Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-393/2022 18.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5na qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T Dİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi şəxsin 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1981-1990-cı illərdə Sabirabad rayonu Muğan adına kolxozda işlədiyi illəri və sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə uşağa qulluq etməsini sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi şəxsin 4 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “1981-1990-cı illərdə Sabirabad rayonu Muğan adına kolxozda işlədiyi illəri, 28.08.1995-ci il tarixdən sağlamlıq imkanları məhdud və 30.03.2005-ci il tarixdən birinci dərəcəli əlil övladı X7 qulluq etdiyi müddətləri sosial sığorta stajı kimi nəzərə almaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5nın üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi şəxsin 4 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə uşağa qulluq etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial X12 Hüquqi Şəxsinin 4 saylı Regional Ərazi filialına müraciət etmişdir. Ona Dövlət Sosial X12 Hüquqi Şəxsinin 4 saylı Regional Ərazi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na əsaslanaraq məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, 1981-1990-cı illərdə Sabirabad rayonu “Muğan” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Həmin illərdə qeyd edilən kolxozda işləməyi Sabirabad rayon Dövlət Arxivinin 14.04.2021-ci il tarixli, 61 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Göstərilənlərə əsaslanaraq, 1981-1990-cı illərdə Sabirabad rayonu Muğan adına kolxozda işlədiyi illəri, 28.08.1995-ci il tarixdən sağlamlıq imkanları məhdud və 30.03.2005-ci il tarixdən birinci dərəcəli əlil övladı X7 qulluq etdiyi müddətləri sosial sığorta stajı kimi nəzərə almaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5nın nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 15.04.2021-ci il tarixdə Fondun 4 saylı regional ərazi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq filialın 06.10.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi 14.04.2021-ci il tarixli, 61 saylı arxiv arayışına əsasən 1981-ci ildən 1990-cı ilədək “Muğan” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında yazılmadığı üçün iş stajının qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranma tarixi 12.04.2021-ci ildir. Sosial sığorta stajının mübahisələndirən illəri 1981-1990-cı illərdə “Muğan” adına kolxozda işlədiyi illər, mübahisələndirilməyən illəri 28.08.1995-ci il tarixdən sağlamlıq imkanları məhdud, 30.03.2005-ci ildən birinci dərəcəli əlil övladına qulluq etdiyi illərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər ay 6 ay artırılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Azərbaycan Respublikası Prezidentinin 07 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543 VQD saylı Qanunun 8-ci maddəsinə əsasən Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 57 yaşının tamam olduğu 12.04.2021-ci il tarixdə yaranmışdır, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat). 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edirlər ki, iddiaçının mübahisəli olmayan sığorta stajı Fondun 4 saylı regional ərazi filialı tərəfindən tərtib edilmiş “İ dərəcə əlilliyi olan övladına qulluq” aktına əsasən 28.08.1995-ci il tarixdən qulluq dövrüdür ki, ümumilikdə 25 il 7 ay 13 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilmə Qaydaları”nın 3.10-cu bəndində qeyd edilir ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan olduqda daxil edilir. İddiaçının mübahisələndirilən sığorta stajı 1981-ci ildən 1990-cı ilədək Sabirabad rayonu “Muğan” adına kolxozda işlədiyi dövrlərdir ki, bu da ümumilikdə 8 il 2 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin 15 noyabr 2021-ci il tarixli, 121 nömrəli arxiv arayışından görünür ki, Sabirabad rayonu, “Muğan” adına kolxozda tələb olunan minimum adam günü norması 1981-ci il tarixdən 1990-cı il tarixədək 180 gün təşkil edir. İddiaçı 1982, 1984, 1985, 1986, 1988, 1989-cu illərdə minimum əmək iştirak normasını (180 gün) tam yerinə yetirdiyi üçün ümumilikdə 6 il sosial sığorta stajı əldə etmiş olur. 1981-ci ildə 44 gün, 1983-cü ildə 62 gün, 1987-ci ildə 150 gün, 1990-cı ildə 144 gün işləyərək nəzərdə tutulmuş minimum əmək iştirak normasını yerinə yetirməmişdir. 1981, 1983, 1987, 1990-cı illər üzrə sosial sığorta stajı (44+62+150+144= 400 x 12:180= 26 ay 21 gün= 2 il 2 ay 21 gün) 2 il 2 ay 21 gün təşkil edir. Belə ki, iddiaçının 1981-ci ildən 1990-cı ilədək Sabirabad rayonu “Muğan” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında yazılmadığı üçün həmin müddətin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. İddiaçı işlədiyini iddia etdiyi dövrlərə dair Sabirabad rayon Dövlət Arxivinin 14.04.2021-ci il tarixli, 61 nömrəli arxiv arayışını təqdim etmiş, arxiv arayışında əks olunmuş dövrlərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin arxiv arayışına uyğun olaraq həmin dövrlərin sığorta stajına daxil edilməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra -“Qaydalar”) 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Beləliklə, İddiaçı 1981-ci ildən 1990-cı ilədək Sabirabad rayonu “Muğan” adına kolxozda işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığına görə, sığortaolunan olmadığı üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Sabirabad rayon sabiq “Muğan” adına kolxozda 1981-ci ildə 44 adam günü, 1982-ci ildə 201 adam günü, 1983-cü ildə 62 adam günü, 1984-cü ildə 198 adam günü, 1985-ci ildə 364 adam günü, 1986-cı ildə 267 adam günü, 1987-ci ildə 150 adam günü, 1988-ci ildə 317 adam günü, 1989-cu ildə 292 adam günü, 1990-cı ildə 144 adam günü işləmişdir. Sabirabad rayon sabiq “Muğan” adına kolxozda qadınlar üçün 1981-1990-cı illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1982, 1984, 1985, 1986, 1988 və 1989-cu illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmiş, 1981, 1983, 1987 və 1990-cı illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Başçsısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.01.2022-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, Əliyeva X1 rayon Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qasımbəyli kəndində yaşayır. İddiaçı himayəsində olan 17.03.1989-cu ildə anadan olmuş əlil olan qızı X8 8 (səkkiz) yaşa kimi böyüdüb tərbiyə etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 14 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 SER. AR № 970384 saylı TSEKdə X4 görünür ki, 17.03.1989-cu il təvəllüdlü X9 30.03.2005-ci il tarixdə təkrar müayinə olunmuş və birinci qrup əlillik dərəcəsi verilmişdir (əlilliyinin səbəbi uşaqlıqdan, əllik müddəti müddətsiz). İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 06.10.2021-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə uşağa qulluq etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün Sabirabad Regional “ASAN xidmət” Mərkəzinə təqdim etdiyi sənədlərlə əlaqədar bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq 01 iyul 2017-ci il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşadək xəstə uşağa qulluq etmiş anaların bu Qanunun 70-ci maddəsinə uyğun (hazırda 62 yaşı tamam olmuş qadınların) şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlər araşdırılarkən Sizin ümumilikdə 33 il 7 ay 13 gün (arxiv arayışına əsaəsn 8 il, SİM-16 yaşadək xəstə uşağa qulluğa görə 9 il 6 ay 19 gün, birinci dərəcəli əlil xəstə uşağa qulluq 16 il 24 gün) sosial sığorta stajınız müəyyən edilir ki, bu da Sizə yaşa görə əmək pensiyası təyin olunmasına kifayət edir. Lakin Sabirabad rayon Dövlət Arxivinin 14.04.2021-ci il tarixli, 61 saylı arxiv arayışına əsasən 1981-1990-cı illərdə “Muğan” adına kolxoza aid sığorta stajınız əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasına imtina olunur. Sağlamlıq imkanları məhdud xəstə uşağa və birinci dərəcəli əlilə qulluq etdiyiniz illər təsdiq olunsa da, mövcud stajınız əmək kitabçasında qeyd olunmadığına görə Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtinanın və iddiaya etirazının dəlillərinin əsasını iddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması təşkil edir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtinasını və iddiaya etirazının dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1981-1990-cı illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Sabirabad rayon sabiq “Muğan” adına kolxozda işlədiyi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 61 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Sabirabad rayon sabiq “Muğan” adına kolxozda işlədiyi 1982, 1984, 1985, 1986, 1988 və 1989-cu illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1981, 1983, 1987 və 1990-cı illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5nın üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər ay 6 ay artırılır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Azərbaycan Respublikası Prezidentinin 07 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543 VQD saylı Qanunun 8-ci maddəsinə əsasən Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 57 yaşının tamam olduğu 12.04.2021-ci il tarixdə yaranmışdır. İddiaçının 1981-1990-cı illərdə Sabirabad rayon sabiq “Muğan” adına kolxozda işlədiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1981, 1983, 1987 və 1990-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X2» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 61 nömrəli arayışından müəyyən edilir ki, Sabirabad rayon sabiq “Muğan” adına kolxozda qadınlar üçün 1981-1990-cı illərdə adam günləri minimum 180 gün müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1981, 1983, 1987 və 1990-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1981, 1983, 1987 və 1990-cı illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (44+62+150+144) × 12 = 4800/180= 26 ay 06 gün (≈2 il 02 ay 06 gün); (ümumilikdə 8 il 02 ay 06 gün). İddiaçının sağlamlıq imkanları məhdud 16 yaşadək xəstə uşağa qulluğa görə 9 il 6 ay 19 gün, birinci dərəcəli əlil xəstə uşağa qulluğa görə 16 il 24 gün cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən məhkəmə həmin illər üzrə əlavə araşdırma aparmağa zərurət görmür. Belə ki, 1992-ci il tarixdə qəbul edilmiş (hazırda qüvvədən düşmüş) “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin j bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslərin əmək pensiyası almaq hüququ vardır. 67-ci madəsinin d) bəndinə əsasən, İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə əsasən, İ qrup əlilə, 16 yaşa qədər əlil uşağa, 75 yaşa çatmış qocalara xidmət dövrü xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktına əsasən müəyyən olunur. Əlillikdə olmanın (İ qrup əlillər və əlil uşaqlar üçün) və yaşı (qocalar və əlil uşaqlar üçün) təsdiq edilən sənədlər. Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunur. Yaşı təsdiqedici sənəd kiim pasportdan çıxarış, doğum şəhadətnaməsi, mənzil idarələrinin, yerli icra hakimiyyəti orqanlarının arayışları və s. qəbul edilə bilər. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək bə Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin işçiləri tərəfindən tərtib olunur. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, sağlamlıq imkanları məhdud və birinci qrup şəxslərə qulluq dövrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən hesablanan müddət kimi sığorta stajına daxil edilir. Həmin qaydaların tələblərinə görə isə, qulluq edən şəxslər bir halda dairəsi müəyyən edilmiş qohumlar olmalı, digər halda isə qanunvericiliyə uyğun qaydada qəyyum təyin edilməlidirlər. Həmin şəxlər tərəfindən qulluq müddəti digər şərtlərin yerinə yetirilməsi əsası ilə, o cümlədən sosial təminat şöbələri tərəfindən tərtib edilmiş müayinə aktı təqdim edildiyi halda sosial sığorta stajına daxil edilə bilər. Sabirabad rayon İHB-nın Qasımbəyli kənd icra nümayəndəsinin müavini R.F.Rəhimovun, qonşusu S.S.Ənnağıyevanın, qonşusu O.C.İbrahimovun, qonşusu Ə.O.Qəhrəmanovun iştirakı ilə Fondun 4 saylı regional ərazi filialı tərəfindən tərtib edilmiş 02.05.2021-ci il tarixli Aktdan görünür ki, Sabirabad rayonu, Qasımbəyli kəndində yaşayan İddiaçı 28.08.1995-ci il tarixdən sağlamlıq imkanı məhdud, 30.03.2005-ci il tarixdən birinci dərəcəli əlil olan övladı 17.03.1989-cu il təvəllüdlü X7 qulluq etmə faktının yoxlanılması məqsədi ilə Sabirabad rayon İHB-nın Qasımbəyli kənd icra nümayəndəsinin müavini R.F.Rəhimovun, qonşusu S.S.Ənnağıyevanın, qonşusu O.C.İbrahimovun, qonşusu Ə.O.Qəhrəmanovun iştirakı ilə müayinə keçirilmişdir. Yuxarıda adları çəkilən şəxslərin ifadələri və mövcud durum nəzərə alınaraq həqiqətən də İddiaçı sağlamlıq imkanı məhdud övladı X7 qulluq etmə faktı təsdiq olunmuşdur. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Sabirabad rayon Dövlət Arxivinin 14.04.2021-ci il tarixli, 61 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon sabiq “Muğan” adına kolxozda 1982, 1984, 1985, 1986, 1988 və 1989-cu illərə dair iş stajı, 1981, 1983, 1987 və 1990-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, 28.08.1995-ci il tarixdən sağlamlıq imkanları məhdud və 30.03.2005-ci il tarixdən birinci dərəcəli əlil övladı X7 qulluq etdiyi müddətlər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5nın üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayon Dövlət Arxivinin 14.04.2021-ci il tarixli, 61 nömrəli arxiv arayışında göstərilən Sabirabad rayon sabiq “Muğan” adına kolxozda 1982, 1984, 1985, 1986, 1988 və 1989-cu illərə dair iş stajı, 1981, 1983, 1987 və 1990-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, 28.08.1995-ci il tarixdən sağlamlıq imkanları məhdud və 30.03.2005-ci il tarixdən birinci dərəcəli əlil övladı X7 qulluq etdiyi müddətlər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsinin X5nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-393/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-393/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver