Məhkəmə qərarları › İş №2-1(120)-3966/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3966/2025

22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3966/2025 22.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi NN), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N974-cü ildə doğulmuşdur. xx.xx.N992-ci il tarixdə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən həqiqi-hərbi xidmətə çağırılmışdır.xx.xx.N992-ci ildən N saylı hərbi hissədə xidmətə başlamışdır. Həmin müddətdə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ayaqlarını şaxta vurmuşdur, bu səbəbdən xx.xx.N994-cü ildə Ağdərə rayonu ərazisində yerləşən hərbi hissənin tibb məntəqəsində müalicə almışdır. xx.xx.N993-cü il tarixdən N saylı hərbi hissədə xidmətə başlamışdır. xx.xx.N994-cü il tarixədək həmin hərbi hissədə xidmət etmişdir.Ayaqlarının donvurması nəticəsində aldığı xəsarətlə bağlı Lənkəran rayonu ərazisində yerləşən N saylı hərbi qospitalda müalicə almışdır.Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N23-cü il tarixli, N29 saylı qərarına görə xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olduğu travma-diaqnoz sol ayağın İ-İİ barmaqlarının İİ-İİİ dərəcəli donvurması hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.Hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış və bu səbəbdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu fakt hərbi prokurorluğun müvafiq qərarı ilə təsdiq olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.N.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.N974-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuş Ağayev X3 rayonu, Separadi Ərazi Dairəsi, Separadi kəndində qeydiyyatdadır. xx.xx.2NN8-ci il tarixdə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətində X4 xx.xx.N992xx.xx.N993-cü il tarixədək N3N №-li hərbi hissədə, xx.xx.N993-xx.xx.N994-cü il tarixədək 7NN №-li hərbi hissədə xidmət etdiyi qeyd olunmuşdur (səh 4). Hərbi biletin xüsusi qeydlər bölməsində İddiaçı xx.xx.2NN8-ci ildə qeydiyyata götürüldüyü, qeydiyyata götürülməsinə əsasın Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.2NN6-cı il tarixli NNN3 №-li əmri, Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.2NN6-cı il tarixli Hp-NN/36 nömrəli əmri və Lənkəran Hərbi Prokurorunun xx.xx.2NN6-cı il Hp-N6/3256 saylı məktubu, N saylı hərbi hissənin 5NN/2N8 saylı xəstəlik tarixindən çıxarış epikrizi olduğu qeyd edilmişdir. Lənkəran Qarnizonu Hərbi Prokurorluğu tərəfindən qəbul olunmuş xx.xx.N999-cu il tarixli qərarında (surətində) qeyd olunmuşdur ki, Lənkəran Qarnizonu Hərbi Prokurorluğunun böyük müstəntiqi ədliyyə mayoru H.Q.Həsənov icraatında olan N8/37254 saylı cinayət işinin istintaq materiallarını nəzərdən keçirib müəyyən etmişdir: İddiaçı xx.xx.N993-cü il tarixdə Lənkəran rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissəyə qulluğa göndərilmiş, hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, hissə komandirinin xx.xx.N996-cı il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin fakta görə İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə cinayət işi başlanıb istintaq aparılmışdır.Cinayət işi üzrə müttəhim kimi dindirilmiş İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirkar bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.N993-cü il tarixdə Lənkəran qarnizonu hərbi komissarlığı tərəfindən çağrılıb. Həqiqi hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissədə xx.xx.N993-cü il tarixə kimi xidmət etmiş, həmin hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə rayon ərazisində gedən döyüşlərdə iştirak etmiş, döyüş zamanı ayaqlarını şaxta vurduqdan sonra xx.xx.N993-cü il tarixdə Ağdərə rayonu ərazisində müalicə olunmaq üçün hərbi hissənin tibb məntəqəsinə göndərilmiş bir müddət tibb məntəqəsində müalicə olunduqdan sonra xx.xx.N993-cü il tarixdə beş günlük qısa müddətli məzuniyyətə buraxılmış, evlərində gəldikdən sonra, ayaqları onu incitdiyindən müalicə olunmaq üçün yenidən, Lənkəran şəhərində yerləşən N saylı hərbi qospitala daxil olunmuş, xx.xx.N993-cü il tarixə kimi müalicə olunmuş, müalicədən sonra N5 gün müddətinə yenidən məzuniyyətə buraxılmışdır.Məzuniyyət müddəti başa çatdıqdan sonra qulluq yerinə qayıtmamış, N993cü ilin avqust ayının əvvəllərində yenidən hərbi komissarlığına müraciət edib, N saylı hərbi hissəyə xidmətə göndərilmişdir. Həmin hərbi hissədə N994-cü ilin mart ayına kimi xidmət etmiş, ailə vəziyyətlərinin ağır olmasını və anasının ağır xəstə olmasını eşidib, döyüş şəraitində yerləşən hərbi hissədə qulluq yerinin özbaşına tərk edib evlərinə gəlmiş, evdə ailələrinə köməklik edib bir daha geri qulluq yerinə qayıtmamışdır. N saylı hərbi hissədə qulluq etdiyi müddətdə Füzuli, Beyləqan rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.Qulluq yerini özbaşına tərk edib getdiyinə görə özünü təqsirkar hesab edir və əməlindən səmimi peşmandır. İddiaçı xəstəlik tarixindən çıxarışından görünür ki, o Ağdərə rayonu ərazisində gedən döyüşlərdə xx.xx.N993-cü il tarixdə şaxta vurması nəticəsində sol ayağından xəsarət almışdır. Lənkəran rayon hərbi komissarlığı tərəfindən İddiaçı adına verilmiş arayışdan görünür ki, o, xx.xx.N993-cü il tarixdə hərbi xidmətə çağırılmış, 743 saylı komandaya təhvil verilmişdir. Beləliklə istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı qulluq etdiyi müddətdə Azərbaycan Respublikası ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi nəzərə alıb onun haqqında Azərbaycan Respublikası Milli Məclisinin “hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibəti ilə qəbul olunmuş xx.xx.N997-ci il tarixli Amnistiya haqqında qərarını tətbiq olunması mümkündür. İddiaçı əməlində cinaəyt tərkibi olmasına baxmayaraq edilmiş əmələ görə cəza tətbiq olunmasını aradan qaldıran Aministiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin Hərbi cinayətlər törətmiş şəxslər Dövlət müstəqilliyi günü münasibəti ilə xx.xx.N997-ci il tarixli qərarının N-ci bölməsini N.N-ci bəndinə əsasən onun barəsində olan cinayət işinə xitam verilməlidir.AR CM-nin NN-cu maddəsinin 4-cü bədni və 96-cı maddələrinin tələblərini rəhbər tutuaraq N974-cü il tarixdə Lənkəran rayonunda doğulmuş müttəhim İddiaçı barəsində olan N8/37254 saylı cinayət işinə Azərbaycan Respublikası Milli Məclisinin hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə xx.xx.N997-ci il tarixli Amnistiya haqqında qərarıın N-ci bölməsinin N.N-ci bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Müdafiə Nazirliyinin Baş X2 Tibbi Arxivi tərəfindən verilmiş 348 №-li, 2N23-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı oğli xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N №-li hərbi hissədə (Lənkəran hospitalında) stasionar müayinə və müalicə olunmuşdur. Diaqnoz: Sol ayağın İ-İİ barmaqlarının İİ-İİİ dərəcəli donması. Əsas: N №-li hərbi hissənin (Lənkəran hospitalının) N992-N993-cü illərə məxsus “Stasionar xəstələrin qeydiyyatı” kitabının 7N-ci səhifəsində olan qeyd. Mərkəzi Hərbi Həkim Komissiyasının N29 №-li, xx.xx.2N23-cü il tarixli qərarında Lənkəran RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.2NN6-cı il tarixli HP-NN/36 nömrəli və Lənkəran Hərbi Prokurorunun xx.xx.2NN6-cı il tarixli HP N6/3286-56 nömrəli məktublarına əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sol ayağın İ-İİ barmaqlarının İİ-İİİ dərəcəli donvurması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2N23-cü il tarixli N3N nömrəli göndərişi, xx.xx.2N23-cü il tarixli 3-43-42/3-2-N25 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2N23-cü il tarixli N7NN nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Müdafiə Nazirliyinin 3-25-29/2-N653/2N25 saylı, xx.xx.2N25-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 7NN №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı: “xx.xx.N993-xx.xx.N996” səh 8, sıra 5N) xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixində Lənkəran ŞHK-dan çağırılması, komandirin xx.xx.N993-cü il tarixli 245 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə “sıravi” hərbi rütbəsində atıcı vəzifəsinə təyin olunması və fərari kimi komandirin 2N fevral N996-cı il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından silinməsi barədə məlumat vardır. xx.xx.N983-cü il tarixdə Lənkəran ŞHK tərəfindən çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı 743 (7N4) №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından silinməsi barədə məlumat vardır. xx.xx.N993-cü il tarixli N63 №-li əmrilə ( əsas:§N sıra NN, səh 34, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. 7NN №-li hərbi hissə komandirinin 2N fevral N996-cı il tarixli N №-li əmrində (əsas: § N4, səh N55) hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların hissənin şəxsi heyətinin tərkibindən çıxarılaraq, sənədlərinin Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik idarəsinə göndərilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: səh 5) xx.xx.N993-cü il tarixdə Lənkəran ŞHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. N3N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və 7NN №-li hərbi hissə komandirinin sentyabr-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N3N №-li hərbi hissə komandirinin N992-ci il və yanvar-fevral N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-25-N4/2-A-492N/2N25 saylı, xx.xx.2N25-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2N24-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı”adının və vəsiqəsinin verilməsindən imtina olunur. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;( Maddə 3.) Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir ( Maddə 7). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (Maddə 3) “Hərbi vəzifə və hərbi xidmət” Azərbaycan Respublikasının Qanunu: Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır (Maddə 37). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin (“XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarı) məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər.Bundan əlavə yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Başqa sözlə şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla təxris olunması barədə heç bir məlumat aşkar olunmamışdır.Belə ki, Müdafiə Nazirliyinin xx.xx.2N24-cü il tarixli, 2-A-N6xx-xx/2N24 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli 6N №-li əmri ilə N3N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi İddiaçı hospitalın qazan təminatından çıxarılması barədə məlumat olduğu, xx.xx.N993-cü il tarixdə Lənkəran ŞHK tərəfidən çağrılmış İddiaçı 743 (7N4) №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N63 № əmri ilə hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edildiyi, 7NN №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N № əmrində hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi qulluqçuların şəxsi heyətinin tərkibindən çıxarıldığı qeyd olunmuşdur.Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2N24-cü il tarixli 2-A-N6xxxx/2N24 nömrəli arayışına əsasən iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı xidməti təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 №li N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. İş materiallarından da görünür ki, iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı xidməti təsdiqlənmədiyinə və qanuni əsasla xidmətdən ehtiyata buraxılması barədə sənədlər olmadığına (arxivdə aşkar edilməmişdir) görə iddia sübüta yetirilmiş sayıla bilməz. Bundan əlavə iş materiallarından görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı hərbi hissəsini özbaşına tərk etməsi faktı üzrə cinayət işinin başlanması və Azərbaycan Respublikası Milli Məclisinin hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə xx.xx.N997-ci il tarixli Amnistiya haqqında qərarıın N-ci bölməsinin N.N-ci bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İPM-nin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar