Məhkəmə qərarları › İş №2-1(120)-391/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-391/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-391/2025 27.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi dəqiqləşdirilərək “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasına davam etdirilməsi qərara alınmışdır. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 1962-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1984-xx.xx.1998-ci illərdə “Qafqazenerjitəmir” ixtisaslaşdırılmış istehsalat idarəsində turbogenerator avadanlığının təmiri üzrə çilingər, xx.xx.1998-xx.xx.2002-ci illərdə "xxxx" Müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində, xx.xx.2002-xx.xx.2012-cu illərdə Azərenerjitəmirsazlama Müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində, xx.xx.2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləmişdir. Belə ki, onun 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan (taxtapuşçu, 3-cü dərəcəli rəngsaz vəzifəsi) artıq zərərli iş stajım vardır. Belə olan halda onun 57 yaşdan hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərə əsasən işlədiyi illər ona sığorta stajı kimi nəzərə alınmalı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı 14 fevral 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin filial tərəfindən bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı işlədiyi vəzifə güzəştli peşə hesab olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr (a) bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. A.X7 təqdim etdiyi "xxxx" ASC-nin 18 iyun 2020-ci il tarixli 01-ZP/260 nömrəli arayışında xx.xx.1998-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "Azərenerjitəmirsazlama” müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların təmiri üzrə elektrik çilingəri və çilingər, xx.xx.2009-xx.xx.2012- ci il tarixləri arasındakı dövr ərzində Energetik avadanlıqlarının Təmiri İdarəsinin Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexində elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi generatorların və elektrik mühərriklərinin təmiri sahəsi və Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Çünki qeyd edilən siyahıda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat, peşə, vəzifə və göstərici arasında dəqiq uyğunluq təşkil edilməlidir, yəni bunlar arasında müvafiq oxşarlığın olması hüququn yarandığı anlamına gəlmir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, A.X14 müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Birinci şərt: İddiaçı xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olmuşdur. İkinci şərt: İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 il 7 ay 8 gün (11 ay 14 gün kolxozda işlədiyi dövr və xx.xx.1981 -xx.xx.1981 -ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Üçüncü şərt: İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli is stajı yoxdur. Göründüyü kimi qanunla tələb olunan şərtlər ödənilmir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin məzmunundan göründüyü kimi iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022ci il tarixə güzəştli şərtlərlə pensiya təyinatının aparılması üçün həmin tarixə: • 12 il 6 ay güzəştli iş stajı; • 25 il ümumi iş stajı və ya fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud olmalıdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr (a) yarımbəndində qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, bütün adlardan olan elektrik çilingərləri və gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 01- ZP/260 nömrəli arayışında xx.xx.1998-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Müəssisəsinin Əli- Bayramlı elektrik mühərrikləri və generatorları təmiri sahəsində avadanlıqların təmiri üzrə, eyni zamanda “X11 Stansiyası” MMC-nin xx.xx.2020-ci il tarixli 20/206/17/18 nömrəli arayışında isə xx.xx.2003-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Elektrik sexində və Mərkəzləşdirilmiş təmir sexinin elektrik avadanlıqlarının təmiri sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir.Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyərək və sübutlara obyektiv və qanuni şəkildə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr (a) bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin 18 iyun 2020-ci il tarixli 01-ZP/260 nömrəli sizə dair arayışında xx.xx.1998-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların təmiri üzrə elektrik çilingəri və çilingər, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Energetik avadanlıqlarının Təmiri İdarəsinin Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexində elektrik çilingəri vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz generatorların və elektrik mühərriklərinin təmiri sahəsi və Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ‘Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 7 ay 25 gün) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40536,87 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı 'olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 01-ZP/260 nömrəli X12 Arayışında qeyd edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1998-ci ildə (əmr №-24-m, xx.xx.1998-ci il) "xxxx" Müəssisəsinin Əli- Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ilədə (əmr № 17-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr №-10-kş, xx.xx.2002-ci il) "xxxx" ASC-nin "xxxx" MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və elektrik mühərriklərinin təmiri sahəsində 5-ci dərəcəli çilingər peşəsinə işə qəbil edilib və xx.xx.2003-ci ildə "xxxx"ASCnin AÜ/195 Saylı, xx.xx.2002-ci il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və elektrik mühərriklərinin təmiri sahəsinin işçilərini Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə, Əli-Bayramlı Dövlət Rayon X1 sexinin tabeçiliyinə verilib. xx.xx.2009-cu ildə (əmr №-01/17-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Elektrik Stansiyaları və X2 sexinə 6cı dərəcəli elektrik çilingəri peşəsinə işə qəbil edilib, xx.xx.2012-ci ildə (əmr №-152/17-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyaları Parkının Ağır Maşınqayırma Departamentinə 6cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmişdir və xx.xx.2012-ci ildə (əmr № 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqlarının təmiri, bölüşdürücü qurğuların və onların işini təmin edən elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 08 il, 01 ay, 28 gün təşkil edir. Məlumat üçün bildiririk ki, "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat- Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032№-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040№-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. Arayış Kadrlar şöbəsinin T-2 №-li Formalı şəxsi vərəqəsinə əsasən tərtib edilib və DSMFnin Şirvan şəhər şöbəsinə təqdim etmək üçün verilir. "xxxx" Azərbaycan-X13 Müəssisəsinin xx.xx.2016-cı il tarixli, 92 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1984-cü il tarixindən (ƏMR № 28-KŞ 14.05.84) trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildə ƏM-nin 37 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. (ƏMR 6-kş 26.02.98) ‘'Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi elektrik çilingərləri güzəştli şərtlərlə pensiya hüququna malikdir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı. "xxxx" Açiq Səhmdar Cəmiyyəti “X11 Stansiyası” MMC-nin xx.xx.2020-ci il tarixli, 20/206/17/18 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.2003-cü ildən (əmri № 02-n/87/18,xx.xx.2003-cü il) xx.xx.2006-ci ilə kimi “X11 Stansiyası" MMC-nin (Əli Bayramlı DRES-nin) Elektrik sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilıngəri: xx.xx.2006-cı ildən (əmri №86-k, 05 06 2006-cı il) 31.08 2009-cu ilə kimi Elektrik sexində elektrik maşınlarının təmiri üzrə elektrik çilıngəri işləmişdir. xx.xx.2015-ci ildən (əmr № 34-n xx.xx.2015-ci il) hal-hazıra kimi Mərkəzləşdirilmiş təmir sexinin elektrik avadanlıqlarının təmiri sahəsində elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri işləyir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin.vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə qeyd edildiyi kimi elektrik çilingərləri (bütün adlardan olan) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Əsas: "Azərbaycan Respublikas: Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı. Arayış Forma T-2 şəxsi vərəqəsinə və əmrlərə əsasən Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF Bakı şəhər İdarəsinə təqdim etmək üçün verilir. "xxxx" ASC “X8 şəbəkəsi” MMC-nin xx.xx.2020-ci il tarixli, 01/17-19 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMCnin müvəqqəti işlərə cəlb olunanlarla iş şöbəsində fəhlə fəzifəsində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 18 iyun 2020-ci il tarixli 01-ZP/260 nömrəli ona dair arayışında xx.xx.1998xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların təmiri üzrə elektrik çilingəri və çilingər, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Energetik avadanlıqlarının Təmiri İdarəsinin Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexində elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi generatorların və elektrik mühərriklərinin təmiri sahəsi və Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı ümumi iş stajı 41 il 10 ay 24 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 7 ay 24 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 3 ay sığorta stajı) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22827,52 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 25231,36 manat olmaqla cəmi pensiya kapitalı 48058,88 manat təşkil edir. xx.xx.1981-ci il tarixli, H3 № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. AZE 09537484 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. xx.xx.1981-ci il tarixdə doldurulmuş БТ-İ №5768518 nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1981-ci il tarixdən hal-hazırki dövrədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1984-xx.xx.1998-ci illərdə “Qafqazenerjitəmir” ixtisaslaşdırılmış istehsalat idarəsində turbogenerator avadanlığının təmiri üzrə çilingər, xx.xx.1998-xx.xx.2002-ci illərdə "xxxx" Müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində, xx.xx.2002-xx.xx.2012-cu illərdə Azərenerjitəmirsazlama” Müəssisəsinin Əli- Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində elektrik çilingəri, xx.xx.2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 01-PH/550 nömrəli X12 Arayişda qeyd edilmişdir ki, Arxiv bölməsində, 1962-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti araşdırılmış və həqiqətən xx.xx.1998-ci ildə (əmr №-24-m. xx.xx.1998-ci il) "xxxx" Müəssisəsinin Əli- Bayramlı Elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların yerində təmiri üzrə elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ilədə (əmr № 17-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə ( öz xahişi ilə ) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr №-10-kş, xx.xx.2002-ci il) “Azərenerji"ASC-nin "xxxx" müəssisəsi MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və Elektrik mühərriklərinin təmiri sahəsinə çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2003-cü ildə “Azərenerji"ASC-nin AÖ/195 Saylı, xx.xx.2002-ci il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və Elektrik mühərriklərinin təmiri sahəsinin işçiləri Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə, Əli-Bayramlı Dövlət Rayon X1 sexinin tabeçiliyinə verilib. xx.xx.2009-cu ildə (əmr №-01/17-kş, xx.xx.2009-cu il) “AZENCO" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Elektrik Stansiyaları və X2 sexinə elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.2012-ci ildə (əmr№- 152/17-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyaları Parkının Ağır Maşınqayırma Departamentinə elektrik çilingəri peşəsinə keçirilmişdir və xx.xx.2012-ci ildə (əmr № 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qutarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş dünü ərzində səs-küy, nəmlilik. iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur və Şirvan (Əli- Bayramlı) Elektrik Stansiyasının işini təmin edən, elektrik enerjisinin istehsalı üçün tələb olunan yanacağın generatorlara ötürülməsini və istilik normalarını nəzarətdə saxlayan ölçü cihazlarının təmirini və sazlanmasını təmin etmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cti ''Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacagötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a" fəhlələr bəndinə əsasən çilingərlərin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 il, 01 ay, 28 gün təşkil edir. Məlumat üçün bildiririk ki. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032№-li əmrinə əsasən “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040№-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "AZENCO” ASC adlandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X3 (güzəştli şərtlərlə pensiya təyin edilib) pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətini sizə təqdim edirik. Əlavə olaraq, bildiririk ki vətəndaş X5 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödəniimir. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından məktubunuzda qeyd etdiyiniz məsələlərə münasibət bildirilməsi tərəfimizdən mümkün deyildir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/208 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, Arxiv bölməsində, 1962-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti araşdırılmış və həqiqətən xx.xx.1998-ci ildə (əmr №-24-m, xx.xx.1998-ci il) "xxxx" Müəssisəsinin Əli- Bayramlı Elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların yerində təmiri üzrə elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ilədə (əmr № 17-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə ( öz xahişi ilə ) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə (əmr №-10-kş, xx.xx.2002-ci il) "xxxx" ASC-nin "xxxx" MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və Elektrik mühərriklərinin təmiri sahəsinə çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2003-cü ildə "xxxx"ASC-nin AÜ/195 Saylı, xx.xx.2002-ci il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və Elektrik mühərriklərinin təmiri sahəsinin işçiləri Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə, Əli- Bayramlı Dövlət Rayon X1 sexinin tabeçiliyinə verilib. xx.xx.2009-cu ildə (əmr №-01/17-kş, xx.xx.2009-cu il) "xxxx"ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Elektrik Stansiyaları və X2 sexinə elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.2012-ci ildə (əmr№-152/17-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyaları Parkının Ağır Maşınqayırma Departamentinə elektrik çilingəri peşəsinə keçirilmişdir və xx.xx.2012-ci ildə (əmr № 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş dünü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur və Şirvan (Əli-Bayramlı) Elektrik Stansiyasının qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığının və onların işini təmin edən, elektrik enerjisinin istehsalı üçün tələb olunan yanacağın generatorlara ötürülməsini və istilik normalarını nəzarətdə saxlayan ölçü cihazlarının təmirini və sazlanmasını təmin etmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a- 18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 il, 01 ay, 28 gün təşkil edir. Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, verilir, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 56 nömrəli arayışından görünür ki, Əliyev X4 rayonu M.Müşfiq kolxozunda 1979-cu il tarixdən 1980-cı il tarixədək işləmişdir. Tətbiq edilən hüquq. Konstitusiyanın 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilməlidir. Lakin iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır və həmin yaşa münasibətdə pensiya təyinatı üçün 4 element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşının tamam olması, 2) 60 yaşı tamam olanadək, yəni xx.xx.2022-ci il tarixədək 25 il ümumi iş stajının olması; 3) bu müddətin azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş və xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.Həmçinin qanun qüvvəyə mindikdən sonra isə sığorta stajı ilə təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən və təqdim olunmuş arayışlardan görünür ki, iddiaçı: xx.xx.1981-ci il tarixdən onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə kimi müxtəlif peşələrdə çalışmışdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2022-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının güzəştli stajının mövcudluğuna münasibətdə qeyd edir ki, nəzərə alınmalıdır ki, İddiaçı əmək kitabçasında xx.xx.1984-xx.xx.1998-ci illərdə “Qafqazenerjitəmir” ixtisaslaşdırılmış istehsalat idarəsində turbogenerator avadanlığının təmiri üzrə çilingər, xx.xx.1998-xx.xx.2002-ci illərdə "xxxx" Müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri, xx.xx.2002-xx.xx.2009-cu illərdə Azərenerjitəmirsazlama” Müəssisəsinin Əli-Bayramlı elektrik mühərrikləri və generatorların təmiri sahəsində 5-ci dərəcəli elektrik çilingəri, xx.xx.2009-xx.xx.2012-ci il tarixədək Azenco ASC Energetika Avadanlıqlarının Təmiri idarəsinin Elektrik stansiyaları və İstilik avadanlığının ölçülməsi sexində 6-cı dərəcəli elektrik çilingəri, xx.xx.2012-xx.xx.2015-ci il tarixədək Ağır Maşınqayırma departamentində 6-cı dərəcəli elektrik çilingəri, xx.xx.2015-xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də Mərkəzləşdirilmiş iş təmir sexinin elektrik avadanlıqlarının təmiri sexinin elektrik sahəsində 6-cı dərəcəli elektrik çilingəri işlədiyi qeyd edilmişdir. Və iş materiallarında olan işəğötürən tərəfindən təqdim edilmiş güzəştli şərtlərlə pensiya hüququnun mövcudluğunu təsdiq edən arayışlarda həmin faktlar təsdiq olunmaqla güzəştli staj və normalara uyğun olaraq müvafiq siyahıda nəzərdə tutulmuş zərərli istehsalat sahəsi, peşələrlə uyğunluğu və kod göstərilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, ilkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Belə ki,"xxxx" Azərbaycan-X13 Müəssisəsinin xx.xx.2016-cı il tarixli, 92 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1984-cü il tarixindən (ƏMR № 28-KŞ 14.05.84) trubogenerator avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildə ƏM-nin 37 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. (ƏMR 6-kş 26.02.98) ‘'Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi elektrik çilingərləri güzəştli şərtlərlə pensiya hüququna malikdir. "xxxx" Açiq Səhmdar Cəmiyyəti “X11 Stansiyası” MMC-nin xx.xx.2020-ci il tarixli, 20/206/17/18 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2006ci ilə kimi “X11 Stansiyası" MMC-nin (Əli Bayramlı DRES-nin) Elektrik sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilıngəri: xx.xx.2006-cı ildən 31.08 2009-cu ilə kimi Elektrik sexində elektrik maşınlarının təmiri üzrə elektrik çilıngəri işləmişdir. xx.xx.2015-ci ildən xx.xx.2020-ci il tarixədək Mərkəzləşdirilmiş təmir sexinin elektrik avadanlıqlarının təmiri sahəsində elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin.vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə qeyd edildiyi kimi elektrik çilingərləri (bütün adlardan olan) güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/208 nömrəli Arayışında qeyd edilmişdir ki, İddiaçı əmək xx.xx.1998-ci ildə (əmr №-24-m, xx.xx.1998-ci il) "xxxx" Müəssisəsinin Əli-Bayramlı Elektrik mühərrikləri və generatorların təmiri sahəsində avadanlıqların yerində təmiri üzrə elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx" ASC-nin "xxxx" MMCnin Əli-Bayramlı sahəsinin Generatorların və Elektrik mühərriklərinin təmiri sahəsinə çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2003-cü ildə "xxxx" ASC-nin AÜ/195 Saylı, xx.xx.2002-ci il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin Əli-Bayramlı sahəsinin Generatorların və Elektrik mühərriklərinin təmiri sahəsinin işçiləri Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə, Əli- Bayramlı Dövlət Rayon X1 sexinin tabeçiliyinə verilib. xx.xx.2009-cu ildə "xxxx"ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Elektrik Stansiyaları və X2 sexinə elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.2012-ci ildə Sumqayıt Texnologiyaları Parkının Ağır Maşınqayırma Departamentinə elektrik çilingəri peşəsinə keçirilmişdir və xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş dünü ərzində səs-küy, nəmlilik, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur və Şirvan (Əli-Bayramlı) Elektrik Stansiyasının qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığının və onların işini təmin edən, elektrik enerjisinin istehsalı üçün tələb olunan yanacağın generatorlara ötürülməsini və istilik normalarını nəzarətdə saxlayan ölçü cihazlarının təmirini və sazlanmasını təmin etmişdir. Göstərilən peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” bəndinə əsasən çilingərlərin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Beləliklə də, məhkəmə müəyyən edir ki, A.Ə Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Siyahı"nın 24cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəsli, Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ vardır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, həm əmək kitabçasına, həm işəgötürən müəssisələrin məhkəməyə təqdim etdiyi arayışlarına əsasən, iddiaçının xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (elektrik çilingəri) iş stajının 12 il 6 aydan çox təşkil etdiyini müəyyən edir. Məhkəmə həmçinin vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı məktubundan da görünür ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 48058,88 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə tələbin ikinci hissəsi, yəni 3 il geriyə pensiya məbləğinin ödənilməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bununla bağlı «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1- ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 01 dekabr 2022-ci il tarixdə yaranır. İş materiallarından müəyyən edilir ki, iddiaçı inzibati orqana 15 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən də qanunvericinin tətbiq etdiyi normaya uyğun olaraq iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən 3 il geriyə pensiya məbləğini tələb etmək hüququ yaranmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci, 69-cu , 75ci və 85-ci maddəlrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar