Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-394/2023 14.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 1975-ci ildən 16 yanvar 1993-cü ilə kimi Lerik rayonu X5 Sovetinin katibi və Tikəband kənd ərazi icra nümyəndəsinin müavini vəzifəsində işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1966, 1970-1972, 1974-1975ci illərdə Lerik rayonunun M.Əzizbəyov adına kolxozunda, xx.xx.1975-ci ildən 16 yanvar 1993-cü ilə kimi Tikəbənd Ərazi icra nümayəndəsinin müavini vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Lerik rayon Mədəniyyət Şöbəsi üzrə Tikəband kənd Mədəniyyət evinin direktoru və xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Lerik rayonunun Dico kənd bələdiyyəsində işləmişdir. Göstərdiyi təşkilatlarda işləməyi ona məxsus olan əmək kitabçasında, Arxiv arayışında və Lerik rayon Məhkəməsinin xx.xx.2012 tarixli qətnaməsində qeyd edilimişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun 18 il Dövlət qulluğunda xidmət etdiyi illər qeyd olunmuşdur. Lakin buna baxmayaraq, ona yaşa görə əmək pensiyası təyin edilərkən Dövlət qulluğunda işlədiyi illər nəzərə alınmadan xüsusi şrtlərlə deyil, adi əmək pensiyası təyin edilmişdir ki, bu da bir vətəndaş kimi qanunla qorunun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmaqla dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququnu məhdudlaşdırır. Dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi ilə bağlı aidiyyəti və müxtəlif orqanlara yazılı ərizə ilə müraciət etməyisinə baxmayaraq, ona müsbət cavab verilməmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bildirir ki, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1 iyun 2004-cü il tarixli Qanununun 5.2.3-cü maddəsinə əsasən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəməyə iddiaya qarşı yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Filiala qarşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinə dair iddiasını qəbul etmirlər. İddiaçı iddia edir ki, xx.xx.1975-xx.xx.1993cü illər ərzində Lerik rayonunun Tikəband X3 katibi və Tikəband kənd ərazi üzrə icra nümayəndəsinin müavini kimi işlədiyi müddət ona dövlət quliuqçusu kimi əmək pensiyası təyin edilməsi üçiin əsasdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 5 ildən az , yəni 1 il 2 ay 28 gün (xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) təşkil edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasınm Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. İddiaçının 28 fevral 1975-ci il tarixdən 16 yanvar 1993-cii il tarixədək Lerik rayonu Tikəband X3 katibi vəzifəsi dövlət qulluğu vəzifəsi hesab edilmədiyindən həmin dövrlər dövlət qulluğu stajı kimi qəbul edilə bilməz. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası hiiququ yoxdur. Məhkəmədən yuxarıda yazılanları nəzərə alaraq İddiaçı cavabdeh Filiala qarşı dövlət qulluqçusu kimi əmək pensiyasınm təyin edilməsinə dair iddiasının rədd edilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Lerik RPŞ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Lerik rayonunun Tikəband kəndində doğulmuş və Lerik rayonunun Dico kəndində yaşayır. İşdə olan iddiaçının adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli əmək kitabçasına, Azərbaycan Respublikası Dövlət Arxivi Lerik filialının xx.xx.2021-ci il tarixli 194 nömrəli arayışına və Lerik rayon Məhkəməsinin xx.xx.2012 tarixli qətnaməsinə əsasən İddiaçı 1966, 1970-1972, 1974-1975-ci illərdə Lerik rayonunun M.Əzizbəyov adına kolxozunda, xx.xx.1975-ci ildən 16 yanvar 1993-cü ilə kimi Tikəbənd kənd ərazi icra nümayəndəsinin müavini vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Lerik rayon Mədəniyyət Şöbəsi üzrə Tikəband kənd Mədəniyyət evinin direktoru və xx.xx.2000ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Lerik rayonunun Dico kənd bələdiyyəsində işləmişdir. İşdə olan DSMF Lerik rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********1 nömrəli məkubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 11 yanvar 2022-ci il tarixli **********7 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı “dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə müraciətinin təmin olunmasından imtina edilmiş, buna səbəb kimi dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı tələb olunduğu halda, onun 1 il 2 ay 28 gün (xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) qulluq stajına malik olduğu qeyd edilmişdir. İşdə olan ünvan 4 ünvanladığı 09 fevral 2023-cü il tarixli, 5-65-37/2-41/2023 nömrəli məktubuna əsasən İddiaçı 28 fevral 1975-ci il tarixdən 02 yanvar 1992-ci il tarixədək Tikəband kənd sovetində katib vəzifəsində işləmiş, Tikəband kənd ərazi icra nümayəndəsinin 02 yanvar 1992-ci il tarixli, 01 nömrəli əmri ilə ərazi icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuş və xx.xx.1993-cü il tarixədək həmin vəzifədə işləmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin verilmiş sorğuya cavab olaraq məhkəməyə ünvanladığı “hazırki mübahisəyə münasibət bildirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-3603 nömrəli məktubunda kənd X3 katibi vəzifəsinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün həmin vəzifə üzrə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilmədiyi bildirilmişdir. Beləliklə, İddiaçı 28 fevral 1975-ci il tarixdən 02 yanvar 1992-ci il tarixədək Tikəband kənd sovetində işlədiyi katib və 02 yanvar 1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi ərazi icra nümayəndəsinin müavini vəzifələrinin dövlət qulluğu kimi qəbul edilərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edərək bu barədə cavabdeh təşkilata müraciət etmiş, cavabdeh isə 28 fevral 1975-ci il tarixdən 02 yanvar 1992-ci il tarixədək Tikəband kənd sovetində işlədiyi katib vəzifəsinin “1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığını bildirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Həmin “Siyahı”nın 1.17-ci bəndinə (1991-ci il oktyabrırı 18-dək olan dövr) müvafiq olaraq rayon (şəhər) X7 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin kənd X6 icraiyyə komitəsində mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Yuxarıda adıçəkilən Siyahıda yalnız rayon və şəhər X7 icraiyyə komitəsinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı, həmin Siyahıda kənd X1 icraiyyə komitəsi nəzərdə tutulmadığı və kənd X2 mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən vəzifələrə uyğunlaşdırılması aparılmadığı üçün məhkəmə hesab edir ki, İddiaçı Lerik rayon Tikəband kənd X3 katibi vəzifəsində işlədiyi 28 fevral 1975-ci il tarixdən 02 yanvar 1992-ci il tarixədək iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil etməməklə cavabdeh təşkilat tərəfindən qanunvericiliyin pozulması və iddiaçının hüquqlarına müdaxilə hallarına yol verilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələri inzibati vəzifələrin yeddinci təsnifatına aid edildiyindən iddiaçının 02 yanvar 1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Lerik rayon Tikəband kənd ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işlədiyi iş müddətinin dövlət qulluğunda qulluq stajı kimi qəbul etməklə cavabdeh düzgün nəticəyə gəlmişdir. Beləliklə, iş materiallarına və qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən İddiaçı dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 5 il dövlət qulluğu stajına malik olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-394/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-394/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver