Məhkəmə qərarları › İş №2-1(120)-3956/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3956/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3956/2025 14.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” X2rşı “X17 qeydində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” X2rşı “Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Axısxa KİN tərəfindən 16 dekabr 2009-cu ildə tərtib edilmiş 26 saylı X17 qeydində uşaq haqqında məlumat bəndində uşağın soyadının “Məhəddinov”dan “Müslimov”-a düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” X2rşı “Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Axısxa KİN-yi tərəfindən 16 dekabr 2009-cu ildə tərtib edilmiş 26 saylı X17 qeydində uşaq haqqında məlumat bəndində uşağın soyadının “Məhəddinov”dan “Müslimov”-a düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1985-ci ildə Özbəkistan Respublikasının Səmərqənd rayonunda anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşı olmaqla Sabirabad rayonunun Axısxa kəndində yaşayır. Arvadı Məhəddinova (Mahmudova) Gözəl Xalıt qızı da xx.xx.1987-ci il Özbəkistan Respublikasının Səmərqənd rayonunda anadan olub və Azərbaycan Respublikasının vətəndaşı olmaqla Sabirabad rayonunun Axısxa kəndində yaşayır. Onların nikahları xx.xx.2007-ci ildə Sabirabad RİHBnm Axısxa KİN-yi tərəfindən 09 saylı nikah haqqında akt qeydi əsasında rəsmiləşdirilib. Onların birgə nikahlarından 04 noyabr 2009-cu ildə Fərid adlı cinsi oğlan olmaqla bir uşaqları anadan olub. Həmin uşağa Sabirabad RİHB-nin Axısxa KİN-yi tərəfindən doğum haqqında AZ-İİ seriyalı 356705 nömrəli şəhadətnamə verilmiş və həmin şəhadətnamədə uşağın soyadı “Müslimov”, adı “Fərid”, ata adı “Fəxrəddin” oğlu, doğum tarixi “04” noyabr 2009-cu il, doğum yeri Sabirabad rayonunun Axısxa kəndi, ata haqqında məlumat bəndində atanın soyadı “Məhəddinov”, adı “Fəxrəddin”, ata adı “Müslim” oğlu, ana haqqında məlumat bəndində ananın soyadı “Məhəddinova”, adı “Gözəl”, ata adı “Xalif” qızı yazılmışdır. Həmin doğum haqqında şəhadətnamə əsasında uşağa Azərbaycan Respublikası AZE 10754086 seriyalı şəxsiyyət vəsiqəsi almışdır. Bundan başqa da uşaq Səfərbərlik və HXÇÜDX Sabirabad rayon şöbəsindən İQ seriyalı 719029 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilmişdir. Uşaq xəstədir və uzun müddətdir ki, həkimlər gəzərək müalicələr alır və hər yerdə soyadı Müslimov kimi qeydiyyatdadır. Hazırda onlar uşağa yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün Sabirabad regional “ASAN xidmət” mərkəzinə müraciət etmişlər və orada bildirdilər ki, uşağın X17 qeydində soyadı Məhəddinovdur. Bundan sonra onlar Asan xidmətdə olan qeydiyyat şöbəsinə yaxınlaşmış və uşağın doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini və hərbi biletini göstərək bildiriblər ki, bu uşağın soyadı o vaxtı Müslimov yazılaraq onlara verilib və bütün sənədləşmə Müslimov soyadı ilə gedir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı Müslüm oğlu konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materialarında olan: xx.xx.2007-ci il tarixli, AZ-İ№ 349668 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Müslüm oğlu ilə X12 arasında xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlanmışdır. xx.xx.2009-cu il tarixli AZ-İİ № 356705 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2009-cu ildə Sabirabad rayonunda anadan olmuşdur, atası İddiaçı Müslüm oğlu, anası X6r. AZE 10754086 nömrəli, xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ata adı İddiaçı, ana adı Məhəddinova Gözəl olan Müslümov Fərid xx.xx.2009-cu ildə Sabirabad rayonu, Axısxa kəndində anadan olmuşdur. X17 X9 X16 qeyd edilmişdir ki, vətəndaş İddiaçı 30 may 2025-ci ildə Sabirabad regional “Asan xidmət” qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək uşağı xx.xx.2009-cu il təvəllüdlü X3 X17 qeydində soyadının “Məhəddinov”-dan “Müslimov”-a düzəliş edilməsini xahiş etmişdir. İddiaçı vəsatətində Sabirabad RİHB-nin Axısxa KİN-yi tərəfindən 16 dekabr 2009-cu ildə 26 nömrəli X17la təsdiq edilərək oğlu X3 adına verilmiş AZ-İİ seriyalı 356705 nömrəli doğum haqqında şəhadətnamədə, həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası AZE 10754086 seriyalı şəxsiyyət vəsiqəsində uşağın soyadının “Müslimov” yazılmasını əsas gətirmişdir. Təqdim edilmiş sənədlər əsasında araşdırma aparılmış, bu məqsədlə də Müslimov (Məhəddinov) Fərid Fəxrəddin oğlunun adına Sabirabad RİHB-nin Axısxa KİN-yi tərəfindən 16 dekabr 2009-cu ildə tərtib edilmiş 26 saylı X17 qeydinə baxış keçirilərkən, X17 qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Məhəddinov”, adının “Fərid”, ata adının “Fəxrəddin” oğlu, doğum tarixinin “04” noyabr 2009-cu il, doğum yerinin Sabirabad rayonunun Axısxa kəndi, ata haqqında məlumat bəndində atanın soyadının “Məhəddinov”, adının “Fəxrəddin”, ata adının “Müslim” oğlu, doğum tarixinin xx xxxx 1985-ci il, ana haqqında məlumat bəndində ananın soyadının “Məhəddinova”, adının “Gözəl”, ata adının “Xalit” qızı, doğum tarixinin 21 iyul 1987-ci il yazılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Sabirabad RİHB-nin Axısxa KİN-yi tərəfindən 03 sentyabr 2007-ci ildə tərtib edilmiş 09 saylı nikah haqqında akt qeydinə əsasən xx xxxx 1985-ci il təvəllüdlü İddiaçı ilə 21 iyul 1987-ci il təvəllüdlü Məhəddinova (Mahmudova) Gözəl Xalit qızının nikaha daxil olması, nikah bağlandıqdan sonra arvada “Məhəddinova” soyadının verilməsi, Sabirabad RİHBnin Axısxa KİN-yi tərəfindən 16 dekabr 2009-cu ildə tərtib edilmiş 26 saylı X17 qeydində valideynlərinin soyadları “Məhəddinov (Məhəddinova)”, uşağın soyadı isə valideynlərin soyadına uyğun olaraq “Məhəddinov” kimi qeyd edilməsi müəyyən edilərək, X17 qeydində uşağın adının, ata adının və ya soyadın verilməsi və ya dəyişdirilməsi qaydalarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsinə dair hər hansı bir qeydiyyatın mövcud olmaması aşkarlanmışdır. Belə olan halda X17 qeydi ilə AZ-İİ seriyalı 356705 nömrəli doğum haqqında şəhadətnamədəki ziddiyyətli məqamlara aydınlıq gətirilməsinə kifayət qədər sübutlar təqdim edilməməsi səbəbindən X17 qeydinə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nı əsas tutaraq, İddiaçı oğlu X3 adına Sabirabad RİHBnin Axısxa KİN-yi tərəfindən 16 dekabr 2009-cu ildə tərtib edilmiş 26 saylı X17 qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Məhəddinov”-dan “Müslimli”-yə düzəlişin edilməsi barədə vəsatətinin təminindən imtina edilir. İİİ-ЧЖ № 447603 nömrəli, xx.xx.1980-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə Müslümoviç xx.xx.1980-cı ildə Özbəkistan SSR Səmərqənd vilayəti, Dexkanabad Azamat qəsəbəsində anadan olmuş, atası Məhəddinov Müslüm, anası Fəziyeva Şahsənəmdir. V-ЧЖ № 306009 nömrəli, xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1985-ci ildə Özbəkistan SSR Səmərqənd vilayəti, Dexkanabad Azamat qəsəbəsində anadan olmuş, atası Məhəddinov Müslüm, anası Fəziyeva Şahsənəmdir. İlkin Hərbi Qeydiyyata Alınma haqqında İQ№ 719029 nömrəli, xx.xx.2025-ci il tarixli vəsiqəsindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə tibbi komissiyanı keçmiş və müalicəyə ehtiyacı var sayılmışdır. xx.xx.2009-cu il tarixli, 26 nömrəli X17 qeydindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası İddiaçı Müslüm oğlu, anası X6r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı övladına məxsus X17 qeydində dəyişiklik edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, şəxsin doğulması faktını təsdiq edən əsas sənəd X17 qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı akt qeydində şəxsin soyadı Məhəddinov kimi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, övladına məxsus digər sənədlərdə soyadı Müslümov kimi qeyd edildiyinə görə bu yöndə doğum akt qeydində də dəyişiklik edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, xx.xx.2009-cu il tarixli, 26 nömrəli X17 qeydində X1 xx.xx.2009-cu il tarixdə doğulduğu və atasının İddiaçı Müslüm oğlu, anasının isə X10 olduğu öz təsdiqini tapır. İddiaçıya məxsus sözügedən doğum akt qeydində valideynlərinin soyadı da Məhəddinov kimi qeyd edilmişdir. Və Ailə Məcəlləsinin 53.3-cü maddəsində də qanunvericinin müəyyən etdiyi kimi uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Belə olan halda məhkəmə müəyyən edir ki, iddiaçının övladının doğum akt qeydində heç bir səhvə yol verilməmişdir və məhkəmənin qənaətinə görə iddiaçının övladına münasibətdə doğum akt qeydində düzəliş edilərək soyadının dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, digər sənədlərdə iddiaçının övladının soyadının doğum akt qeydində qeyd olunan soyadına uyğunlaşdırılması üçün müvafiq orqanlara müraciət etmək hüququ vardır. Bundan əlavə uşağın soyadının dəyişdirilməsi ilə bağlı da müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər, 18 yaşına çatdıqda isə şəxs öz ərizəsi əsasında qanunamüvafiq qaydada soyadının dəyişdirilməsini tələb edə bilər. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sabirabad Regional “Asan Xidmət” X2rşı “Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Axısxa KİN tərəfindən 16 dekabr 2009-cu ildə tərtib edilmiş 26 saylı X17 qeydində uşaq haqqında məlumat bəndində uşağın soyadının “Məhəddinov”-dan “Müslimov”-a düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar