Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3957/2025 15.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı “Şirvan şəhər XDS İcraiyyə Komitəsinin 1959-cu tarixli qərarı və həmin qərar əsasında verilmiş orderə əsasən mərhum atası X3 verilmiş Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 151 saylı evdə yerləşən 2 saylı yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə, xx.xx.2017-ci il tarixində vəfat etmiş X3 məxsus olması haqqında arayış verilmiş öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri” publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə və Şirvan şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Şirvan şəhər XDS İcraiyyə Komitəsinin 1959-cu il tarixli qərarı və həmin qərar əsasında verilmiş order əsasında xx.xx.2017-ci il tarixində vəfat etmiş atası X4 verilmiş 1960-cı il tarixindən hal-hazıradək ailəvi olaraq yaşadığı və üzərində istifadə, yaşayış hüququ olan Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 151 saylı evdə yerləşən 2 saylı yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini xahiş edir. Müraciətinə iş üzrə cavabdeh tərəfindən bir ay müddətində cavab verilməmişdir. 1959-cu il tarixində Şirvan şəhər XDS İcraiyyə Komitəsinin qərarı və həmin qərar əsasında verilmiş order əsasında mərhum atası X4 Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 151 saylı evdə yerləşən 2 saylı mənzil verilmişdir. Atası 1960-cı il tarixində ailəvi olaraq həmin mənzilə köçmüşdür. O, xx.xx.2017-ci il, anası X7 isə xx.xx.2017-ci il tarixində vəfat etmişlər. O, hal-hazırda 1960-cı ildən başlayaraq mərhum atasına verilmiş həmin mənzildə yaşayır. Bu müddət ərzində Şirvan şəhər İcra Hakimiyyəti. Şirvan şəhər Mənzil İstismar Sahəsi və ya hər hansı şəxs tərəfindən ertirazlar olunmamış və bütün kommunal xərclər, işıq, qaz, su sərfiyyatı ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. Mənzilin özəlləşdirilməsi üçün aidiyyatı üzrə müraciətlər edərkən adı çəkilən mənzilin mərhum atasına verilməsinə dair Şirvan şəhər XDS İcraiyyə Komitəsinin qərarı və həmin qərar əsasında verilmiş orderin təqdim olunmaması bildirilmişdir. Lakin mənzilin verilməsinə dair qərar və həmin qərar əsasında verilmiş order hal-hazırda ona məlum olmayan səbəbdən itmişdir. Bu səbəbdən X15 Filialına ərizə ilə müraciət edərək Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 151 saylı evdə yerləşən 2 saylı mənzilin verilməsinə dair Şirvan şəhər XDS İcraiyyə Komitəsinin qərarının və həmin qərar əsasında verilmiş orderin təsdiq edilmiş surətinin verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli X16 X9 Şirvan şəhər XDS İcraiyyə Komitəsinin qərarının aşkar olunmadığı qeyd olunmuşdur. Qeyd olunmuş əsaslara uyğun olraq Şirvan şəhər XDS İcraiyyə Komitəsinin 1959-cu il tarixli qərarı və həmin qərar əsasında verilmiş order əsasında xx.xx.2017-ci il tarixində vəfat etmiş atası X4 verilmiş, 1960-cı il tarixindən hal-hazıradək ailəvi olaraq yaşadıqları və üzərində istifadə, yaşayış hüququ olan Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 151 saylı evdə yerləşən 2 saylı yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi iclasda iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AZ-İ № 878846 nömrəli, xx.xx.2017-ci il tarixli Ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. AZ-İ № 878847 nömrəli, xx.xx.2017-ci il tarixli Ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Şirvan Şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1959-1960-cı illərdə Əli Bayramlı Şəhər X11 İcraiyyə Komitəsinin qərarı ilə mərhum atanız X4 mənzil verilməsi barədə orderin kötüyü Şirvan Şəhər İcra Hakimiyyətində aşkar olunmadı. Mənzilə mülkiyyət hüququnuzun tanıdılması üçün məhkəməyə müraciət edə bilərsiniz. X15 filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı şəhər ZDS İcraiyyə Komitəsinin 1959-1970-ci illərə aid protokollar kitabında geniş araşdırma aparıldı. Lakin mərhum atanız X2 adına mənzil verilməsi barədə qərar aşkar olunmadı. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi 151 saylı evin 2 saylı mənzilinə dair hər-hansı hüquqmüəyyənedici sənəd Ərazi İdarəsində aşkar olunmamışdır. Məlumat üçün bildiririk ki, İddiaçı Ərazi İdarəsinə müraciət etdiyi zaman hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə, daşınmaz əmlaka yerində baxış (müayinə) aparılmamış və müayinə aktı tərtib edilməmişdir. Əlavə olaraq bildiririk ki, mənzilin faktiki olaraq kimin istifadəsində olması barədə hər-hansı məlumat Ərazi İdarəsində aşkar olunmamışdır. X15 Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (indiki Şirvan) şəhər ZDS İcraiyyə Komitəsinin 1959-cu il protokolları kitabında mənzil məsələsi barədə qərar aşkarlanmadı. Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən, ünvan 6 ünvanında hal-hazırda xx.xx.1959-cı il təvəllüdlü İddiaçı və xx.xx.1966-cı il təvəllüdlü X6 qeydiyyatdadırlar və onların istifadəsindədir. ünvan 7 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X2 adına Şirvan şəhəri 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. Şirvan Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi bina 151, mənzil 2 ünvanında hal-hazırda İddiaçı və onun bacısı X6 qeydiyyatda olmaqla yaşayırlar. Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi bina 151, mənzil 2 ünvanı Mənzil Təsərrüfatı İdarəsinin balansında olmaqla daşınmaz əməlak kimi qeydiyyatdadır. X1 mənzilin verilməsi barədə Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 1959-cu il tarixli qərarı ilə verilən mənzilin orderi aşkar olunmadı. ünvan 9 ünvanında qeydiyyatda olanlar barədə arayış Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Şirvan şəhər İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilməlidir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının hüquqi marağı Şirvan şəhər XDS İcraiyyə Komitəsinin 1959-cu tarixli qərarı və həmin qərar əsasında verilmiş orderə əsasən mərhum atası X3 verilmiş Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, 151 saylı evdə yerləşən 2 saylı yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə, xx.xx.2017-ci il tarixində vəfat etmiş X3 məxsus olması haqqında arayış verilmiş öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. O, həmin tələblə inzibati orqana müraciət etmiş, sözügedən mənzilə dair hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə müəyyən edir ki, mübahisəli mənzilə dair hüquq müəyyənedici sənədlər iddiaçıda mövcud deyildir, belə ki, iddiaçı həmin sənədlərin itdiyini bildirmişdir. İş materiallarında olan Şirvan Şəhər İcra Hakimiyyətinin, X15 filialının və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktublarında 1959-1960-cı illərdə Əli Bayramlı Şəhər X11 İcraiyyə Komitəsinin qərarı ilə mərhum X4 mənzil verilməsi barədə order aşkar olunmamışdır. Həmçinin ünvan 7 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X2 adına Şirvan şəhəri 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mənzilə dair hüquq müəyyənedici sənədlər mövcud olmadığı və iddiaçının subyektiv hüququ müəyyən edilmədiyi üçün iddia mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-3957/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3957/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver