Məhkəmə qərarları › İş №2-1(120)-3968/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3968/2025

01.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3968/2025 01.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “X4 cavabdeh İddiaçı qarşı valideyinlik hüququndan məhrumetmə və uşaq tələbinə dair mülki iş üzrə uşaqların valideyinlərdən hansının yanında qalmasının onların mənafeyinin uyğunluğu barədə Masallı şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli qərarının və rəyin ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “X4 cavabdeh İddiaçı qarşı valideyinlik hüququndan məhrumetmə və uşaq tələinə dair mülki iş üzrə uşaqların valideyinlərdən hansının yanında qalmasının onların mənafeyinin uyğunluğu barədə Masallı şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli qərarının və rəyin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə cavabdeh Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X5 ilə 01 mart 2018-cu ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Nikahıları isə xx.xx.2019-cü il tarixdə Bakı şəhəri 1 saylı Asan xidmətdə rəsmiləşdirmişdir. Birgə nikahlarından xx.xx.2019-ei il tarixdə İnci adlı və xx.xx.2021-cı il doğuımlu Dilək adlı uşağları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşasalar da, sonralar aralarında narazılıqlar yaranmağa başlamışdır. Nigahları Lənkəran rayon məhkəməsinin qərarı ilə pozulmuş və hər iki uşaqları onun yanında qalmasına qərar vermişdir. Həftənin şənbə və bazar günləri eyni zamanda bayram günlərində İnci adlı uşağı atası ilə ünsiyyəti ilə bağlı Lənkəran rayon məhkəməsi qərar vermişdir. X1 ona təhdidlər göstərmiş və uşaqları ondan zorla və hər hansı qanunsuz usullarla almağa cəhdlər etmişdir. Bununla bağlı Süleyman Vüqar ilə çoxlu mübahisələri olmuşdur. Onların mübahisələrini polis və prokuroqluq orqanlarında araşdırılmışdır. Noyabr 2023-cü il tarixində yenə ünsiyyət icraatı yerinə yetirib uşağı ona verəndə onu döymüş və döyülməsi ilə bağlı polis araşdırması aparmış və Vüqar 15 gün azadlıqdan məhrum etmə cəzasını almışdır. Lakin Masallı rayon İcra hakimiyyətinin başçısının yanında Uşaq hüquqları müdafiəsi üzrə Komissiyasının rəyi tərtib edildiyi zaman çoxlu qanun pozuntulara yol vermişlər. Masallı rayon İcra hakimiyyətinin başçısının yanında Uşaq hüquqları müdafiəsi üzrə Komissiyasına iddiaçılar ərizələrinə qeyd edirlər ki, guya o uşaqlara sərt münasibət bəsləyirəm və onlara valideyn qayğısını yetərincə göstərmir. Bununla məhkəmədən Masallı rayon İcra hakimiyyətinin başçısının yanında Uşaq hüquqları müdafiəsi üzrə Komissiyasına inandıqlarını bildirərək rəy verilməsi üçün Lənkəran rayon İcra hakimiyyətinin başçısının yanında Uşaq hüquqları müdafiəsi üzrə Komissiyası deyil hazırkı komissiyasının rəyini əvvəlcədən planlaşdırdıqları üçün məhkəmədən xahiş etmişlər. Məhkəmədə onların vəsatətini qəbul etmiş və iddaçının arzu etdiyi Masallı rayonuna göndərmişdir. Masallı rayon İcra hakimiyyətinin başçısının yanında Uşaq hüquqları müdafiəsi üzrə Komissiyası da düzgün araşdırma aparmamış onun ziyanına və iddaçının xeyrinə rəy hazırlayıb Lənkəran rayon məhkəməsinə göndərmişdir. Masallı rayon İcra hakimiyyətinin başçısının yanında Uşaq hüquqları müdafiəsi üzrə Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli rəydə müəyyən pozuntular barədə sizə qeyd etmək istəyirəm. Birincisi-Rəydə qeyd edilmiş izahatlarla bağlı öz etirazını bildirmişdir. Komissiyanın rəyində Lənkəran rayon prokururluğunda açılmış fakt üzrə cinayyət işində qeyd edilmiş ifadələr rəydə əks etdirilmişdir. Halbuki, bu izahatlar istintaq siridir və bunun hər hansı komissiyanın rəyin hazırlanmasında istifadə edilə bilməz. Çünki, həmin cinayyət işi açılmış və hazırda şəxs müəyyən edilmədiyindən cinayyət işi danayandırılması barədə qərar qəbul edilmişdir. Amma Komissiya öz rəyində elə izah etmişdir ki, guya o həmin cinayyət işində təqsirləndirilən şəxsə və onun tərəfindən törədilmişdir. Halbuki, həmin fakt üzrə açılmış cinayyət işində iddiaçı Vüqar və ya başqa şəxlər də törədilməsi mümkündür və hazırda istintaq işi davam edir. İkincisi-Rəyin 5-ci abzasında qeyd edilmişdir ki, onun tərəfindən iddia edilən sübutlar təqdim etməmişdir. Bir daha bildirmişdir ki, o bununla bağlı Lənkəran rayon məhkəməsinin hakimi Nicat Ağabəyova çoxlu sayda subutlar, arayışlar, foto və video materiallar təqdim etmişdir. Lakin şübhəli rəyddə bunlar qeyd edilməmişdi. Üçüncüsü-həmin rəyin 8-ci abzasında qeyd edilmişdir ki, qeyd edilənlər hamısı iddiaçı X3 dediklərini olduğu kimi qeyd etmişlər. Elə bil həmin inzibati orqan iddaçının ərizə və vəsatətlərini olduğu kimi rəyə köçürtmüşdürlər. Dördüncü-rəyin 11-ci abzasında qeyd edilmişdir ki, guya video materiallardan görünür ki, uşaq atasının yanında sərbəst və əhvalının yaxşı olması onun yanımda olanda isə əhvalının pis və sıxıldığını qeyd etmişlər. Bütün bunlar yalan və asassızdır. Belə ki, o çoxlu sayda video təqdim edərək uşağın atasına verəndə necə qışqırdığını və getmək istəmədiyini dili ilə bildirməli olsada komissiya idiaçının təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Təqdim edilən videoda onun əsəbi halda dediyi sözləri əsas gəlirərək rəyini bununla onun xeyrinə verilməsinə nail olamaq istəyir. Rəyin 13-ci abzasda qeyd edilib ki, bunla bağlı video var ki, uşaq hər iki valideyinin yanına gedəndə ağlayırlar. Komisiya bunu yazmaqla onu da guya burada nəzərə almışdır. Amma iddiaçı ilə bağlı kifayər qədər xırda sübutlarla onun xeyrinə rəy verməsinə nail olmaq istəyir sanki komissiya. Rəyin 21-ci abzasıda tam onu günahlandırmaqla əsassız nəticə çıxartmışdır. Belə ki, rəyin nəticə hissəsində o uşağa lazımınca diqqət ayırmamağını bildirməklə onu günahlandırmağa nail olmuşdur. İnzibati orqan rəyi imzalandığı zaman bütün komissiya üzvlərinin iştirakı ilə iclas keçirtməlidir. Həmin iclasın protokolu hazırlanmalıdır. Protokolda məruzə edən və məruzə olunan məsələ ilə bağı 11 qeydlər aparılmalıdır. Qəyyumluq və himayədarlıq orqanlarının rəyinin hazırlanması Azərbaycan Respublikasının Ailə Məcəlləsi. "Qəyyumluq və Himayə haqqında" Qanun, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərarlar əsasında tənzimlənir. Bu rəy əsasən uşağın və ya qəyyumluq və himayədarlıq altında olan şəxsin hüquqlarının qorunması məqsədi ilə verilir. İddiaçı X2, cavabdeh İddiaçı qarşı valideyinlik hüququndan mərhum etmə və uşaq tələbinə dair mülki iş üzrə uşaqların valideyinlərdən hansının yanında qalmasının onların manefeyinin uyğunluğun barədə Masallı şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli qərarını və rəyin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İddiçının iddia tələbindən görünür ki, o, X4 cavabdeh İddiaçı qarşı valideyinlik hüququndan məhrum etmə və uşaq tələbinə dair mülki iş üzrə uşaqların valideyinlərdən hansının yanında qalmasının onların mənafeyinin uyğunluğu barədə Masallı şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli qərarının və rəyin ləğv edilməsini məhhkəmədən xahiş edir. Göründüyü kimi hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (ailə münasibətləri ilə bağlı) yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun aidiyyatı üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəmələrində) baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Qəyyumluq və Himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37.1-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır. Bu halda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın etibarnamə ilə idarəetməyə verilməmiş əmlakı barəsində öz səlahiyyətlərini saxlayır. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi səlahiyyətlərini həyata keçirərkən idarəçiyə bu Məcəllənin 36.2 və 36.3-cü maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 30 iyun 2025-ci il tarixli 2-1(120)-3968/2025 saylı məktubla yazılı və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İlk öncə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdeh Masallı şəhər İcra Hakimiyyəti deyil, Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasıdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi rəy Lənkəran Rayon Məhkəməsinin müvafiq qərardadı əsasında tərtib edilmişdir. Hazırda iddiaçı rəydən narazı olduğu üçün bu iddia tələbi ilə inzibati qaydada məhkəməyə müraciət etmişdir. İddiaçının qeyd etdiyi mübahisəli halları qərardad qəbul etmiş məhkəmə nəzərə almalıdır. Mülki mühakimə icraatı qaydasında Rəydən narazı qalan tərəf həmin rəyi ayrıca inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi qanunvericilikdə nəzərədə tutulmamışdır. Bundan başqa mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Masallı Rayon İcra Hakimiyyətinin və ya Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “X4 cavabdeh İddiaçı qarşı valideyinlik hüququndan məhrumetmə və uşaq tələbinə dair mülki iş üzrə uşaqların valideyinlərdən hansının yanında qalmasının onların mənafeyinin uyğunluğu barədə Masallı şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli qərarının və rəyin ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “X4 cavabdeh İddiaçı qarşı valideyinlik hüququndan məhrumetmə və uşaq tələbinə dair mülki iş üzrə uşaqların valideyinlərdən hansının yanında qalmasının onların mənafeyinin uyğunluğu barədə Masallı şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 21 nömrəli qərarının və rəyin ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar