Məhkəmə qərarları › İş №2-1(120)-3930/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3930/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3930/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “evin təmir edilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “evinin təmir edilməsi” tələbinə dair inzibati iş üzrə iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində yararsız vəziyyətə düşmüş evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci ildə Horadiz şəhərində (keçmiş Horadiz qəsəbəsində) anadan olmuşdur. X6 zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində yaşadığı ev qəzalı vəziyyətə düşmüş, evdə olan əşyalar yararsız hala düşmüşdür. Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin çoxsaylı normativ hüquqi aktları qəbul edilmişdir. Təmir-bərpa işləri ilə bağlı tədbirlərin görülməsi məqsədilə siyahılaşdırma və qiymətləndirmə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Maddi ziyanın kompensasiya edilməsi məqsədilə Cavabdehnə dəfələrlə müraciət etsə də, onun evinin GİZ təşkilatı tərfındən təmir edildiyinə istinad edilməklə imtina verilmişdir. Sonuncu müraciətini Cavabdehnə xx.xx.2025-ci il tarixdə göndərmişdir. 30 gündən artıq müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, lakin cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Füzuli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AA №133003 nömrəli, xx.xx.2006-cı il tarixli X3 görünür ki, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət X10 Sənədləri Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, arxivdə mühafizə olunan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik fondunun 1998, 1999 və 2000-ci illəri əhatə edən sənədlərində Horadiz şəhəri, Ş.Xətai küçəsi, ev 5-ə aid evin baxış aktı və digər hər hansı sənədləri aşkar olunmadı. Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar Natiq Ağayevin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinin təmir olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətiniz rayon İcra Hakimiyyətində araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizin fərdi yaşayış eviniz 1999-cu ildə qismən bərpa olunmuşdur. Hazırda rayonda yalnız işğal zamanı yandırılmış və dağıdılmış, bərpa olunmamış evlərin təmir-bərpa işləri dövlət hesabına, cari təmir işləri isə vətəndaşın öz hesabına aparılır. Bütün bunlara baxmayaraq Horadiz şəhərində yandırılmış və dağıdılmış, qismən bərpa olunmuş evlərin yenidən bərpasına başlanan zaman Sizə də köməklik olunacaqdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdirma Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətən müharibəsi zamanı Ermənistan Respublikasının silahlı qüvvələrinin təcavüzü nəticəsində sizə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar təmir edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Baş nazirinə ünvanladığınız xx.xx.2022-ci il tarixli ərizənizə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Pİanlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2020-ci il tarixli 2292 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən texniki baxış aktı tərtib edilən müvafiq obyektlərin təmir və tikintisini həyata keçirir. Sizə məxsus yaşayış evinə ziyan dəyməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən tərtib olunan hər hansı texniki baxış aktı Komitəyə daxil olmamışdır. xx.xx.2023-cü il tarixli Texniki Baxış aktında qeyd edilmişdir ki, texniki baxış zamanı 1982-ci ildə yaşayış evinin ön fasad hissəsinə sonradan əlavə 1 yaşayış otağı və 1 eyvan inşa edilmişdir. Əlavə sahələr mövcud evə hörgü əlavəsi olmadan inşa edilmişdir. Evin əsas gücdaşıyıcı divarında (sonradan əlavə olunan hissədə) müxtəlif ölçüdə keçici çatlar və sağ yan fasad divarın şaquli vəziyyətinə əyilməsi müşahidə edildi. Bundan əlavə olaraq evin digər otaqlarında (təmirli otaq istisna olmaqla) mərtəbəarası örtüklər yoxdur, 4 otaq tam olaraq təmirsizdir. Horadiz şəhər İcra Nümayəndəliyinin verdiyi arayışa əsasən yaşayış evi 1983-cü ildə tərəfindən yandırılmışdır. Yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Evin təhlükəsiz istismarını təmin etmək məqsədilə layihə əsasında bərpa-gücləndirmə və təmir işlərinin aparılması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Füzuli rayonu, Horadiz şəhəri, Xətai küçəsində yerləşən və İddiaçı məxsus 5 nömrəli fərdi yaşayış evində Komitə tərəfindən heç bir təmirbərpa işləri həyata keçirilməmişdir. Azərbaycan Respublikası Cavabdeh Başçısı Aparatının Hüquq Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə müraciət edərək 1998-ci ildə evinin təmir olunduğunu ancaq təmirdən narazı qalması səbəbindən onun evinin təkrar təmir olunmasını xahiş etmişdir. Bildirir ki, İddiaçı eyni məzmunda dəfələrlə müraciət etmiş və onun müraciətləri Rayon İcra Hakimiyyəti tərəfindən cavablandırılmışdır. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə “Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayon, Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, şəhərdə hazırda aparılan bərpa işlərinin sürətinin və həmçinin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin”. Həmin Qərarın 11-cu bəndində isə qeyd edilmişdir ki, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Cavabdehnə tapşırılsın ki, şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görsünlər. Həmin Qərarın tələbinə uyğun olaraq, X6 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən həyata keçrilmiş və yekun olaraq mülkiyyət sahibləri ilə Agentlik arasında təhvil aktı bağlanaraq yaşayış sahələri onlara verilmişdir. Həmin qanunun 11-ci maddəsində isə Cavabdehnə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi vəzifəsi tapşırılmışdır. Məhz bu səbəbdən sözügedən evin təmir bərpa işlərinin aparılması ilə bağlı hər hansı sənəd Rayon İcra Hakimiyyətində mövcud deyil. Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz Şəhəri İnzibati Ərazi X1 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evi şəhər sakini İddiaçı məxsusdur. Azərbaycan Respublikası Cavabdeh Başçısı Aparatının Hüquq Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2018-ci il tarixə qədər olan bütün sənədlər axrivə verilməsi səbəbindən hal-hazırda 1994-1995-ci illərə aid məlumatlar Rayon İcra Hakimiyyətində yoxdur. Füzuli rayon, Horadiz şəhəri 1993-cü ilin oktyabr ayının 23-də erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1994-cü ilin yanvar ayının 5-də isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən müraciətdə qeyd edilən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin kimin mülkiyyətində olması, həmçinin mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Horadiz şəhəri, X9 küçəsi, 5 (yeni qaydalarla Az1900, Horadiz şəhəri, X9 küçəsi, giriş 19) ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz Şəhəri İnzibati Ərazi X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Horadiz şəhər sakini olan X2 Horadiz şəhər ərazisində özünə məxsus heç bir fərdi yaşayış evi və ya mənzili habelə həyətyanı torpaq sahəsi yoxdur. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildirirəm ki, X6 zamanı Füzulu rayonunun işğaldan azad edilmiş ərazilərində, (Horadiz şəhərinində) təmir bərpa işlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarına əsasında, Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi (Agentlik) tərəfindən həyata keçrilmişdir. Cavabdeh həmin qərarın 11-ci bəndinin tələbinə uyğun olaraq, bərpa edilmiş yaşayış evlərinə sakinlərinin köçürülməsini təmin etmişdir. Yaşayış evləri təmir və ya bərpa edildikdən sonra təhvil-təslim aktı ev sahibi ilə Agentlik arasında bağlandığı üçün Rayon İcra Hakimiyyətində iddiaçı ilə bağlanmış təhvil-təslim aktı yoxdur. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvan 6 ünvanda yerləşən, 1965-ci ildə mişar daşından iki mərtəbəli inşa edilmiş İddiaçı məxsus olan, 1993-cü ildə Horadiz şəhərinin işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, “Füzuli rayonunun Horadiz şəhərində yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarı əsasında Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən bərpa edilmiş fərdi yaşayış evinə baxış keçirilərkən aşağıdakı qüsurlar aşkar edildi: İddiaçı məxsus fərdi yaşayış evi iki mərtəbəli altı otaqdan ibarətdir; Evin İ mərtəbəsi təmir olunmayıb, İİ mərtəbəsində 2 otaq təmir olunmuşdur; Evin yükdaşıyan və arakəsmə divarlarında çatlar vardır. Çatların baş vermə səbəbini və tarixini müəyyən etmək mümkün olmadı; Evdə təmir olunduğu vaxtdan bu günə kimi yaşayış olmadığı üçün təmir olunmuş otaqlarda aşınma olmuşdur. Sözügedən ev hal-hazırda yaşayış üçün yararsızdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Horadiz şəhəri işğaldan azad olunduqdan sonra, İddiaçı evi 1998-ci ildə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən iki otaq olmaqla qismən bərpa edilmişdir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayon, Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, Horadiz şəhərində hazırda aparılan bərpa işlərinin sürətinin və həcminin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin”. Həmin Qərarın tələbinə uyğun olaraq, X6 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası, Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən həyata keçrilmişdir. Əlavə məlumat üçün bildirir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığı üçün sözügedən ev yararsız hala düşmüşdür. Cavabdeh Başçısının Horadiz Şəhər İnzibati Ərazi X1 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Horadiz şəhər sakini İddiaçı məxsus Horadiz şəhər, Xətai küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi Horadiz şəhəri işğaldan azad olunduqdan sonra 1998-ci ildə bərpa agentliyi tərəfindən iki otaq qismən bərpa edilmişdir. Hər iki otaqda döşəmə döşənilmiş, tavan vurulmuş, qapılar quraşdırılmış, divarlara suvaq və boya çəkilmişdir. Həmin vaxtdan İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Evdə yaşayış olmadığından ev yaşayış üçün qismən yararsız hala düşmüşdür. Vətən müharibəsi dövründə onun evinin üzərinə raket mərmisi düşməmişdir. Ərazidə Vətən müharibəsi zamanı dağıdılmış evlərin qeydiyyatını aparan kommisiya tərəfindən baxış keçirilmiş, lakin Vətən müharibəsində zərər dəymiş ev kimi qeydiyyata alınmamışdır. Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1053/2024 nömrəli Qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü (müharibə) nəticəsində zərər dəymiş və bərpası başa çatdırılmamış İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin bərpası və yenidən qurulması işlərinin aparılması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli, 895 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”:

17. İşğaldan azad olunmuş və zərər çəkmiş ərazilərin 1998—2001-ci illər üzrə bərpası ilə bağlı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış xüsusi proqramın Nazirlər Kabinetində təsdiqi və icrasının təmin olunması 1998-ci il və sonrakı illər icra dövrü üzrə Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, X4 üzrə Respublika Komissiyası, İqtisadiyyat Nazirliyi, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, müvafiq rayonların icra hakimiyyətlərinə həvalə olunmuşdur.

18. Bərpa və yenidənqurma problemləri ilə əlaqədar Azərbaycan Hökuməti, Dünya Bankı, BMT, Avropa Birliyi və digər təşkilatların iştirakı və təklifləri əsasında aşağıdakı tədbirlərin görülməsi: - Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin strukturunda repatriasiya departamentinin yaradılması 1998-ci il avqust icra dövrü üzrə Nazirlər Kabineti, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə; - Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarının təhlükəsizliyini təmin etmək üçün işğaldan azad olunmuş və olunacaq ərazilərin minalardan təmizlənməsi, digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə Respublika Hökumətinin strukturunda xüsusi qurumun yaradılması və onun peşəkar mütəxəssislərlə təmin edilməsi 1998-ci il və sonrakı illər icra dövrü üzrə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyinə həvalə edilmişdir. “Füzuli rayonunun Horadiz şəhərində yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarı: "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayonunun Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

10. Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, şəhərdə hazırda aparılan bərpa işlərinin sürətinin və həmçinin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin. Bərpa işləri zamanı donorların meyarlarına uyğun olaraq yerli əhalinin qüvvəsindən istifadə olunmasına üstünlük versin.

11. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Cavabdehnə tapşırılsın ki, şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görsünlər.

Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində yararsız vəziyyətə düşmüş evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və tələbinin təmin edilməsindən imtina edilmişdir. X7 Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1053/2024 nömrəli Qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü (müharibə) nəticəsində zərər dəymiş və bərpası başa çatdırılmamış İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin bərpası və yenidən qurulması işlərinin aparılması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Bundan sonra İcra Hakimiyyəti iddiaçının tələbi əsasında araşdırma aparmış və akt tərtib edərək tələbi yenə də təmin etməmişdir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli sözügedən aktda qeyd edilmişdir ki, ünvan 6 ünvanda yerləşən, 1965-ci ildə mişar daşından iki mərtəbəli inşa edilmiş İddiaçı məxsus olan, 1993-cü ildə Horadiz şəhərinin işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, “Füzuli rayonunun Horadiz şəhərində yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 1999-cu il tarixli, 142 saylı Qərarı əsasında Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən bərpa edilmiş fərdi yaşayış evinə baxış keçirilərkən aşağıdakı qüsurlar aşkar edildi: İddiaçı məxsus fərdi yaşayış evi iki mərtəbəli altı otaqdan ibarətdir; Evin İ mərtəbəsi təmir olunmayıb, İİ mərtəbəsində 2 otaq təmir olunmuşdur; Evin yükdaşıyan və arakəsmə divarlarında çatlar vardır. Çatların baş vermə səbəbini və tarixini müəyyən etmək mümkün olmadı; Evdə təmir olunduğu vaxtdan bu günə kimi yaşayış olmadığı üçün təmir olunmuş otaqlarda aşınma olmuşdur. Sözügedən ev hal-hazırda yaşayış üçün yararsızdır. İddiaçının tələbi və cavabdehin imtina əsaslarının qanuniliyinin araşdırılması nəticəsində məhkəmə müəyyən edir ki, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən Füzuli rayonundan məcburi köçkün düşmüş və ona müvafiq vəsiqə verilmişdir. Ermənistan Respublikasının silahlı qüvvələrinin təcavüzü nəticəsində ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə ziyan dəymiş və Horadiz şəhəri işğaldan azad olunduqdan sonra, İddiaçı evi 1998-ci ildə bərpa agentliyi tərəfindən iki otaq qismən bərpa edilmişdir. Hər iki otaqda döşəmə döşənilmiş, tavan vurulmuş, qapılar quraşdırılmış, divarlara suvaq və boya çəkilmişdir. Həmin vaxtdan İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Evdə yaşayış olmadığından ev yaşayış üçün təbii olaraq qismən yararsız hala düşmüşdür. Hal-hazırda müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi qismən yararsız vəziyyətdədir. Lakin ərazidə Vətən müharibəsi zamanı dağıdılmış evlərin qeydiyyatını aparan kommisiya tərəfindən baxış keçirilsə də, həmin ev Vətən müharibəsində zərər dəymiş ev kimi qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneələr yaradılmamışdır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İnzibati-Prosessual Məcəllənin 2, 4.1, 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar