ci il tarixdə Cavabdehndə 233 saylı doğum bərpa haqqında yeni akt qeydi tərtib olunmuşdur. O, Cavabdehnə müraciət edərək, Cavabdehndə tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 233 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı və cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2023-cü il tarixli, xx/xx-2008/69 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1946-cı ildə Ağcabədi şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1970-ci il tarixdə Cavabdehndə 233 saylı doğum bərpa haqqında akt qeydi tərtib olunmuş, ata qrafasında X2, ana qrafasında X4 qeyd edilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/09İS/138342-23 nömrəli arayışından görünür ki, İddiaçı ilə X1 arasında olan nikah sonuncunun vəfat etməsi səbəbindən xitam edilmişdir. - xx.xx.1954-cü il tarixli, İJ 198510 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1937-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1954-cü il tarixdə Cavabdehndə 287 saylı doğum haqqında akt qeydi tərtib olunmuş, ata qrafasında X2, ana qrafasında X4 qeyd edilmişdir. - məhkəmənin sorğusu əsasında göndərilmiş Cavabdeh xx.xx.1970-ci il tarixli, 233 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, İddiaçı xx.xx.1946-cı ildə Ağcabədi şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1970-ci il tarixdə Cavabdehndə 233 saylı doğum bərpa haqqında akt qeydi tərtib olunmuş, ata qrafasında X2, ana qrafasında X4 qeyd edilmişdir. - xx.xx.2005-ci il tarixdə Ağcabədi RPŞ tərəfindən verilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1937-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1937-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. Bununla bağlı xx.xx.1954-cü il tarixdə Cavabdehndə 287 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Daha sonra onlara məlum olmuşdur ki, xx.xx.1946-cı il tarixdə doğulması ilə bağlı xx.xx.1970-ci il tarixdə Cavabdehndə 233 saylı doğum bərpa haqqında yeni akt qeydi tərtib olunmuşdur. O, Cavabdehnə müraciət edərək, Cavabdehndə tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 233 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, Cavabdehndə tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 233 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.1970-ci il tarixli, 233 saylı doğum bərpa haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar