Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3935/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “01 noyabr 2005-ci il tarixli, 29 saylı ölüm akt qeydində ölən şəxsin adının “Nərgiz”dən “Nərminə”yə düzəliş edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 noyabr 2005-ci il tarixdə tərtib edilmiş 29 saylı ölüm haqqında akt qeydində ölən şəxsin adının “Nərgiz”dən “Nərminə”yə, doğum tarixinin isə 01 iyul 1972-ci ildən 01 yanvar 1972-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-3935/2023 nömrəli qərardadı ilə iddia tələbinə “01 noyabr 2005-ci il tarixli, 29 saylı ölüm akt qeydində ölən şəxsin adının “Nərgiz”dən “Nərminə”yə düzəliş edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, 01 noyabr 2005-ci il tarixli, 29 saylı ölüm akt qeydində ölən şəxsin adının “Nərgiz”dən “Nərminə”yə düzəliş edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. - 01 noyabr 2005-ci il tarixli, 29 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.2005-ci ildə vəfat etməsi barədə qeydiyyat aparılmışdır. - 02 fevral 1972-ci il tarixli, 8 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X2 xx.xx.1972-ci ildə anadan olması barədə qeydiyyat aparılmış, ata qrafasında X10, ana qrafasında X4 adı qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli, 3-16-5/4-598-23 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1985-ci ildə ölmüşdür. - xx.xx.2001-ci il tarixli, AZ 055716 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2001-ci ildə ölmüşdür. - xx.xx.2023-cü il tarixli, 3-16-5/4-835-23 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1972-ci ildə anadan olmuşdur. - xx.xx.2005-ci il tarixli, AZ-İ ******* nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2005-ci ildə ölmüşdür. - Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-70-26/2-428 nömrəli arayışdan görünür ki, Hüseynov X6 rayonunun Qaratəpə kəndində yaşayır, X8 (həyat yoldaşı), X9 (oğlu), X5 (bacısı, vəfat edib) ailə üzvləridir. - Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, aktda qeyd edilmişdir ki, X5 xx.xx.1972-ci ildə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuşdur. xx.xx.2005-ci ildə vəfat etmişdir. Onun ölüm akt qeydində adı X1 yazılmışdır. Doğum tarixi isə xx.xx.1972-ci il kimi göstərilmişdir. Nərgiz və Nərminə eyni şəxsdir, sənədləşmə aparılarkən texniki səhvə yol verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının bacısı X2 barəsində Sabirabad rayon İcra Hakimiyyətinin Qaratəpə Kənd İcra Nümayəndəliyi tərəfindən ölüm akt qeydi tərtib olunarkən 01 noyabr 2005-ci il tarixli, 29 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin adı “Nərminə” əvəzinə “Nərgiz” qeyd edilmişdir. İddiaçı müvafiq sənədlər əsasında ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. 01 noyabr 2005-ci il tarixli, 29 nömrəli ölüm haqqında akt qeydində iddiaçının bacısı ölən şəxsin adı “Nərminə” əvəzinə “Nərgiz” qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, 01 noyabr 2005-ci il tarixli, 29 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin adının “Nərgiz”dən “Nərminə”yə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 01 noyabr 2005-ci il tarixli, 29 saylı ölüm akt qeydində ölən şəxsin adının “Nərgiz”dən “Nərminə”yə düzəliş edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3935/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3935/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver