Məhkəmə qərarları › İş №2-1(120)-396/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-396/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-396/2022 17.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X4 qarşı “işlədiyi illər sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 17 mart 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 il hərbi xidmət illərini, 1970- 1972, 1986-1996-cı illərdə İmişli rayonunun “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda sıravi kolxozçu işlədiyi, 1975-1985-ci illərdə əmək kitabçasında qeyd edilən işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 10 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 10 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X6 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 10 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X6 ilə əvəz olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun işlədiyi illəri və hərbi xidmətdə olduğu müddəti sosial sığorta stajı kimi nəzərə alaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə anadan olmuşdur. 2 il hərbi xidmət keçmişdir. 1970-1972, 1986-1996-cı illərdə İmişli rayonunun “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarında sıravi kolxozçu işləmişdir. Kolxozlarda işləməyinə dair əmək kitabçasında qeydlər aparılmamışdır. Bundan əlavə, 1975-1985-ci illərdə müxtəlif təşkilatlarda işləmiş və buna dair əmək kitabçası vardır. DSMF-nin İmişli rayon şöbəsinə (hazırki adı DSMF publik hüquqi şəxsin 10 saylı regional ərazi flialı) ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Ondan arxiv arayışı tələb etmişlər. İmişli rayon Dövlət Arxivindən verilmiş 29.09.2021-ci il tarixli, 92 saylı arayışda göstərilir ki, onun 1970-1972, 1986-1996-cı illərdə İmişli rayonunun “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarında işləyib əmək haqqı almağı barədə sənədlər vardır. Cavabdeh təşkilat 16.07.2020-ci il tarixli məktubu ilə Arxiv arayışında 1971-1972, 1986 və 1995-ci illərdə adam günü normasının yerinə yetirilməsinin qeyd olunmadığı, ticarət təşkilatlarında işləməyini təsdiq edən əmr kitablarının aşkar edilmədiyini səbəb göstərib ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarınm nəzərə alınması üçün ümumi iş stajım əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasınm vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Hazırda 67 yaşı var, pensiya hüququ 3 il əvvəl yaranmışdır. O, 2020-ci ildə cavabdehə pensiya üçün müraciət etmişdir. Cavabdeh inzibati orqan ona pensiya təyin olunmasından imtina etmişdir. O, cavabdeh inzibati orqanın imtinasından inzibati məhkəməyə şikayət vermişdir. İnzibati məhkəmənin qərarı ilə şikayətinin yenidən baxılması barədə cavabdehə göstəriş verilmişdir. Cavabdeh apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 08.07.2021-ci il tarixli qərarı ilə inzibati məhkəmənin qərarı dəyişdirilmədən saxlanmışdır. Bununla belə cavabdeh yenə ona pensiya hesablamaqdan imtina edir. Cavabdehin həmin hərəkəti qanuna ziddir. Belə ki, qeyd etdiyi işdə işləməyi qanuni sənədlə-arxiv arayışı və əmək kitabçası ilə təsdiq olunur. Arayışda da təsdiq olunur ki, o, hər il işləyib əmək haqqı almış, mühasibatlığın təqsirindən sənədlərdə adamgünləri yazılmayıb. Bunda onun günahı yoxdur. Əmək kitabçası da qanuni tərtib və təsdiq olunub. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 (əvvəlki 10 saylı regional ərazi filialı) müraciət edərək, ona 64 yaşdan, yəni 25 oktyabr 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı 1970-1972-ci il tarixlərdə İmişli rayonu “N.Nərimanov” adına, 1986-1996-cı il tarixlərdə “Şəhriyar” adına kolxozda işlədiyi dövrlər onun əmək kitabçasında kolxozların möhürü ilə təsdiqlənib müvafiq qeydlər aparılmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 1970-1972-ci il tarixlərdə İmişli rayonu “N.Nərimanov” adına kolxoz, 1986-1996-cı il tarixlərdə “Şəhriyar” adına kolxozda işlədiyi dövrlərin, əmək kitabçasında 1975-1985-ci il tarixlərdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Həmin Qaydaların 3.2.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus 24.02.1977-ci il tarixli, 253 nömrəli əmək kitabçasına əsasən İddiaçı 02.04.1975-12.11.1979-cu il tarixlərdə X9 İdarəsində (04 il 07 ay 10 gün), 12.11.1979-11.10.1983-cü il tarixlərdə İmişli rayonu İctimai Cəmiyyət RAYPO-da (03 il 10 ay 29 gün), 02.01.1984- 20.04.1984-cü il tarixlərdə (03 ay 18 gün), 28.05.1984- 27.12.1985-ci il tarixlərdə Şəhər Kooperativ Ticarətində (01 il 06 ay 29 gün) işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 08.10.2021-ci il tarixli, 1350 nömrəli arayışından məlum olur ki, İddiaçı 29.10.1972-12.11.1974-cü il tarixlərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir (02 il 13 gün). İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 29.09.2021-ci il tarixli, 92 nömrəli arayışından məlum olur ki, İddiaçı 1987-1994 və 1996-cı il tarixlərdə (09 il) İmişli rayonu “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda minimum adam günü norması olan 260 günü yerinə yetirmişdir. Arxiv arayışında İddiaçı 1970, 1971, 1972, 1986, 1995-ci il tarixlərdə yerinə yetirdiyi adam günü norması barədə məlumat mövcud deyildir. İddiaçı hərbi xidmət müddəti də daxil olmaqla əmək kitabçasında olan bütün dövrləri və arxiv arayışında minimum adam günü normasının yerinə yetirildiyi günlər nəzərə alınsa İddiaçı ümumi sosial sığorta stajı 21 il 05 ay 09 gün təşkil edir. Bundan əlavə 01.01.2006- 01.07.2018-ci il tarixlərdə İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı 21 il 05 ay 09 gün sosial sığorta stajının nəzərə alındığı təqdirdə qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya pensiya kapitalı tələbi (28.800 manat) ödənilmir. 21 il x 306=6426 manat; 1) 2007-ci il üzrə - 6426+ 8,3% = 6959 manat; 2) 2008ci il üzrə - 6959+ 16,7% = 8121 manat; 3) 2009-cu il üzrə - 8121+ 20,8% = 9810 manat; 4) 2010-cu il üzrə - 9810+ 1,5% = 9959 manat; 5) 2011-ci il üzrə - 9959+ 5,7% = 10.525 manat; 6) 2012-ci il üzrə - 10.525+ 7,9% = 11.357 manat; 7) 2013-cü il üzrə - 11.357+ 1,1% = 11.482 manat; 8) 2014-cü il üzrə - 11.482+ 2,4% = 11.757 manat; 9) 2015-ci il üzrə - 11.757+ 1,4% = 11.922 manat; 10) 2016-cı il üzrə - 11.922+ 4% = 12.399 manat; 11) 2017-ci il üzrə - 12.399 + 12,4% = 13.936 manat; 12) 2018-ci il üzrə - 13.936+ 5,7% = 14.731 manat; 13) 2019-cu il üzrə - 14.731+ 3% = 15.172 manat; 14) 2020-ci il üzrə - 15.172+ 16.6 %= 17.691 manat; 2021-ci il üzrə: 17.691 + 5.7 %= 18.700 manat. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1954-cü ildə İmişli rayonu Soltanmuradlı kəndində anadan olmuşdur. İddiaçı 29 oktyabr 1972-ci il tarixindən 12 noyabr 1974-cü il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş (2 il 13 gün); İmişli rayon sabiq “N.Nərimanov” adına kolxozda 1987-ci ildə 269 adam günü, 1988-ci ildə 295 adam günü, 1989-cu ildə 315 adam günü; 1990-cı ildə 262 adam günü, 1991-ci ildə 340 adam günü, 1992-ci ildə 280 adam günü, 1993-cü ildə 283 adam günü, 1994-cü ildə 300 adam günü, 1996-cı ildə 260 adam günü işləmişdir. Eləcə də 1970-ci ildə 394 rubl, 1971-ci ildə 261 rubl, 1972-ci ildə 105 rubl, 1986-cı ildə 1892 rubl, 1995-ci ildə isə 125172 AZM əmək haqqı almışdır. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 29.09.2021-ci il tarixli, 92 saylı Arayışından görünür ki, İmişli rayon sabiq “N.Nərimanov” adına kolxozda kişilər üçün 1970-1972-ci, 1986-1989-cu illərdə adam günləri minimum 260 gün; İmişli rayon sabiq “Şəhriyar” adına kolxozda kişilər üçün 1990-1996-cı illərdə adam günləri minimum 260 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1987-1994 və 1996-cı illərdə kolxozlarda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmişdir. Bundan əlavə, iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 29.09.2021-ci il tarixli, 92 saylı Arayışından görünür ki, iddiaçı 1970-1972-ci, 1986-cı illərdə İmişli rayon sabiq “N.Nərimanov” adına kolxozda, eləcə də 1995-ci ildə İmişli rayon sabiq “Şəhriyar” adına kolxozda işləməklə əmək haqqı almışdır. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus 253 nömrəli, 24.02.1977-ci il tarixli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, 02.04.1975-12.11.1979-cu illərdə X9 İdarəsində hidroqurğuların tənzimləyicisi vəzifəsində (04 il 07 ay 10 gün); 13.11.1979-11.10.1983-cü illərdə İmişli rayonu İctimai Cəmiyyət RAYPO-da (03 il 10 ay 29 gün), 02.01.1984-20.04.1984-cü il tarixlərdə (03 ay 18 gün), 28.05.1984-27.12.1985-ci il tarixlərdə Şəhər Kooperativ Ticarətində (01 il 06 ay 29 gün) işləmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin 08.10.2021-ci il tarixli, 1350 nömrəli arayışından görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı 29 oktyabr 1972-ci il tarixdən 12 noyabr 1974-cü il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir (02 il 13 gün). İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 07.10.2021-ci il tarixli, **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Sizin yaşa görə əmək pensiyası təyin olunması üçün təqdim etdiyiniz sənədlərə əsasən pensiya hüququnuza filialda yenidən baxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər ay 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sizin təqdim etdiyiniz sənədlərə baxılarkən müəyyən olmuşdur ki, 1970-1972-ci illərdə İmişli rayon “N.Nərimanov” adına kolxozda və 1986-1996-cı illərdə “Şəhriyar” adına kolxozda işlədiyiniz dövr üçün iş stajınız İmişli rayon Dövlət Arxivinin 54 nömrəli, 18.06.2020-ci il tarixli arayışına əsasən təqdim etmisiniz və bu barədə əmək kitabçanızda kolxozların möhürü ilə təsdiqlənmiş müvafiq qeydlər aparılmamışdır. Bu səbəbdən də Sizə yaşa görə əmək pensiyası təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun deyildir. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1970-1972, 1986- 1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə İmişli rayon sabiq “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda işlədiyi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli, 92 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının İmişli rayon sabiq “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda işlədiyi 1970-1972, 1986-1996-cı illər onun sosial sığorta stajına daxil edilməklə, iddiaçıya hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxxx 1954-cü il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 64 yaşdan, yəni 25.10.2020-ci ildə yaranmışdır. İddiaçının 1970- 1972, 1986-1996-cı illərdə İmişli rayon sabiq “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda işlədiyi müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1987-1994 və 1996-cı il tarixlərdə (09 il) İmişli rayonu “N.Nərimanov” və “Şəhriyar” adına kolxozlarda minimum adan günü norması olan 260 günü yerinə yetirildiyi, Arxiv arayışında iddiaçının 1970, 1971, 1972, 1986, 1995-ci il tarixlərdə yerinə yetirdiyi adam günü norması barədə məlumatın mövcud olmaması barədə cavabdeh inzibati orqanın etiraz dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli, 92 nömrəli arxiv arayışında 1970, 1971, 1972, 1986, 1995-ci illərə dair yerinə yetirilmiş adam günü norması barədə məlumat mövcud olmasa da, iddiaçının həmin illərdə sözügedən kolxozlarda işləməklə əmək haqqı alması öz təsdiqini tapmışdır. Eləcə də sözügedən arxiv arayışına nəzər yetirdikdə o da məlum olur ki, iddiaçının 1987-ci ildə illik qazancı 1310 rubl olmaqla, yerinə yetirilmiş adam günü 269 gün olmuşdur. İddiaçının 1986-cı ildəki illik qazancı isə 1892 rubl olmuşdur. Belə olan halda iddiaçının 1986-cı ildə illik qazancı 1987-ci ildəki illik qazancından çox olduğundan iddiaçının 1986-cı ilə dair yerinə yetirilmiş adam günü İmişli rayon sabiq “N.Nərimanov” adına kolxozda kişilər üçün müəyyən edilmiş minimum 260 gündən çox olmuşdur. Eləcə də iddiaçının 1993-cü ildə illik qazancı 107475 AZM olmaqla, yerinə yetirilmiş adam günü 283 gün olmuşdur. İddiaçının 1995-cı ildəki illik qazancı isə 125172 AZM olmuşdur. Belə olan halda da iddiaçının 1995-ci ildəki illik qazancı 1993-cü ildəki illik qazancından çox olduğundan iddiaçının 1995-ci ilə dair yerinə yetirilmiş adam günü İmişli rayon sabiq “Şəhriyar” adına kolxozda kişilər üçün müəyyən edilmiş minimum 260 gündən çox olmuşdur. İddiaçının 1970-1972-ci illərə dair illik qazancı ilə bağlı isə məhkəmə qeyd edir ki, İmişli rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı 20.10.2021-ci il tarixli, 131 nömrəli məktubunda, 1970-1972-ci illərdə kolxozçuların son hesablaşma kitablarında heç bir kolxozçunun yerinə yetirilmiş adam günü normalarının qeyd olunmadığı bildirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının 1972-ci ildəki illik qazancının 1970- 1971-ci illərdəki illik qazancından az olması, yəni 105 rubl olması onun 29 oktyabr 1972-ci il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı kolxozda 29 oktyabr 1972-ci il tarixədək işləmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 1970-1972-ci illərə dair illik qazancı İmişli rayon sabiq “N.Nərimanov” adına kolxozda kişilər üçün müəyyən edilmiş minimum 260 günə münasibətdə, tam yerinə yetirlimiş adam günü kimi qəbul olunmalı, 1972-ci ildəki illik qazancı isə onun hərbi xidmətə getdiyi tarixədək, yəni 29 oktyabr 1972-ci il tarixədək qəbul olunmalıdır. Belə olan halda da, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar