Məhkəmə qərarları › İş №2-1(120)-3964/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3964/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3964/2024 25.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” haqqında tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” haqqında tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidməti uyğunsuzluğa görə hərbi xidmtdən ehtiyta buraxılmağı barədə xx.xx.N0N4-cü il tarixli, 149 nömrəli əmrin ləğv edilməsi, yenidən hərbi xidmətə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının ona birdəfəyə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə nazirinin 15 may N0N4-cü il tarixli 0439 №-li əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissədə rabitəbölmə rəisi vəzifəsində xidmət etmişdir. Antiterror əməliyyatlarından sonra xidmət etdiyi hərbi hissədə hərbi qulluqçuları narkoloji testdən keçmək üçün xəstəxanaya göndərilmişdir. İstifadə etmədiyi halda onunda testində narkotik istifadə etməsi müəyyən olunmuşdur. xx.xx.N0N4-cü il tarixli 149 nömrəli əmrlə xidməti uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Halbuki növbəti yoxlamaların hamsında nəticələri müsbət çıxsa da bunların heç biri nəzərə alınmamışdır. O, bütün xidməti dövründə nümunəvi davranışı ilə seçilən hərbi qulluqçulardan olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın 3-N5-4/N-69N9/N0N4 saylı xx.xx.N0N4-cü il tarixli iddia tələbinə dair yazılı münasibətində ( etirazda) göstərilmişdir ki, iddiaçının ehtiyata buraxılması barədə əmr Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.N0N4-cü il tarixli müvafiq əmrin əsasında verilmişdir.Həmin əmr “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimat (təsdiq olunmuş surəti etiraza əlavə olunur) tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir.Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən, məlum olmuşdur ki, kapitan Rəcəbov X3 Nazirliyinin Tibbi Ekspertiza və X1 08.01,N0N4-cü il tarixli 4685/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan narkotik effekt yaradan maddədən (9-A-Tetra-hidro kannabinol adlı maddə (Çətənə (Cannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qatranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir)) istifadə etdiyi aşkar olunmuşdur, iddiaçı xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin rabitə bölməsinin rəisi vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı bir zabit kimi göstərməyə çalışsa da buna nail olmamışdır, xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş fəaliyyətini onun tələblərinə uyğun qurmaqda çətinlik şəkir, bir zabir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddia mümkündür. İddiaçı xx.xx.N0N4-cü il tarixdə iddia verilməsi üçün müəyyən edilmiş iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin N-1(1N0)-3964/N0N4 saylı xx.xx.N0N4-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun N.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 3N.N-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (Müdafiə Nazirliyi) tərəfindən N) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun N.0.N-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cavidabad kəndində doğulmuş Rəcəbov XN rayonu, Milabad Qəsəbə ərazi dairəsi, Milabad qəsəbəsi ünvanında qeydiyyatdadır. SHXÇSX-nin Beyləqan RŞ tərəfindən verilmiş EZ seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N4-cü il tarixli 0439 № əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Rabitə rəis-bölmə kapitan İddiaçı “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndində ( xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin. N1 may N0N4-cü il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilsin. Kapitan İddiaçı N0N4-cü il yanvar, aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq eidlmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul təminatından məhrum edilsin. Kapitan İddiaçı, N0N4-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilib. N0N4cü ilin növbəti məzuniyyətindən 45 ( qırx beş) gün istifadə edib və məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində pul təminatı ödənilib. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 603 №-li aktın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.N0N4-cü il tarixdə götürülmüş analizin nəticəsində AMP(-) mənfi, THC(-) mənfi, BZO (-) mənfi, BAR(-) mənfi, İML(-) mənfi, COC (-) mənfi, OPİ(-) mənfi olduğu, aşkar edilmədiyi qeyd olunmuşdr. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə” aktın surətindən müəyyən olunur ki, Rəcəbov X3 Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.N0N4-cü il tarixli 603 №-li göndərişi ilə Respublika Narkoloji Mərkəzi PHŞ-də xx.xx.N0N4-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək stasionarda olmuşdur. Xüsusi müayinələrin nəticəsində orqanizmin bioloji mayesi olan sidiyin xüsusi laborator müayinəsində AMP(-) mənfi, THC(-) mənfi, BZO (-) mənfi, BAR(-) mənfi, İML(-) mənfi, COC (-) mənfi, OPİ(-) mənfi olduğu, Diaqnoz: hal-hazırda narkoloji xəstəlik əlamətləri aşkar edilmədiyi, anamnezidə kannobinoid (marixuana) epizodik qəbulu. Məhkəmə tərəfindən mahiyyəti üzrə verilmiş müvafiq sorğuya əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən tərtib olunmuş maddi sübutların müayinəsinə dair 4685/K №-li aktın surətindən müəyyən olunur ki, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kapitan İddiaçı götürülmüş qan və sidik nümunələrinin müayinəsinin nəticəsi olaraq: İddiaçı götürülmüş sidik nümunəsinin Nazik təbəqəli xromatoqrafiya və İmmunofermentativ xətli test metodu ilə məhkəməkimyəvi tədqiqatına əsaslanaraq-Məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu maddə Çətənə ( Cannabis) bitkisindən alınan Marixiuana, Həşiş qətranı adı ilə tanınan narkotik vasitlərin tərkibində əsas narkotik effekt yaradan maddədir. N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifəsini müvəqqəti icra edən Şəmşir Sahratov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli raportda qeyd olunmuşdur ki, kapitan Rəcəbov X3 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N0N4-cü il tarixli 4685/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan psixotrop və narkotik effekt yaradan maddələrdən istifadə etdiyi aşkar olunduğu üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” ( xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaığı barəsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. xx.xx.N0N4-cü il tarixli Söhbət vərəqəsindən ( surətindən) müəyyən olunur ki, söhbət zamanı Kapitan İddiaçı birinci söhbət zamanı onun haqqında deyilən məlumatların doğruluğu barəsində araşdırma aparılmasını, Azərbaycan Ordusunda qalıb xidmət etmək arzusunu nəzərə almağı xahiş etmişdir. Mənzillə təmin olunmamışdır, növbəti məzuniyyətdən 30 gün istifadə etmişdir. Azərbaycan Ordusunda qalıb xidmət etmək arzusunu nəzərə alaraq, yuxarı komandanlıq arasında vəsatət qaldırılmasınsı xahiş etmişdir. xx.xx.N0N4-cü il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamağı üçün köməklik göstərilməsini və Respublika Narkoloji şöbəsində verdiyi analizi nəzərə almağı xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 1944 №-li, xx.xx.N0N4-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.N011-ci ildə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.N0N4-cü il tarixli 18N nömrəli göndərişi ilə 11 mart N0N4-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralnamnın kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Qaraciyərin hemangioması (14 mm). Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Psixi sağlam: Anamnezində kannabinoid (marixuana) epizodik qəbulu. Xəstəliklər cədvəlinin ---maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən “Hərbi xidmətə yararlıdır”. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli təqdimatında (surətində) qeyd olunmuşdur ki, xx.xx.N011-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.N0NN-ci il tarixdə QQK-nin 043r əmri ilə hərbi rütbə verilmişdir. Təqdimatın əsaslandırılması- “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə ( xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Kapitan İddiaçı xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin rabitə bölməsinin (Q6) rəsisi vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı bir zabit kimi göstərməyə çalışsada buna nail ola bilməmişdir. Xidməti işinə münsaibəti və məsuliyyəti qənaətbəxş deyil. Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş fəaliyyətini onun tələblərinə uyğun qurmaqda çətinlik çəkir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə səy göstərir. Bir zabit kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Kapitan Rəcəbov X3 Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.N0N4-cü il tarixli 4685/K nömrəli aktında məhkəmə-kimyəvi tədqiqat nəticəsinə görə istifadəsi qadağan olan narkotik effekt yaradan maddədən istifadə etdiyi aşkar olunmuşdur.Ehtiyata buraxıldıqdan sonra qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndəriləcək. Qeyd olunanlara əsasən kapitan İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilir. Nəticə: Tutduğu vəzifəyə uyğun deyil.Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılır.Təqdimat-N1N nömrəli hərbi hissə komandiri, N01 nömrəli hərbi hissə komandiri, N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən tərəfindən imzalanmışıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 may N0N4-cü il tarixli 0439 №-li əmrindən çıxarışdan müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Rabitə bölməsinin rəisi kapitan İddiaçı Həqiqi Hərbi Xidmətdən ehtiyata buraxılmışdır. Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon Şöbəsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq. . “Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur; 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.1N. Həkim-narkoloq-narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir; Maddə 10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.N. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə N4. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər N4.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. N4.N. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. N4.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun N4.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral N003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin N001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd 1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd N. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd 3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd 5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd 6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 37N-ci maddəsinə əsasən Hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Zabitlərin və gizirlərin tibbi müayinəsinə hərbi müalicə müəssisələrindən mütəxəssis həkimlər cəlb edilirlər. 37N-1. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər.[3N]

373. Tibbi yoxlamalar hərbi qulluqçuların sağlamlığının vəziyyətinə nəzarət etmək üçün aparılır. Tibbi yoxlamaya cəlb olunurlar: alayın (briqadanın) bütün şəxsi heyəti — qoruyucu peyvəndlər edilməzdən qabaq; işləri zərərli amillərin mümkün təsiri ilə əlaqədar olan hərbi qulluqçular — onlar üçün müəyyən vaxtlarda; yeməkxanalarda, ərzaq anbarlarında, su təchizatı obyektlərində, hamamlarda, camaşırxanalarda daimi işləyən şəxslər və sanitarlar — həftədə bir dəfə; yeməkxanalarda işləmək üçün təyin edilmiş əsgərlər — naryada getməzdən qabaq tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı) tərəfindən; alaya (briqadaya) yeni gələn çavuşlar və əsgərlər, həmçinin ezamiyyətdən, məzuniyyətdən və tibb müəssisələrindən sağalıb qayıdanlar — alaya (briqadaya) gələn gün, bölmələrə göndərilməzdən qabaq. Tibbi yoxlama keçəndən sonra gələnlər zərurət olarsa, sanitar təmizlənmədən keçirilir, sonra öz bölmələrinə göndərilirlər, əgər lazım olarsa, tibbi müşahidə və müalicə üçün izolyatorlarda yerləşdirilirlər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırda iddiaçı əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbiçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd edildiyi kimi, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İstinad olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156-158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə bir qayda olaraq yol vermir. Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun. İddiaçı onun hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanmasının olduğu, lakin təkrar keçirilmiş ekspertiza üzrə bu halın təsdiqlənmədiyi və bununla da onun ehtiyata buraxılması üçün əsas olmadığı nəticəsinə gəlmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçıdan xx.xx.N0N3-xx.xx.N0N4-cü il tarixlərdə götürülmüş qan və sidik nümunələrində, narkotik vasitə aşkarlanmışdırsa, təkrar ekspertiza xx.xx.N0N4-cü ildə, yəni ilkin tədqiqatdan 1 ay 13 gün vaxt keçdikdən sonra keçirilmişdir. Göründüyü kimi, birinci müayinə ilə təkrar müayinə arasında uzun müddət keçmişdir. İşin hallarından görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Məlumdur ki, narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Danılmaz faktdır ki, narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Belə ki, narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar Abstinent sindromuna gətirib çıxarır. Narkotiklərə alışmış orqanizmin Abstinent sindromu zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə istənilən xoşagəlməz, neqativ hərəkətlərə yol verilə bilər. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (kapitan) və tutmuş olduğu vəzifəsinə (hərbi hissənin Rabitə bölməsinin rəisi)) görə müəyyən kateqoriya hərbi qulluqçulara münasibətdə rəis hesab olunur, bütün komandirlər (rəis) isə hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borcludurlar, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.N5-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.N, 14.3). Həmin Qanunun 16.N-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu mənada, işin hallarından görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar